Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə74/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   70   71   72   73   74   75   76   77   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
235
eyni olmasa da; Sultan Səlim qalib gəlsə  də,  Şah  İsmayıl düşmən 
qarşısında baş əyməmişdi (deyirlər ki, o vaxt Xətayi bu döyüşə əhə-
miyyət verməyib bildirçin ovuna getmişdi). Elə Anarda yolundan 
sapmadığına görə dövranın onu əyə bilməyəcəyini söyləməklə, ulu 
əcdadının damarından gələn qanın onun damarlarında axdığını bil-
dirir və deyir ki, məhz bu gün onun dediklərin anlamayanlar, onu döv-
ranından, zamanından yasaq salanlar nə vaxtsa yaxşı anlayacaqlar. 
Bax, bu cəhətlərinə görə bu misralar bizi özünə çəkməyə, diq-
qətimizi məşğul eyləməyə bilməz. 
Dünyanı  dərk də Anar üçün özünəməxsusdur və burada da 
klassik poeziyamızla, söz sənətimizlə səsləşmə gözəldir. Anar üçün 
dünyanın öz yeri, o, dünyanın nə olduğundan yaxşı xəbərdardır. Bu-
na görə də 
 
 
Kiminçün dünya seyrəngah, kimsə olmuş bundan agah, 
Kiminçün məscid, ya kilsə, kiminçünsə meyxanədir, – deyir. 
 
Anar həyat, eşq yolçusudur, o, onları  hər  şeydən uca tutur. 
Ona görə də «...eşqin mənə təsəllidir, – külli-aləm bir yanadır, sənin 
eşqin bir yanadır», yaxud «sevgi özü bir azardı, könlüm sevgidən 
bezardı...», «eşq yolunda sail olan, yolçuluğa dadanmazmı?», – sual 
etdikdən sonra – 
 
Çox dolaşdım, ox dalaşdım, çoxlarıyla dost-yoldaşdım,  
Qeyb olub getdiyim zaman kimsə Anarı anmazmı? – 
 
deyə bir də sual edir. 
 
Anarın klassik poeziyamızla səsləşmələri didaktik-əxlaqi xa-
rakter daşıyır, bizi doğruçuluğa, düzlüyə çağırır. Bu, Molla Pənah 
Vaqifin «Görmədim» müxəmməsinə yazdığı şeirdə özünü daha qa-
barıq özünü göstərir. 
 


 Nizami Tağısoy 
 
236
Ən böyük biclik – düzlükdü – deyibdi ariflər bunu, 
Bu kəlamdan daha müdrik bir siyasət görmədim. 
 
Xoş əməldən, təmiz əldən, doğru sözdən, doğrusu,  
Üstün adət, yaxşı söhbət, başqa qeyrət görmədim. 
 
Üstümə yüz çirkab atdı hər yetən cahil, avam, –  
Bu qədər böhtana, föhşə gəl görüm eylə davam;  
 
Qədirbilməz bir mühitdə eylədim ömrü tamam, –  
Haqqa qahmar durmağa cürət, cəsarət görmədim. 
 
Anar atalar sözləri, zərb məsəlləri  şeirlərinin infrastrukturuna 
elə üzvü surətdə daxil edir ki, onlar yamaq kimi, əlavə birləşmələr ki-
mi görünmür, şeirin məzmununa hopur, onunla həmahənglik təşkil 
edir. 
Anar klassik şeirlərlə səsləşmələrdə Əhməd Yasəvi, Yusif Ba-
lasağunlu, Əhməd Yuğnəkli, Yunus İmrə, Cəlaləddin Rumi, Füzuli, 
Vaqif ənənələrinin layiqli davamçısı kimi çıxış etməyə çalışır və hə-
qiqət xatirinə deyim ki, yaxşı səmərə əldə edə bilir də. Görün «ən 
böyük biclik düzlükdü», «xoş əməldən, təmiz əldən, doğru sözdən, 
üstün adət... başqa qeyrət görmədim» deyən Anar sonra da «üstünə 
atılan çirkaba», ona deyilən «böhtana» «davam» edə bilmədiyini, 
«qədirbilməz bir mühitdə» yaşadığını, «haqqa qahmar durmağa cür-
ət, cəsarət» edə bilənlər görmədiyindən danışır. Deməli, Anar da 
dövrandan, mühitdən, zamandan şikayətlidir. Amma neyləsin ki
 
İçim öz-özümü alovlandırır, 
Çölüm özgələri yaxıb-yandırır, 
Hərə bir şey deyir, bir şey qandırır, – 
Qaçsam öldürərlər, qaçmasam ölləm, – deməyə məcbur olur. 
 
Lakin bütün bunlara rəğmən o, bircə  şeylə kifayətlənməyi 
özünə ümman sayır: 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
237
Nə söylədim, nə dedimsə, 
Doğru sözüm yalan oldu. 
Ürəyimi boşaltdığım 
Mənə bir tək qalan oldu. 
 
Anar mühitin, cahillərin haqsızlığını da yaxşı bilir və buna gö-
rə də 
 
Hara qaçaq bu qapqara böhtandan, 
Necə can qurtaraq hərzə-hədyandan; 
Kəmfursətdən, kəmsavaddan, nadandan 
«Nə söz qaldı  sənətkara dəyməmiş?», – Ələsgərsayağı sual 
edir. 
Anarın klassik şeirlərlə səsləşmələri əvvəldən axıra qədər su-
allarla doludur. Təbii ki, şeirlərin belə sorğu şəklində qurulması, bir 
tərəfdən, klassikamızın özündən gəlirsə, digər tərəfdən, sənətkarın 
özü üçün müasir dövrümüzdə çoxsaylı problemlərimizlə bağlıdır. 
Məsələn, Anar Mirzə  Ələkbər Sabirdən iki «Daş  qəlbli insanları 
neylərdin,  İlahi?» və «Millət necə tarac olur-olsun, nə  işim var?» 
şeirə səsləşmə yazıb. Bütün misalları, beytləri də suallar dolu—bu-
rada həm «rüşvət alanları», «səpələyib, sovurub haram pulu-paranı, 
çalıb-çaldıranları», «ölüsün dəfn etməyə imkanı olmayan»ları, 
«yan-yaxıl ehsanları», «çörəyə pul tapmayan zavallıları», «şık dü-
kanları, bol-bol restoranları», «guya hər  şey yerində, qurd-quzuyla 
otlayır», «ağ yalan» deyənləri, «kağız üstündə qalan, üstünə milçək 
qonan, möhürlü fərmanları», «dünən səsini qısan, bu gün barbar ba-
ğıran», «bu cür qəhrəmanları», «dediyi böhtan, yalan, heç bir şey 
anlamayan, nə qanan, nə qandıran kütbeyin nadanları» məmləkət-
dəki qütbləşməni, riyakarlığı, harınlığı və yoxsulluğu təzadlı şəkildə 
oxucuya çatdırır, özünün bütün bunlara qiymət verməsini  İlahiyə, 
Ulu Tanrıya müraciət etmək şəklində verir. 
«Klassik  şeirlərlə  səsləşmələr»də  Vətən torpağının yağılar 
tapdağı altında olması, onun qorunmasında, müdafiəsində bugünkü 
laqeydliyimiz, Qarabağ, Şuşa harayı, Şuşa naləsi var. Aydın olur ki, 


 Nizami Tağısoy 
 
238
çox hay-küy qaldırsaq da, Qarabağ məsələsi bizim çoxlarımızı əsla 
narahat etmir. Elə Anar da bu xüsusiyyətimizdən danışır: 
 
Torpaq yada xarac olur olsun, nə işim var? 
Qaçqın balası ac olur – olsun nə işim var? 
Yalvar, bala, əl aç, olur – olsun nə işim var? 
«Millət necə tarac olur – olsun nə işim var?» 
Qardaşlara möhtac olur – olsun nə işim var? 
 
Hər yerdə əlim var, ayağım var, dayağım var 
Dövrəmdə qohum-əqrabam, arxamda dağım var; 
Beş bankda pulum, altı evim, yeddi bağım var, 
«Millət necə tarac olur – olsun nə işim var?»  
Dost-düşmənə möhtac olur-olsun nə işim var? 
Hay-küy qoparıb, kül üfürüb, çoxlu səs etdik,  
Çox gec ayılıb dərk elədik ki, əbəs etdik;  
Qeyrət papağın «şapka» ilə biz əvəz etdik,  
Dəlibaşlara möhtac olur – olsun nə işim var? 
 
Diqqət yetirin, Sabiranə forma, Sabiranə  məzmun, Sabiranə 
münasibət, Sabiranə duyum, Sabiranə ironiya, Sabiranə sarkazm ne-
cə də gözəl şəkildə özünü inikas etdirir. Mən deyərdim ki, heç Sabir 
təsvirindən geri də qalmır, əksinə, dövrümüzün müasir sifətlərin bi-
zə necə də gözəl tanıtdırır. 
Biz Anarın nəsr əsərlərindəki cəsarəti, onun öz mövqeyindən 
çəkilməməsini çox görmüşük. 
Onun bir yazıçı kimi acı həyat həqiqətlərini bədii təsvirlərində 
çox oxumuşuq. Lakin şeirlərində biz Anarda bəlkə də bir az mövqe-
dən qaçma müşahidə edirik. Bu xüsusən onun Aşıq Ələsgərlə bağlı 
səsləşməsində daha qabarıq görünür. Görəsən, şair naçaralıqla «qap-
qara böhtandan», «hərzə-hədyandan», «kəmfürsətdən, kəmsavad-
dan, nadandan» niyə qaçmaq istəyir? Niyə onlara öz tutarlı söz gül-
ləsini tuşlamır? Buna görə də Şəhriyarın «Heydər babaya salam»ına 
səsləşmədə sanki bir qədər pessimist ovqatla köklənir və bu pessi-


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə