Etnos
v
ə epos: keçmişdən bugünə
25
ki işarəyə görə; 3) qanadlarına, yaxud digər əlavə göstəricilərinə gö-
rə; 4) bəzən isə müqəddəs heyvanlar üzərində dayandıqlarına görə.
1
Hett imperiyası dövrünə aid çoxsaylı müqəddəs ocaqlar Bo-
ğazköy yaxınlığındakı Yazılıqayada tapılmışdır. Burada qayaların
oyuqlarında və divarlarında hett şahlığının allahları və ilahələri təs-
vir olunmuşdur. Bu dövlət dini abidələridir. İlahələrin əksəriyyəti
müxtəlif rəmz əks etdirir, bildirir. Heroqlif yazıların köməyi ilə
alimlərə bir faktı dəqiqləşdirmək mümkün olmuşdur ki, e.ə. XIII
əsrdə hett paytaxtının ilahiyyatçıları artıq hurrit panteonunu mənim-
səmişdilər.
Anadoluda Hett padşahlığının xarakterik allahı Tufan allahı
olmuşdur, çünki istidən yanıb külə dönmüş Mesopotamiya vadilə-
rindən fərqli olaraq, Anadolu buludlar və tufanlar diyarıdır. Burada
çoxsaylı yerli abidələr vardır ki, onlarda ilahə müxtəlif şəkildə əks
olunur və qeyd edək ki, bu ayinlə çoxsaylı şəhərlər əlaqədə idi. Su-
riyalılarda o əksər hallarda tək dayanmış, əlində balta və rəmzi ildı-
rımla təsvir olunur. Anadoluda isə onu dağın zirvələrinə araba dar-
tan öküzləri idarə edən kimi təsvir edirlər. Səcdəgahda allahın kult
rəmzi kimi arabanı təkbaşına dartan müqəddəs heyvan – öküz təsvir
olunur və bu, Alaca-Hüükdə tapılan şəkillərdə öz əksini tapmışdır.
Öküz üzərində dayanan Tufan allahı Ülkər (Yupiter) adı altında,
həm də bütün Roma imperiyasında da məlum idi.
Hett mifologiyasında (biz bu barədə hettlərin mifləri və əfsa-
nələri ilə bağlı danışmışıq – N.T.) Tufan allahı İlluyanka Əjdahanın
qatili kimi təqdim olunur.
Tufan allahının ən məşhur məbədləri Şimali Suriyada və Tavr
rayonunda tapılmışdır. Bu hett imperiyasının elə bir ərazisi idi ki,
onun əhalisinin əksər hissəsini hurritlər təşkil edirdi. Buna görə də
burada hurrit Tufan allahı Teşub və onun arvadı Hepat kultunu gö-
rürük: Hurrit panteonunda ilahə Hepat (yaxud Hepit) mahiyyət eti-
barı ilə öz əri Teşubla eyniləşdirilir. Onların hər ikisinə eyni dərəcə-
də Hələbdə, Samuxda (bəlkə də Malatyada), Kummamidə, Udedə,
1
Burada hett allahlar panteonunu hind allahlar panteonu ilə müqayisə etmək üçün
xeyli məqamlar ortaya çıxır və bu, başqa bir söhbətin mövzusudur. - N.T.
Nizami Tağısoy
26
Xurmada, Aptsində itaət edərmişlər. Hepat bəzən onun müqəddəs
heyvanı olan şir üzərində əzəmətli qadın görkəmində təsvir edilir.
Hurritlər bu ilahə cütlüyü Şarrum, yaxud Şarma adlı oğul ad-
landırırmışlar. Bu allah incəsənətdə iki insan ayağını təcəssüm etdi-
rən ilahi rəmzlə eyniləşdirilirdi. Məsələn, Yazılıqayada onu iki dəfə
təsvir etmişlər. Birində o ilahələr cərgəsində anasının ardınca gedir,
digər halda isə kiçik qalereyada o geniş planda göstərilməklə, quca-
ğında IV Tudxaliyanı tutmuş şəkildə təsvir olunmuşdur.
Hurritlərin digər böyük allahı bəzən İştarla qarışıq salınan ila-
hə Sauskadır. Hurritlərin İştarına Tavr rayonunun bir sıra şəhərlərin-
də, o cümlədən Samuxda
1
itaət edirmişlər. Şah III Hattusuli onu öz
müdafiəçisi kimi götürmüşdür və şahın «Tərcümeyi-halı»da elə ona
ithaf olunmuşdur. İştarı şir belində dayanmış qanadlı fikir kimi təs-
vir etmişlər, bundan başqa onu bir sıra möhürlərdə və abidələrdə qa-
nadlı ilahə kimi görmək mümkündür. Onun iki xidmətçisi – Ninattu
və Kulittu olmuşdur.
Hett orbitasından kənarda olan xeyli hurrit allahları da möv-
cuddur. Bu allahlar heç bir zaman hett panteonuna aid edilməmişdir.
Məsələn, Mesopotamiya allahları olan Anu və Antu, Ənlil və Ninlil,
Ea və Damkina hettlərə hurrit dini vasitəsilə məlum olmuşdur.
Hurritlər ölkəsindən qərbə tərəf – Duzlu gölə yaxın və Tavr
təpələrinin ətəklərində, mühüm əhəmiyyətli şəhərlər, o cümlədən,
Uvanuva yerləşirdi. Burada digər ad altında məlum olan Tufan alla-
hına inanırdılar ki, onun arvadının adı Hepat yox, Saxassara, Xuvas-
sana, Tasimi kimi məlumdur. Tuvanuva da hattların allahı Vurukat-
tiyə itaət edirdilər, o, mətnlərdə həm də Şumerdə müharibə Zabab
adı ilə tanınır.
Tuvanuvadan şimalda Hett padşahlığının qəlbi, hattların vətə-
ni yerləşir. Burada ən məşhur dini mərkəz müqəddəs şəhər Arinna
yerləşirdi. Şəhərin dəqiq yeri indiyə qədər məlum olmasa da, onun
Hattusadan birgünlük məsafədə yerləşdiyi müəyyənləşmişdir. Arin-
1
Samux haqqında əlavə danışmağa ehtiyac var və bu adın bizim ölkədəki Samux-
la hər hansı bir əlaqəsinin olub-olmadığını müəyyənləşdirmək olduqca vacib mə-
sələdir. - N.T.
Etnos
v
ə epos: keçmişdən bugünə
27
nada başlıca allah Günəş ilahəsi Vurusemu idi. Tufan allahı və onun
arvadı burada ikinci yeri tutur. Onların iki qızı Mesulla və Hulla
(bəlkə də bugünkü Hülya – N.T.) və hətta qız nəvəsi Sintux olduğu
da məlumdur.
Şərq tərəfdə Tufan allahına itaət edən digər mühüm bir yer –
Nerik şəhəri də vardır. «Qeyb olmuş allah» haqqında miflə adı sıx
bağlı olan Telepinu bu ərazilərin dörd şəhəri ilə əlaqəlidir. Ehtimal
vardır ki, o əkin-biçin allahıdır. Çünki Tufan allahı onun haqqında
belə deyir: «Mənim bu oğlum nəhəngdir, o şumlayır və malalayır, o
torpaqları suvarır və taxıl becərir». Mifdə Telepinu başlıca rol oyna-
maqla, göstərilir ki, onun gedişi ilə həyat ölür, buna görə də o Ado-
nis, Attis və Osiris kimi təbiətin həyatı gücünü əks etdirir (qışda
ölür, yazda dirilir).
Allah Tarxunt etruskların Tarxan allahı ilə eyniləşdirilir. Tar-
xunt da Tufan allahıdır, lakin insanların hansı kateqoriyasına aid
olanlar ona inanır, səcdə edirlər, bu, indiyədək müəyyənləşməmiş-
dir. O hett padşahlığının sonrakı dövrlərinə aid allahlardan başlıcası
idi. Ümumiyyətlə, Tarxunt hett dini mətnlərində o qədər də tez-tez
yada salınmır. Burada ilahə Kubabanında adını çəkmək lazımdır. O,
öz tarixi kökləri ilə frigiyalı Kibeba-Kibelanın prototipi kimi nəzər-
dən keçirilir.
Biz hett allahlar panteonunda adları keçən, başlıca yer tutan
allahlardan və əsas ayin mərkəzlərindən danışdıq. Ümumiyyətlə,
hett mətnlərində çoxsaylı allahların adına rast gəlmək mümkündür
ki, əsas allahlar, adətən, kiçik allahlar və ilahələr tərəfindən əhatəyə
alınmışdır. Burada hett allahlar panteonunun hind allahlar panteonu
ilə müəyyən dərəcədə uyğunluğu, yaxınlığı meydana çıxır. Məsələn,
hind allahlar panteonunda əksər hallarda başlıca allahlar İndra,
Qanq, Şiva, Dyans, Varura, Maruti, Aqni, Llşaşla yanaşı az qala
min allahın olduğu bildirilir, onlar «Veda»larda, «Mahabharata»da
və digər müqəddəs kitablarda tez-tez xatırlanır. Hettlərin də allahlar
panteonunda onlar çoxluq təşkil edir. Bu allahların hind mədəniyyə-
tində və hett mədəniyyətində müqayisəli rolunu da izləməyə ehtiyac
vardır. Lakin bu başqa bir problemdir və ona ayrıca toxunmaq olar.
Dostları ilə paylaş: |