Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə75/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   71   72   73   74   75   76   77   78   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
239
mizmin axarına düşərək gedir, şikayətlənərək belə bir tale ilə razı-
laşmalı da olur: 
 
 
Arzularım, diləklərim heç oldu,  
Ümidlərim, xəyallarım puç oldu;  
İstəyimə çatammadım, gec oldu, – 
Heydər baba, zaman bizdən öc aldı,  
Biz qocaldıq, zaman özü qocaldı, – deyir. 
 
Lakin Anarın bu heç də hər şeydən əl götürməsi, qollarını ya-
nına salıb, başını aşağı dikib nə varsa onlarla razılaşması kimi gö-
rünmür. Buna aşağıda dodaqdəyməzlə  səsləşmədə çox açıq-saçıq 
eyham da var. Burada həyatın duruca su kimi «ildən-ilə içil»məsi, 
«kişisi nakişisi»nin «ildən-ilə seçil»məsi, vəziyyətin çox dəyişməsi, 
«ağrı-əziyyət»in artması, «inan»dığımız «ədalət»in «ildən-ilə» «ki-
çil»məsi ilə yanaşı, həm də sərt həyat həqiqətlərinin nə vaxtsa söz 
anlamayanlara, mətləb qanmayanlara, ürəyində Allah xofu olma-
yanlara, qanunlarımıza məhəl qoymayanlara, insanlığa kəc baxanla-
ra, orasına-burasına yaxanlara: 
 
Tarixin hirsi də var, 
Avandı tərsi də var; 
Neçə cür dərsi də var, – 
İldən ilə keçilir, – deməsi yenə də Anarı özü kimi göstərir.  
 
Lakin Anarın Məhəmməd Hadinin məşhur – 
 
İmzasını qovmuş miləl övraqi həyatə, 
Yox millətimin xətti bu imzalar içində – şeiri ilə səsləşmədə  
 
Duyan varsa, qanan varsa səsini qaldırmır neyçün, 
Bir cüt duyan, yanan yoxdur bunca qananlar içində? – 
 
Sual edir və sonra da şikayətlənərək:  


 Nizami Tağısoy 
 
240
Susanlar da, pusanlar da, bəxtimizi yazanlar da, 
Ədaləti, həqiqəti, həqqi dananlar da, 
Öz paylarını alacaqlarına ümidvar olduğunu bildirir. 
Əlibəy Hüseynzadə deyimləri ilə səsləşən misralarında isə şair 
için-için yanaraq: 
 
Acgözlər dörd tərəfdən.  
Taladılar elimi; 
Kimdir hesabın soran; 
Ağıllımı, dəlimi? 
Ayaq tutub yeriyir
Qara böhtan, ağ yalan; 
Bunlardan agah olan 
 
«Yox»mu desin, «bəli»mi, — deyərək soruşur. Lakin Anar 
sorduqları ilə öz vəzifəsini bitmiş hesab etmir və qeyd edir ki, tor-
paqla, vətənlə, dövlətçiliklə, haqq-ədalətlə bağlı  nə demək, nə et-
mək lazım gələcəksə, onların hamısını  həm deyəcək, həm də edə-
cək. Buna görə də – 
 
Cəhd etmədim kimsəyə dərin quyu qazmağa, 
Meyl etmədim heç zaman düz yolumdan azmağa; 
Olanları söyləyib, keçənləri yazmağa
Uca tanrım yönəltsin qoy daima əlimi, 
Mən sözümü deyəcəm, kəssələr də dilimi, – 
 
deyir və istəyir ki, qulağı karlar, gözləri korlar, təfəkkür və düşüncə-
ləri kütlər ayılmalıdırlar, dərk etməyə borcludurlar. Buna görə  də 
Yunis İmrə şeiri ilə səsləşmədə bir çılpaq haray da qoparır və «sö-
zümü göydənmi dedim» deyir. 
Anarın klassik şeirlərlə  səsləşmələri nəinki onun öz orijinal 
yaradıcılığının, bədii poetik duyumunun, həm də bəlkə də, 2004-cü 
il ədəbiyyatımızın əldə etdiyi aktivinə yazıldığı sətirlərdir. Başqala-
rını deyə bilmərəm, şəxsən mən bu fikirdəyəm. Bəlkə çoxları deyə 
bilər ki, Anar nə vaxtdan özünü poeziyamızda şair kimi təsdiq edib. 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
241
Lakin, məncə, klassik şeirlərlə  səsləşmələri oxuyanlar bu fikirdən 
vaz keçərlər. Çünki bədii poetik nümunələrin sanbalı onların həcmi 
ilə ölçülmür. Onlarda deyilmiş, ifadə olunmuş lakonik, tutarlı, həm 
də olduqca yetkin, uğurlu ifadələrlə ölçülməlidir. Bax, bu baxımdan 
Anarın  şeir yaradıcılığını  bənzərsiz nümunə kimi dəyərləndirmək 
daha insafən olardı. 
Bəzən deyirlər ki, yaxşı şairin çoxlu əsərləri olmalıdır. Onun 
yaradıcılıq arsenalında müxtəlif, çoxsaylı poeziya janrlarına müra-
ciət olunmalıdır. Məhz bu janrların rəngarəngliyi, onlardan uğurlu 
istifadə şairin orijinallığı haqqında danışmağa imkan verir. Bəzənsə 
belə fikir də səsləndirirlər ki, klassiklərdən öyrənməyə ehtiyac var. 
Çünki klassika daimi müasirdir. Düzdür, biz bu fikri şübhə altına al-
mırıq. Lakin üçüncü bir xətt, istiqamət vardır ki, onu bu iki əvvəl 
səsləndirdiyim istiqamətlərdən irəlidə qoymaq lazımdır. Məsələn, 
uzun əsrlər ərzində Qırğız ədəbiyyatı şifahi şəkildə mövcud idi. La-
kin XX əsrin 50-ci illərindən Çingiz Aytumatov yaradıcılığı bir fe-
nomen kimi nəinki Qırğız ədəbiyyatının özündə, həm də bütün dün-
ya ədəbiyyatında mədəni hadisəyə çevrildi. Yəni, Çingiz Aytmato-
vun böyük istedadı olmadan ədəbiyyatda belə  əks-səda yaratması, 
zirvə fəth etməsi mümkün deyildir. Buna görə də mən Anar yaradı-
cılığının başlıca keyfiyyətlərini onun məhz istedadı, poetik axtarışı 
ilə bağlayıram.  İstedad olmayan yerdə  ənənə  də kara gələ bilmir. 
Azmı görünür ki, klassikaya bənzədə-bənzədə klassikanı təqlid edə-
edə gələnlər sonra nə klassik yolla gedə, nə də özlərini özləri kimi 
təsdiqləyə biliblər. Anar isə klassikaya müraciət edəndə  də, etmə-
yəndə də daim orijinal, daim təkrarsız, daim maraqlı olur. 
Anar  şeirlərinin bir mühüm cəhətini də xatırlatmağa ehtiyac 
duyuram. Bu onun poeziyada cəsarətli manevr edə bilməsidir. Bu 
cəsarət onun poetik axtarışı ilə bağlıdır. Cəsarət olmadan klassikaya 
belə yaradıcı novatorcasına müraciətdə bəsit görünərdi. «Klassik şe-
irlərlə səsləşmələr»də Anar poetik axtarış aparır, axtarıcılıqla məş-
ğul olmur. Eksperimentçiliyi şeirlərinin mahiyyətinə hopdurmur, 
əksinə poetik manevrlər aparmaqla, olduqca yüksək effekt əldə edir. 


 Nizami Tağısoy 
 
242
Anarı anmaq istəyənlər üçün o asan anılan; Anarı tanımayan-
lar üçünsə o çətin şəxsiyyət, çətin fərd, çətin sənətkar, çətin insandır.  
Mayakovskinin təbirincə desək, poeziya tanımadığın diyara 
səyahətdir. Lakin Anar poeziyanın «həm klassik, həm də müasir» 
dəyər və sanbalını məsuliyyətlə dərk edənlərdəndir. Ona görə “səya-
hət etdiyi diyarı” da yaxşı tanıyır. Çünki Anarın poeziyaya gedən 
yolu onun həm də müxtəlif şairlərin əsərlərindən etdiyi tərcümələ-
rindən keçib gəlir. Tərcümə isə, məlum olduğu kimi, yaradıcılıqdır. 
O da orijinal yaradıcılıq kimi istedad tələb edir və burada Anarın 
tərcüməçilik istedadı ilə  şeir yaradıcılığı istedadı üst-üstə düşüb. 
Əgər buraya onun nəsr yaradıcılığındakı təkrarsızlığı da əlavə etsək, 
onda Anar yaradıcılığının öz daxili qanunauyğunluğunu və təbiiliyi-
ni də aydın görə bilərik. Anarın şeirlərinin yetkinlik etibarilə tanın-
mış söz sərraflarının poetik nümunələrinə uduzmadığını görə bilə-
rik. Bu, şairin klassik şeir formalarından yaradıcılıqla istifadə etmə-
si və onlarla sərbəst şəkildə “davraması” ilə əlaqəlidir. 
Təqdim olunmuş Anar şeirlərində forma və məzmunun özünə-
məxsus palitrası, özünəməxsus evfoniyası və özünəməxsus melodi-
yası vardır. Bir də bir şeyi də deməyə ehtiyac duyuram ki, lirik ya-
radıcılığa, şeirə insan əsasən iki dövrdə daha çox meyl göstərir. Bi-
rinci bu yeniyetməlik, gənclik çağlarında baş verir, çünki məhz bu 
dövrdə insan, şəxsiyyət öz potensiyasını. daxili püskürmələrini orta-
ya atmaq istəyir, həyata, təbiətə, vətənə, torpağa, valideynə olan 
məhəbbətini, yaxud da ki, intim hiss və duyğularını digərlərinə çat-
dırmaq istəyir. İkinci dövr isə birincidən həm kəmiyyətcə, həm key-
fiyyətcə  fərqli dövrdür. Bu insanın müdrikləşmə dövrünə  təsadüf 
edir. Məsələn, böyük türk şairi Şeyx Əlişir Nizaməddin Nəvai dör-
düncü divanını «Qocalığın dəyərli məsləhətləri» adlandırmışdı  və 
onun bu divana daxil etdiyi əsərləri ibrətamiz-nəsihətamiz, hikməta-
miz fikirlərlə dolu nümunələrdir. İkinci dövrdə yaradıcı insan sanki 
səpələdiklərini, dağıtdıqlarını yenidən ehtiyatla yığmağa başlayır. 
Buna görə də «klassik şeirlərlə səsləşmələr»r həm də Anarın poetik 
yaradıcılıq yolunun nəticələri kimi qiymətləndirilməlidir. 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə