Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə69/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   65   66   67   68   69   70   71   72   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
219
 
KUZEY KIBRIS TÜRK ƏDƏBİYYATINDA 
İLK ROMAN 
 
/ N.Kaytaz-zadənin «Yadigar-ı-Mühabbet» i / 
 
Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycanda folkloru, 
mədəniyyəti,  ədəbiyyatı haqqında məlumatlar az olduğundan biz 
Kıbrıs türklərinin dastanları, şifahi örnəkləri, mədəni-mənəvi ənənə-
ləri və yazılı  ədəbiyyatı haqqında danışmağı  məqsədyönlü hesab 
edirik. Məlum olduğu kimi, türk ədəbiyyatı nümunələri digər çox-
saylı  məlum türk xalqlarının dilində yaranması ilə yanaşı, həm də 
Kıbrıs türklərinin dilində yaradılır. 
Kıbrıs türklərinin yazılı  ədəbi nümunələrindən biri 1894-cü 
ildə  Kıbrısda nəşr olunmuş «Yadigar-ı-Mühabbet» romanıdır. Bu 
əsəri Kaytaz-zadə Mehmet Əfəndi qələmə almışdır. Kıbrıs mədə-
niyyətinin və ədəbiyyatının dəyərli tədqiqatçısı Harid Fədainin araş-
dırmalarında və digər mənbələrdə bildirir ki, «Kaytaz-zadənin bir 
romanı da vardır ki, «yine onun da konusu Kıbrısta degil, vaktiyle 
görev yaptığı Sakız Adasında geçməktedir. Adı: Leyle-i Visal. 
Yadigar-ı Muhabbetin bitiminden sonra tefrika edilmeye başlanan 
romanın 12. bölümünden sonra arkası gelmiyor. Qazetede konuyla 
ilgili bir açıklama da çıkış degildir. İsmet Konur, Kıbrıs Türkleri 
adlı yapıtında böyle bir romandan söz etmiyor. Yalnız Beria Remzi 
Özoran Kaytaz-zadenin iki romanı olduğunu yazıyor» (5, 14-19; 6, 
159-165; 1, 36). Bundan başqa Harid Fədai Leyle-i Visalın tamam-
lanmış və basılmışını görmədiyini və olduğunu da heç sanmadığını 
söyləyir (1, 36). Nəzərdən keçirdiyimiz dövrdə  Kıbrısda o mənbə-
nin nəşri ilə bağlı bundan başqa heç nə olmadığı və yalnız yerli mət-
buatda /8 ocak 1892-ci ildə «Zaman» qəzetində/ Müzaffereddin Qa-
libin «Bir Bakış» yenə  də / 8 ağustos 1897-ci ildə «Zaman»da/ 
Kıbrıslı M.Sadreddinin «Saika-i Sevda» romanlarından söhbət 
gedir. Tədqiqatçı bununla belə bəlkə başqa əsərlərin də ola biləcəyini 


 Nizami Tağısoy 
 
220
istisna etmir. Lakin bunu da vurğulayır ki, hər necə olmuş olsa da, 
«Yadigar-i Mühabbet» Kıbrısda basılan ilk romanlardan biridir. 
Bəs «Yadigar-i Mühabbet» romanının müəllifi Kaytaz-zade 
Mehmet Nazim Efendi kimdir? Onun haqqında oxuculara muxtəsər 
məlumat vermək yerinə düşər. O, 1857-ci ildə Lefkoşada anadan ol-
muşdur. Təhsilini doğma  şəhərdə tamamladıqdan sonra Kıbrısdan 
ayrılaraq Memalik-i Osmaniyədə və bu arada Sakız adasında, Ada-
nada Kamu görevlisi olaraq çalışdıqdan sonra yenidən Kıbrısa dön-
müşdür. Lefkoşa Şeriye məhkəməsində görevini ömrünün sonlarına 
– 1924-cü ilə qədər orada davam etdirmişdir. 
Kaytaz-zadəyə Müfti Həsən Hilmi Əfəndidən sonrakı padişah 
II Mahmud tərəfindən «reisü-Şüara» rütbəsi verilmişdir. O, Kıbrıs-
da ən görkəmli şair kimi tanımış, İstanbulun ədəbiyyat adamları ilə 
ilgili münasibətləri olmuşdur. Gənclik illəri Rəcaizadələrin, Ziya 
paşaların, Namik Kamalların dövrüdür. Tanınmış  şair Namik Ka-
malla çox yaxın dostluq münasibətləri olmuşdur. Kaytaz-zadənin 
vəfatından sonra ailəsi tərəfindən Türk Cümhuriyyəti Milli Egitim 
Bakanlığına verilmiş  şairə aid digər dəyərli nümunələr sırasında, 
həm də onların bir-birlərinə yazdıqları məktublar saxlanılmaqdadır. 
Kaytaz-zadə  Kıbrısda yaşadığı illərdə  qəzetlərdə  ədəbi-bədii 
yazılar və çoxsaylı şeirlərlə çıxış etmişdir. Divan ədəbiyyatı nümu-
nələrinin təsiri altında yetişdiyindən o, gündəlik mövzulara da mü-
raciət etmişdir. Onun Türk-İtalyan müharibəsini işıqlandıran «İtali-
ya» adlı gözəl bir dram əsəri də olmuşdur. Sonra Qurtuluş savaşı 
illərində o, «Neva-yi Zafer» adlı bu döyüşü və Mustafa Kamal Pa-
şanı öymək fikrində olmuşdu. Bununla belə Kaytaz-zadənin şeirləri 
toplanmış hər hansı divanının olduğu da indiyə qədər müəyyənləşmə-
mişdir.  
Nazim Kaytaz-zadənin «Yadigar-ı-Mühabbet» (2) əsəri iki 
gəncin ürək çırpıntıları, bir-birini böyük məhəbbətlə sevmələri haq-
qında romandır. 1894-cü ildə Lefkoşadakı  Kıbrıs qəzetəsinin mət-
bəəsində basılan 207 səhifəlik bu roman 1890/1891-ci illərdə İstan-
bulda olmuş bir eşq hekayəsi padişah II Abdulhəmid dönəmində ya-
yımlanan romanlarla bir paralelliyin olduğunu göstərir. 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
221
Romanın məzmunu nədən ibarətdir?  Əsərin baş  qəhrəmanı 
Mücib bəylə Nevbər xanımdır. Mücib olduqca bacarıqlı  gənc bir 
oğlandır. O, dostlarının ayağı altı ildə dəymədiyi yerə altı aydan da 
az vaxt sərf edərmiş. İmkanları son dərəcə böyük imiş. Bu imkanla-
rına görə dostları onu sevməzlərmiş. Onlar Mücibə nifrət edirlərmiş. 
Mücibə nə etmələri, hansı yara vurmaları haqda çox düşünərlərmiş. 
Bir gün belə qərara alırlar ki, Mücibi içki, mey olan yerə aparıb, onu 
məsləkindən döndərsinlər. Beləcə öz mənfur planlarını  həyata ke-
çirsinlər. Bir gecə dostlarından birinin evində içkili bir «aləm» dü-
zənləyirlər ki, buraya qadınlar da gətirirlər. Lakin nə qədər çalışsa-
lar da, onlar Mücibi aldada bilmirlər… 
Tipik qələm sahibi, varlı bir ailədən çıxmış Mücib bəy bir gün 
kağız-qələm götürüb bacısı Medihanın otağına girdikdə  rəfiqəsi 
Nevbərin ona «Yadigar-ı-Mühabbet» deyə imzalayıb verdiyi fotosu-
nu görürkən bu qıza vurulur. Bacısının köməkliyi ilə gerçəkləşən bu 
macərada qız da bu oğlanı sevməklə Mücibə bir könüldən min kö-
nülə vurulur. Bununla belə onların görüşəcəkləri nəzərdə tutularkən 
qız atasının rahatsızlığı, xəstəliyə tutulması, ailələrinin bir müddət 
Bursada qalıb yaşaması, Mücib bəyin yatağa düşməsi və vərəm xəs-
təliyinə tutulub sevgilisini sayıqlaya-sayıqlaya xatırlamasına və öl-
məsinə yetəcəkti. Əsərdə Mücibin varlı bir bəy ailəsindəki iki uşaq-
dan biri olduğu göstərilir. O, təhsilini başa vurub diplomunu aldıq-
dan sonra Bab-i Alidə  məmurluğa başladığı bildirilir. O, gözəl 
qədd-qaməti, şık geyimi, özünə daim diqqət yetirməsi ilə seçilirdi. 
Kitab oxumaqdan, şeir yazmaqdan çox xoşu gələrdi. Kaytaz-zadə-
nin təsvirində Mücib «mələk kimi məsum» olsa da, həm də iç dün-
yasında dönükdür. Yeri gəlmişkən qeyd edək ki, bu mənada Mücib 
və Nevbərin  N.Karamzinin «Bədbəxt Liza» povestindəki Erost və 
Liza ilə və İ.Qutqaşınlının «Rəşid bəy və Səadət xanım» novellasın-
da  Rəşid bəylə  və  Səadət xanım obrazlarının yaxınlığını görmək 
mümkündür…  
Mücibin bacısının hər şeydən xəbəri vardı. O, ata və anasının 
fikrini öyrənməli idi. Mücib bacısı ilə dərdləşir. Mediha xanım Mü-
cib bəyin yazdığı  şeirləri Nevbərə çatdırmağı lazım bilir. Mücibsə 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə