Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə17/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   13   14   15   16   17   18   19   20   ...   114

 Nizami Tağısoy 
 
52
6. Иванов В.В. Об отношении хаттского языка к северо-запад-
но кавказским. – В кн.: Древняя Анатолия. М., 1985. 
7.  Êàììåðùóáåð À.Äàñ Ùàòò èñåùå. Ùàíäáóúù äåð Îðèåíòàëèñòèê, 
Àáò.1, Áä.2, Ëôã 2 – ëåèäåí – Êþëí, 1969. 
8. Герни О.Р. Хетты. М., Ùàéêà, 1987.. 
9. Ìÿëèêîâ È. Õàòò – öìóìòöðê äèë ïàðàëåëëÿðè. // Àçÿðáàéúàí ôèëîëî-
ýèéàñû ìÿñÿëÿëÿðè // II áóðàõûëûø. Áàêû, Åëì, 1984. 
10. Novruzov M. Məkani hallar / Tarixi-tipoloji dilçilik axtarışları 
təcrübəsindən // Azərbaycan filologiyası  məsələləri // II Buraxılış. Bakı: 
Elm, 1984. 
 11. Старостин С.А. Об одном миграционном термине: еще раз 
о  названии  «железа»  в  языках  Евразии.  Вторая  всесоюзная  школа 
молодых  востоковедов  (Тбилиси, 1981). Тезисы.  Т.II.  Языкознание. 
Литературоведение. М., 1982. 
12. Schuster H.S. Die hattisch-hethitischen Bilinguen, Bol.1, Tl.1, 
ëåèäåí, 1974. 
13. Òöðê àíñèêëîïåäèñè. Úèëò XIX. - Àíêàðà, 1971, ñ.309. 
14. Всемирная история. Бронзовый век. – Минск, Харвест – М., 
Аст., 2000, с. 270. 
 
 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
53
 
QƏDİM HİNDİSTAN: MƏDƏNİYYƏTİ VƏ ƏDƏBİYYATI 
 
Məlum olduğu kimi, bəşər sivilizasiyasında bütün xalqların və 
dövlətlərin özünəməxsus yeri vardır. Lakin bu sivilizasiyada elə 
xalqlar və dövlətlər də mövcuddur ki, onların mədəniyyətləri və 
ədəbiyyatları digərlərinə nisbətən daha güclü və  zəngin olmuşdur. 
Biz qədim və yenilməz zənginliyi ilə seçilən sivilizasiyalardan danı-
şarkən Şumer, Hett, Misir, Yunan və Roma mədəniyyətləri ilə yana-
şı, həm də Hind və Çin mədəniyyətlərini xatırlamalıyıq. Bu söhbəti-
mizi isə yalnız Hind mədəniyyəti üzərində qurmağa çalışacağıq. Ek-
zotik landşafta, təkrarsız təbiətə, bir-birindən rəngarəng, qədim və 
ulu mədəniyyət incilərinə malik olan Hindistan (qeyd edək ki, hind 
mədəniyyətinin inkişafında bir çox xalqların payı var və biz onlar 
barədə bir qədər sonra danışacağıq) haqqında təsəvvürlərimiz  əsa-
sən hind filmləri əsasında formalaşmışdır. Ümumiyyətlə, Azərbay-
canda qədim Hindistan barədə təsəvvürlər o qədər də geniş deyildir. 
Lakin ənənəvi baxış və nəzərləri sındırıb bir qədər Şərq istiqamətinə 
boylansaq, görərik ki, dünya sivilizasiyası heç də bizə indiyə qədər 
təqdim edildiyi kimi qərb xalqları və ölkələrinin mədəniyyətləri əsa-
sında formalaşıb inkişaf etməmişdir. Fikrimizcə, bugünkü dünya si-
vilizasiyasının başlanğıc nöqtəsi kimi ulu Şərqi – qədim Hindistanı 
götürmək daha məqsədəuyğun və daha məntiqə yaxındır. Mənbələr 
təsdiq edir ki, əgər əksər mədəniyyətlərin inkişaf tarixi eramızın əv-
vəllərindən, erkən orta əsrlərdən və daha üzü bəri dövrlərdən başla-
yır və hesablanırsa, hind mədəniyyətinin, hind ədəbiyyatının təxmi-
nən 40 əsrə  bərabər yaşı olduğu artıq konkret faktlar və  rəqəmlər 
əsasında sübut olunmuşdur.  
Ümumiyyətlə, dünya ədəbiyyatı tarixçiləri və mifologiya ilə 
məşğul olan tədqiqatçılar sübut edirlər ki, Hindistan qədər zəngin və 
qədim mifologiya və folklora malik başqa bir ölkə tapmaq, bəlkə 
də, mümkün deyildir. Hind mifologiyası bu gün də birinciliyi özün-
də saxlamaqdadır. Heç şübhəsiz ki, Hindistan mədəniyyəti və ədə-
biyyatı da doğma mifoloji təfəkkürdən qaynaqlanmış, burada mədə-


 Nizami Tağısoy 
 
54
ni-ədəbi ənənələr yaxşı qorunmuş, saxlanılmış, milli çalarlar üzərin-
də inkişaf etdirilmişdir.  
Hindistan çoxdilli bir ölkədir, onun qədim və zəngin mədəniy-
yəti və ədəbiyyatı da Hind-Avropa və Dravidi dil qruplarına məxsus 
olmaqla, müxtəlif dillərdə yaradılmış  və inkişaf etdirilmişdir. Ma-
raqlıdır ki, zəmanəmizə qədər gəlib çatmış ən qədim ədəbi nümunə-
lər sanskrit dilində yazılmışdır. Onun tarixi isə öz növbəsində e.ə. II 
minilliyin sonlarına aid edilir. Lakin sonralar, daha konkret olmağa 
çalışsaq, e.ə. I minilliyin ortalarında Hindistanda ədəbi dil kimi Pali 
və Prakritdən istifadə olunmuşdur. Bizim eranın  əvvəllərində isə 
Pali dilində yaradılmış ədəbiyyat Hindistanda öz ömrünü başa vur-
muş və sonralar ondan digər Şərq ölkələrində istifadə edilmişdir.  
Təxminən e.ə. II-I əsrlərdə Tamil dilində  ədəbiyyat təşəkkül 
tapmağa başlamış və artıq eramızın I minilliyinin sonuna yaxın, de-
mək olar ki, müasir Hindistanın bütün aparıcı xalqlarının formala-
şan başa çatmışdır. Bu dövrdə formalaşmış Benqal, Maratx, Qucarat 
və digər dillər Sanskrit və Prakriti ədəbi istifadədən tədricən sıxışdı-
rıb çıxarmağa başlamışdır. Eramızın I minilliyinin sonu – II minilli-
yin əvvəllərində Dravidi dillərinə aid olan Teluqu, Kannar, Malaya-
laş və digər dillər daha geniş şəkildə istifadə olunmağa başlamışdır.  
Bunu da xatırladaq ki, Hindistan həm eramızdan  əvvəl, həm 
də bizim erada başqa qonşu xalq və dövlətlərin həmlələrinə məruz 
qalmış, eyni zamanda onlarla müştərək ədəbi-mədəni əlaqələrdə ol-
muşdur. Məsələn, orta əsrlərdə Orta Şərq ölkələrindən və irandilli 
xalqların müxtəlif  şimal, qərb rayonlarına hücum etməsi və orada 
müsəlman dövlətlərinin yaradılması, islamın yayılması, heç şübhə-
siz ki, Hindistan mədəniyyətində son dərəcə böyük iz buraxmışdır, 
hətta XI-XIX əsrlərdə Hindistanda müsəlmanlığa dönmə və müsəl-
manlara kömək ideyası aparıcı yer tutmuşdur.  
Hindlilərin digər xalqlarla birgə mədəniyyəti müştərək inkişaf 
etdirmə və əlaqələri formalaşdırma ideyası daim güclü olub. Bu əla-
qələrin təşəkkülü, inkişafı və möhkəmlənməsində türkdilli xalqların 
da rolu olduqca böyükdür. Yalnız bunu deməklə kifayətlənirik ki, 
Hindistanın orta əsrlər dövründə Heydərabad, Tətə, Caypur və s. 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə