Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə18/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   14   15   16   17   18   19   20   21   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
55
yerlərində türk hökmdarları Cəlaləddin Məhəmməd Əkbər, Şahzadə 
Sultan Səlim, Tətə Hakimi Nurəddin Məhəmməd Cahangir şah, Mə-
habat xan, Humayın  Şah və başqalarının hökmranlığı mövcud ol-
muşdur. Bundan başqa tanınmış ədəbi-bədii fikir nümayəndələri bö-
yük Azərbaycan şairi Məsihi, onun atası Nizaməddin Əli, təzkirəçi-
lər Təqiəddin Kaşi, Təqiəddin Əvhədi, Molla Əbdül Nəbi, (müsəl-
man-türk) hind tarixçisi Əbülfəzl Elami, Məsihinin yaxın dostu, 
XVII əsr Azərbaycan şairi Həkim Heydər və başqaları xeyli müddət 
Hindistanda yaşayıb yaratmışlar.  
Dünya fatehi Teymurləngin nəticəsi Fərqanə hökmdarı Zahi-
rəddin Mühəmməd Babir daxili çəkişmələr nəticəsində  Fərqanəni 
tərk edərək əvvəl Lahoru, sonra isə Hindistanın şimalında Dehli və 
Adranı  zəbt etmişdir. Maraqlıdır ki, bu böyük hökmdarın və türk 
sərkərdəsinin XVI əsrdə Hindistan ərazisində Hind çayından Benqa-
liyaya qədər tutduğu  ərazi «Böyük Moqol İmperiyası» adı altında 
XIX əsrə qədər yaşamışdır.  
Məsihinin özü tanınmış Azərbaycan şairi Saib Təbrizi ilə bir-
gə Hindistanda müxtəlif dəbdəbəli təntənə  və bayramların keçiril-
məsində iştirak etmişdir. Böyük türk şairi Əmir Xosrov Dəhləvinin 
hind və türkdilli xalqların mədəniyyətində  və  ədəbiyyatındakı 
önəmli rolunu sübut etməyə ehtiyac yoxdur. Belə ki, XIII əsrdə 
Şəmsəddin İltutmuş Sultanın hökmdarlığı dövründə Hindistana gəl-
miş bu türk oğlu bədii yaradıcılığı ilə nəinki hind mədəniyyəti tari-
xində özünəməxsus yer tutmuş, həm də öz «Xəmsə»si ilə böyük 
türk oğlu Nizaminin açdığı cığırla çox tutarlı addımlarla irəliləmiş-
dir. Bütün bunları ona görə sadalayırıq ki, maraq obyektinə çevirdi-
yimiz hind mədəniyyətinin və  ədəbiyyatının formalaşmasında həm 
də türkdilli xalqların ədəbiyyatının və mədəniyyətinin rolunu bir da-
ha göz önünə gətirək.  
Bir məsələni də qeyd edək ki, hind mədəniyyəti də digər xalq-
ların mədəniyyəti və  ədəbiyyatı kimi inkişaf tarixi dövründə  bəzi 
mərhələlər keçmişdir. Lakin digər mədəniyyəti və  ədəbiyyatlardan 
fərqli olaraq, hind mədəniyyətində bu mərhələlər daha uzunmüddət-
li və davamlı dövrləri əhatə etmişdir. Eramızın V-VI əsrlərinə qədər 


 Nizami Tağısoy 
 
56
hind  ədəbiyyatı (biz artıq yuxarıda qeyd etdik ki, hind ədəbiyyatı 
müxtəlif dillərdə yaranan xalqların ədəbiyyatının məcmusudur) əsa-
sən mifoloji təsəvvürlər, dastanlar, alleqorik əsərlər üzərində yaran-
mış və inkişaf etmişdir. Artıq VII-VIII əsrlərdə Şimali Hindistanın 
bir sıra ədəbiyyat nümunələrində biz dini-mistik poeziyanın antifeo-
dal istiqamətdə inkişaf etməsinin şahidi oluruq. Bu vəziyyət, demək 
olar ki, XIV əsrin sonuna qədər davam edir. XV-XVIII əsrlərdə feo-
dallar  əleyhinə mübarizə güclənir və  şəhər mədəniyyətinin forma-
laşması aparıcı rol oynamağa başlayır. XVIII əsr hind ədəbiyyatında 
feodalizmin səngiməsi və ingilis istilası ilə bağlı  tənəzzül yaranır. 
XIX əsrdə isə yeni məzmun və formalı ədəbiyyat meydana çıxır. Bu 
isə, fikrimizcə, milli şüurun oyanması  və burjua münasibətlərinin 
inkişafı ilə sıx əlaqədardır.  
Bunu da əlavə edək ki, hind mədəniyyətinin formalaşması və 
inkişafında ingilis müstəmləkəçi rejiminin bütün mənfi xüsusiyyət-
ləri ilə yanaşı, müsbət cəhətləri də nəzərə alınmalıdır. Maraqlıdır ki, 
XI-XVIII əsrlərdə hind ədəbiyyatının və mədəniyyətinin inkişafında 
türkdilli və farsdilli mədəniyyətlərin rolu böyük idisə, XIX əsrin I 
rübündə hind həyatının müxtəlif sahələrində ingilis dilindən istifa-
də, ingilisdilli hind ədəbiyyatının meydana çıxması daha böyük vüs-
ət almışdır. Başqa sözlə, hind mədəniyyəti və ədəbiyyatının forma-
laşmasının unikal mədəniyyətlər – hind, türkdilli, farsdilli və ingilis-
dilli ədəbiyyatlardan ibarət olduğunu desək, heç də yanılmarıq. Və-
ziyyət olduqca simptomatikdir. Belə ki, sonrakı dövrlərdə digər mə-
dəniyyət və ədəbiyyatların müəyyən təsirinə məruz qalmış hind ədə-
biyyatının özünəməxsus çaları, ideya-estetik istiqaməti, müxtəlif 
ədəbi-bədii forması, çoxsaylı növ və janrları, təşbeh və digər bədii 
təsvir vasitələrinin rəngarəngliyi, bu qarışıqlığa baxmayaraq, bu gün 
də nəzər-diqqəti cəlb edir. Hind ədəbiyyatı bu gün də klassik mədə-
ni irsin ümumiliyini daim diqqət mərkəzində saxlamaqla və ona 
hörmətlə yanaşmaqla, qədim dövr və orta əsrlər ədəbiyyatının mifo-
logiya, folklor abidələri və qədim yazılı ədəbiyyat nümunələrindən 
istifadə etməklə  zənginləşir ki, bu da onun gələcək bütövlüyünün 
qorunmasına və inkişafına xüsusilə kömək edir.  


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
57
Hind dillərinin müxtəlif dil qruplarına mənsub olması Hindis-
tanda yaradılan  ədəbiyyatların bir-birinə yaxınlaşmasına mane ola 
bilməmişdir. Belə ki, Cənubi Hindistanda Dravidi ədəbiyyatları öz 
inkişafında, demək olar ki, Şimali Hindistanda Hind-Ari ədəbiyyat-
larının inkişaf mərhələləri keçmişdir. Həmin ölkədə  ədəbiyyatların 
ümumi inkişaf istiqamətinin tədricən formalaşması hind ədəbiyyat-
larının hər birində milli özünəməxsusluğun saxlanmasına da ma-ne-
çilik törədə bilməmişdir. Əksinə, onların bir-birinə yaxınlaşması bi-
rinin digərinə müsbət təsiri ilə şərtlənmiş, ideya-bədii dəyərlərlə sti-
mullaşmış və demokratik axının, meylin formalaşmasının özü yeni 
janrların yaranması ilə nəticələnmişdir.  
Hind mədəniyyəti və  ədəbiyyatının yaranması  və inkişafı ilə 
bağlı elmi ədəbiyyatda müxtəlif mülahizələr mövcuddur. Bu barədə 
müxtəlif fikir, mülahizə  və  nəzər-nöqtələrinin kəsişməsinə baxma-
yaraq, tədqiqatçıların böyük əksəriyyəti hind mədəniyyəti və  ədə-
biyyatının son dərəcə  qədim, ulu və  zəngin kökə malik olduğunu 
təsdiqləyir. Fikrimizcə, hind mədəniyyətinin və ədəbiyyatının antik 
dövrü onun daha zəngin mərhələsini təşkil edir. Bununla bağlı hind 
tədqiqatçılarının, ictimai xadimlərinin və eləcə  də  Qərbi Avropa 
alimlərinin  əsərlərində Hind İntibahı barədə daha rəngarəng fikirlər 
mövcuddur. Məsələn, Cavahir-ləl Nehru özünün «Hindistanın kəş-
fi» kitabında böyük türk hökmdarı və şairi Zahirəddin Mühəmməd 
Babiri İntibah dövrünün tipik hökmdarı adlandırır və onun hind mə-
dəniyyətinin inkişafındakı rolunu xüsusi qeyd edir. Bir müddət Hin-
distanın baş naziri olmuş Cavahir-ləl Nehrunun hind tarixi və mədə-
niyyəti ilə bağlı Babir haqqında dediyi sözlər bizim üçün də olduqca 
əhəmiyyətlidir.  
Biz yuxarıda hind mədəniyyəti və ədəbiyyatından danışarkən 
onun əsasən antik və İntibah dövrünə nəzər yetirdik. Lakin, Hindis-
tanın ədəbi-bədii inkişafının digər mərhələləri də olduqca maraqlı-
dır. Hind ədəbiyyatı dedikdə, biz Hindistan ərazisində 20-dən artıq 
müstəqil, ayrı-ayrı xalqlara məxsus ədəbiyyatların hər birindən da-
nışa bilərik. Yəni həm Tamil, Benqal, həm də Maratx, Kəşmir, Qu-
carat, Pəncab, Kannar, Teluqu və digər  ədəbiyyatlara dair fikir və 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə