Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə95/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   91   92   93   94   95   96   97   98   ...   114

 Nizami Tağısoy 
 
302
belə tərifin özü də bədii obrazın spesifik xüsusiyyətlərini sona qədər 
açmır. Mahmud bəy obrazı hadisələrlə, situasiyalarla, əsərdəki müx-
təlif obrazlarla birlikdə daha mühüm obyektiv əhəmiyyətə malik 
olur. Mahmud bəy yalnız qəhrəmanın babasının obrazı deyil, həm 
də minlərlə azəri türklərinin babalarının ümumiləşdirilmiş obrazıdır. 
Bu mənada müəllif obrazı da istisna deyildir. Mahmud bəyin, qəh-
rəmanın obrazı «Yovşan qağayılar»da olan real gerçəkliklərin inika-
sıdır. Lakin bu obrazlar heç də faktoqrafik deyildir. Yəni onların bə-
dii mahiyyəti olduqca güclüdür, çünki onlar bədii məzmunun bütöv 
şəkildə qavranılması üçün münbit şərait yaradırlar. 
Mahmud bəy və  qəhrəman obrazında real həyatın xarakterik 
xüsusiyyətləri heç də onların adı əşyavi dəyəri kimi yox, yazıçı tərə-
findən işlənib mənalandırılmış şəkildə təqdim olunmuşdur. 
Bu, babasının ölümünün təfərrüatlarını bilmək istəyən qəhrə-
manın nənəsi ilə mükalimələrində daha aydın və koloritli görünür. 
Həyətdə qazanda paltar qaynadan nənəsinə «babamı nə üstündə öl-
dürüblər?» – sualını verən qəhrəman heç də ondan istədiyi cavabı 
asan ala bilmir. «Kövşənlik deyilən yer babamın güllələndiyi yerdir. 
Arazın ləpələrinin bir zamanlar yuduğu yarğanın üstündədir» (bax, 
s.16). Babasının yaddaşına girmək istəyən uşaq əsas mətləbləri öy-
rənməyə can atır. Odur ki, Məlik kişinin onun babası haqqında de-
diklərini nənəsinə xatırladır. Nənə əsəbiləşir. Nənə məcbur olub bir 
neçə bəhanələrə əl atır: Məlik baba dedi ki, «babanı… Sovet höku-
məti öldürüb». 
Nənə: 
«Sovet hökuməti yox, Nikolay höküməti – deyir, səsini yava-
şıdır və mənə də astadan danışmağa işarə edir» (bax, s.63). 
«Baban ötkəmliyinin güdazına getdi. Qabağından yeməzdi. 
Dayısı  Fərhadın üçcə günlük dul gəlinini Bəhram bəy vardı, onun 
oğlu qaçırmışdı. Baban da ar-namus üzündən onu gedib elə gərdək-
dəcə öldürdü. Axırda babanı hökumət əsgərləri öldürdü. Heç ölüsü-
nə də yaxın gedə bilmirdilər. Babanın ölüsündən qorxurdular, kəhər 
atının kişnərtisindən zağ-zağ əsirdilər» (bax, s.69). 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
303
Elçin Hüseynbəyli göstərir ki, babalarımızda təpər olub, cən-
gavərlik olub, qəhrəmanlıq olub. Hanı indi babalarımızda olan qəh-
rəmanlıq?! Mahmud bəyin yoxluğunu «həzm edə bilməyən» nənə 
nəhayət ki, o dünyaya köçür. Müəllif yazır: «Nənəm babamdan da-
nışa-danışa günlərin bir günü üzü sərhədə  tərəf dünyasını  dəyişdi. 
Bu adi bir hekayət deyildi, sevgi, faciə və kişilik dolu həqiqi rəvayət 
idi» (bax, s.69). 
«Yovşan qağayılar» romanındakı obrazlılıq və obrazlardan 
bəhs edərkən Arazdan xüsusilə danışmalıyıq. Araz obrazı burada 
yazıçının fikir və  xəyallarını, hiss və duyğularını oxucuya çatdır-
maqda mühüm bədii vasitə kimi çıxış edir. Araz Elçin Hüseynbəyli 
üçün onun boya-başa çatdığı regionda adi çaylardan biri deyil, Araz 
müəllifin içində yaşatdığı, qəlbindən keçirdiyi duyğuları ortaya qoy-
maq üçün ona münbit şərait yaradandır. Araz bir yandan müəlliflə 
babasının yaddaşına girməyə kömək edirsə, digər tərəfdən, məlum 
olmayan, nəzərdə tutulmayan mətləbləri bizə çatdırmaqda yardımçı-
ya çevrilir. Hansı məqsədə xidmət etməsindən asılı olmayaraq, əsər-
də Araz obrazının xüsusi səciyyəsi vardır. «Bir zamanlar Vətənin 
iki yerə parçalanmasında sərhəd rolunu oynayan və mənim babamı 
ölümdən qorumağa can atan Araz indi insanların bu günahını da da-
şımağa məcbur olmuşdu… Yəqin ki, bir zamanlar «Xan Araz» deyə 
mahnı qoşulan bu əzəmətli çay indi özünü «gədə» kimi hiss eləyirdi 
(bax, s.55-56). Bir az sonra isə müəllif «Araza düşən əksinə baxa-
baxa dərd çəkirdim» – (bax, s.59) deyəcək. Təsadüfi deyildir ki
qəhrəmanın nənəsi də, elə Arazın o tayına baxa-baxa dünyasını də-
yişmişdi. Çünki Azəri türklərinin dərd-qəmi, nisgili, dünya dolu fa-
ciəsi Arazın sularında axırdı və bu gün də axmaqda davam edir. Və 
sanki müəllif də hər dəfə ona baxanda böyük bir xalqın sevincinin 
və səadətinin bu çay vasitəsilə axdığının şahidi olurdu və elə bu da 
onun ən kövrək hisslərini oyadırdı. 
Biz yuxarıda qeyd etmişdik ki, «Yovşan qağayılar»ı eyni za-
manda avtobioqrafik roman da adlandırmaq olar. Bütün roman boyu 
müəllifin (qəhrəmanının) özü-özüylə, tarixlə, etnik yaddaşımızla 
söhbəti diqqət mərkəzində durur. Düzdür, bu iştirak əsərin bəzi yer-


 Nizami Tağısoy 
 
304
lərində öləziyir, lakin birdən də yeni bir vüsətlə qabarır. Əsərin baş 
qəhrəmanı redaksiyada işləyir və bütün səylərini yaddaşımızı çözə-
ləməyə yönəldib, milli xüsusiyyətlərimizi qələmə alıb bizə göstər-
məyə çalışır. Lakin bu bəzilərinin, o cümlədən Sarı kimilərin, bəzi 
dilçi, tarixçi professorların, yazıçılarımızın xoşuna gəlmir, onları 
narahat edir. Sarı, hermafrodit professor və yazıçı  əsərin 
qəhrəmanını ona görə  təqsirləndirirlər ki, o, «keçmişin  ən ağrılı-
acılı günlərini daim xatırlayır, qan düşmənçiliyini təbliğ edir, ona 
görə də daim babasının yaddaşına girib, (onların düşündüyünə görə 
– N.T.) o yazıq kişinin ruhunu incidir, kimlərisə satqın adlandırır, 
hətta XX əsrin əvvəllərində mövcud olmuş xalq cümhuriyyətini də 
Sarı müəllimin babalarının yıxdığını iddia edir. Hakim partiyanı 
yaddaşsızlıqda suçlayır. Bir qədər də irəli gedərək, Azərbaycanın 
ikiyə parçalanmasını da xalqın huşsuzluğu ilə əlaqələndirir, tarixin 
təkrar olunduğunu yazarkən (onların fikrincə – N.T.) milləti təhqir 
edir. Bu gənc qələm sahibinin iddiası dirənir ki, guya Məmmədəmin 
və müsavatçılıq ideyası ona görə iflasa uğrayır ki, onun təməl prin-
siplərində yaddaş, yaddaşa qayıdış və ondan istifadə yolları barədə 
heç nə deyilmir və nəticədə millət sayıqlığını itirir. Bu adam hətta 
Qarabağın əldən getdiyini də iddia edir və bildirir ki, Qarabağ fak-
tiki olaraq əldən gedir. Qarabağ indi can verir və s. və i.a. Çünki in-
sanlara qəsdən tərkibində yaddaşı korlayan maddələr olan humani-
tar yardım verirlər. Çadırlarda yaşayan insanların təzə evlərə köçü-
rülməsini də lağa qoyur və təklif edir ki, humanitar yardımları ye-
məmək üçün bir qrup ağzını tiksin, ağsaqqallar isə yeni binalara 
köçməkdən imtina etsinlər. Bu, neobolşevik düşüncədir. Bu adam-
dan soruşmaq lazımdır ki, bəs qaçqınlar nə yesin, hı?! Hələ  mən 
onu demirəm ki, günün günorta çağı sayıqlayır. Hansısa quşlardan 
danışır. Ölkəmizin faunasına indiyə kimi tanış olmayan yeni quş nö-
vü icad eliyib: «Yovşan qağayılar». Heç görən Qarabağda yovşan 
qağayı var? (bax, s.265-266). 
Çoxumuzun yaxşı yadındadır, təxminən iyirmi il öncə, Qara-
bağ hadisələri başlayanda vəzifə piramidalarının yüksək pillələrinin 
bir çoxunu erməni qarışığı olan məmurlar tuturdular. Onlar hadisə-


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə