Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə70/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   66   67   68   69   70   71   72   73   ...   114

 Nizami Tağısoy 
 
222
bu arada iş-gücünə getməkdə davam edir. Çalışqanlığı ilə seçilir. 
Dostlarından fərqləndiyinə görə onlar onu daha çox qısqanırlar. İm-
kan düşmüş olsa, dostlar onu hətta bir qaşıq suda boğmağa belə ha-
zırdılar. 
Bir gün Nevbər xanım anası ilə Mücib bəygilə qonaq gəlir. 
Mediha bir plan quraraq qızı Mücibə göstərə bilir. Ayrıca onun 
üçün yazılan  şeirləri də  qıza verir. Sonrakı  gəlişində  də Mediha 
Nevbərin də Mücibi sevdiyini ona söylədir. Bundan sonra onlar sev-
gilərinin qarşılıqlı olduğuna və ölənədək bir-birindən ayrılmayacaq-
larına söz verirlər. 
Gənclərin sevgi hissi günü-gündən dərinləşir. Mücib bəy Nev-
bərin dərdindən yanıb-yaxılır. Atası Manisaya getdiyindən Mücib 
Nevbər barədə fikrini ona açıqlaya bilmir. Öz atası geri qayıtdıqda 
isə bu dəfə Nevbərin atası xəstələnir. Yaşadıqları yerin havası düş-
mədiyindən onun Kadıköyə getməsi məsləhət bilinir. Arada Nevbər 
anası ilə Medihagilə vidalaşmağa gəldikdə isə Mücib bəyi evdə gör-
mürlər. Nevbər ona göz yaşları içində bir məktub yazıb qoyur. 
Mediha sirri ağabəyindən üç gün gizli saxlaya bilir. Məsələnin 
nə yerdə olduğunu bildikdə Mücib bəy birdən yerə yıxılır. Bacısının 
onu ovundurması da heç bir fayda vermir. Mücib elə düşünür ki, 
sanki həyatı sona yetib. Bundan sonra yalnız iki sevgili arasında ge-
dib-gələn məktublar onu ovundura bilərdi. Mücibin gənc yaşların-
dan içinə düşən üzüntüyə onun dözməsi də asan olmur. Kübar ailə-
dən olduqlarından onlar düşdükləri vəziyyət haqqında ata-anaya da 
heç nə açıqlaya bilmirdilər. 
Kadıköydən gəldikdə Mediha fürsət taparaq Nevbəri yenə də 
Mücib bəylə görüşdürür. Bu anda Mücibin bədəni tir-tir əsir. Müci-
bin bir günü bir aya bərabər olur. İstanbula dönəcəkləri günü gözlə-
yərkən Nevbərin atasının vəziyyəti kəskinləşdiyindən bu dəfə onun 
Bursaya getməsinə qərar verilmişdi. Mediha ağabəynin üzgünlüyü-
nü görüncə bu məsələni anasına bildirir və atasına da deyilməsini 
məsləhət bilir. 
Bursada olan Nevbərin atasından heç bir xəbər gəlməməsi 
Mücibi çox narahat edir. Günlər keçdikcə Medihanın da təsəlliləri 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
223
bir nəticə vermir. Bununla belə məsələni Mücibin anası atasına da 
bildirmiş, o da bu işə qarşı çıxmamışdı. Hətta iş o yerə gəlib çıxmış-
dır ki, Mücib Bursaya getmək haqda da düşünmüşdür. Lakin  bəzi 
fikirlər onu bu səfərdən çəkindirmişdir. Beləliklə, bundan sonra 
Mücibin ovuntusu yalnız şəkil və məktublar olur. O, Nevbərin şək-
lini və məktublarını saatlarla çıxarıb baxır, oxuyur, sonra yatağa gi-
rir, təlaş içində düşünür. 
Mediha isə Nevbərin ona verdiyi şəklini lazıınca saxlamayıb 
Mücibin  əlinə keçməsinə, Nevbərlə bağlı  məsələləri ana-anasına 
vaxtında söyləmədiyindən özünü suçlayır. Artıq Mücibin günləri 
xəstə yatağında sayıqlamaqla keçir. Bir gün Hüsrev bəylər Nevbərin 
İstanbula gələcəyindən xəbər tutur. Anası və bacısı isə zavallı Müci-
bin başı üstə  ağlayır. Mücib ölərkən bacısının köməyi ilə Nevbərə 
vida deməyi də unutmur. 
Nevbərgil Bursadan dönəndə isə artıq iş işdən keçmiş olur.  
Mücibin bu durumdan xəbərdar olan dostları da cənazəni dəfn 
etmə mərasiminə qatılırlar… 
Bu romanın qısa məzmunudur.  
Harid Fədai «Yadigar-ı-Mühabbet»in dilinin zamanına görə 
anlaşıla bilən bir Osmanlıca olduğunu söyləməklə, onun müasir 
türkcəyə uyğunlaşdırılması zamanı əsasən o yazını təməl kimi sax-
lamağa çalışdığını da bildirir. Bununla tədqiqatçı işini bitmiş hesab 
etməmişdir. O həm də «eskiyən sözcüklərlə söz obyeklerinin anlam-
ları, okucuya kolaylık sağlamak bakımından, ayrı bir kitab halinde 
verilmiştir» (3, 3). «Yadigar-ı-Mühabbet» üzrə Harid Fədainin təq-
dim etdiyi  «Sözlük» (4) az qala elə romanın həcmi boydadır. «Ya-
digar-ı-Mühabbet»i (4) Fuad Mehdun orijinaldan ingiliscəyə çevir-
mişdir. Qeyd edək ki, bu romanın türk və ingiliscə yayımlanmaya 
başlaması 13 ildən artıqdır. Kıbrısa səfərlərindən birində «amerikalı 
prof. Pierre Oberlinge bu romandan söz açmış, o da ilgi duyarak ya-
yımı için 1989-da ünlü bir kuruluşun sponsorluğunu sağlamayı ba-
şarmıştı». 
 


 Nizami Tağısoy 
 
224
 
ƏDƏBİYYAT 
 
1. Ôåäàè Ùàðèä.Êûáðûñ Òöðê Êöëòöðö. Áèëäèðèëåð ÛÛ. – Àíêàðà, 2003. 
2. Áàõ: Êàéòàç-çàäå Ì.Í. «Éàäèýàð-û-Ìöùàááåò». Ùàçûðëàéàí Ùà-
ðèä Ôÿäàè. Ëåôêîøà, 2004.  
3. Êàéòàç-çàäå Ì.N. «Éàäèýàð-û-Ìöùàááåò». Ñþçëöê. Ëåôêîøà, 2004.  
4. Êàéòàç-çàäå Ì.N.  Òùå Ðåììàíò îô Ñîðèå. Íèêîñèà, 2004.  
5. Êûáðûñ Òöðê Êöëòöðö, Ìèëëåòëåðàðàñû Áèðèíúè Êûáðûñ Òåäêèêëåðè 
Êîíãðåñè. 14-19 Íèñàí. 1969.  
6. Òöðê Êöëòöðöíö Àðàøòûðìà Åíñòèòöñö Éàéûíëàðû. Àíêàðà, 1971. 
 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
225
 
 
ЫВ  Б Ю Л М Я 
 
 
МЦАСИР АЗЯРБАЙЪАН 
НЯСРИ ПРОБЛЕМЛЯРИ 
 
 
MİR CƏLAL: YAZIÇI-VƏTƏNDAŞ 
 
XX  əsr Azərbaycan  ədəbiyyatının tanınmış nümayəndələrin-
dən olan Mir Cəlal Paşayevin yaradıcılığı, fikrimizcə, bir neçə – bə-
dii yaradıcılıq, publisistik, nəzəri-tənqidi və pedaqoji aspektlərdə 
öyrənilməlidir. 
XXI  əsrin bu gün zirvəsindən Mir Cəlal yaradıcılığına yeni-
dən nəzər saldıqda onun bədii nəsrimizin inkişafında rolu danılmazdır. 
Cənubi Azərbaycandan başlamış Mir Cəlalın ömür yolu Gən-
cə texnikumunda, Gədəbəy məktəblərində, Kazan İnstitutunda, 
Azərbaycan Pedaqoji İnstitutunda və Dövlət Universitetində elmi-
pedaqoji fəaliyyət və bədii yaradıcılıqla uğurla davam etmişdir. 
Bu böyük ədibin, müdrik insanın, dəyərli vətəndaşın tanıdıq-
larına və tələbələrinə qayğılı münasibətlə formalaşmış və inkişaf et-
dirilmiş çoxşaxəli yaradıcılığı Mir Cəlalın böyük və kövrək ürək da-
şıyıcısı olduğunu sübut edir. 
Harada, hansı sahədə – qəzet redaksiyalarında, Elmi Tədqiqat 
İnstitutunun aspiranturasında, AMEA Nizami adına Dil və  Ədə-
biyyat İnstitutunda şöbə müdiri, Azərbaycan Dövlət Universitetində 
kafedra müdiri və müəllimlik etdikdə – hər yerdə o, özünü əsl və-
təndaş – alim, orijinal yazıçı, alovlu publisist kimi tanıtdıra və təs-
diq edə bilmişdir. 
Mir Cəlal da əksər ədəbiyyat adamları kimi yaradıcılığa əvvəl 
şeirlə başlasa da, tezliklə o, nəsrə daha çox meyl göstərmiş, biri di-
gərinin ardınca maraqlı əsərlər ortaya qoya bilmişdir. Mir Cəlal nəs-


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə