Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə96/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   92   93   94   95   96   97   98   99   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
305
lərin lap qaynar vaxtı bizi dözümlülüyə, beynəlmiləlçiliyə, müdrik 
hərəkət etməyə  (əlbəttə, milli mənafe baxımından yox, ermənilərə 
xidmət nöqteyi-nəzərindən – N.T.) çağırırdılar. Elə bu günün özün-
də  də  məharətlə maskalanmış bu tip «humanistlərə» rast gəlmək 
mümkündür. Onlar öz yüksək missiyalarını (təbii ki, ermənilərin 
xeyrinə – N.T.) yerinə yetirməkdə davam edirlər. Belə davam etdik-
cə nə əsərin baş qəhrəmanı babasının qan yaddaşının kodunu aça bi-
ləcək, nə  də bizlər mübtəla olduğumuz dərdə  əlac tapacağıq. Bax, 
müəllifi narahat edən də budur. Əsərdən belə bir fikir də hasil olur 
ki, bu gün heç də Azərbaycanda özlərini ziyalı sayanların hamısı 
(müəllimlər, jurnalistlər, yazıçılar və b.) Qarabağın yoxluğunu öz 
milli, fərdi, şəxsi, mənəvi problemlərinə çevirməyə meylli deyillər. 
Yəqin elə bu baxımdan da Elçin Hüseynbəyli «yaddaş» məsələsini 
ortaya atıb və bütün bəlalarımızın əsasında da bu koda girməyə can 
atmamağımızı böyük çatışmazlığımız kimi açıb göstərir. Çünki belə 
olmasaydı redaktorun (qəhrəmanın, müəllifin – N.T.) yaddaşa mü-
nasibəti bəzi üzdəniraq ziyalıların tənəsinə  səbəb olmaz və bunun 
üstündə onun məhkəməsi qurulmazdı. 
Əsərdə «Kisəçilər məhləsinin uşaqları…»nın tarixinə, geninə 
düşüncə  və fikirlərinə  də müəllif uğurlu toxunmuşdur. Kisəçilər 
məhləsinin tarixini öyrənməyə müəllifi məhz babasının yaddaşına 
girmək sövq etmişdir. Müəllif kisəçi uşaqlarının kəndin ortasında 
babalarından qalma uçuq daxmasını, sonradan isə onun yanında ti-
kilmiş yaraşıqlı evləri xatırlayır (bax, s. 73-74) və fikirləşir ki, görə-
sən heç kimə lazım olmayan bu daxmanı nə üçün sökmürdülər. Və 
daha sonra kisəçilər məhəlləsinin tarixinə  nəzər salanda görür ki, 
onlar bu kəndə gəlmədilər. «Deyilənə görə ermənidən dönməydilər» 
(bax, s.76). Yaddaş çözələndikcə  məlum olur ki, «kisəçilər» gecə 
yatanda xaçlarını boyunlarından asar, duranda çıxardardılar. Evləri-
nin, çovustanlarının damlarını da çəpəndazı qoyardılar. Onlar ölülə-
rini də başqa cürə basdırardılar. Biz onlara nə qız verər, nə də qız 
alardıq. 
Kisəçilərin kəndimizə  gəlməsinin uzun tarixçəsi vardı. Onla-
rın babası  Əmiri qaçaqlar Gorus dərəsindən tapmışdılar. Qaçaqlar 


 Nizami Tağısoy 
 
306
ermənilərin apardığı heyvanları saldırıb (bütün zamanlarda oğurluq 
ermənilərin peşəsi olub) qayıdarkən onu götürmüşdülər… balaca ol-
duğundan dili söz də tutmurmuş… Onu sonsuz Zəroşa veriblər. 
Çünki uşaq o qədər kifir imiş ki, heç kim ona yaxın durmurmuş, üz-
gözündən cin yağırmış (bax, s.76-77). 
«Yovşan qağayılar»ın bu yerini yazıçı Ağarəhim Rəhimovun 
«Canavar balası» povestinin və «Canavar balası» kinofilminin ana-
loji məqamları ilə müqayisə etmək olar. Çünki filmdə olduğu kimi, 
«canavar balası” adlanacaq oğlan, böyüyüb hərbə getmiş bu əsgər 
ermənilərə qarşı yox, əksinə onların tərəfinə keçib bizə qarşı vuru-
şacaqdı. A.Rəhimovun «canavar balası» adlanacaq «qəhrəmanını» 
da vaxtı ilə meşədən qundaqda tapmışdılar. Erməniliyinə baxmaya-
raq azəri türkləri onu öz doğma balaları kimi böyütmüşdülər. Amma 
azəri türklərinin çörəyi, duzu ilə böyümüş bu insan genindəki ermə-
niliyi sonra da yaddan çıxarmamışdı. Elə kisəçilər məhləsindən olan 
Əmirin də xislətində bu xüsusiyyət oturmuşdur. Ermənidən dönmə 
Əmirin nənəliyinin saxladığı dəri pul kisəsini göz bəbəyi kimi miras 
qoruyub saxlayıb. Kisəçilər məhləsində yeni dəbdəbəli tikililər ilə 
yanaşı, köhnə tikililər, dəri pul kisəsi də qorunub saxlanılır. Sığına-
caq tapdıqları torpağın  əsl sahiblərinin isə kökü baltalanıb. Çünki 
onlar özləri buna biganədirlər və əgər müəllif – qəhrəman nə qədər 
təkidlə babasının yaddaşını özünə qaytarmaq istəyirsə, o, buna digər 
tərəfin məhz ayıq – sayıqlığına görə nail ola bilmir. Buna görə  də 
deyirlər: «Bilirik ki, babanın yaddaşını özünə qaytarmaq istəyirsən. 
Ancaq nahaq. Ondan baban xeyir tapmadığı kimi sən də tapmaya-
caqsan. Baban yaddaşını qaytara bilmədi, çünki onu oğurlamışdı-
lar!» (bax, s.268-269). 
Belə olduqda sanki müəllifin qolu–qanadı  qırılıb yanına dü-
şür, «Babanı bir zamanlar satanlar, onun qanına susayanlar indi mə-
ni izləyirdilər» (bax, s.269), – deyir. 
Elə romanın bu səhifələrində müəllif əlavə edərək «Neftçilər» 
metro stansiyasında qatardan düşərkən divardakı mozaikaya baxıb 
görür ki, əlində tüfəng tutanlardan biri vaxtilə onun babasını güllə-
ləyən Sarı, əmri verən isə germofrodit tarixçi professordur. «Ətrafda 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
307
dayanmış kazak əsgərlərinin başındakı çal papaqları isə Kisəçilər 
tikmişdilər və onların hamısı babamın təsvir etdiyi Sərkisə oxşayır-
dı… Onlar babamı güllələtdirən, yaxud sifarişi verən kisəçilər məh-
ləsinin ağsaqqallarıydı…» (bax, s.269-270). 
Biz yuxarıda qeyd etmişik ki, əsər çoxsaylı maraqlı zaman 
problemləri, obraz, hadisələr keçidləri ilə  zəngindir. Bu baxımdan 
əsərin arkitektoniksına daxil edilmiş, müəllifin fikir və duyğularının 
ifadəsi üçün münbit şərait yaratmış «Bir yaz sevdası», «Milanın 
məktubu», «Gözəl», «A üçün Qızılgül», «Fahişələrin  ərə getmək 
ümidi» kimi başlıqlar da az mahiyyət kəsb etmir. Milanın məktubu 
və onunla bağlı məqamlarda müəllif üçün mühüm olan heç də sevgi 
macəraları deyil, Mila kimilərin həyat tərzinin arxasında nə durdu-
ğunu incəliklə vurğulamaqdır və burada mənəvi sarsıntılar, mədəni 
problemlər, ölkədəki  əxlaqi durum nəzərdən keçirilir. Başqa sözlə 
desək, müəllifin sevgi, məhəbbətlə bağlı düşüncə və hissləri roman-
da cərəyan edən daha qlobal problemlərin dərk olunmasına yardım-
çı olur. 
«Yovşan qağayılar» romanı, qeyd etdiyimiz kimi, rəngarəng 
obrazlarla zəngindir. Onların sırasında məşhur Şahsevənlər tayfası, 
rus çarının ordusunda döyüşmüş Marağalı  Məmmədağa, Qaraxan, 
Alı Katda, Fərhad kişi, Sultanbəy, Sayalı, Sərkis, Badamnisə, Fazil, 
Adil,  Şeytan Alı, Ziyarət, Bəhramağa, zarıslı  Pənahbəy, Həsənağa 
oğlu Kərəm, Süsən arvad, Əbdüləlinin arvadı, Sarı, Mila və bir sıra 
başqalarını göstərmək olar. 
«Yovşan qağayılar»ın tarixi və coğrafi panoramı kifayət qədər 
genişdir. Əsərdəki hadisələr Qarabağ, Cəbrayıl, Bakıda cərəyan et-
diyindən, burada biz Laçın, Zəngilan, Qarabağlar, Xudafərin körpü-
sü, Təbriz, Maralyan, Cəfərabad, Karxulu təpəlikləri, Qıraxdın me-
şələri, Eyvazlılar kəndi, «Urus» bulağı, Əyri dərə, Yaloba, Kisəçilər 
məhləsi, «Bazar düzü», Bakı  şəhərində küçələr, meydanlar, metro 
stansiyaları, Təzə Pir məscidi və s. kimi bizə doğma olan adlara rast 
gəlirik. Müəllifin bütün əsər boyu daim təhkiyənin axarını yeniləş-
dirmək və onu maraqlı etmək məqsədilə istifadə etdiyi bədii ma-
nevrlər, fikrimizcə, onu müasir tipli postmodernist roman adlandır-


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə