Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə19/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   15   16   17   18   19   20   21   22   ...   114

 Nizami Tağısoy 
 
58
mülahizələr söyləmək mümkün və vacibdir. Bunların hər hansı biri 
barədə bəhs olunmasından asılı olmayaraq bir şeyi qətiyyətlə demək 
olar ki, Hindistan kimi ölkənin mədəniyyəti və ədəbiyyatı son dərə-
cə maraqlı, rəngarəng və diqqətəlayiqdir. Onun haqqında müəyyən 
təsəvvürə malik olmaq, heç şübhəsiz ki, bizlərdən hər birimizin bə-
dii-estetik, etik-mənəvi dünyasının formalaşmasında yardımçı ola-
caqdır. Bu məqsədlə  də biz gələcəkdə silsilə yazılarla oxucuların 
görüşünə gələcəyik. 
 
 
ƏDƏBİYYAT  
 
1. Erivanski M. Qədim Hindistan. Bakı, 1956.  
2. Hitopadişa və ya xeyirli öyüdlər. Bakı, 1960.  
3. Ильин Г.Ф. Старинное индийское сказание о героях древнос-
ти. М., Изд.-во АНСССР, 1958.  
4.  Гринцер  П. «Махабхарата»  и  «Рамаяна».  М.,  Худож.  лит., 
1970.  
5. Литература и культура  древней и средневековой Индии. М., 
Наука, 1979. 
6. Mahabharata və ya Bharata övladlarının böyük vuruşları haqqın-
da dastan. Bakı, Gənclik, 1988. 
7. Нагендра. История индийских литератур. М., Прогресс, 1964. 
8.  Рабинович  И.С.  Сорок  веков  индийской  литературы.  М., 
Наука, 1969. 
9. Серебряков И.Д. Древнеиндийская литература. М., Восточн. 
лит., 1963.  
10.  Серебряков  И.Д.  Очерки  индийской  литературы.  М.,  Вос-
точн. лит., 1971. 
 11. Серебряков И.Д. Литературный процесс в Индии /VII-XIII 
вв. М., Восточн. лит., 1979. 
 
 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
59
 
 
ЫЫ  Б Ю Л М Я 
 
 
TЦРК ХАЛГЛАРЫ: 
ETNOGENEZ VЯ FOLKLOR 
 
 
XƏZƏRLƏR  
 
Milorad Paviçin «Xəzər sözlüyü» romanı 
  
Həyatı, etnogenezi, tarixi, mədəni-mənəvi  ənənələri  əsrlərin 
dolanbaclarında itib-batmış etnoslardan biri də xəzərlərdir. «Xəzər-
lər» mövzusuna müraciətimin əsas səbəbi serb yazıçısı Milorad Pa-
viç və onun romanı oldu.  
XX  əsrin 80-ci illərində M.Paviçin işıq üzü görmüş «Xəzər 
sözlüyü» romanı 1992-ci ildə istedadlı rus tərcüməçisi L.Savelyeva-
nın zəhməti sayəsində Moskvada nəşr olunan «İnostrannaya litera-
tura» jurnalının vasitəsi ilə geniş oxucu kütləsinə çatdırıldı.  
Serb dilində  nəşr olunduqdan sonra «Xəzər sözlüyü» romanı 
30-dan artıq dünya xalqlarının dillərinə tərcümə edilərək bestsellərə 
çevrildi. Romanı ABŞ-da və Bolqarıstanda, Fransada və Sloveniya-
da, Almaniyada və Polşada, Rusiyada və Ukraynada oxucular bö-
yük maraqla oxudular. «Xəzər sözlüyü» Azərbaycanda da oxundu. 
Hətta məndə olan məlumatlara görə Azərbaycan türkcəsinə tərcümə 
də edildi. Lakin indiki şəraitdə, ölkəmizdə mütaliəyə maraq sönük-
ləşdiyi bir dövrdə onun haqqında oxucu kütləsi onsuz da geniş mə-
lumata malik ola bilmədi. Məqsədim heç də oxucuda roman barədə 
geniş təsəvvür yaratmaq deyil, xəzərlər və onların həyatı haqqında 
mənbələrin yaddaşında qalanları bir daha dilə gətirməkdir.  
İlk növbədə qeyd edək ki, Azərbaycan türklərinin etnik təşək-
külündə və inkişafında xəzərlər digər tayfa və qəbilələrlə yanaşı ol-


 Nizami Tağısoy 
 
60
duqca mühüm rol oynamışlar, buna görə də ulu əcdadlarımızla bağlı 
məlumatları hərtərəfli (qoy lap bir qədər populyar yozumda olsun) 
bilmək daha məqsədəuyğun olardı.  
M.Paviçin «Xəzər sözlüyü» romanı ilk baxışda məni adı ilə 
təəccübləndirdi. Nə üçün bu etnosla heç bir əlaqəsi olmayan müəllif 
xəzərlər haqqında bir az mifik-fantastik, bir az tarixi-publisistik, bir 
az da dini-fəlsəfi dəyərləri ilə seçilən, müasir ədəbi tənqidin Borxes, 
Kortasar, Eko yaradıcılığı ilə bir sırada qoya bildiyi sənətkarlar 
səviyyəsində əsər yazmalıydı?! Müəllifi xəzərlərə yaxınlaşdıran nə 
idi?! Nə üçün məhz xəzərlər haqqında  əzəmətli bir əsəri yazmaq 
M.Paviçə nəsib oldu?! və i.a. və s. Beləliklə, saysız-hesabsız suallar 
ortaya çıxmağa başladı.  
Bəri başdan deyim ki, «Xəzər sözlüyü» romanı ilə M.Paviç ta-
rixin müxtəlif mərhələlərini yaradıcı  şəkildə birləşdirə bilmişdir. 
M.Paviçin bu romanı sanki hər bir oxucunu xəzərlər və onların tari-
xi taleyi ilə yaxından tanış edir, bir xalqın mənəvi-mədəni sərvətl-
ərinin digər xalqların mənəvi-mədəni sərvətlərinə çevrildiyinə  və 
onlara müsbət təsir etdiyinə dərindən inandırır, nə vaxtsa bu böyük 
mədəniyyətin daşıyıcılarının dünya səhnəsindən silindiyini, digər 
xalqlar arasında assimilyasiyaya uğradığını müəyyənləşdirir.  Əsər 
elə qurulmuşdur ki, M.Paviç özünün və digər xalqların bugünkü 
nəslində xəzər möhürü axtarır və sən də bundan qürur duyursan. Bir 
sözlə, M.Paviç «Xəzər sözlüyü» romanı ilə sanki türk unutqanlığına 
da ciddi eyhamlar vurur.  
Bəzi serb tənqidçiləri M.Paviçin «Xəzər sözlüyü» romanında 
müəllifin doğma vətəni Serbiyanın təcəssümü olduğunu deyirlər. 
Digərləri isə «Xəzər sözlüyü»ndə böyük və kiçik xalqların, millətlə-
rin taleyini, onlardakı tərəqqi və tənəzzülü görürlər. Məsələn, fran-
sız ədəbi tənqidi digər məsələlərlə yanaşı, bu romanda bütün dünya 
sivilizasiyasının əksini sezdiyini qeyd edir. Bəzən də istehza ilə «biz 
məhz nüvə  təhlükəsi və ekoloji faciələr dövründə yaşayan xə-
zərlərik», – deyə, özlərini xarakterizə edirlər. Roman həm məhəbbət 
poeması, həm detektiv və elmi əsər, həm nağıllar məcmuəsi, həm 
tarixi-etnoqrafik abidə, həm də folklor nümunəsi kimi maraqlı  və 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
61
özünəməxsus arxitektonikaya malikdir. Əlbəttə, fikrim heç də yal-
nız M.Paviçin «Xəzər sözlüyü» romanını təqdir etmək deyil. Sadəcə 
olaraq, «Xəzər sözlüyü» düşüncəmdə yaratdığı təlatümlə, xəzərlərlə 
bağlı bəzi fikirləri ortaya qoymağa sövq etməsilə, bu romanın içim-
də yaratdığı əks-səda ilə maraqlıdır.  
M.Paviçin «Xəzər sözlüyü» heç də sözlük, lüğət, bədii-publi-
sistik əsər deyil, həm də mühüm tarixi mənbələri özündə əks etdirən 
əsərdir, sənəddir. Burada göstərilir ki, xəzərlər VII-IX əsrlərdə yaşa-
mış döyüşkən köçəri xalq olmaqla VII-X əsrlər kəsiyində Xəzər və 
Qara dəniz sahilləri arasında yaşamışlar. Lakin bu fikirlərin özünün 
də dürüstləşdirilməyə ehtiyacı vardır.  
 
Xəzərlər haqqında hansı tarixi məlumatlar vardır? 
 
Tarixi mənbələr bizə aşağıdakıları deyir: III əsrdən başlayaraq 
Azərbaycan  ərazisinə türk tayfaları intensiv şəkildə daxil olmağa 
başlamışdı. Dionisi Periyeqet Xəzər ətrafında məskunlaşan xalqlarla 
bağlı burada hunların, skiflərin, kaspilərin, albanların, tapirlərin, 
kirkanların yaşadığını qeyd etmişdir. M.Xorenatsı isə II əsrin sonu – 
III  əsrin  əvvəllərində  xəzərlərlə barsillərin birləşərək Kür çayını 
keçib, onun o biri sahilinə səpələndiyini göstərmişdir.  
IV əsrin 60-cı illərinin tam sonlarında hunların Asiyadan Av-
ropaya ikinci əsas axını başlamışdır. Beləliklə,  İdili adlayan yeni 
hun tayfaları  Şimali Qafqaza yayılırlar. Azov və  Xəzər dənizləri 
arasında yerli əhalini məğlub etdikdən sonra onlar indiki Serbiya, 
Macarıstan  ərazilərində  də möhkəmlənə bilmişdilər. Bundan sonra 
hunlar Dunay sahillərini tutmuş, daha sonra isə Midiya ərazisinə ya-
xınlaşa bilmişlər. Hadisələrin canlı şahidi olan romalı Yevseniy İye-
ronim yazırdı ki, bütün Şərq, Qafqaz hunların hücumundan dəhşətə 
gəldi, onlar İskəndər bəndini aşıb sasaniləri və bizansları öz tabeliyi 
altına alaraq, həm də Suriyanı, Kappadokiyanı, Finikiyanı, Fələstini, 
Misiri çalıb-çapıb, Abşeronu Dərbənddən keçərək yenidən öz yerlə-
rinə – Xəzər sahillərinə dönmüşdülər. 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə