Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə88/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   84   85   86   87   88   89   90   91   ...   114

 Nizami Tağısoy 
 
280
Mifoloji mənbələrə, sakral mətnlərə müraciət heç də hamı 
üçün eyni cür dərk və interpretasiya məqsədi güdmür. Bu məqsədə 
yalnız hər kəsin öz bədii yaradıcılıq imkanlarına görə çatmaq olur. 
Sənətkar öz yaradıcılıq imkanlarını açdıqca o, əsərində elə bir aləm 
əks etdirir ki, bu ona böyük rahatlıq gətirir və bu baxımdan, təbiidir 
ki, K.Abdulla «Kitabi-Dədə Qorqud»u öz fərdi aləmində yaradır. Be-
lə yanaşmanın özü yaşadığımız dövr üçün olduqca simptomatikdir. 
K.Abdullanın «Gizli-Dədə Qorqud», «Sirr içində dastan və 
yaxud Gizli-Dədə Qorqud-2» və digər əsərləri ilə tanış olanlar bilir-
lər ki, doğrudan da onun yaradıcı imkanları və bədii əsərlərinin nəti-
cəsi heç də bütün hallarda müəllifin daxili özünüifadəsini sona qə-
dər tam şəkildə əks etdirmir, məhz buna görə də o, daim bədii axta-
rışlarını davam etdirir. 
Bizə belə gəlir ki, «Yarımçıq əlyazma»nın, hər şeydən öncə, 
bugünkü durumumuzla (mənəvi-vətənpərvərlik vəziyyətimizlə, 
oğuzluğumuzu, türklüyümüzü dərklə, torpaqlarımızı qorumaqla (və 
ya qoruya bilməməklə), onda yağı düşmənə at oynatmağa imkan 
verməməklə (və ya verməklə), «sapı özümüzdən olan baltalara» 
qarşı amansızlığımızla və s.) bağlı məqamları olduqca ibrətamizdir: 
«– Hanı dünya mənim deyən igidlər?! Hanı Oğuzun dirəyi Sa-
lur Qazan? Hanı oğlu Uruz? Hanı Beyrək, Qanturalı, Şirşəmsəddin, 
Qarabudaq, hanı babası Qaragünə? Təkgözlə savaş elə bircə  Dış 
Oğuzun payınamı düşdü, bəylər, siz deyin» (1, 78). 
Gördüyümüz kimi, müəllifi nəinki «Kitabi-Dədə Qorqud» 
dövrü, həm də bu gün Oğuzun başının üstünü alan bəla, «Təkgözün 
ordusunun Oğuza imkan verməməsi narahat edir». 
Bütün bunlara Kamal Abdulla özünə xas olan üslubun bədii 
enerjisi hesabına, əgər belə demək mümkünsə, roman janrının xüsu-
si üslub və formasından istifadəsi hesabına nail olur. K.Abdulla üs-
lubu mifoloji mətnin materialının özünəməxsus şəkildə qavranılma-
sı ilə və bu materialın indiyəqədərki dərkindən kənar müstəvidə baş 
verir. Bu üslub materialın (yəni «Kitabi-Dədə Qorqud»un və Şah İs-
mayıl Xətai dövrünün və Çaldıran hadisələrinin — N.T.) fərqli este-
tik qavrayışı kimi nəzərdən keçirilməlidir. Bir-biri ilə ilk baxışda 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
281
üzvi surətdə bağlı olmayan türk ellərinin, türk tarixinin həm mifo-
loji, həm tarixi aspektləri müəllif tərəfindən «Yarımçıq əlyazma»da 
uğurla birləşdirilir və «Yarımçıq əlyazma» ilə K.Abdulla biz türklər 
qarşısında bir neçə köklü məsələlər qaldırır, suallar qoyur. Əslində 
«Yarımçıq  əlyazma», bizim özümüzün haradasa yarımçıqlığımıza 
müəllifin sözü ilə desək «işarət» edir. Bütün bunları müəllif (daha 
çox sətiraltı mətnlərdə) bizə tədqim edir. Belə təqdimat onun məlum 
materialları qruplaşdırmaq, işləyib hazırlamaq, orada özü üçün daha 
əhəmiyyətliləri seçmə, ilkin mətnin özünün ona təsirini heçə endir-
məklə başa gəlir. Buna görə  də müəllif belə üslubdan istifadə et-
məklə, həmcins və qeyri-həmcins başlanğıcı bir yerə üzvi şəkildə 
toplamaqla, əridərək dinamik bütöv yaradır. 
Kamal «Abdullanın bu romanında Kitabi-Dədə Qorqud» və 
Şah İsmayıl Xətai dövrünə münasibət tamamilə fərqli kolliziyalara, 
xarakterlər daxilindəki ziddiyyətlərə müraciət olunmaqla özünü əks 
etdirir. Buna baxmayaraq mətnə belə müraciət təhkiyənin xüsusi şə-
kildə aparılması, bədii ifadə vasitələrinin  əvvəlcədən seçilməsi ilə 
yox, daha səmərəli ifadə üslubundan istifadə etməsi hesabına başa 
gəlmişdir. Bu da (yəni bu üslubdan istifadə — N.T.) xarakterlərin 
çeşidlənməsində, əsərin poetikasında özünü daha yaxşı əks etdirir. 
Kamal Abdulla «Kitabi-Dədə Qorqud» materialından istifadə 
zamanı heç də mifoloji obrazların təsvirində  qəhrəmanlıq-patetik 
cəhətləri ön plana çıxarmağa can atmır, bu, xeyli dərəcədə kölgədə 
qalır. O, dövrümüz üçün xarakterik olan tipik problemləri qabartma-
ğa, mifoloji həqiqətdən kənarlaşıb bugünkü həyat gerçəkliklərinə 
uyğun səsləşmələri müəyyənləşdirməyə çalışır. Mifoloji mətnin ma-
terialına K.Abdullanın öz bucağından yanaşması  və onu oxucunun 
ixtiyarına bu rakursda təqdim etməsi ilk baxışda «gizli» və «yarım-
çıq» qalsa da, əsəri tam oxuyub qurtarıb üzərində düşündükdən son-
ra hər şey bəlli olur, aşkarlanır və tamlıq yaranır. 
Kamal Abdullanın «Yarımçıq  əlyazma»sında verilmiş kiçik 
hissələr yarımbaşlıqlar təhkiyənin monolit çözümdə getməsini da-
xilən təşkil edir və əsərin bütövlüyünü formalaşdırır. 


 Nizami Tağısoy 
 
282
Belə üslubu başlanğıc Kamal Abdulla yaradıcılığı üçün təsa-
düfi hesab edilməməlidir. Müəllifin «Yarımçıq  əlyazma»da oxucu 
ilə söhbəti heç də romanın hər hansı yerində lokallaşmır, o, əsərdə 
etnik-milli «mən»imiz üçün mühüm olan taleyüklü məsələlərə 
önəm verir. Problem heç də yalnız «casusla», «xainlə» bağlı deyil-
dir. Bayandır Xan, Şirşəmsəddin, Qorqud, Salur Qazan, Qılbaş və b. 
yazıçının hiss və duyğularını bölüşdürməklə, «Yarımçıq əlyazma»-
nın bədii aləmində özlərinə yer tuturlar. Söhbətin fərqli xüsusiyyəti 
kimi Bayandır Xanın onlardan bəzilərinə inam ifadə etməsi ilə se-
çilir. Müəllif Şirşəmsəddinlə, Qılbaşla, Qorqudla, Bəkillə bağlı söh-
bət apararkən mənəvi, hərbi durumu müzakirə etdikcə İç Oğuzda və 
Dış  Oğuzda yaranmış mürəkkəb siyasi vəziyyəti göstərir. Burada 
təhkiyə heç də sərbəst söhbət formasında aparılmır, bu, yerli-yataqlı 
düşünülmüş istintaqı xatırladır. 
Kamal Abdulla bütün əsər boyu sanki oxucunun hiss və emo-
siyalarını tarıma çəkir, onu əsərdəki bütün hadisələrə  kənar seyrçi 
kimi qoymur. Oxucu özündən asılı olmadan mətləbin araşdırılıb or-
taya çıxarılması üçün bütün diqqət və qüvvəsini səfərbər edir. Əsər-
dən bir parça gətirməklə dediklərimizi müdafiə etməyə çalışaq: 
«Bayandır Xan ayağa qalxdı, otaqda var-gəl etməyə başladı. 
Mən başım aşağı olsam da diqqət edib gördüm ki, Qılbaş Bayandır 
Xanın hər bir hərəkətini izləyir, onun bir sözünə, bircə  kəlməsinə 
müntəzir durub… 
– Əlbəttə, Oğuzda çaxnaşma vardır. Oğuz böylə oğuz deyildi. 
Casus məsələsi mənim gözümü çox şeyə açdı. Qazan Aruzla, Aruz 
Beyrəklə, Beyrək Bəkillə… İç Oğuz Dış Oğuzdan gileyli, Dış Oğuz 
İç Oğuzdan. Bu yana da bu casus… Qazılıq Qoca akına gedir. Yol-
daşları onu yağı əlində qoyub qaçırlar. Qıyan Səlcuq Təkgözə gedir, 
meydanda can verir, yar-yoldaşı yenə öylə. Qazan sayğısız bir laf 
atacaqmış, Bəkil Gürcüstana küsüb gedəcəkmiş, sınırlar hava kimi 
açıq qalacaqmış. Bu yana da bu casus… Şirşəmsəddin dəstur alma-
dan mənim yağıma girəcəkmiş, ünlü bəylər mənim sözümü saya al-
mayıb Gürcüstan sınırlarına getməkdən boyun qaçıracaqmış, razı 
olmayacaqmış, ümid Bəkilə qalacaqmış… Oğuz böylə bir Oğuza 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə