Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə72/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   68   69   70   71   72   73   74   75   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
229
da böyük ədib, müəllim, təvazökar və qayğıkeş insan olduğunu gör-
dükləri, bildikləri və oxuduqları faktlar əsasında tədbir iştirakçıları-
na çatdırdılar və onun əsl xalq adamı, dəyərli vətəndaş, təəssübkeş 
bir insan olduğunu vurğuladılar. Çıxışçılar Mir Cəlalı heç də yalnız 
görkəmli nasir kimi yox, həm də istedadlı alim və əvəzsiz pedaqoq 
kimi qiymətləndirdilər. 
Doğrudan da Mir Cəlalın elmi-pedaqoji, nəzəri-tənqidi yaradı-
cılığı  və  vətəndaşlığı, təəssübkeşliyi haqqında ayrıca danışmaq la-
zımdır. Mir Cəlalın elmi yaradıcılığı heç də türk və Şərq ədəbi-elmi 
konteksti ilə  məhdudlaşmamışdı. O, tanınmış rus ədiblərinin – 
L.Krılovun, N.Çernışevskinin, N.Nekrasovun, L.Tolstoyun, A.Çe-
xovun və digərlərinin  əsərlərinə  tənqidi rakursdan yanaşdığından, 
onun ədəbi-tənqidi mövqeyi də kifayət qədər dolğun formalaşmışdı. 
Dərin mütaliəli və geniş hafizəli Mir Cəlal klassik Azərbaycan ədə-
biyyatını, onun keçdiyi çətin, mürəkkəb və eyni zamanda şərəfli yo-
lu incəliklə öyrənmişdi. Buna görə də o, əvvəl «Füzulinin poetik xü-
susiyyətləri», sonra isə «Füzuli sənətkarlığı» kimi sanballı monoq-
rafiyaları ortaya qoydu. Bəlkə də professorun «Azərbaycanda ədəbi 
məktəblər» monoqrafiyası bu gün ədəbi məktəblərin xüsusiyyətləri-
ni təsnif etmək baxımından daha dəyərli mənbə kimi qiymətləndiril-
məlidir. 
Mir Cəlal elmi yaradıcılığını  bədii yaradıcılıqla paralel apar-
maqla, öz işini, missiyasını bitmiş hesab etmirdi. Çoxillik araşdır-
maları və yorulmaz tədqiqatları sayəsində o, «Müxtəsər Azərbaycan 
ədəbiyyatı tarixi», «XX əsr Azərbaycan ədəbiyyatı» kimi dərsliklər 
yazıb mütəxəssis və  tələbələrə  bəxş etmişdi. Lakin Mir Cəlal bu-
nunla da kifayətlənmirdi. O, yaxşı bilirdi ki, əsası F.Köçərli tərəfin-
dən qoyulmuş Azərbaycan  ədəbiyyatşünaslığı M.Rəfili,  Ə.Şərif, 
M.Arif, C.Cəfərov, Ə.Mirəhmədov, K.Talıbzadə kimi alimlər tərə-
findən inkişaf etdirilsə  də, onun bəzi məsələlərinin işlənilməsinə 
respublikamızda hələ də böyük ehtiyac duyulur. Elə bu tələb üzün-
dən də Mir Cəlal prof.P.Xəlilovla birlikdə  «Ədəbiyyatşünaslığın 
əsasları» kitabını yazmışdı. 


 Nizami Tağısoy 
 
230
Mir Cəlalın klassik Azərbaycan  ədəbiyyatının, XX əsrin  əv-
vəllərində yaranan ədəbiyyat və  mətbuatın, mədəniyyətimizin xa-
rakterik xüsusiyyətlərinin işıqlandırılmasına həsr edilmiş konsepsi-
yalaşdırılmış  nəzər nöqtəsi,  ədəbiyyatşünaslığımızın aktual prob-
lemlərinə dair çap etdirdiyi məqalə və monoqrafiyaları, dərs vəsait-
ləri və dərslikləri nəinki aktuallığını itirmiş, əksinə, bu sahədə hələ 
də mövcud olan boşluqların doldurulmasına xidmət etmiş və bu gün 
də etməkdədir. Onun Əli Nəzmi, Əliqulu Qəmküsar, Mirzə Əli Mö-
cüz, Bayraməli Abbaszadə, Soltanməcid Qənizadə, Rəşidbəy Əfən-
diyev, İbrahimbəy Musabəyov, Zeynalabdin Marağalı, Abdulla Di-
vanbəy oğlu və b. yaradıcılığını oxuculara təqdim etməsi, C.Məm-
mədquluzadə, M.Ordubadi, Ə.Haqverdiyev, S.Vurğun, S.Rüstəm, 
Ə.Məmmədxanlı,  Ə.Cəmil və başqaları haqqında söylədiyi fikirlər 
bizi Mir Cəlal fenomeni qarşısında yenidən düşünməyə sövq edir. 
Mir Cəlal ədəbiyyatımıza, elmimizə, təhsilimizə, mənəviyya-
tımıza böyük töhfələr vermiş, yüksək ixtisaslı mütəxəssislərin hazır-
lanmasında əvəzsiz xidmətlər göstərmiş, zəngin ədəbi irs qoyub get-
miş, vətəndaşlığı ilə örnək olmuşdur. Belə ziyalıların çoxşaxəli fəa-
liyyətinin hərtərəfli dəyərləndirilməsi xalqımızın ədəbi tarixi şəxsiy-
yətləri qiymətləndirməsi deməkdir. Çünki Mir Cəlalın mənalı və şə-
rəfli ömür yolu gənc nəsil üçün ən layiqli nümunədir. 
 
 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
231
 
ÖZ ADINA SIĞMAYAN ANARI ANLAYA BİLİRİKMİ?! 
 
Anarın yaradıcılığını bir filoloq kimi 70-ci illərin  əvvəllərin-
dən izləyirəm. Onun şerlərinə də bələdəm, yəni təbi gəldikdə Anarın 
nəinki epik təsvirlərə, hadisələrin axarına düşüb  əhəmiyyətli mə-
qamları diqqət mərkəzinə dartıb gətirməyindən. həm də lirik, poetik 
duyğularına da meydan verdiyindən xəbərdaram. 
Bir də onu da deyim ki, mən «Kredo» ictimai-siyasi, publisis-
tik istiqamətli qəzetində gedən ədəbi-bədii, tənqidi qeydlərə, publi-
sist yazılara da mütəmadi olaraq diqqət yetirən, onları həvəslə oxu-
yanlardanam. Bu gün «Kredo» qəzeti ictimai-siyasi istiqamətdən bə-
dii-publisist xəttə meyl etməklə özünə daha böyük oxucu auditoriyası 
toplayıb desəm, yəqin ki, yanılmaram. Fikrimcə, bu istiqamət, bu meyl 
qəzetin işçi heyətinin doğru-düzgün yolda olduğunu təsdiqləyir. 
«Kredo»nun baş redaktoru Əlirza Xələfi söz, sənət adamı ol-
duğundan ədəbi-bədii nümunələr bu qəzetdə özünə daha çox yer ala 
bilir. Qəzetin 12 fevral 2005-ci il sayını həmkarım və dostum Əliba-
la Zalov əvvəlkitək mənə təqdim etdi. Həmişə olduğu kimi mən ye-
nə də blits şəklində qəzeti vərəqlədikdə gözüm Anarın «Kredo» qə-
zetinin adını yuxarıda çəkdiyim sayının 8-9 səhifələrində «Klassik 
şeirlərlə səsləşmələr» adı altında verilmiş şeirlərinə sataşdı. Bir-iki 
misranı gözucu oxudum. Şeirlər məni elə ilk sətirlərdən tutdu. 
Yazıçının özü təqdim olunmuş nümunələri təxmis kimi qiy-
mətləndirməməyi tövsiyə edir. Şərti  şəkildə adlandırılan «Klassik 
şeirlərlə səsləşmələr» bəlkə də bu nümunələrin məziyyətini heç so-
na qədər açmır. Bir daha təsdiqləməyə ehtiyac yoxdur ki, əsil ədə-
biyyat, əsil bədii söz, poeziya elə klassikanın dəyərli nümunələrinə, 
yaxud da şifahi ədəbiyyatdan gələn qaynaqlara söykənir. Anarın bu 
şeirlərində Nizamidən tutmuş Şəhriyara qədər türk (Azərbaycan) şa-
irlərinin  əsərlərindəki həcmcə kiçik, mənaca, mahiyyətcə böyük 
beyt və misralardan yaradıcılıqla novatorcasına qidalanma özünü 
büruzə verir. Anar bu nümunələrdə bizə (həm də oxuculara) klassi-
kaya yenidən daha müasir, daha dəyərli şəkildə baxmağı təlqin edir, 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə