Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə65/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   61   62   63   64   65   66   67   68   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
207
T.Kaipbergenov yaradıcılığı üçün müxtəlif tarixi dövrlərdə 
xalqa görə bütün məsuliyyəti öz üzərinə götürən  şəxsiyyət axtarışı 
mühüm idi. Bu baxımdan adını çəkdiyimiz trilogiyanın birinci «Ma-
man biy əfsanəsi» səciyyəvidir ki, burada xalq həyatının tarixi bir 
dövrü bədii nöqteyi- nəzərdən təhlil və tədqiq edilir.  
Tarixi mövzulara həsr olunmuş T.Kaipbergenovun əsərlərində 
təhkiyənin obyektiv prinsipi inkişaf etdirilir, sosial-siyasi kon-
kretliyi üstələməyən formalaşan şəxsiyyət təsvir edilir. Belə prinsip 
təsvir olunan hadisələrin məna və mahiyyətini daha dərindən açma-
ğa kömək edir. 
Bəs XX əsrin 50-ci illərinə qədər roman janrı inkişaf etməmiş 
bir  ədəbiyyatda tarixi mövzuya – epopeya janrına müraciət necə 
mümkün olmuşdur? Belə maraq nədən qaynaqlanır? Qeyd edək ki, 
XX  əsr  ədəbiyyatının və  sənətkarlarının tarixi hadisələrə  və tarixi 
şəxsiyyətlərə marağı  nəzərəçarpacaq dərəcədə güclənmişdir. Bəhs 
etdiyimiz dövrdə rus ədəbiyyatında A.Çapligin «Razin Stepan», 
S.Zlobin «Salavat Yulayev», O.Forş «Radişşev», A.Tolstoy 
«Birinci Pyotr», N.Yan «Çingiz xan», Y.Tınyanov «Kyüxlya» və 
«Puşkin», V.Şişkov «Yemelyan Puqaçov», V.Kostılyov «Kuzma 
Minin»; qazax ədəbiyyatında M.Auezov «Abay» və «Abay yolu» 
roman-epopeyası A.Nurpeisov «Qan və tər», İ.Yesenberlin «Köçə-
rilər»; qırğız  ədəbiyyatında T.Kasımbekov «Sınmış  qılınc», T.Sı-
dıkbekov «Dağlar arasında»; Azərbaycan ədəbiyyatında A.Haqver-
diyev «Köhnə nəsil», M.S.Ordubadi «Dumanlı Təbriz», «Qılınc və 
qələm», «Gizli Bakı», Y.V.Çəmənzəminli «Qan içində» və s. nəsr 
əsərləri ilə yanaşı, həm də Nizami, Nəsimi, Nəvai, Uluqbəy, Vaqif, 
Qacaq Nəbi,  Şevçenko digər  şəxsiyyətlərin həyat və  fəaliyyətini 
işıqlandıran dram əsərləri yazılmışdır. Yerinə düşər qeyd edək ki
bu gün müasir Azərbaycan nəsrində tarixi şəxsiyyətlər - Don Juan, 
Nadir şah, Şah Abbas və b. fəaliyyətini adekvat işıqlandırmağa çalı-
şan E.Hüseynbəyli, J.Oğuz və b. bu istiqamətdə məhsuldar işləmək-
də, qələm təcrübələrini püxtələşdirməkdədirlər. 
«Qaraqalpaqlar haqqında dastan» epopeyasında T.Kaipberge-
nov tarix, fəlsəfə, psixologiya, mentalitet, etnik mənsubiyyət, böyük 


 Nizami Tağısoy 
 
208
tarixi xadimlərlə onların müasirləri arasındakı münasibətlər müşa-
hidəli sənətkar duyğusu ilə qələmə alnır. 
T.Kaipbergenov bu trilogiyada qaraqalpaqların tarixi konsep-
siyasını, xalqın keçmişinə münasibəti, müasir həyatını və gələcəyə 
aparan yolu arayaraq bədii nöqteyi-nəzərdən mükəmməl şəkildə ini-
kas etdirir. Əsərin aparıcı motivi qaraqalpaqların birliyi məsələsidir. 
Bu məsələni bədii şəkildə əks etdirərkən, müəllif hadisələri idealizə-
ləşdirmir. Onun köməyinə bədii təfəkkürün tarixiliyi gəlir. Sənətkar 
XVIII-XIX əsrlərdə qaraqalpaq həyatını modernizələşdirmir. Trilo-
giyaya daxil edilən «Maman biy», «Aramsız», «Müəmmalı» roman-
larından hər biri Maman bəyin, Aydos bəyin və Yernəzər Alagözün 
xalqla gələcək uğurunda mübirzələrini  əks etdirir. Adları  çəkilən 
qəhrəmanların hər biri qaraqalpaq tarixinin mühüm səhifəsini təşkil 
edir. Onlardan hər biri qaraqalpaqlar arasında tayfa-qəbilə nifaqının 
dayandırılması, Xivə, Xarəzm xanlarına qarşı mübarizədə birləşmə-
də  əvəzsiz rol oynamışdır. Lakin heç də  qəhrəmanlardan hər biri 
xalq tərəfindən bütün fəaliyyətində doğru-dürüst başa düşülməmiş, 
bəzi hallarda satqın adlandırılmışdır. Bütün bunlara baxmayaraq, 
qəhrəmanlar öz fəaliyyətində daim ardıcıllıq nümayiş etdirmişlər. 
Baş  qəhəramanların ölümü, onların kişi qeyrətli xanımlarının dul 
qalması və s. məqamlar da trilogiyada inandırıcı şəkildə təsdiqini ta-
pır. Müəllif epopeyada faciəviliyə  qədər yüksələ bilir. O, qaraqal-
paqların hətta yer üzündən silinə bilmə təhlükəsini elə detallarla ve-
rir ki, oxucu bu məqamları həqarətsiz oxuya bilmir. Trilogiyanın bi-
rinci cildinə müqəddimədə müəllif yazır: «Keçmiş indiki zamanın 
müəllimidir. Müəllimin səhvlərini təkrarlamasın deyə,  şagird o 
səhvləri son dərəcə yaxşı bilməlidir… Səhvlərə baxıb öyrənirik» - 
bütün zamanların və xalqların müdrikləri söyləmişlər. 
Kim öz xələflərinin qəbrini daşlayırsa, gələcək nəsil onun 
özünü məzardan baiyıra atacaqdır. Buna görə  də keçmişə  ədəblə
nəzakətlə, göz bəbəyi kimi münasibət göstərmək lazımdır. Bir də 
yaddan çıxarmamalıyıq ki, elə ölülər var ki, onlardan daim canlı ru-
hu gəlir və, əksinə, - elə canlılar da vardır ki, onlar daim ölü kimi 
qoxuyurlar». Və daha sonra: «Keçmişin üstündən atlanmaq, hop-


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
209
panmaq, hətta şütüyüb yan keçmək belə olmaz. Keçmiş elə keçmiş-
dir. O daim onunla qayğılı davranmağı sevir, diqqətli baxış  tələb 
edir» (8, 7). 
Uzun zaman kəsiyində folklor əsərlərində yaşayan bu xalqın 
tarixi  şəxsiyyətləri T.Kaipbergenovun «Qaraqalpaqlar haqqında 
dastan» trilogiyasında yazılı həyat əldə etdi, onları nəinki Orta Asi-
ya xalqları, həm də dünyanın digər xalqları tanıdı. Trilogiya qəhrə-
manlarından hər biri öz xalqı qarşısında tarixi missiyasını yerinə ye-
tirmişdir. Rus tənqidçisi T.Davıdova trilogiyanı təhlil edərkən haqlı 
olaraq yazırdı: «T.Kaipbergenov tərəfindən məhz belə qəhrəmanla-
rın seçimi onun ictimai-fəal şəxsiyyət idealı ilə sıx surətdə bağlıdır. 
Maman və Yernəzər obrazlarında öz idealını əks etdirən yazıçı, həm 
də eyni zamanda onların fərdi, təkrarolunmaz insan xarakterlərini 
göstərir» (4, 234).  
 Trilogiyanın birinci kitabının baş qəhrəmanı Maman-biy əgər 
qaraqalpaq qəbilələrinin birləşdiricisi kimi çıxış edirsə, ikinci kita-
bın baş  qəhrəmanı Aydos-biy qaraqalpaq tarixinin yeni səhifəsini 
əks etdirir. Xalqa bağlılıq onu istismardan xilas Aydos-biyi hətta 
Xivə xanının sarayına gətirir. Burada Aydos özünün yox, xalqın 
marağına uyğun olaraq çıxış edir. Lakin xalq Aydos-biyi anlamadı-
ğından onun taleyi dramatizmlərlə müşayiət olunur.  
Epopeyanın üçüncü kitabı sanki ilk iki kitabların təcrübəsini 
sintez edir. Bu hissənin qəhrəmanı Yernəzər biydir. Əgər ilk iki 
kitabların qəhrəmanları xalqın birləşməsini təmin edə bilməmişlər-
sə, Yernəzər biy bu vəzifənin öhdəsindən layiqincə gəlir. Bu onunla 
bağlıdır ki, bir tərəfdən, Yernəzəar özü əvvəlki qəhrəmanlardan so-
sial aktiv şəxsiyyət kimi fərqlənir, digər tərəfdən, xalqın özü də xey-
li dərəcədə  fəallaşmışdır. Üçüncü kitabda Yernəzər – uzaqgörən, 
dözümlü və cəsarətli siyasi xadim təsiri bağışlayır. 
T.Kaipbergenovun «Qaraqalpaqlar haqqında dastan» triologi-
yası çoxşaxəli və çoxproblemli əsərdir. Əlbəttə, bu epopeyada mü-
əllif psixologizmdən ustalıqla istifadə edə bilməsəydi, heç də tutarlı 
və  dərin məzmuna malik yetkin xarakterli realist boyalarla zəngin 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə