Etnos
v
ə epos: keçmişdən bugünə
9
Ы Б Ю Л М Я
QЯDИM ШЯРГ MЯDЯNИYYЯTИ
HETTLƏR: TARİXƏ MUXTƏSƏR EKSKURS
Hettlərin (Qərbi Avropa və Türkiyə mənbələrində hithitlər) ta-
rixinin öyrənilməsi Fələstində, Suriyada, Kiçik Asiyanın şimalında
“Hatti ölkə”sində Boğazköydə yaşaması XX əsrin əvvəllərindən
başlayır.
“Hatti ölkəsi” eramızdan əvvəl II minillikdə dövlət olub, son-
ra imperiyaya çevrilmişdir. Bu padşahlıq və onun rəsmi dili tarixdə
“hett” olmaqla möhkəmlənmişdir. Hett adını bu ölkəyə burada əv-
vəllərdən məskunlaşmış hatti xalqı vermişdir. Fateh xalqın
hind-Av-
ropa hett dili sonralar hind-Avropalı olmayan hattların dilinə çevril-
di. Eyni zamanda ehtimal olunur ki, elə dövrlərdəcə digər hind-Av-
ropa dialektləri olan pali, liki, luvi və “hett heroqlifi” Anadolunun
digər hissələrində geniş işlənirdi.
Əfsanəyə görə, (təxminən e.ə.1400 il) Akkad sülaləsindən
olan dördüncü padşah Naramsuen (e.ə.2200-ci il)
on yeddi padşah
koalisiyası ilə döyüşən zaman onların arasında Hatti ölkəsinin Pam-
ba adlı padşahı da varmış.
Hettlərin əsil tarixi e.ə.1900-cü ildən Assuriyalı tacirlərin
Anadolu yaylasına gəlişi ilə başlayır. Bu, həmin dövrdür ki, məhz
Aşşura əhalisi Vavilon mixi yazıları, gil cədvəllər ilə tanış idi. Tica-
rətlə məşğul olanlar məhz bu yazıların köməyi ilə öz paytaxtları ilə
yazışma aparırdılar. Söylədiklərimizə aid nümunələr Kayseri yaxın-
lığındakı Kültəpədə tapılmışdır.
Nizami Tağısoy
10
Bu cədvəllərdən yerli əhali və onun tarixi haqqında o qədər də
geniş məlumat almaq mümkün deyildir. Lakin bununla yanaşı bu
cədvəllərdən hökmdarlar, onların xanəgahları, ölkənin ən azı on ki-
çik padşahlığa bölünməsi haqqında fikir söyləmək olar. Bu padşah-
lıqların ən böyük şəhəri Büraşxattum (hettcə Purusxanda) daha
möhtəşəm mövqeyə malik imiş. Buradan da bizə məhz Pitxana və
onun oğlu Anittanın adı məlumdur.
Hett dilindəki mətndə Anitta
Pitxananın oğlu olmaqla Kussar padşahlığındandır. Onun hakimiy-
yət uğrunda atasının Nesa, Salpuka, Purusxanda, Salatinara və Hatti
(Hattusa) şəhərlərinin hökmdarları ilə döyüşlər apardığı və onların
tarixi haqqında məlumat verilir. Sonuncu şəhərin Hett padşahlığının
paytaxtı, onun bu müharibədə yerlə-yeksan olduğu göstərilir. Qələ-
bədən sonra Anitta öz iqamətgahını Nesu (Kültəpə) şəhərinə köçü-
rür. Kültəpədə Anittanın adı yazılmış xəncər tapılmışdır. Ehtimal et-
mək olar ki, padşahlığın son dövrlərində artıq Anitta Kappadokiya-
nın böyük hissəsini ələ keçirmişdir.
Bəs Anittanın hett padşahlığı ilə hansı əlaqələri vardır? Əvvə-
lən, Hett padşahlığının paytaxtı Kussar ilkin hettlər dövründə şahın
iqamətgahı, idarəçilik mərkəzi olmuşdur.
Elə bu məsələ alimləri
hettlərin şahlıq ənənələrini Anittadan götürməyə sövq edir, lakin bu
da məlumdur ki, heç bir hett şahı Anittanı öz xələfi kimi qəbul et-
məmişdir. Bunu əldə rəhbər tutan bəzi alimlər də Hattinin (Hattusa-
nın) dağıdılması və Anittanın bu şəhəri viran qoyması onu hett pad-
şahlığının xələfi kimi qəbul etmək şübhəsini yaradır.
Mənbələrdə ilk hett padşahı Pabarna, onun oğulları, sonra
onun nəvələri və ən axırda onun qan, nikah qohumları olduğu söylə-
nilir. İlk
dövrlərdə ölkə kiçik olsa da, bu, şahlara bir-birinin ardınca
döyüşlərə girib, digər ölkələri viran qoyub, öz sərhədlərini dənizlər
boyu genişləndirməməyə mane olmamış, yürüşlərdən qayıtdıqdan
sonra isə Labarnanın oğulları Xupisna, Tuvanuva, Nenassa, Landa,
Salara, Parsuxanda və Lusna şəhərlərinə sahib çıxaraq hökmdarlıq
etmələrini əngəlləyə bilməmişdir.
Labarnanın xələfi I Hattusilinin adı Kussara şahı kimi mənbə-
lərdə keçir. Onun bu şəhərdə söylədiyi nitq bu qədim padşahlığın si-
Etnos
v
ə epos: keçmişdən bugünə
11
yasi durumu haqqında mühüm informasiya mənbəyi kimi dəyərlən-
dirilir. Elə bu mənbədə Hattusili dövründə Hattus şəhərinin siyasi
mərkəz olduğu bildirilir. Mənbədə bu
da bildirilir ki, Hattusili yox,
paytaxtı Kussaradan Hattusav məhz Labarna köçürmüşdür. Tama-
milə təbiidir ki, paytaxtı Kussaradan ölkənin şimalındakı Hattusa
köçürən Labarna bunu şəhərin strateji mövqeyi ilə bağlamışdır. Hat-
tusili dövründə Hett padşahlığı cənub-şərqə doğru genişlənməyə
başlamışdır. Sərhədlərini genişləndirərkən hettlər paytaxtı Hələb
olan çiçəklənmə dövrünü yaşayan Yamxad padşahlığı ilə üz-üzə
gəlir. Lakin Yamxadın hettlərə məğlub olduğunu da söyləmək düz-
gün olmazdı. Bu da məlumdur ki, Samsuditana dövründə Hattilər
Akkad üzərinə hücuma keçmişlər. Belə bir nəzər nöqtəsi mövcud-
dur ki, hettlər e.ə.1600-cü ilə qədər Babilistanı tutmuşdular. Daxili
didişmələr, qiyam nəticəsində Hattusilidən sonra şahlığa Mursili
adlı bir gənc yiyələnmişdir. Onun qonşu dövlətlərə qarşı müharibə-
lərə başı qarışır. Babilistandan döyüşdən geri qayıdarkən Mursili
xəyanət nəticəsində şahın bacısını almış Xantili tərəfindən öldürü-
lür, ölkədə uzun müddət özbaşınalıq, aclıq, səfalət hökm sürür.
Mursili tərəfindən dəfələrlə həmlələrə məruz qalmış Van
gölü ətra-
fında dağlarda yaşayan hurritlər (bəlkə hürrilər) hettlərin şərq ərazi-
lərinə hücuma keçir, paytaxt yaxınlığındakı Nerik və Tiliura şəhər-
lərini darmadağın edirlər.
Vəziyyət e.ə. 1525-ci ildə Telepinunun (sonralar hett epik ən-
ənələrində qəhrəman kimi göstərilir) taxt-taca yiyələnməsi nəticə-
sində yaxşıya doğru dəyişməyə başlayır. Telepinu ölkənin şimal və
şərq sərhədlərindən düşmənləri kənara atır. Ümumiyyətlə, Telepinu
dövründə ölkənin ictimai-siyasi vəziyyəti müsbətə doğru dəyişir.
Boğazköydə tapılmış qanunlar külliyyatında ölkədə əmin-amanlıq
olduğundan bəhs olunur.
Sonrakı dövrlərdə çiçəkləmə dövrü
keçirən hettlər imperiya
yaratmağa müvəffəq olduqda II Tudxaliya Hələbə hücum edib, ora-
nı ələ keçirir. E.ə.1457-ci ildə III Tutmos səkkizinci yürüş zamanı
hürrit hökmranlığına son qoyur. Tutmos Haniqalbat üzərində qələbə
çalır.