Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə61/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   57   58   59   60   61   62   63   64   ...   114

 Nizami Tağısoy 
 
194
na nə qədər bədbəxtliklər gətirdiyini olduqca canlı və obrazlı şəkil-
də personajlarının dili ilə bizə çatdırmağa müvəffəq olmuşdur. 
Ç.Aytmatovun eyni əsərini müxtəlif vaxtlarda oxuyarkən oxucu hər 
dəfə yeni səmərə, yeni keyfiyyət görür. Bunlar barədə çox deyilib, 
çox yazılıbdır. Buna görə də burada köhnə həqiqətləri təkrar etmək 
fikrində deyilik. Lakin bir mühüm məqama diqqət yetirməyi lazım 
bilirik ki, vaxtilə Ç.Aytmatova müvəffəqiyyət qazandıran da elə 
müharibə mövzusuna həsr etdiyi («Cəmilə», «İlk leyləklər») əsərləri 
olmuşdur. 
Müharibə bütün dövrlərdə sənət adamları üçün aktual möv-
zudur. Yazıçılardan hər biri onu öz nəzər nöqtəsindən görür, işıqlan-
dırır, təsvir edir.Diqqət etsək, bu xüsusiyyətləri həm klassik ədəbiy-
yatda (Nizami «İsgəndərnamə», Lermontov «Borodino», S.Tolstoy 
«Hərb və sülh», A.Tvardovski «Vasili Tyorkin», S.Rüstəm «Ana və 
poçtalyon», S.Vurğun «İnsan», A.Nurpeisov «Qan və  tər» və s.), 
həm də müasir – XX əsrin 90-cı illərindən üzü bəri yaranan Azər-
baycan ədəbiyyatında müşahidə edə bilərik. 90-cı illərdən başlaya-
raq bədii publisistikanı istisna etmək  şərti ilə (bu ayrıca söhbətin 
mövzusudur), həm poeziyamız, həm nəsrimiz, həm də dramaturgi-
yamız problemə, bəzi məqamları istisna etməklə, ciddi münasibət 
ifadə edə bilmişdir. Bu, yəqin, Azərbaycan yazıçılarının müharibəni 
(Ermənistan-Azərbaycan müharibəsini – N.T.) öz daxilində daha 
çox hiss etməsindən irəli gəlir. Buna görə də A.Abdullazadə, S.Əh-
mədov, V.Babanlı, Nigar, A.Rəhimov və b. müharibə mövzusuna 
daha çox müraciət etmişlər. Məsələn, A.Rəhimov bir neçə povest və 
romanını məhz bu mövzuda yazmışdır. A.Rəhimov və b. yazıçıları-
mız müharibənin bütün fəlakətlərini öz içində daxilən yaşadan mü-
əlliflərdir. Lakin Azərbaycan yazıçılarından fərqli olaraq nə Çingiz 
Aytmatovun doğma vətəni – Qırğızıstanda, nə də öz ölkəsinin siyasi 
maraqlarını təmsil etdiyi, səfir olduğu dövlətdə (Belçikada) mühari-
bə getmir. Buna baxmayaraq o da müharibə mövzusuna dərindən 
münasbət bildirməyə, onun dəhşətli psixologizmlərini açmağa üs-
tünlük verir. Şübhəsiz ki, bəşəri ideallarla yaşayan insan üçün mü-
haribə, onun nəticələri qara rəngdə olmaqla, həm də xoşagəlməz, 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
195
dəhşətli ovqat yaradır. Yaradıcı insan bəşər övladının bu dəhşətlərə 
sinə  gərə bilməsini, müharibənin onun psixologiya və düşüncəsini 
silkələməsi, özünü ekstremal şəraitdə necə apara bilməsini vurğula-
mağa etiyac duyur. 
Məhz buna görə də Ç.Aytmatov hələ XX əsrin 70-ci illərin-
də publisist çıxışlarının birində Helsinkidə mötəbər beynəlxalq təş-
kilatın kürsüsündən: «Biz hamımız bu gün bir gəminin sərnişinləri-
yik. Onun göyərtəsindən o tərəfdə kosmik ənginlik dayanır», – de-
mişdir. 
Ç.Aytmatov müasir, bəzən isə dövrünü qabaqlayan mütərəq-
qi ideallarla yaşayan bəşəri təfəkkürlü yazıçıdır. O, yaxşı dərk edir 
ki, bu gün bəşəriyyət ən təhlükəli düşmən – müharibələr qarşısında 
çıxılmaz vəziyyətdədir. Bu insanpərvər yazıçı dəfələrlə azərbaycanlı 
sənət adamları ilə görüşündə Ermənistan-Azərbaycan müharibəsinin 
insanlara nə qədər böyük bəlalar gətirdiyini vurğulamışdır. Müəllif 
öz  əsərlərində Qarabağ müharibəsinin dəhşətlərini qələmə almasa 
da, ümumi mahiyyət, ümumi ovqat və ümumi qiymət ondan, məhz 
ona münasibətdən o qədər də fərqli deyildir. 
Götürək Ç.Aytmatovun hələ  də geniş oxucu kütləsinə  mə-
lum olmayan «…Öldürməli… Ölməli…» hekayəsini (Əsərin əlyaz-
masını Çingiz Aytmatov Brüsseldə Hüseynbala Mirələmova təqdim 
etmiş, o, isə tərcümə etmək üçün istedadlı mütərcim Səyavuş Məm-
mədzadəyə vermişdir). Hekayə artıq dövri mətbuatda Azərbaycan 
dilində  işıq üzü görmüşdür (Əsərin tərcüməsinin keyfiyyətləri ilə 
bağlı ayrıca söhbətə ehtiyac duyduğumuzdan bu barədə  gələcəkdə 
danışacağıq). 
«…Öldürməli… Ölməli…» hekayəsinin baş qəhrəmanı Ser-
gey Vorontsov cavan oğlandır, özü Volqaboyundan, daha doğrusu 
Saratovdandır. Lakin eşelonda müharibəyə getdiyinə görə qəmgin-
dir. Hansı cəbhəyə göndərildiyindən də xəbəri yoxdur. Ali təhsil al-
maq arzusunda olsa da, istəyi baş tutmamışdır. Artıq qatar onu da-
vaya aparır, «cəbhəyə gedər-gəlməzə göndərilir», buna görə də ayrı-
lığın bu qədər ağır yaşanmasını Sergey daha çox hiss etməyə baş-
layır. Doğmaları ilə əməlli-başlı vidalaşa da bilmir. 


 Nizami Tağısoy 
 
196
Ailənin sonbeşiyi idi. Bacılarından böyüyü Qazaxstanda, o 
biri Saratovda (onun da ərini müharibəyə göndərmişdilər və heç bir 
xəbər-ətər yox idi), atası isə uzun müddətdir ki, xəstə imiş, xəstəxa-
nada yatırmış. 
Məktəb illərində Nikolay İvanoviç Nataşa adlı bir qıza da 
yaman vurulubmuş. 
Vağzaldan cəbhəyə yola düşərkən bir qaraçı qadın sıralarda-
kı əsgərlərin arasından Sergeyi seçərək, onun falına baxmışdır. Falçı 
Sergeyə müharibədə ölməyəcəyini deyibmiş. Sergey isə qaraçı qadı-
na gəzməyə yox, davaya getdiyini dedikdə: «…fələyin saydığını de-
yirəm. Onun ulduzu ölməzdir! Alın yazısıdır!», sonra isə: «-Bəxt 
əcəldən üstündür. Bəxtdən bəxt törəyir, ölümdənsə heç nə. Bu oğla-
nın ulduzu isə … ölməzdir… Ölməzdi onun ulduzu!...» - deyibmiş. 
Eşelon yola düşüb təkərlər taqqıldadıqca Sergeyin yuxusu 
qaçır. Taleyi barədə, müharibədə sağ qalacağı, yoxsa öləcəyi barədə 
düşünür. 
Müharibədə qalibiyyət kimin isə öldürülüb ölməsindən asılı-
dır. Hamı gedənlərə müharibənin tez qurtarmasını, ölüm-itim, aclıq, 
səfalət olmamasını arzulayırdı. Müharibənin qələbə ilə qurtarması 
üçün isə vuruşmaq, qırmaq, qalib gəlmək lazım idi. Hətta evdə bu 
barədə Sergeyin atası ilə anası arasında bərk höcətləşmə də olmuşdu. 
Sergey həm də rahib idi. Hərdən onu Sergiy deyə çağırırdılar. 
Müharibəyə yola düşərkən anası yalvara-yalvara «Seryoja-
can, bala, amanın günüdür, heç kəsi öldürmə, qan tökmə!…» tapşı-
rıbmış. Anasının sözləri indi Sergeyi daha çox düşündürürdü. Atası 
isə arvadla öcəşib «Necə yəni «öldürmə?! Qana batma?!» Bəs oğlun 
haraya gedir? Əsgər öz torpağını müdafiə edərək … düşməni qırır, 
məhv edirsə,  əmrə  əməl edir, borcunu yerinə yetirir» – deyə ona 
acıqlanır. Hər biri Sergeyə öz bildiyi kimi məsləhət versə də – ana 
«heç kəsə qıyma, öldürmə», ata isə onun salamat qalmasını istədi-
yindən əksinə deyirmiş… 
Öz qəhrəmanını iki can arasında qoyan Çingiz Aytmatov 
onun psixoloji durumuna daha çox diqqət yetirir. Vaxtı ilə Birinci 
Cahan Savaşında Baltik flotundakı sualtı gəmilərdə şücaət göstərən 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə