Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə20/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   16   17   18   19   20   21   22   23   ...   114

 Nizami Tağısoy 
 
62
Xəzərlərin artıq IV-V əsrlərdə Qafqaz, Azərbaycan (Dərbənd) 
ərazisində yerləşməsi ilə bağlı digər məlumatlar da vardır və onlar 
yüzilliklər ərzində sasanilər üçün daim böyük təhlükə mənbəyi he-
sab olunmuşlar (12,45).  
Xəzərlər V-VI əsrlərdən başlayaraq digər etnoslar - alban, 
kəngər, qarqar, hun, barsillər  və b. ilə birlikdə Azərbaycanın 
digər ərazilərində də geniş şəkildə yaşayırdılar.  
Hunların qalan hissəsi  Şimali Qafqaza V əsrin  əvvəllərində 
onoqur (onoğuz) tayfasının başçılığı ilə hun-bulqar tayfa birliyini 
yaratdıqdan sonra daxil olmuşdur. Azərbaycan ərazisinə bu dövrdə 
hücum edən hun tayfaları onoqurlarla yanaşı, ümumi «hun» adı al-
tında  oğur (oğuz), saraqur (Sarı  oğuz), akatsir (ağ  xəzər), bar-
dur, kutriqur, kəngər və b. tayfalar da vardı (1,29). 
VI əsrin ikinci yarısından başlayaraq sabir, bulqar, barsil və 
b. türk-Qafqaz tayfaları ilə birgə Moqolustandan Qara dənizədək bö-
yük bir ərazini əhatə edən Türk xalqlarının tərkibinə daxil olmuş xə-
zərlər həmin tayfalar arasında uzun müddət aparıcı rol oynamışdır. 
VII  əsrin 20-ci illərində bizanslıların  İrana yürüşü zamanı 
xəzərlər Bizans tərəfində vuruşaraq Qafqazdakı türk qoşunları 
arasında başlıca qüvvəni təşkil edirdi. Dərbəndi, Tiflisi, Albaniyanı 
işğal edən Türk xaqanlığında ara müharibələri başlayanadək onlar 
bu yerləri əllərində saxlaya bilmişdilər. Sonralar bu ərazilərə gələn 
ərəblər bu ölkələri Azərbaycanla birlikdə «Xəzərlər (yəni türklər) 
ölkəsi» adlandırmışdı. 
Eramızın VII əsri Azərbaycanda hərbiləşmiş  ərəb yaşayış 
məskənlərinin yaranması və bu dövrdə aparılan ərəb-xəzər mühari-
bələri ilə əlamətdar idi. Bu dövrlərdən başlayaraq ərəblər zəbt etdik-
ləri Arran və Azərbaycan torpaqlarında yerləşir və Bərdənin, Bey-
ləqanın, Qəbələnin, Dərbəndin, Varsanın (yaxud Varaçanın), Təb-
rizin, Mayanın, Barzanın, Nazirin yerli əhalisinin torpaqlarına sahib 
çıxırdılar (27,50). Bu dövrdə  xəzərlərin Azərbaycanda hərbi-siyasi 
təsiri heç də uzunmüddətli olmamışdı. Belə ki, Azərbaycanı  işğal 
edən ərəblər Dərbəndə yetişib xəzərlərin və digər türk qəbilələrinin 
şimaldan buraya daxil olmalarına mane olmuş, xəzərlərlə  ərəblər 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
63
arasında ardı-arası kəsilməyən müharibələr getmiş, Azərbaycan san-
ki hərbi teatr meydanına çevrilmişdi.  
Ərəblərin Xəzəristana ilk uğursuz yürüşü VII əsrdə (653-654-
cü illərdə) oldu. Daxili çəkişmələr və xarici həmlələr nəticəsində 
xilafət zəifləmiş, bundan istifadə edən xəzərlər 684-cü ildə yenidən 
Qafqaza hücum edərək, Albaniyanı  ələ keçirib, əhalini ağır vergi 
ödəməyə məcbur etmişlər. Yalnız 692-ci ildə ərəb orduları Albani-
yadan keçərək Dərbənd  şəhərini  ələ keçirə bildi (21, 36). Əlbəttə, 
döyüşkən xəzərlər az keçmədən 710-cu ildə yenidən Dərbəndə sa-
hib oldular. Lakin Dərbənd sakinlərindən birinin satqınlığı  nəticə-
sində ərəb sərkərdəsi Həbib ibn-Məslam yenidən xəzərləri (713-cü 
ildə) Azərbaycandan vurub çıxardı.  
717-ci ildə xəzərlər yenidən Azərbaycanı tutdu: ət-Təbari ya-
zırdı ki, 717-718-ci illərdə türklər Azərbaycan üzərinə hücuma ke-
çərkən müsəlmanlar çoxsaylı itki verdilər (5, 109). 
Bundan dörd il sonra xəzərlər Armeniyaya hücum edərək, 
oradakı  ərəb ordusunu bütünlükdə  məhv etmişdi.  İbn  Əl-Əsir bu-
nunla bağlı qeyd edirdi ki, çoxsaylı  xəzərlər qıpçaqların və digər 
türk qəbilələrinin köməyi ilə döyüşə girmiş və saysız-hesabsız mü-
səlmanı məhv etmişdir (9, 23). 
Əlbəttə, bütün bunlar ərəb ordusunun komandanı  əl-Cərrahı 
olduqca qəzəbləndirmiş və o, öz ordusunun köməyi ilə nəinki xəzər-
ləri Qafqaziyadan çıxarmış, həm də Dərbəndi tutaraq, Xəzəristanın 
daha da içərilərinə daxil olmaqla, onları  məğlubiyyətə  uğradıb, 
Həmzin, Tərqu, Bələncər kimi şəhərləri işğal edib və xeyli qənimət 
ələ keçirmişdir (3, 52-54). Ərəblərin Xəzəristana yürüşü nəticəsində 
adları  çəkilən  şəhərlərin  əhalisi Azərbaycan  ərazilərinə, xüsusən 
Qəbələ ətrafına köçürülmüşdür (5, 109). 
Bu ağır zərbədən özlərinə çətinliklə gələn xəzərlər 726-727-ci 
illərdə Xaqanın oğlunun başçılığı altında yenidən Azərbaycana da-
xil olub bir neçə  şəhəri viran qoyaraq ələ keçirmiş, lakin yenə  də 
ərəblərin güclü müqaviməti ilə rastlaşıb geriyə  çəkilməyə  məcbur 
olmuşlar. Araz çayı üzərində güclü döyüşlər zamanı türklər böyük 
itki verərək geri çəkildilər. 


 Nizami Tağısoy 
 
64
730-cu ildə xəzərlər yenidən yürüşə çıxıb Azərbaycanın Şərq 
torpaqlarını tutdular. Ərdəbil ətrafında Əl-Cərrah ordusu ilə xəzərlər 
arasında qanlı döyüşlər baş verdi. Xəzərlərin və türklərin sayı mü-
səlmanlardan hədsiz artıq çox olduğundan onlar ərəbləri darmada-
ğın edə bildilər.  Əl-Cərrahın həm özü, həm də ordusu Ərdəbil çö-
lündə həlak oldular.  
732-733-cü illərdə Qazaxda dislokasiya olunan ərəb ordusu 
xəzərlərə qarşı iki tərəfdən - Dəryal dərəsindən və Dərbənddən hü-
cuma keçdi. Xəzər xaqanı sülh imzalamağı təklif etdi. Bununla kifa-
yətlənməyən  ərəb sərkərdəsi Mərvan o dövrlər misli görünməmiş 
bir ordu yığaraq Xəzəristan üzərinə yenidən hücuma keçdi və hü-
cum zamanı nəinki Xəzəristan dövlətinin ürəyi olan Varaçar və Sə-
məndəri tutdu, həmçinin Xəzəristanın yeni paytaxtına (İdilə) qədər 
irəliliyə bildi. Bu gərgin vəziyyəti görən Xəzər xaqanı paytaxtı qo-
yub İdil çayı boyunca bu dövrdə onun tabeliyində olan burtasların 
ərazisinə qaçdı. Mərvan öz süvariləri ilə birgə  İdilin sağ sahili ilə 
irəliləyərək burtaslar ölkəsini darmadağın etdi və 20 mindən artıq 
ailəni əsir götürdü. 
Xəzər ordusunun İdilin sol sahilindəki meşədə gizləndiyini 
eşidən Mərvan xəzərlərə güclü zərbə endirərək 10 min nəfərdən ar-
tıq insanı öldürdü və 7000 nəfəri əsir götürdü. Çaşbaş qalan Xəzər 
xaqanı Mərvanı sülh müqaviləsi bağlamağa çağırır. Mərvan isə qar-
şılığında Xəzər xaqanından islamı  qəbul etməyi tələb edir. Xaqan 
razılıq vermək zorunda qalır. Xəzəristanın bütün ərazilərində daimi 
hakimiyyətini bərqərar etmək üçün çoxsaylı ordunun gərəkliyini dü-
şünən Mərvan xaqanın müsəlman dinini qəbul etməsi ilə kifayətlə-
nərək onu yenidən öz hakimiyyətində bərpa edib, Qafqaziyaya qayı-
dır. Mərvan geri qayıdarkən 40 mindən artıq xəzər və burtaslardan 
ibarət olan əsirləri Qafqaziyaya Samur, Şabiran və Kaxetiyada yer-
ləşdirir (8, 2, 218-221).  
M.İ.Artamonov yazır ki, xəzərlərin əzəmətli paytaxtı Varaçan 
– Bələncər, yaxıd Bulker-Bolqar kimi əraziləri əhatə edirdi və onun 
əhalisinin  əksəriyyəti barsil-bersullardan ibarət idi. Varaçan şəhəri 
dağıldıqdan sonra paytaxt hunlar ölkəsinin digər hissəsinə – 
Səməndər şəhərinə köçürüldü (2, 229). 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə