Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə76/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   72   73   74   75   76   77   78   79   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
243
«Klassik  şeirlərlə  səsləşmələr”də Anar yaradıcılığı  nə  qədər 
klassik görünürsə, klassika ilə  səsləşirsə, o qədər də müasir prob-
lemlərimizi  əks etdirmək baxımından dəyərli nümunələrdir. Anar 
yaradıcılığı düşünən və düşündürən poeziyadır. Bu poeziyanın çev-
rəsi geniş, mahiyyəti dərindir. 


 Nizami Tağısoy 
 
244
 
ELÇİN YARADICILIĞI 
 
/Görünən və görünməyən tərəflər/ 
 
Ədəbiyyatımızda erkən yaşlardan «altmışıncılar» möhürünü 
vurmuş sənətkarlar arasında ön sırada yer tutmuş Elçin bu gün XXI 
əsr bədii sözünün inkişafında yaxından iştirak etdiyindən ədəbi tən-
qid onun əsərlərini daha tez-tez müzakirə predmetinə çevirir. Bəs 
belə olduğu halda Elçin yaradıcılığına sönməz münasibət nə ilə izah 
olunur?! Fikrimizcə, bunların, birinci, Elçin yaradıcılığının milliliyi, 
ənənəyə bağlılığı, ikinci, onun real və bədii gerçəkliyə orijinal mü-
nasibəti, üçüncü, İlyas Əfəndiyev fenomenindən yaradıcılıqla istifa-
də etməsi, dördüncü, yaradıcılığında müasir Şərq və Qərb konteksti-
ni üzvü surətdə birləşdirməsi və digər məqamlarla bağlı olduğu da-
ha inandırıcı görünür. 
Kiçik hekayə və povestlərlə ədəbiyyata gəlmiş Elçin aradan az 
keçməmiş əsərlərində yaşadığı dövrün paradokslarını ustalıqla incə-
ləməklə, daha epoxal, sosial-ictimai, siyasi-iqtisadi, mədəni-kultu-
roloji, mənəvi-əxlaqi mahiyyət kəsb edən mövzu və motivləri əsər-
lərinin mahiyyətinə hopdurdu, oxucu rəğbəti qazandı. Yaşıdlarından 
fərqli olaraq, Elçin ədəbi tənqiddə daha çox «sınağa çəkilən» yazıçı-
lardan oldu. Onun yaradıcılığı Məmməd Cəfər, Məmməd Arif, Mir-
zə İbrahimov, Mir Cəlal, Mehdi Məmmədov, Həmid Araslı, Kamal 
Talıbzadə,Yaşar Qarayev, Bəkir Nəbiyev, Anar, İsa Hüseynov, Ək-
rəm  Əylisli v d. təndiqçi və sənətkarların diqqət mərkəzinə düşdü. 
Onlardan hər biri Elçin yaradacılığının özəlliyindən, özünəməxsus 
təzahüründən, çevik bədii priyomlarından bəhs etdilər. Rus mədə-
niyyət xadimləri və  ədəbiyyatşünaslığı da obyektivi Elçin əsərləri 
üzərinə daha tez-tez tuşladılar. Məsələn, L.Anninski onun haqqında 
«Elçin möcüzələri sevir, o zərif və mehriban nağılçıdır, o kədərli bir 
sehrkardır, bərq vuran, qızılı, gümüşü rənglərə üstünlük verən imp-
ressionistdir…» söyləyirsə, Y.Şklovski «Yazıçı çox böyük həssas-


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
245
lıqla və incəliklə qəhrəmanlarının ən adi hərəkətini, əhval-ruhiyyə-
sini, hiss və fikirlərini duyub təsvir edən rəssam kimidir» deyir.  
Tanınmış  ədəbiyyatşünas prof.Y.Qarayev Elçin yaradıcılığı-
nın daha alt qatlarda yatan xüsusiyyətlərinə  nəzər salaraq, onu 
«rəmzdən, bədii-fəlsəfi  şərtilikdən, kəskin məcazdan istifadə edən, 
psixoloji əhval-ruhiyyəni detalla əyaniləşdirən mizanlar və cizgilər 
axtaran, onları görümlü, baxımlı obrazlara çevirən, epitetlər tapan» 
yazıçı kimi səciyyələndirir. Akad.M.Arif isə «Hazırla keçmişi, ayıq-
lıqla yuxunu, həqiqətlə  xəyalı, real hadisələrlə nağılı… daxili dia-
loqlardan… dramaturji səhnələrdən, mozaik parçalardan, mübali-
ğə… üsulundan istifadə etmək təsvirlərinin emosional qüvvəsi» ilə 
seçilən sənətkar kimi dəyərləndirir. Prof.M.Cəfər isə yazıçıda xeyli 
başqa xüsusiyyətlər ortaya çıxarır: «Elçində  bədii dərk duyğusu 
güclü və  cəlbedicidir… Elçin varlığı, hadisə  və insan səciyyəsini 
canlandırmaqda bir-birini tamamlayan bədii nüfuz üsullarından isti-
fadə edən tərəfləri göstərir». İstedadlı rejissor, dramaturji materialı 
və dram əsərlərinin «dilini yaxşı bilən» prof.M.Məmmədov isə Elçi-
ni «…saxtanı  həqiqətdən, elmi-nəzəri mülahizəni doqmatizmdən, 
ehkamçı və subyektiv fikirlərdən seçməyi bacar»an yazıçı kimi nə-
zərdən keçirir. 
Bu tipli çoxsaylı  tərifləri yazıçı haqqında davam etdirdikdə 
Elçinə ədəbi fenomen kimi baxmaq üçün şərait yaranır. Bu isə, heç 
şübhəsiz ki, bu günə qədər və bu günün özündə Elçin barədə, onun 
yaradıcılığının oxucu üçün görünən və görünməyən tərəfləri haqqın-
da mülahizələr irəli sürülməsi ilə bağlı münbit şərait yaradır. Fikri-
mizcə, bu aşağıdakı spektrləri çevrələyir:  
Birinci, Elçinin əsərləri ədəbiyyatşünaslığımızda geniş nəzər-
dən keçirilsə də, bu yaradıcılığın bəzi tərəflərinə, o cümlədən onda-
kı epik ənənə və tarixiliyə müraciət hələ də kifayət qədər qabardıl-
mamışdır; 
İkinci, Elçin yaradıcılığının mühüm hissəsini təşkil edən dra-
maturgiyası yetərincə öyrənilməmişdir; 


 Nizami Tağısoy 
 
246
Üçüncü, yaradıcılığında uşaq dünyasının xeyli məqamlarını 
işıqlandıran Elçinin uşaq hekayələri, onun uşaq aləminə «ekskursu» 
ədəbi-təndiqi fikrimizdə yerli-yataqlı çözələnməmişdir və s. 
 
* * * 
 
2004-cü ildə  ədəbin 60 illik yubileyi ilə  əlaqədar nəşr olun-
muş «Elçin-zaman səddini aşmış sənətkar» kitabında onun yaradıcı-
lığına N.Paşayeva, V.Yusifli, Ş.Qurbanov, T.Hacıyev, F.Mustafa, 
İ.Qasımzadə, R.Tağı, A.Tahirli, A.İsmayıloğlu, İ.Həbibbəyli, Ə.Ca-
hangir, A.Mirseyid, A.Məsud, T.Abdin və b. müxtəlif rakurslardan 
toxunmuşlar. Bu kitabda toplanmış fikirlərdən bizi özünə daha çox 
cəlb edən N.Paşayeva, Ə.Cahangir və A.Mirseyidin mülahizələridir. 
Prof.N.Paşayeva Elçin yaradıcılığındakı  mənəvi-əxlaqi axtarışları, 
onun ədəbi qəhrəmanlarını və ədəbi düşüncələrini nəzərdən keçirdi-
yi halda, A.Mirseyid Elçin yaradıcılığı haqqında bir qədər fərqli, 
modern üslubda danışır, Ə.Cahangir isə Elçinin yaradıcılığına mü-
qayisəli-fraqmentar təqdimat üsulundan istifadə etməklə münasibət 
bildirir. Hər üç müəllif Elçindən danışarkən onu ümumilər fonunda 
nəzərdən keçirib təqdim etmək yox, bu sənətkardakı fərdi və fərqli 
xüsusiyyətləri göstərməyə üstünlük verir. Lakin, fikrimizcə, bu fər-
diliyi də sona qədər açmağa ehtiyac vardır. Elə buna görə də Elçin 
yaradıcılığının bəzi məqamlarının qabardılmasına ehtiyac duyulur. 
 
* * * 
 
Elçinin dramaturji yaradıcılığı heç də onun nəsr yaradıcılığın-
dan az əhəmiyyətli deyildir. Elçin orijinal konflikt qurmaq ustasıdır. 
Bu bəzən onun nəsr  əsərlərindən rişələnib gəlsə  də, dramaturgiya-
sında yeni keyfiyyət kəsb edir («Poçt şöbəsində xəyal», «Mahmud 
və Məryəm», «Ağ Dəvə» və s.). Elçin bəzi pyeslərinin başlıqlarında 
nəsr  əsərlərinin adını  səsləndirsə  də, o dramın qanunauyğunluq-
larına əməl etməklə, burada yeni effekt yaratmağa, tamaşaçını məş-
ğul etməyə çalışır. Elə buradan da Elçinin dramaturji sisteminin 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə