Nizami Tağısoy
28
Hattusadakı rəngarəng yerli ayinlərdən kahinlər Arinna mü-
qəddəs ocağına yaxın rəsmi panteon yaratmışlar. Günəş İlahəsi
Arinna Hatti ölkəsinin şahzadəsi, Yerin və Səmanın şahzadəsi, Hat-
tilər ölkəsinin şahlar şahı və şahzadəsi idi ki, Hatt padşahlığına və
şahzadəliyinə rəhbərliyi məhz o həyata keçirirdi. Məsələn, padşah
Muvatalli dua zamanı ona belə müraciət edirmiş:
«Ey cənabım, Səma allahı Günəş, bəşər övladının yol göstərə-
ni! Sən dənizdən qalxıb səmalara boylanırsan. Ey səmalar allahı
Günəş, hər gün sən insanlar, itlər, donuzlar və vəhşi heyvanlar qar-
şısında məhkəmə qurursan». Analoji deyimi biz həm də Arinna şə-
hərində Günəş ilahəsinə müraciətdə görürük. «Sən ey bu əyalətin
müqəddəratını həll edən, daim öz məhkəməndə yorulmazsan və
haqlısan».
Müvatalli nə üçün səmalar allahı Günəşin dənizdən qalxması-
nı deyir? Ehtimal olunur ki, hettlərin Günəş allahı Anadolu mənşəli
yox, oraya şərq sahillərində yaşayan tayfalar tərəfindən gətirilmiş-
dir. Məsələn, Fələstindən, Livandan. Günəş allahının müxtəlif təsir-
ləri var: başında balıqlar olan Günəş allahı, su allahı olan Günəş al-
lahı, yeraltı dünyanın Günəş allahı və s. hesab edilirdi ki, günəş bü-
tün bu dünyaları sutkanın qaranlıq vaxtında qərbdən şərqə keçərək
yol gəlir.
Anittada, Arinnada, Hattusda və Kussarda Tufan allahı möh-
təşəm obrazlar kimi diqqəti cəlb edir. Bundan başqa hesab edilirdi
ki, III Hattusili ilə II Ramzes arasındakı müqavilə Misir Günəş alla-
hı ilə Hatti Tufan allahı arasında o məqsədlə bağlanmışdır ki, Misir-
lə Hatti ölkəsi arasında daim əmin-amanlıq olsun.
Hettlərin Yazılıqaya rəsmlərində əksini tapmış allah və ila-
hələr hurritlərdən gəlir. Burada Teşub mərkəzi sima olmaqla, Tufan
allahı kimi tanınır və «Hatti Tufan allahına” baxarkən onun timsa-
lında bir neçə Yeraltı səltənətlər allahı, Günəş səma allahı, Ay alla-
hı, hurrit İştarı, Ea yeraltı dənizlər allahını görmək mümkündür.
Hett allahlar panteonunda hurritlərin Teşub allahı Hatti Tufan
allahı ilə, ilahi oğul Şarma isə öz tərəf müqabili Tufan allahı Nerik
və Sippalandla eyniləşdirilir. Yazılıqaya rəsmlərində Tufan allahı və
Etnos
v
ə epos: keçmişdən bugünə
29
onun xanımının ayaqları arxasından iki öküz şəkli görünür. Bu iki
öküzün adı bizə məlumdur: öküzlər – Səri və Hürridir
1
(Səri və
Hürri «axşam-səhər» deməkdir – N.T.). Hürri həm də şərq aləmin-
də, o cümlədən Azərbaycanda qənirsiz gözəllik kimi başa düşülür,
qəbul edilir.
Boğazköydə tapılmış lövhələrdən bəzilərində şahların və şah-
zadələrin dəfn mərasimlərini əks etdirən fraqmentlər mövcuddur.
Mərasim ən azı 30 gün və bəlkə də daha çox davam edirmiş. 1936-
cı ildə qazıntılar zamanı tapılmış mətn dəfn mərasiminin ikinci gü-
nünü təsvir edir. Mətndən aydın görünür ki, əvvəlki gün və gecə ər-
zində cəsəd kremasiya olunmuşdur. Dəfnin birinci gününə aid mət-
nin fraqmentində «od, alov» və «yandırma»dan söhbət gedir.
2
Dəf-
nin ikinci gününü əks etdirən mətn isə aşağıdakı kimi başlayır:
«İkinci gün hava işıqlaşan kimi qadınlar sümükləri yığmaq
üçün «ukturi»yə («ukturi» – «dəfn tonqalı» deməkdir – N.T.) gedir-
lər. Onlar on bardaq pivə, on bardaq çaxır və on bardaq «valxi» (ri-
tual zamanı içilən içki – N.T.) ilə tonqalı söndürürlər.
Gümüşü bardaq təmizlənmiş yağ ilə doldurulur. Qadınlar sü-
mükləri gümüşü «lappa» («lappa» – «qaşıq» – N.T.) ilə götürüb gü-
müşü bardağın içindəki yağa qoyurlar, sonra sümükləri təmizlənmiş
yağın içindən çıxarıb kətan «qassarnulliyə» (gözəl, təzə, təmiz pal-
tar – N.T.) qoyurlar».
Sümükləri yığıb qurtardıqdan sonra onlar onu kətan parça ilə
birlikdə yenidən təzə parçaya büküb stul üstünə qoyurlar; əgər vəfat
etmiş qadındırsa, skamya üstə qoyurlar.
Ətrafında cəsəd yanan “ukturi”də 12 qoğal qoyur, qoğalın üs-
tünə isə piyli bişinti yaxırlar. Bu vaxt artıq tonqal pivə və çaxırla
söndürülmüş olur. Sümüklər qoyulan stulun qarşısında stol qoyur-
lar. İnsanlara isti qoğal paylayırlar... Onları ayini yerinə yetirmək
üçün isti qoğala qonaq edirlər. Aşpazlar və xidmətçilər hər bir zəruri
1
Bu adın bugünkü azərbaycanlı türk adı Hüri ilə eyni olduğunu yəqin etmək olar.
- N.T.
2
Hindistanda bu günün özündə gedən dəfn mərasimi ilə müqayisə edək. – N.T.
Nizami Tağısoy
30
məqamda yemək paylayır və yenə də lazım olduqda yığışdırırlar.
Onlar sümük yığmağa gələnlərin hamısını yeməklə təmin edirlər.
Sonra gələnlərə üç dəfə içki verirlər və onlar ürəklərincə, do-
yunca içirlər. İştarın burada qoğalı və musiqi alətləri yoxdur».
Bundan sonra qoca qarı və onun tərəf müqabili bəzi əfsunlar
həyata keçirirlər.
Biz yuxarıda qeyd etmişdik ki, hettlərin tarixinə, həyatına,
mədəniyyətinə, dilinə, dininə və s. aid informasiyanı yalnız arxeo-
loqlar və alimlər tərəfindən tapılmış lövhələrdən alırıq və, təəssüf
ki, bu və ya digər sahələrə aid olan bu lövhələrin bəzi hissələri ya
tamamilə qırılır, ya aydın olmur, ya pozulur, ya da onların indiyə
qədər bərpası mümkün olmamışdır. Dəfn mərasimləri ilə bağlı möv-
cud lövhələrdə də vəziyyət belədir. Elə təqdim etdiyimiz mətndə də
vəziyyət bu cürdür.
Yuxarıda gətirdiyimiz mətn sonra aşağıdakı kimi davam edir:
«Bu zaman saraydan iki öküz və iki dəfə ardıcıl olaraq doq-
quz qoyun gətirirlər. Öküzlərdən birini qoyunlardan isə doqquzunu
Günəş (Yer) ilahəsinə qurban kəsirlər, digər bir öküzü və doqquz
qoyunu dünyasını dəyişmişə qurban kəsirlər. Sonra onlar sümükləri
ukturidən götürüb onun «Daş evinə» gətirirlər. «Daş evin» içəri ota-
ğında onlar yataq açırlar və stuldan götürülmüş sümüyü onun üstü-
nə qoyurlar, sümüklərin qarşısında onlar şam və təmizlənmiş yağ
dolu bardağı yandırırlar. Yenə bundan sonra dünyasını dəyişmiş
adamın ruhuna bir öküz, bir qoyun qurban kəsirlər».
Yenə də bu lövhədəki sonrakı günləri əks etdirən fraqmentlər
itmişdir. Səkkizinci, on ikinci və on üçüncü günlərin təsviri, görü-
nür, ümumi xarakterli rituallar və qurbanlarla bağlıdır.
Yazılıqayada digər mühüm materiallarla yanaşı, xeyli küpələr
tapılmışdır ki, onlar qoşa-qoşa qoyulmuşdur. 1911-ci ildə d-r Vink-
ler, sonra 1936-cı ildə d-r Bittel müəyyən etmişlər ki, bu küpələr
ağız-ağıza durmuşdur və onların içində xeyli dərəcədə kremasiya
külü olmuşdur. Bundan başqa Yazılıqayada daha 72 dəfn odaları
müəyyənləşdirilmişdir ki, onlardan 50-si kremasiya olunmuşdur.
Kül müxtəlif ölçülü və formalı gil qablara yığılmışdır. Bu isə onu
Dostları ilə paylaş: |