Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə68/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   64   65   66   67   68   69   70   71   ...   114

 Nizami Tağısoy 
 
216
tablarını göndərmişdir. Orada təqdim olunmuş materialların hamısı 
ilə tanış ola bilmək mənə müyəssər olmuşdur. 
Harid Fədainin XX əsrin 50-ci illərindən başlayaraq iyirmidən 
artıq kitabı Lefkoşa,  İstanbul, Ankara və digər  şəhərlərdə  işıq üzü 
görmüşdür. Bu yorulmaz tədqiqatçı müxtəlif ölkələrdə keçirilən 
simpozium və konqreslərdə tutarlı mülahizələr irəli sürmüş, elmi ar-
qumentasiyaları ilə başqalarının hörmətini qazanmışdır. Harid Fə-
dainin «Kıbrıslı Aşıq Kenzi Divanı», «Fethiyye-i Cezire-i Kıbrıs», 
«Lefkoşa Mevlevi hanesi», «Kıbrıs efsaneleri», «Türkiye Dışındakı 
Türk Edebiyatları Antolojisi – 9», «Kıbrıs Türk Edebiyatı», «Hatı-
ralar, Fadil Niyazi Korkut», «Kandi Divanı-l Qazeller», «Yadigar-ı 
Muhabbet, Nazim Kaytaz-zadə M.Nazım» və başqa əsərləri Kıbrıs 
mədəniyyətinin və ədəbiyyatının müxtəlif dönəmlərini və problem-
lərini işıqlandırmaq baxımından əvəzsiz axtarışlar kimi dəyərləndi-
rilməlidir. Göründüyü kimi, Harid Fədainin türk kültürünü öyrən-
mək istiqamətində xidmətləri yetərincədir. 
Harid Fədai 1930-cu ildə Lefkedə anadan olmuşdur. Lefkoşa 
liseyini bitirdikdən sonra Qaradağ-Lefke bölgəsindəki Kıbrıs Mə-
dəni  Şirkətində  rəssam yardımçısı  işləmişdir. 1951-1953-cü illərdə 
Ankara Qazi Egitim Enstitüsü Türkçə bölümünü bitirdikdən sonra 
1953-1956-cı illərdə Baf Türk Kollecində müəllimlik fəaliyyəti ilə 
məşğul olmuşdur. 1956-1960-cı illər  ərzində  İstanbul Universitesi 
Ədəbiyat Fakültəsi Türk dili və  Ədəbiyatı bölümündə  təhsilini da-
vam etdirmişdir. 1960-1963-cü illərdə o, Kıbrıs Egitim Dairəsində 
türk dili və  ədəbiyyatı müfəttişliyində  işləyə-işləyə, həm də Türk 
Ögretmen Kollecində müəllimlik etmişdir. Elə bu vaxtlardan Harid 
Fədai Kıbrıs Cumhuriyyəti Radio-Televiziya qurumunda Radio 
proqramları üzrə müdir köməkçisi, 1964-1968-ci illər arasında Lef-
ke Sancaq Radiosu müdirliyi, 1969-1971-ci illər ərzində Bayraq Ra-
dio Proqram əmirliyi, 1972-1983-cü illərdə idarə etmə  işləri üzrə 
müdir yardımçılığı kimi vəzifələr daşıya-daşıya, araşdırmaçılıq fəa-
liyyətini davam etdirmişdir. 
Bayraq Radio-TV Qurumundakı fəaliyyətindən sonra o, 1983-
1988-ci illərdə Kamu Hizməti Komisyonu Dairəsində çalışmışdır. 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
217
Harid Fədai bir müddət Girnə Amerikan Universitetində 
(1992-1993) koordinatorluq etdikdən sonra Lefke Avropa Universi-
teti ilə Doğu Akdəniz Universitesi Kıbrıs Araşdırmaları mərkəzində 
Türk dili ögretim Görevlisi və araşdırma Görevlisi olaraq çalışmaq-
dadır. 
Kuzey Kıbrıs türk kültürünün dərindən araşdırılması istiqamə-
tində apardığı fəaliyyətə görə ona bu ölkənin və Türkiyənin müxtə-
lif təşkilatları tərəfindən ödüllər verilməsi ilə nəticələnmişdir. Belə 
ki, o, müxtəlif illərdə, məsələn, 1987-ci ildə Lefkoşa Türk Bankası 
Kültür Sənət Ödülü, 1998-ci ildə  Mərmərə Universitesi Türkiyat 
Araşdırma və Uyğulama Mərkəzi Bilim ödülü, 2002-ci ildə  İstan-
buldakı Türk Kültürünə Hizmət Vakfının Türk Dünyası Türk Dili 
Şərəf Ödülü, 2004-cü ildə Samtay Vakfı Araşdırma Kitab Ödülünü 
və s. almışdır. 
Yeri gəlmişkən bildirmək istəyirik ki, Kuzey Kıbrısda fəa-
liyyət göstərən Samtay Vakfı Araşdırma kitab ödülü bu ölkənin mə-
dəniyyətinin və  ədəbiyyatının təbliği sahəsində son dərəcə böyük 
xidmət göstərən araşdırıcılara verilir. Samtay Vakfı Proqram və Ya-
yın Koordinatörü Bülənt Fevzi oğlu «Kıbrıs Türk Kültürü Məqalə-
ləri - 1»-ə görə Harid Fədainin araşdırmalarını dəyərləndirərək onla-
rın təşkilatının Harid Fədaiyə ödül verilməsindən məmnun olduqla-
rını adı  çəkilən kitabın girişində xüsusi vurğulayır. Samtay Vakfı 
başkanı Sunna Atun isə bu Vakfın nə  məqsədlə yaradıldığını  və 
hansı mərama xidmət etdiyini oxuculara müxtəsər şəkildə çatdıraraq 
yazır: «Samtay Vakfı 21 ocak 2001 tarihinde başlamış bir vakıftır. Bu 
tarih, ayni zamanda, Samtay Vakfının Kıbrıs Türk kültür ve sanatına 
hizmet için, kuruluşunu ve açılışını, kamoyuna duyurduğu tarihdir de... 
Samtay Vakfı, 2-ci Araştırma Kitab Ödülünü isə bu yıl (2004) 
hepimizin yakından tanıdığı degerli Araştırmacı-Yazar və Türkolog 
Sn. Harid Fəadiyə verməkten büyük onur və mutluluk duyulmaktadır» 
(Bax: Kıbrıs Türk Kültürü Makaleleri – 1, - Lefkoşa, 2005, s.IV). 
Bütün söylədiklərimiz bir daha təsdiqləyir ki, doğrudan da 
Harid Fədai türk mədəniyyətinin öyrənilməsi və təbliği ilə bağlı son 
dərəcə məhsuldar işləyən araşdırmaçılardandır. 


 Nizami Tağısoy 
 
218
Harid Fədai «Bildirilər»də Kuzey Kıbrısda məlum olan bir 
sıra dastanların həm orijinal mətnini, həm də onlar haqqında fikir və 
mülahizələrini irəli sürmüşdür. Burada «Halid Arabın Destanı», 
«Dr.Behiçin Destanı», Kuzey Kıbrıslılarda ilk roman «Yadigar-ı 
Muhabbet», «Dasitan-ı Vehhabi», «Dasitan-ı Vehhabi ve Mehmed 
Ali-Paşa», «Reşidinin Destanları», «Dasitani-ı Akka», «Əhməd-i 
Yasəvi ilə Yunus Emrede Dervişler», «Kıbrıs Türk Edebiyatından 
Misyonerlikle İlgili İki Hikaye» və s. əsərlər və materiallar toplan-
mışdır. Samtay Vakfı kitabında isə «Müfti-Raci Efendinin bir Qa-
zılı», «Leylı-i Visal» (yarımçıq roman), Kıbrıslı Aşık Kenzinin das-
tanları, Kıbrıs dastanları haqqında mülahizələr təqdim olunmuşdur. 
Ardıcıl olaraq Harid Fədai və Kuzey Kıbrıs Türk Cümhuriyyətinin 
mədəni-ədəbi həyatını  işıqlandıran mənbə  və  əsərlərə söykənərək 
Azərbaycan oxucularına məlumat vermək zəruridir. 
 
 
ƏDƏBİYYAT 
 
1. Fedai H. Koza. Istanbul, 1997. 
2. Fedai H. Kıbrıs Türk kültürü. Bildiriler – 1. lefkoşa, 2002. 
3. Fedai H. Kıbrıs Türk kültürü. Bildiriler – 2. lefkoşa, 2003. 
4. Kaytaz-zade N. Yadigar-ı Mühabbet. lefkoşa, 2004.  
5. Kaytaz-zade N. Yadigar-ı Mühabbet. Sözlük. lefkoşa, 2004. 
6. Raik A. Əski şeylər. lefkoşa, 2006. 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə