Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə73/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   69   70   71   72   73   74   75   76   ...   114

 Nizami Tağısoy 
 
232
klassiklərimizin hər kəlməsinin qiymətini anladır. Təqdim olunmuş 
şeirlərdə Anarın sözün birinci mənasında müdrik sənətkar olduğunu 
yəqin edirsən. Düzdür, Anardan, onun yaradıcılığından danışdıqda 
nə yazıçının özünü, nə  də onun yaradıcılığına bələd olanları Anar 
müdrikliyi ilə  təəccübləndirmək mümkün deyil. Anar müdrikliyə 
aparan yola lap erkən yaşlarından, hələ 20-yə çatmamış qədəm qoy-
muşdur. Bəlkə kimsə deyə bilər ki, o, başqa cür ola da bilməzdi. 
Axı o, elə bir ailədə böyüyürdü ki, onun atası da (R.Rza), anası da 
(N.Rəfibəyli) öz tövbəsində müdriklik yaşına öz yaşıdlarından daha 
tez qədəm qoymuşdular. Bu fikirlə razılaşa bilərik. Axı atalarımız 
«Ot kökü üstə bitər» deyiblər. Amma belə müsbət, hal heç də tez-
tez təkrar olunan deyil. Anarın yetişdiyi mikromühitlə (ailə), makro-
mühit (onun erkən yaşlarından Azərbaycanın tanınmış şair və yazı-
çıları ilə ata-anasının köməyi ilə tez-tez görüşməsi, ədəbi söhbətlə-
rin, bədii mübahisələrin iştirakçısı olması) münbit bitiş, inkişaf verə 
bilmişdir. 
Dediklərimizi biz onun, demək olar ki, «Adamın adamı», «Şə-
hərin yay günləri», «Səhər yuxuları», «Ağ liman», «Beş  mərtəbəli 
evin altıncı mərtəbəsi», «Dədə Qorqud», «Otel otağı» kimi özünə-
məxsus təhkiyə forması, hadisələr əlvanlığı. dramatizm xüsusiyyət-
ləri ilə seçilən əsərlərində görürük. Elə buna görə də Anarın əsərləri 
işıq üzü görən andan oxucuların maraq»Azərbaycan ədəbi tənqidi-
nin isə təhlil və mübahisə obyektinə çevrilirdi. 
Bədii həqiqət, onun həyat həqiqətlərinə münasibəti mürəkkəb 
yaradıcılıq problemi olmasının sübuta yetirməsinə o qədər də ehti-
yac duyulmur. Hər bir sənətkar üçün bu problemin özünəməxsus ol-
duğunu da bilirik. Əlbəttə, burada hər şey yazıçının dünyagörüşün-
dən, həyat təcrübəsindən. yaradıcılıq imkanlarından, istedadından 
daha çox asılıdır. Zənnimcə, Anar yaradıcılığını fərqləndirən sadala-
dığım bu cəhətlər onu bədii söz ustalarının ön sırasına çəkə bilmişdir. 
Anarın əsərləri, bir tərəfdən, milli nəsrimizin müasir dövr ax-
tarışlarını  təmin edibsə, digər tərəfdən, yazıçının dövrün, zamanın 
hadisələrinə  fərdi baxışı, onu dərki, bədii interpretasiyası ilə bağlı 
olub. O, istər «Şəhərin yay günləri», «Səhər yuxuları», «Adamın 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
233
adamı»nda, istərsə də digər əsərlərində yaradıcılıqda trafaretlərdən, 
ştamplardan kənar düşündüyünü sübut edib. Bu əsərlər bir qayda 
olaraq Azərbaycan ədəbiyyatşünaslarının tənqid hədəfi olub, onlar-
dakı  kolliziyalar kontekstində dövrün mənəvi axtarışlarının aparıcı 
aspektləri müəyyənləşdirilib. Məsələn, yadımızdadır, Anarın «Beş-
mərtəbəli evin altıncı  mərtəbəsi» romanı 80-ci illərin  əvvəllərində 
nə qədər böyük əks-səda doğurdu. Əsər haqqında Azərbaycan tən-
qidçiləri ilə yanaşı (A.Məmmədov, V.Yusifli və b.), həm də digər 
(rus  ədəbiyyatşünasları Y.Surovsev və başqaları, alman ədəbiyyat-
şünasları F.Buxner və b.) fikir söyləyir, müzakirələrə həvəslə qoşu-
lurdular. Elə təsadüfi deyildir ki, yazıçının Təhminəsi müasir nəsri-
mizin ən cazibədar, dramatik obrazlarından biri kimi səciyyələndi-
rilmişdi. Bunları bir daha xatırlamağımın bircə  səbəbi var: o da 
Anar yaradıcılığının daim təkrarsız və  əzəmətli olduğunu nəzərə 
çarpdırmaq. Elə  bədii nəsrində, dramaturgiyasında orijinal olduğu 
kimi Anar «Klassik şeirlərdən səsləşmələr»də də bu orijinallığı sax-
laya bilmişdir. Anar epiqraf və yaxud təxmisamiz bəndlərdən yara-
dıcılıqla bəhrələnmədə  təkrarsızdır, gözəldir, yaddaqalandır. Bəlkə 
də klassiklərdən iqtibasların hər sözü, söz birləşməsi haqqında fikir 
və mülahizələr söylənilib, onların yaradıcılıqlarının bütün (həm alt. 
həm üst) qatları xırdalanıb, birər-birər ələnib ələkdən keçirilib. Anar 
baxışında, Anar dərkində isə biz yenə də klassiklərimizin yaradıcılı-
ğında yaradıcı düşüncə üçün nə  qədər açılmamış  mətləblərin, hik-
mətlərin olduğunu anlaya bilirik. 
Məsələn, İmadəddin Nəsiminin məşhur «Məndə sığar iki ca-
han...» qəzəlini öz «dəyirmanından» keçirən Anar bəlkə də məna və 
sanbal etibarilə böyük klassiklərimizin anlamı və ifadələrindən geri 
qalmayan beytlər təqdim edə bilir. 
 
Biri söyər, biri döyər, haqq hardadır, nahaq harda
1
 
İtirdim haqq tərəzisin, yaxşı-yamana sığmazam... 
 
 
                                                 
1
 Kursiv bizimdir – N.Т 


 Nizami Tağısoy 
 
234
Neyləmişəm – cavabdehəm, vicdanımda yoxdu ləkə,  
Heç vaxt istəmədim aman, çünki amana sığmazam... 
 
İçim böyükdür özümdən, söylədiyim hər sözümdən, 
Şəxsim, adım məni sıxır, adım Anara sığmazam. 
 
Anar söz xatirinə, qafiyə xatirinə, beyt xatirinə bunları demə-
yibdir. Anar 60-cı illərə qədər cəmiyyətdə, dünyada, o vaxtkı Sovet-
lər İttifaqında, Azərbaycanda olan hadisələri, mənəvi-əxlaqi durumu 
daha yaxşı dərk edir, anırdı, elə bu misralarda da o, andığını daha 
yaxşı anlada bilir. Ona görə də haqla nahaqqın harda olduğunu, özü-
nün etdiklərinə «cavabdeh»liyini, «vicdanının ləkəsizliyini», buna 
görə də heç kimdən «heç vaxt «... aman» «istəmədiyini» vurğulayır, 
hər  şeyi andığına görə  də onu birinin söyməsinə, o birinin döy-
məsinə baxmayaraq içinin «özü»ndən, «söylədiyi»nin «sözü»ndən, 
«şəxsi»nin, «adı»nın «Anara» sığmazlığından söhbət açır. Anar bu 
fikirləri ilə heç də adi qafıyə yaratmaq yox, həm də müdrik kəlam-
lar, deyimlər səsləndirib, bizi hesabata çağırır. 
Şah İsmayıl Xətaidən, bəhrələnib qələmə aldığı sətirlərdə isə 
– 
 
Əyə bilməz məni dövran, yolumdan sapmam heç zaman, 
Xətainin ruhu vardır damarlarımda, qanımda... 
 
Bir gün gələr məni anlar, məni anlar elim mənim,  
İndi qürbətdəyəm sanki dövranımda, zamanımda –  
 
deyərək biz Anarın əyilməzliyinin, Xətai bütövlüyünün, sınmazlığı-
nın sanki şahidi oluruq. 
Məlumdur ki, Səfəvilər dövlətinin yaradıcısı və başçısı Şah İs-
mayıl Xətainin ömür yolu – hökmdarlığı,  şairliyi və Azərbaycan 
torpaqlarının birləşdiricisi kimi rolu bizim üçün örnəkdir. Xətayi öt-
kəm sərkərdə və hökmdar idi. Çaldıran müharibəsində məğlubiyyəti 
o, özünə bağışlamadı. Lakin döyüş  nə  qədər qanlı olub, qüvvələr 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə