Nizami Tağısoy
210
əsər də yarada bilməzdi. Trilogiya özündə psixoloji-məhəbbət kolli-
ziyaları ilə zəngin təcrübəni də lazımınca əks etdirir.
Trilogiyanın digər mühüm cəhətlərindən biri də onda iki –
dastan və roman başlanğıcının bir-birini üzvü surətdə tamamlaması-
dır. 80-90-cı illər ədəbi tənqidində geniş müzakirə obyektinə çev-
rilən bu əsərdə müəllifin «Epopeya vəzifəsini» layiqincə yerinə ye-
tirdiyi xüsusi olaraq qeyd olunmuşdur. Öz tarixi epopeyasını dastan
adlandıran yazıçı, həm də xalq qəhrəmanlıq və məhəbbət dastanla-
rına, xüsusən milli və regional epik abidələrə müraciəti üstün tut-
muşdur. Bununla belə əsər dastan başlanğıcına söykənsə də, bədii
təxəyyül tarixi fakt və materiallarla tamamlanır və zənginləşir.
Məsələn, xalq əfsanələri, rəvayətləri və dastanlarını dərindən
öyrənərkən, yazıçı qarşısına ziddiyyətli tarixi şəxsiyyət obrazını aç-
mağa çalışır. Tarixi sənədlər, elmi əsərlər və əfsanələrdə Aydos-biy
Xivə xanının yaxını kimi qələmə verilir. Və guya Aydos-biy haki-
miyyət uğrunda mübarizədə xana qarşı çıxış edən öz doğma qar-
daşları Begis və Mırjıkı öldürür. Lakin elə əsərlər də vardır ki, mə-
sələn, Berdağın «Aydos-biy» poeması orada Aydos-biy tərif və təq-
dir olunur. Yazıçı yalnız Aydos-biy şəxsiyyətini obyektiv xarakteri-
zə edən tarixi faktları dərindən öyrənəndən sonra onu əsərdə məhz
xalq xilaskarı kimi təqdim edir.
T.Kaipbergenovun epopeyasında tarixlə müasirlik maraqlı
müstəvidə təqdim olunur. Buna cavabı yazıçının özü verir: «Yazıçı
üçün tarixi əsər yazmaq elə geoloq üçün yerin təkində faydalı qazın-
tılar axtarmaq kimi bir şeydir. Onlar keçmişdə yaranmış və daşlaş-
mışlar, bununla belə indiki və gələcək nəsillərə xidmət edirlər…
Keçmiş indiki zamanın müəllimidir» (8, 6). Doğrudan da T.Kaip-
bergenov zərgər dəqiqliyi ilə doğma xalqın keçmişini uğurla bərpa
etmişdir. Lakin material, fakt və tarixi hadisələri öyrənən yazıçı heç
də nümunəyə baxmaqla kifayətlənməmişdir. O, həm də öz yazıçı
fantaziyasına uçuş vermişdir. O, nümunəni əldə rəhbər tutsa da,
onun konturunu, xətlərini, ornamentini bədii təxəyyülün diqtəsinə
uyğun yaratmışdı. Tarixin boranlı, çovgunlu dolanbaclarında itib-
Etnos
v
ə epos: keçmişdən bugünə
211
batmış nümunələri elə ustalıqla işləyib hazırlamışdır ki, əsər də heç
bir şey oxucu üçün süniiləşməmişdir.
T.Kaipbergenovun «Qaraqalpaqlar haqqında dastan» trilogi-
yası bu xalqın bədii təfəkkürünün, hələ ki, ən mükəmməl, monu-
mental və möhtəşəm nümunəsi kimi qalmaqdadır. Sadaladığımız bu
üstün cəhətlərinə görə T.Kaipbergenovun bu əsəri digər xalqların
dillərinə böyük sevgi və sayğı ilə tərcümə olunmuşdur.
Yuxarıda qeyd etdiyimiz kimi, T.Kaipbergenovun bütün əsər-
ləri orijinallığı və özünəməxsusluğu ilə seçilir. Bununla belə geniş
təhlilə cəlb etdiyimiz «Qaraqalpaqlar haqqında dastan» epopeyası
ilə bir cərgədə dayana biləcək onun ikinci bir əsəri XX əsrin 80-cı
illərinin sonunda Moskvada nəşr olunmuş «Qaraqalpaqnamə» ro-
man-essesidir (7).
Moskvada jurnal nəşrinə yazılmış müqəddimədə aşağıdakıları
oxuyuq: «T.Kaipbergenovun «Qaraqalpaqnamə» roman-essesini
oxumaqla, biz xeyli zənginləşmiş oluruq. Əlbəttə, burada bizim nə
şaqqıldayan yüzmanatlığımız, nə ənti əşyamız, nə də zinət əşyaları-
mız olacaq. Yox. Bu əsəri oxuduqda biz sadəcə olaraq sirr və sehr-
lərlə, əfsanələrlə dolu yovşanın acı qoxusunu hiss edəcəyik…» (11).
Əsərin maraqlı süjet-kompozisiya, struktur və məzmun özəl-
liyi var. «Qaraqalpaqnamə» rəvayət və əfsanələrə söykənməklə, su-
al-cavablar üzərində qurulmuşdur. T.Kaipbergenov babasından,
anasından, atasından eşitdiyi atalar sözü, zərb məsəllər, qaraqalpaq-
ların əfsanəvi söz ustası Ömirbəyin lətifələrindən (Ömirbəyin Molla
Nəsrəddin lətifələri ilə müqayisə olunacaq lətifələri vardır və biz
onun repertuarından bəzi lətifələri oxuculara təqdim etmişik) (9,89-
92),ağsaqqal və ağbirçəklərin dilindən, tarixi mənbələrdən qələmə
almış, xalqın etnogenezi və mənşəyi ilə bağlı mülahizələri bədii
təxəyyülünün köməyi ilə oxuculara maraqlı təqdimatda çatdıra
bilmişdir.
Babasının, anasının, atasının və ağsaqqalların dili ilə sanki
xalqın bütün tarixi səhifələrini qaldırır, onun taleyində böyük rol
oynamış şəxsiyyətləri oxucunun gözü qarşısında canlandırır. Əsərin
başlıca leytmotivini doğma xalqa, özünün doğulduğu Şortanbay au-
Nizami Tağısoy
212
luna sevgi təşkil edir. Romanda Şortanbay sanki dünyanın mərkəzi
hesab olunur. Müəllifin fikrincə dünyanın bütün yolları oraya, onun
doğma auluna dünyaya «gedən yollar» isə hamısı başlanğıcını yenə
də onun aulundan götürür. «Qaraqalpaqnamə»də müəllifin obrazı
sanki qırmızı xətlə keçir. O, digərlərindən fərqli olaraq əsərdə əv-
vəldən axıra qədər iştirak edir. Bundan başqa bu əsərdə digər prob-
lemlərlə yanaşı təbiət, ekologiya, dağıdılmış səhralar, çöllər, fəlsəfə,
psixologiya, mənəviyyat məsələləri, etik problemlər mühüm əhə-
miyyət kəsb edir. «Voprosı literaturı» jurnalının müxbirlərindən bi-
rinə verdiyi müsahibədə T.Kaipbergenov «torpağa və təbiətə etina-
sız münasibət bəsləyənlərlə bağlı həyəcan təbili vurmuşdur» (6,
192-204). Bütün əsər boyu insanların yaşadığı torpağının hər qarışı-
na görə məsuliyyətli olması sualı diqqət mərkəzində dayanır.
T.Kaipbergenov burada doğma xalqının tarixi keçmişinə, bu gününə
və gələcəyinə böyük məsuliyyətlə yanaşır.
T.Kaipbergenovun epik əsərləri həcmcə monumental, ideya-
mövzu cəhətdən zəngin, xarakterlərin təsviri baxımından masştablı-
dır. Yazıçı bütün əsərlərində tarixi məsələlərlə yanaşı, həm də qara-
qalpaqların taleyi üçün önəmli olan məsələləri, mürəkkəb sosial
problemləri qaldırır və mürəkkəb şəkildə həll edir.
Bununla belə bütün müsbət cəhətləri ilə yanaşı T.Kaipberge-
novun əsərlərinin bəzi çatışmazlıqları da mövcuddur. Bu çatışmaz-
lıqlar ilk növbədə qaraqalpaq xalqının taleyində rusların böyük rol
oynaması, onların qaraqalpaqların xilaskarı kimi təqdim edilməsi-
dir. (Yeri gəlmişkən bu məqam «Yuxusuz gecələr» povesti, «Qara-
qalpaqlar haqqında dastan» trilogiyasında və «Qaraqalpaqnamə» ro-
manında daha şişirdilmiş şəkildə təqdim edilir. Əlbəttə, bu, ilk növ-
bədə bu əsərin qələmə alındığı tarixi dövrlə üzvü surətdə bağlıdır).
Bundan başqa T.Kaipbergenovun bəzi əsərlərdə qəhrəmanların fərdi
nitqi, tarixi, etnoqrafik və məişət realiləri və detalları yetərincə par-
laq deyildir, milli kolorit trafaretləşdirilir. Təbii ki, sadaladığımız
çatışmazlıqlar heç də T.Kaipbergenov yaradıcılığının bədii əzəmə-
tinə kölgə salmır, dünya xalqları onun simasında qaraqalpaqların bə-
dii dünyasını kifayət qədər fəth edə bilirlər.
Dostları ilə paylaş: |