Nizami Tağısoy
250
(xaç çevirir). Dünyada hər şeyə dözmək olar, amma dinə xəyanət et-
məyə dözmək olmaz!... Məryəm gərək bir xaçpərəsti xoşbəxt etsin,
bir xaçpərəstin anası olsun!...»
Məryəm Mahmuddan danışdıqda keşiş deyir: «… Yazıq qızcı-
ğaz! Gör bir necə də sadə danışır… Bu sözlərin arxasındakı uçu-
rumdan xəbəri yoxdur… Deməli, bu boyda Gəncədə xanın oğlu ta-
mahını Məryəmə salıb… Minlərlə xaçpərəst qızların dinsiz-əxlaqsız
sultanların, şahların, xanların saraylarında pozulmuş şəhvətlərə qul-
luq etmələri bəs deyil? Məryəmin dünyadan xəbəri yoxdur…»
Mahmudu heç nə saxlaya bilmir. O keşişin və Məryəmin da-
lınca qoşunsuz, atsız, silah-sursatsız yola düşür.
Ziyad xan: «Mahmud göz açandan sənin qucağında böyüyüb,
Sofi-dedi. Sən təkcə Mahmudun lələsi deyilsən.. sən bizim ən eti-
barlı adamımızsan, Sofi! Görürsən bu daş-qaşı? Bütün bu var-dövlət
Mahmudundur!...Bu daş-qaşları götür köynəyinin altından belinə
bağla. O keşiş qızının izi ilə get …bütün haqsızlıqlardan xəbərsiz
Mahmud Sofi ilə birgə Ziyad və Qəmərbanu ilə əbədi ayrılaraq yola
üz qoyurlar».
«Mahmud və Məryəm» pyesinə müəllif maraqlı bir məqam da
daxil edir. Mahmud yolda görlüyü çobana yağışlı, çiskinli gecədə
ocaq başında Şeyx Nizaminin «Leyli və Məcnun »unu danışır. Ço-
ban da qulaq asır. Beləliklə, dastan içində dastan, rəvayət içində rə-
vayət priyomundan uğurla istifadə olunur. Sofi Mahmudu bu səfər-
dən qaytarmaq istəsə də Mahmud Məryəm sevgisi ilə yaşayır. Mah-
mud Məryəmi hətta durnalardan sormaq istəyir.
Əsərin infrastrukturuna müəllif xeyli digər hadisələri – Çaldı-
ran düzündə gedən döyüşləri, Osmanlı hökmdarı Birinci Sultan Sə-
limin Səfəviləri müsəlman dininin düşməni elan etməsini və İslam
müdafiəsi naminə iki yüz minlik türk ordusu ilə Azərbaycana gir-
məsini, 1514-cü ilin avqust ayında Səfəvilər dövlətinin – Məmləkəti
– Azərbaycanın yaradıcısı və hökmdarı Şah İsmayılın türk ordusun-
dan bir neçə dəfə az qoşunla Sultan Səlimlə Maku yaxınlığındakı bu
Çaldıran düzündə qarşılaşmasını, döyüşə girməsi ilə bağlı informa-
siyaları da verir.
Etnos
v
ə epos: keçmişdən bugünə
251
Əsərdə keşişlə Məryəm qarşıdurması da maraqlı təqdim edilir.
Keşiş Məryəmdə Mahmuda qarşı şübhə yaratmağa səy göstərir.
Məryəmin isə Mahmuda sevgisi sönməz olduğundan qız atasına:
«…Mahmud müqəddəslərin müqəddəsidir… Mahmud təmizlərin
təmizidir», – deyir və atası onu düzgün anlasın deyə, Məryəm (pı-
çıltı ilə öz-özünə). Dağlar dağımdır mənim, ata, qəm oylağımdır
mənim, dindirmə ata, ağlaram, qan ağlaram, yaman çağımdı mə-
nim… - deyir.
«Mahmud və Məryəm»də müəllifin türkçülük mövqeyi əsərin
sonunda daha qabarıq verilir. «Süleyman paşa keşişi tapdırdı. Onu
Müqəddəs Evin lap yaxınlığında ələ keçirdi. Keşiş Müqəddəs Evə
gedə bilmədi…Süleyman paşa bütün Ərzurum əyalətində türk qızla-
rının başqa millətə ərə getməsini qəti qadağan etmişdi, amma kişilə-
rin başqa millətlə ailə qurmağına icazə verirdi, çünki türklərin sayı-
nı artırmaq lazım idi».
Süleyman paşanın bütün kəniz qulluqçuları, rəqqasələri ermə-
ni, ərəb, yəhudi qızları idi, çünki o belə hesab edirdi ki, özününkü-
lər, yəni türk qızları oğul tərbiyə edib böyütməlidi, döşlərinin südü
ilə balalarına qədim və şərəfli tarixinə hörmət və sədaqət aşılamalı-
dır. Çünki bunsuz sabah yoxdur.
Əsər sonluğa yetişdikcə münasibətlər daha da gərginləşir. Sü-
leyman paşa keşişi içəri çağırtdırır. Zərb çalğısı altında ərəb rəqqa-
səsi əvvəl Süleyman paşanın qarşısında, sonra Mahmudun, daha
sonra Məryəmin qarşısında oynayır.
Arxa planda tülün arxasında Mahmudla Məryəm qucaqlaşar-
kən Məryəm. Mahmud, cır-cır bu paltarı, cır bu donu, qurtar məni…
Keşiş isə bu vəziyyəti görüb belə lazım bilmisən, belə də elə-
misən – deyib, bu mənzərədən həzz alır. Məryəmlə Mahmud yanıb
kül olurlar. Elçin əsəri maraqlı sonluqla başa vurur. Yaxınlıqda
əhənglə günbəzi ağardılmış köhnə Mahmudla Məryəm məqbərəsi
olduğunu göstərir. Bu tərəflərin adamları danışırdı ki, guya hərdən
bu qərib məqbərənin qabağında havadan bir saz peyda olur, öz-özü-
nə çalır və guya haçansa Sazlı Abdulla adlı bir el aşığı varmış və bu
saz da həmin Sazlı Abdullanın sazıymış.
Nizami Tağısoy
252
* * *
Elçinin əsərlərində hər hansı hadisənin təsviri öz məna və ma-
hiyyətinə görə fərdi hədlərdən çıxıb, həyatın fəlsəfi cəhətdən dərki
xarakterini alır. Onun əsərlərinin personajları psixoloji cəhətdən
həm özü-özlüyündə, həm də bir-birilə müqayisə ediləndir. Bütün
bunları nəzərdən keçirdikdə görürük ki, bir tərəfdən, folklorizm,
dastançılıq, nağılçılıq, digər tərəfdən, tarixilik Elçin dramaturgiya-
sında daha aktual problemə çevrilməklə, nəinki ədəbi-tarixi, həm də
nəzəri-estetik mahiyyət kəsb edir. Elçin tərəfindən dastan materialı,
yaxud tarixi hadisə bədii obrazlığın və konfliktin mənbəyi kimi isti-
fadə olunmaqla, mühüm janr-üslub və formayaradıcı faktor rolunu
oynayır. Folklor, dastan elementləri və tarixi mənbələrə, hadisələrə
müraciət Elçin yaradıcılığında müxtəlif bədii vəzifələri yerinə yeti-
rir – xalq qəhrəmanlarının tipikləşdirilməsi, psixoloji detal, peyzaj
və portretin əsası, kompozisiya və süjetin təşkilinə kömək, əsərin
fəlsəfi-rəmzi mətnini müəyyənləşdirməyə və s. xidmət edir. Bundan
başqa «Mahmud və Məryəm» və «Ağ Dəvə» kimi dram əsərlərində
folklor və tarixi material müəllifin fərdi estetik qavrayışı olmaqla,
digər bədii strukturda dramatik kontekstin daxili qanunlarına tabe
edilmiş material kimi verilir. Elçin yaradıcılığını məhz bu tərəflər-
dən də təhlilə cəlb etməyə ehtiyac yaranır.
Elçin dram əsərlərinin süjetqurma üsullarında haradasa digər
dramaturqların (lap elə İlyas Əfəndiyevin) priyomlarından istifadə
etsə də, bunu sırf fərdi baxış və traktovkasında reallaşdırır. Bu əsər-
lər gərgin, iti, sərt situasiya, dramatik hadisələrlə zəngindir.
Müasir realist sənət süjetqurmanın çoxsaylı formalarından is-
tifadə edir. Əgər burada qütblü hadisələrdən, bir-birinə zidd gediş-
lərdən danışsaq (Bu «Mahmud və Məryəm», «Ağ Dəvə» pyeslərin-
də yetərincədir), bu zaman əsərlərdəki real hadisələrin gedişi, obraz-
lar, insanlar arasında münasibətlərdə simvolik, şərti cəhətlərin süje-
tin inkişafına təsirini müşahidə edərik. Əlbəttə, Elçin dramaturgiya-
Dostları ilə paylaş: |