Etnos
v
ə epos: keçmişdən bugünə
15
Tufan Allahı Hatti Kurustanuna sakinlərini Misirə gətirir və
onları Hatti xalqı ilə birləşdirir. Tufan Allahı Hatti xalqını və Misir
xalqını and içdirib bir-birinə bağlayır. Hatti xalqı yolunu azıb, Al-
laha verdiyi andı pozur, bu zaman atam piyada və arabalar göndər-
di, onlar Amka adlı sərhəd torpaqlarına soxuldular, o, yenə onları
qovdu, onlar yenə də soxuldular”.
Onların bu yürüşü müvəffəqiyyətli oldu. Onlar Hattilər ölkəsi-
nə taun gətirdilər. Beləliklə, hettlərin bir qrupu Misir ərazisinə da-
xil olur, onların bir hissəsi isə əhali
seyrək yaşayan dağlarda məs-
kən salırlar.
Hettlərin Anadoluda yerləşməsi ilə əlaqədar məlumatları Na-
ram-Suen şahın (e.ə.2236-2200-ci illər) bir yazısında tapırıq. Bu
mətn iki dildə, iki versiyadadır. Onlardan biri akkad, digəri isə hett
dilində tərtib olunmuşdur. Akkad versiyasında ölkəyə “umman –
manda” adlı qəbilənin hücumu haqqında danışılır ki, onların hücu-
mu nəticəsində bir çox şəhərlər, o cümlədən Prusxanda dağıdılmış-
dır. Düşmən 17 müxtəlif şahlıqların müttəfiqliyi ilə vuruşmuşdur.
Elə hett versiyasında da eyni şeylər öz əksini tapmışdır. Lakin ak-
kad versiyasından fərqli olaraq hett “orijinalında” Naram-Suenin
müttəfiqləri olan 17 şahlıqla hərbi müvəffəqiyyət əldə etdiyi haqda
danışılır. O şahların siyahısında Hatti şahı Lambanın və Kanes şahı
Sipanin adları çəkilir. Bu, hər iki kiçik Asiyadakı məntəqələrin adı
e.ə.II minillik sənədlərindən yaxşı məlumdur. Hatti şəhərin adı da
buradan Hatti ölkəsinin adından götürülmüşdür. Kaniş (Kanes, Ne-
sa) adlarına gəldikdə isə onlar Türkiyənin Kayseri şəhəri yaxınlığın-
dakı Kültəpədə arxeoloqlar tərəfindən
mühüm ticarət mərkəzləri
kimi tapılıb, müəyyənləşdirilmişdir. Bu da məlumdur ki, Akkad
şahları və akkad tacirləri Anadoluda geniş ticarətlə məşğul olmuş-
lar. Bunu Eblada aparılmış axtarışlar da sübut edir. Tədqiqatçılar
hesab edirlər ki, Anadolu ilə Suriya arasında mal-əmtəə mübadiləsi
hələ sivilizasiyanın erkən dövrlərindən mövcud olmuşdur. Ticarət,
heç şübhəsiz ki, o dövrdə Kiçik Asiyada gedən sosial, iqtisadi, mə-
dəni, siyasi, etnik proseslərin əsasını təşkil etməklə, hettlərin Ana-
doluda mövqe tutmasına yaxından kömək etmişdir.
Nizami Tağısoy
16
Hett padşahlarının hökmranlıq illəri
Adı Hökmranlıq illəri Əvvəlki şahlarla
qohumluq əlaqələri
Pitxana/Kussaralı ''–––''–––''
''–––''–––''
Anitta/Kussaralı ''–––''–––'' oğlu
Qədim şahlıq dövrü
I Tudxaliya (?)
1740-1710
?
Pu-Şarruma (?)
1710-1680
oğlu
I Labarna
1680-1650
oğlu
II Labarna I Hattusuli 1650-1620
oğlu
I Musili
1620-1590
oğulluğu
I Hantili
1590-1560
bacısının əri
I Sidanta
1560-1550
kürəkəni (?)
Ammuna
1550-1530
oğlu
I Hussiya
1530-1525
oğlu (?)
Telepinu
1
1525-1500
bacısının əri
Alluvamna
1500-1490
kürəkəni
II Hantili (?)
1490-1480
?
II Sidanta (?)
1480-1470
?
II Hussiya (?)
1470-1460
?
İmperiya
II Tudxaliya
1460-1440
?
I
Arnuvanda
1440-1420
oğlu
II Haltusuli
1420-1400
qardaşı
III Tudxaliya
1400-1380
oğlu
I Suppiluliuma
1380-1340
oğlu
II Arnuvanda
1340-1335
oğlu
1
Telepinudan sonra Alluvamnaya qədər hökmranlıq etmiş bir Hett şahı Tuhurvai-
linin də adı məlumdur.
Nizami Tağısoy
18
HETTLƏR: DİNİ, ALLAHLAR PANTEONU,
MƏRASİMLƏRİ, MİFLƏRİ VƏ ƏFSANƏLƏRİ
Hettlərlə (Qərbi Avropa və Türkiyədə hithitlərlə) bağlı Bibli-
yadakı müxtəsər
fikirlər istisna edilərsə, XIX əsrin ortalarına qədər
onlar haqqında elə geniş məlumatlar olmamışdır. Bu müqəddəs ki-
tabda hettlər Fələstində yaşamış qəbilələrdən biri kimi göstərilir.
Eyni zamanda İissus Navinin kitabında xananeylər, hetteylər, fere-
zeylər, gergeseylər, amorreylər, tyevuseylər və digərlərindən müxtə-
sər şəkildə bəhs olunur. Bundan başqa buradan
belə bir fikir də təx-
min edilə bilər ki, hettlər Livanla Fərat çayı arasındakı böyük əra-
zidə məskunlaşmışdılar. Hettlərin tarixi ilə bağlı məlumatlar dövrü-
müzdən olduqca uzaq keçmişi (e.ə. III minillikdən – e.ə. XII əsrə
qədər) əhatə edir və bu baxımdan hettlərin hərtərəfli və dərindən öy-
rənilməsi xeyli çətinliklər yaradır.
Misir tarixi salnamələrində göstərilir ki, onların XVIII sülalə-
sindən olan padşahların Hett adlanan ölkə ilə əlaqələri mövcud idi
və bu III Tutmos Suriyanın şimalına Fərat çayı tərəfdən (e.ə. XV
əsr) daxil olan zaman baş vermişdi. Həm Bibliyada, həm də tarixi
salnamələrdə hettlərlə bağlı olan məlumatlar, tədqiqatçı-alimlərin
qeyd
etdiyi kimi, tam, müfəssəl və aydın deyildir.
Mənbələrdə hettlərin Oront çayı üzərində Qadəş yürüşündə III
Ramzesə qarşı öz müttəfiqləri ilə döyüşdükləri də bildirilir. Bu vu-
ruş Misir şairi Pentaur tərəfindən qələmə də alınmışdır. Lakin uzun
müddət ərzində Misir mətnlərindəki hettlərlə Bibliyadakı hettlərin
eyni olduğu nə bilinir, nə də qəbul olunurdu. Bu fakt yalnız Assuri-
ya mixi yazılarının oxunuşu zamanı öz təsdiqini tapdı və müəyyən
olundu ki, hələ I Tiqlatpalasar (e.ə. 1100 ilə yaxın) dövründən assu-
riyalılar suriyalıları paytaxtı Karhəmiş olan «Hatti ölkəsi» kimi tanı-
yırdılar.
XIX əsrin sonuncu rübünə qədər hettlər haqqında yalnız bu
məlumatlar vardı. Lakin hettlərin öyrənilməsi ilə bağlı vəziyyət
A.Q.Seysin Bibley Arxeologiyası Cəmiyyətində oxuduğu məruzə-
dən sonra köklü şəkildə dəyişdi (o, Ham və Hələbdə tapılmış qəribə