Etnos
v
ə epos: keçmişdən bugünə
213
ƏDƏBİYYAT
1.
Баяндиев Т. Каракалпакский государственный театр им.
К.С.Станиславского (1930-1967). Очерк истории. Ташкент, ФАН,
1971.
2.
Áåðäàü. Øåèðëÿðè. Òÿðúöìÿ åäÿíè Ùöñåéí Àðèô. Áàêû, Éàçû÷û,
1989.
3.
Áîçãóðò Ô. Êàðàêàëïàêëàð. – Ôóàò Áîçãóðò. Òöðêëÿðèí äèëè. Àíêà-
ðà, Ò.Ú.Êöëòöð Áàêàíëûüû, 2002.
4.
Давыдова Т. Путь к эпопее. Дружба народов. 1985, №10.
5.
История каракалпакской советской литературы. Ташкент,
ФАН, 1981.
6.
Каипбергенов Т. Быть ответственным-значит отвечать.
«Вопросы литературы», 1987, №10.
7.
Каипбергенов Т. Каракалпакнамэ/ Роман-эссе. М.Сов.пита-
тель, 1989.
8.
Каипбергенов Т.К моим читателям. – Каипбергенов Т. Дас-
тан о каракалпаках // Сказание о Маман-бие. Кн. первая. М.Сов. пи-
сатель, 1986.
9.
Мамедов Н. Каракалпакская литература. Баку, Êèòàá àëÿìè,
2007.
10.
Нурмухамедов М.К.Развитие жанра поэмы в каракалпак-
ской советской литературе. Ташкент, ФАН, 1976.
11.
Учиться уму-разуму. – Предисловие к «Каракалпакнамэ» -
Роман-газета, 1991, №21-22.
Nizami Tağısoy
214
HARİD FƏDAİ: KUZEY KIBRIS TÜRK
MƏDƏNİYYƏTİNİN YORULMAZ TƏDQİQATÇISI
Kuzey Kıbrıs Türk Cümhuriyyəti neçə onilliklərdir yunan əsa-
rətindən və nəzarətindən xilas olaraq Türkiyə Respublikası ilə bir-
başa əlaqələr qurub müstəqil istiqamətini müəyyənləşdirməklə, öz
siyasəti, iqtisadiyyatı ilə yanaşı, həm də mədəniyyətin, elmin, təhsi-
lin, ədəbiyyatın da inkişafını prioritetli sahələr kimi diqqət mərkə-
zində qoymağa önəm verdi. Kuzey Kıbrıs
Türk Cümhuriyyətinin
Azərbaycanda nümayəndəliyi olsa da, Kıbrıs mədəni-ədəbi həya-
tının müxtəlif tərəfləri, onun inkişaf yönləri haqqında respublika-
mızda məlumatlar olduqca azdır. Bunanla belə Kuzey Kıbrıs türk
mədəniyyəti və ədəbiyyatı da ümumtürk mədəniyyətinin və ədəbiy-
yatının tərkib hissəsi kimi öyrənilməyə və təbliğ edilməyə ehtiyaclı-
dır. Bu baxımdan Kıbrıs
türklərinin mədəniyyətinin, folklorunun,
etnoqrafiyasının, ədəbiyyatının bəzi məqamları ilə bağlı məlumat-
ları oxuculara çatdırmaq, heç şübhəsiz ki, Azərbaycanda maraqla
qarşılana bilər.
Kıbrıs türklərinin mədəni-ədəbi həyatının araşdırılması, öyrə-
nilməsi və nəşri yönündə Harid Fədainin apardığı işlər xüsusilə təq-
dirəlayiqdir. Harid Fədai Kuzey Kıbrısda nəinki folklor, etnoqrafi-
ya, klassik ədəbi nümunələr araşdırıcısı kimi,
həm də şair, radio və
televiziya qurucusu, jurnalist, dəyərli ədəbiyyatşünas kimi tanın-
maqdadır. Fikrimizcə, Harid Fədaidən danışdıqda, onun yaradıcılı-
ğını bir neçə mühüm baxış bucaqlarından təsnif etmək və dəyərlən-
dirmək olar:
1.
Kıbrıs Türk kültürünün başlıca xüsusiyyətlərini araşdıran
materialları;
2.
Kıbrıs Türk dastanlarının təhlili;
3.
Kıbrıs Türk yazılı ədəbiyyatı nümunələrinin
öyrənilməsi;
4.
Kıbrıs Türklərində islam mədəni-mənəvi ənənələrinin tədqiqi;
5.
Türkologiyaya dair araşdırmaları;
6.
Harid Fədainin şeir yaradıcılığı;
Etnos
v
ə epos: keçmişdən bugünə
215
7.
Kıbrısda nəşr olunan mətbuat orqanlarının inkişaf istiqa-
mətlərinin təhlili və s.
Ümumiyyətlə, Harid Fədai yaradıcılığı çoxşaxəliliyi və çoxas-
pektliyi ilə səciyyəvidir. Heç şübhəsiz ki, onun yaradıcılığının gös-
tərdiyimiz yönlərdən hər birində araşdırmağa və öyrənməyə böyük
ehtiyac vardır.
Qeyd etmək lazımdır ki, Harid Fədainin Kıbrıs Türk kültürü-
nün müxtəlif tərəflərini öyrənən ikicildlik «Bildiriler - 1» (Lefkoşa,
2002) və «Bildiriler - 2» (Lefkoşa,2003),Nazim Kaytaz-zadənin
«Yadigar-ı Muhabbet» romanı(Lefkoşa,2004), «Yadigar-ı Muhab-
bet»lə bağlı «Sözlük» (Lefkoşa, 2004), Kıbrıs
Türk Kültürünün
işıqlandırılmamış problemlərini çevrələyən «Makaleler - 1» (Lefko-
şa, 2005), Əhməd Raikin araşdırmalarını özündə əks etdirən «Əski
şeyler» (Lefkoşa, 2006), və s. kitabları nəinki Kıbrıs və Türkiyədə,
həm də digər türk dövlətlərinin oxucuları arasında geniş yayılmış və
müəllifinə hörmət qazandırmışdır. Harid Fədaini Azərbaycanda da
tanıyırlar. Belə ki, o, «Ədəbiyyat qəzeti»nin redaksiya şurasının üz-
vü olmaqla, dəfələrlə Bakıda Türkologiya, Folklorşünaslığa, Etno-
mədəni problemlərə həsr olunan Beynəlxalq Konfrans və Simpo-
ziumlarda iştirak etmiş, maraqlı məruzələri ilə yadda qalmışdır. Ha-
rid Fədai hər dəfə Bakıya
gələndə ədəbiyyat, sənət adamları ilə
görüşər, türk mədəniyyətinin, folklorunun, ədəbiyyatının inkişafı ilə
bağlı orijinal fikir mübadiləsi edər, ortaq dəyərlərimizin tədqiqi
məsələsindən ağızdolusu danışar, xoş təəssüratlar yaradar. Harid
Fədai ünsiyyətə açıq insandır. O, həmsöhbətini diqqətlə dinləməyi
bacarmaqla, öz fikir
və mülahizələrini də sadə, rəvan, aydın elmi
dildə digərlərinə çatdıra bilmək ustasıdır. Bu, son dərəcə təvazökar
və eləcə də türk mədəniyyətinin müxtəlif tərəflərini tarixi-xronoloji
və nəzəri-metodoloji aspektdə öyrənən belə bir insanla dəfələrlə
görüşlərimiz, fikir mübadilələrimiz olmuşdur. Hətta biz üç-dörd il
bundan öncə onunla bir müsahibə aparıb, «Ulduz» jurnalının
səhifələrində çap da etdirmişdik. Harid Fədai ilə bu aralarda şəxsən
görüşməsək də, yazışmalarımız, əlaqələrimiz
sonralar da davam et-
məkdədir. O, mənə yuxarıda adlarını çəkdiyim və çəkmədiyim ki-