Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə12/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   8   9   10   11   12   13   14   15   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
37
şümer-babil allahı Ənlil ilə eyniləşdirilir. Kumarbi ilə bağlı iki əsas 
mətn vardır ki, onlardan biri «Şahlıq uğrunda allahlar arasında ge-
dən mübarizə» ilə bağlı mif və bir də üç lövhədə əksini tapmış «İlli-
kummi haqqında nəğmə» eposudur. 
Səmalarda şahlıqla bağlı mifin əsas mahiyyəti belədir: «Allalu 
bir zamanlar səmalar allahı idi. O öz taxt-tacında oturmuşdu, «allah-
lar içərisindən biri, ən nəhəngi – Anu onun ayaqlarına baş əyərək, 
ona içməyə bir fincan su verir. 
Allalu doqquz il idi ki, səmalarda şahlıq edirdi, elə doqquzun-
cu il Kumarbi müharibə elan edib, Anunun üzərinə yeriyir. Anu dö-
yüşdən uzaqlaşıb quş kimi səmalara  şığıyır, lakin Kumarbi onun 
ayağından yapışıb aşağı dartır. Kumarbi Anunun bir yerini dişləyib, 
sevincindən gülməyə başlayır. Lakin Anu ona deyir: «Sən heç də 
ağzında yediyindən sevinmə! Mən səni üç allahdan hamilə etdim: 
«Birinci, mən səni yenilməz Tufan allahından hamilə etdim, ikinci, 
səni Aransax (Dəclə) çayından hamilə etdim, üçüncü səni Tufan al-
lahının ən sevimlisi olan böyük Tasmis allahından hamilə etdim. Üç 
ən qorxulu allahın və bir də öz bədənimin toxumunu sənin içinə 
səpdim!». Bu sözləri deyib, Anu səmaya qalxıb, gözdən itir. «Müd-
rik şah» Kumarbi ağzında olanı tüpürür və bundan hamilə olan Yer 
bu üç dəhşətli allahı dünyaya gətirir. 
«Ullikummi haqqında nəğmə» eposunda da elə Kumarbidən 
və onun öz oğlu Teşuba qarşı hazırladığı xəyanətdən söhbət gedir. 
Tədqiqatçılar bir fikirdə israrlıdırlar ki, hett (hurrit) miflərinin  şu-
mer-babil-misir və yunan mifləri ilə əlaqələri mövcuddur (məsələn, 
hettlərdəki Anu-Kumarbi-Tufan, yunanlarda Uran-Kron-Zevs üçlü-
yü kimi özünü göstərir). 
Hett əfsanələrinə gəldikdə isə onlar əsasən hett padşahlığının 
ilkin tarixi dövrlərinə aid olmaqla, Babilistan əfsanələrinin hett va-
riantları kimi nəzərdən keçirilməlidir. Müxtəlif həcmli qısa hekayət-
lər hurrit mənşəlidir. Babil əfsanələri hett arxivlərinə hurritlər vas-
itəsi ilə keçməklə, babil ənənələrini özündə əks etdirir. 
Hett əfsanələrindən, demək olar ki, cəmi biri günümüzə gəlib 
çatmışdır – bu, Urşu şəhərinin mühasirəsi ilə bağlı əfsanədir. Akkad 


 Nizami Tağısoy 
 
38
dilində yazılmış mətn hett ənənələrinə əsaslanır. Bu əfsanədə hadi-
sələr Şimali Suriyada Urşu şəhərindən kənarda gedir. 
Luxusantiya  şəhərindən  şahın rəhbərliyi altında döyüşən hett 
ordusu Urşunu mühasirədə saxlayır. Bu dövrdə Urşu hurrit dövləti, 
Hələb şəhəri, Zaruar şəhəri və bəlkə də Karhəmiş şəhəri ilə ittifaq 
qurmuşdu. Hətta Karhəmiş ordusu dağlarda şəhərin ətrafında qara-
vul da çəkirmiş. 
«Onlar qoçbaşını  sındırdılar.  Şah qəzəbləndi və onun sifəti 
dəhşətli görkəm aldı: «Onlar mənə daim gicbəsər xəbərlər gətirirlər, 
qoy Tufan allahı onları dəryalara qərq etsin (Sonra şah davam edir): 
«Cəld olun! Hurritlər kimi qoçbaşı hazırlayıb öz yerinə qoyun. 
«Dağ» düzəldin, onu (da) yerinə qoyun. Hassa dağlarından götürül-
müş (ağacdan) qoçbaşı düzəldin, onu da yerinə qoyun. Torpaqdan 
küyə (təpə) düzəldin. Qurtardıqdan sonra hərə öz postunu tutsun. 
Qoy düşmən döyüşə girsin, onsuz da onun fıkri baş tutmayacaq 
(Sonra şah öz Santa adlı sərkərdəsinə deyir): «Kimin ağılına gələrdi 
ki, İriya gəlib yalan danışacaq: «Biz mühasirə qülləsi və qoçbaşı gə-
tirəcəyik», onlar nə qüllə, nə də qoçbaşı gətirdilər, heç demə, onları 
ayrı yerə aparıblar. Onu tutun və deyin ki, sən bizi aldadırsan, de-
məli, biz də şahı aldadırıq». 
Santa  şaha vəziyyət barədə  məlumat verir. Şah qəzəblənir. 
«Nə üçün siz döyüşmədiniz? Siz sanki sudan olan çarxlar üzərində 
dayanmısız, elə özünüz də sanki suya çevrilmisiniz (?)... Siz onun 
qarşısında diz çökməlisiniz! Siz onu öldürməliydiniz, ya heç olmaz-
sa qorxutmalıydınız. Sən isə özünü qadın kimi apardın»... Onlar ona 
cavab verdilər: «Biz səkkiz dəfə (daha doğrusu, səkkiz cəbhədə) dö-
yüş aparacağıq. Biz onların fikrini alt-üst edib, şəhəri darmadağın 
edəcəyik». Şah dilləndi: «Yaxşı!». 
Onlar  şəhəri darmadağın edənədək, şahın nökərlərindən xey-
lisi qırıldı. Şah qəzəblənərək dedi: «Yollara nəzarət edin. Görün şə-
hərə kim girəcək, kim çıxacaq. Şəhərdən heç kəs çıxıb düşmənə qo-
şulmamalıdır»... Onlar cavab verdilər: «Biz nəzarət edirik. Səksən 
araba və  səkkiz piyada dəstəsi  şəhərin  ətrafını bürüyüb. Qoy şah 
ürəyini buz kimi saxlasın. Mən öz postumda durmuşam». Bununla 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
39
belə  şəhərdən qaçmış bir nəfər gəlib dedi: «Hələb  şahının təbəəsi 
beş dəfə gəlib deyib ki, Suppanın təbəəsi şəhərin özündədir, Zarua-
rın adamları həm şəhərə girir, həm də şəhərdən çıxırlar, mənim cə-
nabımın təbəəsi, Teşubun oğlu var-gəl edir»... Şah yenə də qəzəb-
ləndi. 
Hekayət bir neçə yerdə qırılır. Görünür, orada şahı qəzəblən-
dirən bir neçə ziddiyyətli məqamlar vardır. 
Babil mənşəli  əfsanələr hett versiyasında bir neçə fraqment-
dən ibarətdir. Məsələn, Gilqameş eposunda xeyli fraqmentlər vardır 
ki, orada nəinki hett, həm də hurrit versiyası vardır. Bundan başqa 
babil  əfsanələrinin xeyli hissəsində Suriya və Anadoludan söhbət 
açılır, akkad şahlarının ölkənin şimal-qərb sərhədlərində olan ərazi-
lərə yürüşlərindən bəhs olunur. Hett əfsanələrində Sarqon, Naram-
Suen onunla ittifaqa girən 17 şahlıq, Buruşhattum (Purushanda) ilə 
bağlı məqamlar az deyildir. Xeyli babil əfsanələri də vardır ki, onlar 
sadəcə olaraq hett (yaxud hurrit) şəraitinə uyğunlaşdırılmışdır. Bo-
ğazköydə babil mənşəli çoxsaylı  mətnlərin, abidələrin tapılması 
hettlərin qədim mifoloji ənənələrindən xəbər verir, bununla belə bu 
miflər öz xüsusiyyətləri etibarı ilə digər xalqlarınkından fərqlənir. 
 
 
ƏDƏBİYYAT 
 
1. Azərbaycan Sovet Ensiklopediyası. Xc. – Bakı, 1987, s.184. 
2. Bayram S. Kaynaklara görə Güney-Doğu Anadoluda prototürk 
izləri. Türk Dünyası Araştırmaları Vakfı, 1988.  
3. Ардзинба В.Г. Ритуалы и мифы древней Анатолии. М., 1982.  
4.  Большая  Советская  Энциклопедия.  Т., 28. М.:,  Советская 
энциклопедия, 1978, с.723-729.   
5.  Большой  Энциклопедический  Словарь.  Языкознание.  М., 
Больщая Российская. Энциклопедия, 1998, с.570-572. 
6. Всемирная история. Бронзовый век. Минск, Харвест, Москва, 
Аст, 2000, с.229-297.  
7. Герни О.Р. Хетты . М.: Наука, 1987. 
8. Иванов В.В. Хеттский язык. М., 1963.  


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə