Etnos
v
ə epos: keçmişdən bugünə
19
yazılarla haşiyələnmiş bazalt daşların hettlərə aid olduğu fikrini tək-
lif etdi). Düzdür, buna qədər hələ 1812-ci ildə Burkxardt özünün
«Suriyaya səyahət» («Travcls in Syria») kitabında Hələbdəki bazar
meydanındakı evlərdən birinin tinində heroqliflərə oxşayan müxtəlif
işarəli və fiqurlu daşlar haqqında məlumat vermişdi. Lakin 1870-ci
ildə iki amerikalı səyyah Conson və Cessap bundan başqa Ham şə-
hərinin evlərinin divarında daha beş ədəd belə daş tapana qədər bu,
nəzər çarpmamış qalırdı. Yerli əhali tədqiqatçılara bu daşlardan nüs-
xə çıxarmağa imkan verməsə də, 1872-ci ildə Dəməşqdə yaşayan
missioner Uilyam Rayt Hamda Suriyanın türk hökmdarının müşayi-
əti ilə bu yazılara nəzər saldıqdan sonra, onlar elm aləminə məlum
oldu. Türk paşası bu beş daşın evlərin divarından çıxarılıb İstanbul
muzeyinə göndərilməsi haqqında əmr verdi və yalnız bundan sonra
Rayta yazıların nüsxəsini çıxarmaq müyəssər oldu. Çıxarılmış surət-
lərdən biri Britaniya muzeyinə, digəri isə Fələstin Tapıntılar Fondu-
na göndərilmişdi. Bundan başqa 1871-ci ildə Hələb şəhərində məs-
cidin divarındakı daşlara diqqət yetirilərkən onlardakı qeyri-adi xü-
susiyyət aşkar olunmuşdu. Burada yerli sakinlərdən bu və ya digər
xəstəliklərə düçar olanların (xüsusən göz xəstəliklərinə) gözlərini
daşlara sürtməklə müalicə edirmişlər.
Ümumiyyətlə, hett yazıları Tavr dağlarında qaya üzərində, İv-
rizdə və d. yerlərdə tapılmışdır. Tanınmış hettoloq Seys ilk dəfə bu
abidələr arasında xeyli oxşar cəhətlər müəyyənləşdirə bilmişdir. Bu
tipli abidələr haqqında məlumatlar get-gedə artır, Türkiyədə Boğaz-
köy yaxınlığında, Alaca-Hüük kəndində onlara rast gəlinir, Kafir
Qalasında qayaüstü heykəllər tapılır və i.a və s.
Bütün bunlar dünya elmi ictimaiyyətinin Türkiyəyə geniş ma-
rağına səbəb olur. Tanınmış tədqiqatçılar (Humann və Puxşteyn,
Ramsey və Hoqart, Şantre və Hedlem, Anderson və Krouft) XIX əs-
rin son iyirmi ili ərzində xeyli yeni analoji heykəllər tapıb müəyyən
edirlər. XX əsrin lap ilk ilində Şimali Suriyada alman ekspedisiyası
işləyir, elə bu dövrdə L.Messerşmidt hett yazıları ilə olan 96 müxtə-
lif abidənin nəşrinə başlayır.
Nizami Tağısoy
20
1907-ci ildə Kiçik Asiyaya səyahət etmiş C.Gerstenq elə hə-
min ilin yazında Boğazköyə gəlir. Nəticədə «Hettlər ölkəsi» («The
land of the Hittites») kitabı meydana çıxır və artıq 1910-cü ildə o,
hett abidələri ilə bağlı ümumiləşdirmələr aparmağa müvəffəq olur.
C.Gerstenq Şimali Suriyada Sağcagözüdə qazıntılar apararkən hett
dövrü saraylarının qalıqlarını tapır. Alman tədqiqatçıları ilə yanaşı
ingilis alimləri də Boğazköy arxivində araşdırmalar aparır və hett
mixi yazılarının qrammatikası üzərində xeyli işlər görürlər.
XIX əsrin sonuncu rübündə tədqiqatlar genişlənir: almaniyalı
(Bossert), isveçrəli (Forrer), amerikalı (Gelb), çexiyalı (Qroznı), ita-
liyalı (Merici) alimlər və başqaları abidələrin öyrənilməsi ilə bağlı
bir-birindən xəbərsiz onların ümumi strukturunun müəyyənləşdiril-
məsi, işarələrin fonetik anlamının öyrənilməsində xeyli nailiyyətlər
əldə edirlər.
1915-ci ildə çexiyalı alim B.Qroznı hett qrammatikası üzrə ilk
qənaətlərini nəşr edir və müəyyənləşdirir ki, hett qrammatikası
hind-Avropa strukturuna malikdir. Onun bu mülahizələri «Hettlərin
dili» («Die Spracheder Hethiter») adlı tədqiqatında öz əksini tapır.
İxtisasca filoloq olmayan B.Qroznı hett dilinin lüğət tərkibi ilə bağlı
öz konsepsiyasını bir qədər müstəqil şəkildə inkişaf etdirərək hettlə-
rin söz və ifadələrinin digər hind-Avropa dilləri ilə yaxınlığını gös-
tərir. B.Qroznının apardığı tədqiqat işlərini dahi fıloİoq F.Zommer
daha uğurlu şəkildə inkişaf etdirə bilir. E.Forrer hettlərin tarixinin
rekonstruksiyası ilə məşğul olur və hett qrammatikası üzrə qeydləri-
ni nəşr etdirir.
Hettlər haqqında, onların həyatı və mədəniyyəti haqqında
ümumiləşdirilmiş məlumatlar ilk dəfə B.Qroznı tərəfindən Britan
Ensiklopediyasının 14-cü nəşrində öz əksini tapır. 1933-cü ildə isə
Kiçik Asiyaya, o cümlədən hett sivilizasiyasına həsr olunmuş
A.Gyotsın hazırladığı məlumat maraqla qarşılanır. Ümumiyyətlə,
hettoloqlar bu fikirdədirlər ki, bu alimin hettlərlə bağlı söylədiyi
mülahizələr bu gün də öz aktuallığını itirməmişdir. Bundan sonra
1939-cu ildə L.Delaport «Hett qrammatikasının elementləri» («Ele-
ments de la qrammaire Hittite») kitabını nəşr etdirir. Elə XX əsrin
Etnos
v
ə epos: keçmişdən bugünə
21
30-cu illərindən L.Delaport, E.Kavinyak və A.Yüre tərəfindən Pa-
risdə hettlərə və Anadoluya həsr olunmuş jurnal çıxmağa başlayır.
Amerikada E.Stertevant 1933-cü ildə «Hett dilinin müqayisəli
qrammatikası» («A comparative Grammar of the Hittite lanquaqe»)
kitabını yazır. Bu kitab müqayisəli etimologiya sahəsində bəsit nə-
ticə və fikirlərə söykəndiyindən amansız tənqidlərə məruz qalır.
1940-cı ildə J.Fridrixin hett dilinin təsviri qrammatikası üzrə «Hett
dilinin elementar kursu» («Hethitisches Elementarbuch») adlı tədqi-
qat işi nəşr olunur. Bir qədər sonra Y.Fridrixin daha bir sanballı ki-
tabı «Hett lüğəti» («Hethitisches Wörterbuch») leksikoqrafiya sahə-
sində ən mükəmməl kitablardan biri kimi geniş ictimaiyyətə və oxu-
culara çatdırılır.
Hett torpaqlarında qazıntı işlərinin canlanması XX əsrin 30-cu
illərinin lap əvvəllərindən başlanır. Kiçik Asiyaya geniş səyahətə
çıxmış Çikaqo Universitetindən olan tədqiqatçılar X. Fon der Osten
və İ.Gelb burada bir sıra kitabələr (abidələr) aşkar edirlər. Məsələn,
Fon der Osten hett şəhərciyi Əlişar-Hüükdə apardığı qazıntı zamanı
Anadoluda tunc dövrünə aid edilən müxtəlif növlü saxsı əşyaların
xronologiyasını müəyyən edir. Delaport Malatyada qazıntıları bərpa
edir, K.Bittel Boğazköydə tədqiqatlarını davam etdirir və i.a. və s.
XX əsrin 30-cu illərində Suriyadakı Ham (Hamat), Tell-Tay-
nat, Tell-Atçan şəhərlərində müvafiq olaraq Danimarkadan İnqolt,
Çikaqodan isə L.Vullinin başçılığı altında ekspedisiyalar işləyir. Bu
dövr üçün ən xarakterik məqam kimi o qeyd edilməlidir ki, məhz
indən etibarən hettlərlə bağlı problemlərin öyrənilməsinə türklərin
marağı güclənir. Bu, Almaniyadan Ankara Universitetinə dəvət
olunmuş prof. Q.Güterbokun və İstanbul Universitetində Yaxın
Şərq Tədqiqatları Şöbəsinin direktoru X.Bossertin apardığı araş-
dırmaların işığında baş verir. Prof. Q.Güterbokun tədqiqatçılıq qa-
biliyyətini dərindən hiss etmiş türk hettoloqu prof. Sədat Alp onu
Ankara Universitetinə dəvət edir. Bosser isə öz türk həmkarları ilə
Qaratəpədə hett heroqlif abidələrini kəşf etməklə məşğul olur. 1930-
40-cı illər ərzində prof. Con Gerstenqin rəhbərliyi altında işləyən
ekspedisiya hett qəsrində Mərsin yaxınlığındakı Yümüktəpədə hett-
Dostları ilə paylaş: |