Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə26/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   22   23   24   25   26   27   28   29   ...   114

 Nizami Tağısoy 
 
80
Xəzərlərin dövlət strukturu 
 
Xəzərlərin dövlət strukturu Göytürklərlə Qaraxanlıların dövlət 
təşkilatının eyni idi. Onların dövlət quruluşu mükəmməl olduğun-
dan qonşu xalqlar və dövlətlər üçün orijinal və örnək olmuş, məhz 
buna görə də skandinaviyalı ruslar xəzərlərin xaqanlıq sistemini si-
yasi strukturlarında tətbiq etmişlər.  Ərəblər uzun müddət (200 ilə 
yaxın) xəzərlərlə saysız-hesabsız müharibələr aparsalar da, xəzər 
xaqanlarının ədalət timsalını təcəssüm etdirdiklərini göstərmişlər. 
Tənuhi, Tartüsi, Mühəmməd ibn Əli əl-Zahir-əl Katib Əl Sə-
mərqəndi və başqa müəlliflər xəzər xaqanlarının  ədalətli, hakim 
dövlət adamı  vəzifəsini layiqincə daşıya bildiyini, xaqanın bacısı 
Xatunun hakimanə və tədbirli bir xanım olduğunu göstərmişlər. Bu 
barədə Zəki Vəlidi Toğan və İbn Fadlanın əsərlərində müəyyə mə-
lumatlar verilmişdir.  
Xəzərlərin siyasi və iqtisadi cəhətdən səmərəli tərəqqisindən o 
dövrdə Rus dövləti də lazımınca bəhrələnmişdir. Rus dövlətinin si-
yasi strukturunda xəzər xaqanlığının siyasi və dövlət strukturundan 
geniş istifadə olunurdu. 
862-ci ildə rus xanı Rürik xəzərlərə tabe idi. Onun oğlu Oleq 
Kiyevi ələ keçirdiyi zaman (882-ci il) dövlətin təşkilində xəzərlərin 
müvafiq fəaliyyətini tətbiq etmişdir. Knyaz Vladimir və knyaz Ya-
roslav (XI əsrdə) özlərini xaqan adlandırırdı. Xəzərlərdə dil və din 
birliyinin olmaması, getdikcə ordunun zəifləməsi, ticarət fəaliyyəti-
nin səngiməsi ölkənin siyasi, iqtisadi, hərbi gücünü ciddi şəkildə 
azaltmağa başladı. Mövcud vəziyyətdən ustalıqla istifadə edən Ki-
yev knyazı dənizdən və qurudan xəzərlərə hücum edərək paytaxtı və 
digər şəhərləri ələ keçirdi. Xəzərlər hissə-hissə bölündü, bir hissəsi 
Krıma, bir hissəsi Balkanlara, bir hissəsi isə Azərbaycana gəlib yerli 
əhali ilə qarışdı (8, 32). 
 
Xəzərlərin paytaxtı və böyük şəhərləri 
 
VIII-X əsrlərdə inkişaf etmiş xəzər şəhərləri faktik olaraq VI 
əsrdə tərəqqiyə başlayan türk şəhərlərinin həyatını davam etdirirdi. 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
81
Müqəddəsi yuxarıda qeyd edilən şəhərlərlə yanaşı Xəzəristanda Bı-
ğındi və Fisuy şəhərlərinin də adını çəkir. Lakin bu şəhərlərin xara-
balıqlarında arxeoloji qazıntıların aparılmadığını da təəssüf hissi ilə 
qeyd etmək yerinə düşər. 
Səməndər, Bələncər və Saksın şəhərlərinin yerləri məlum olsa 
da, Xəzəristanın paytaxtı İdil şəhərinin yeri hələ də dəqiq təyin edil-
məmişdir.  İdil çayının iki müxtəlif sahilində yerləşən  şəhərlərdən 
biri İdil, digəri isə Hazaran (yaxud Sarığsın və Xanbalığ) adlanırdı. 
İbn Havkal hökumətin yerləşdiyi qərb hissəsinə İdil, tacirlərin, mü-
səlmanların və bazarların yerləşdiyi hissəyə isə Hazaran deyildiyi 
barədə məlumat verir. Lakin müəllifin Topqapı sarayında saxlanılan 
əsərinin nüsxəsində isə bunun tam əksinə olaraq – hökumətin otur-
duğu qərb hissənin Hazaran, tacirlərin yaşadığı  şərq hissəsinin isə 
İdil olduğu göstərilir.  İbn Xordadbeh, İbn Havkal və  Məsudinin 
yazdıqlarını bir-biri ilə tutuşdurarkən müsəlmanların və rusların ti-
carət mərkəzi kimi Hazaran göstərildiyindən  İdilin (Sarığsın)  şərq 
tərəfinə Hazaran (Xanbalığ) deyildiyinin doğruluğunu yəqin etmək 
mümkündür. «İslam ansiklopedisi»ndə qeyd edilir ki, 1558-ci ildə 
ruslar Astraxan (Həştərxan yox –N.T) şəhərini indiki şəhərin 12 km 
şimalında Jarenı Buqor adlanan yerə dəyişdirərkən İdilin ortasında 
bir adaya rast gəliblərmiş. Ona görə də Bartold bu iki İdildən hansı-
nın daha qədim olduğunu müəyyən etməkdə çətinlik çəkmişdir (4, 
94). Məsudi isə qeyd edirdi ki, İdilin  şərq və  qərb sahili ortada 
panton körpülərlə bir birinə birləşdirilmişdir.  
Bununla belə  Xəzəristanın paytaxtının indiki Astraxan şə-
hərinin yerində olduğu və Qızıl Orda zamanında bu şəhərin şimala 
doğru daha çox genişləndiyi və rusların bu ərazilərə nəzarət etdiyi 
zaman  şəhərin köhnə hissəsinin müdafiəsi üçün olduqca əlverişli 
mövqedə olduğu göstərilmişdir. Xəzəristan xaqanı Yusufun məktu-
bunda və ərəb müəlliflərinin əsərlərində qeyd olunur ki, bu şəhərlə-
rin əhalisi yazı çadırlarda, qışı isə şəhərlərin özündə keçirərmişlər. 
İdilin qərb hissəsində yerləşən  şəhər  şərq hissəsinə nisbətən daha 
böyük imiş. İdil çayından bir qədər uzaqda xaqanın sarayı yerləşir-
di. Şəhərin uzunluğu bir fərsah (bir fərsah təxminən 7 km-ə bərabər-


 Nizami Tağısoy 
 
82
dir) olub, dörd darvazalı qala ilə əhatələnirdi. Şəhər dağınıq idi və 
binaları köçəri türklərin çimlərdən və keçədən tikilmiş evləri şəklin-
dəydi. Evlərin tikintisində ağacdan, taxtadan istifadə olunur və keçə 
ilə örtülürdü. Lakin eyni zamanda şəhərin  əksər binaları palçıqdan 
tikilmişdi. Xaqandan başqa heç kəs dəbdəbəli bina tikdirə bilməzdi. 
Şəhərin bazarları və hamamları var idi. Bu da xəzərlərin yüksək mə-
dəniyyət daşıyıcıları olduğundan xəbər verir. İdil şəhərinin ətrafında 
20 fərsah məsafədə məhsul yetişdirilir, gəmi və arabaların vasitəsilə 
şəhərə daşıyırdılar. XI əsrdə Səməndər şəhərinin yerini Saksın tutur. 
Bu şəhərin ümumi radiusu 6 fərsah həcmində idi. Keçəli evlərdə ya-
şayanlar şəhərin kənarında yerləşdirilmişdi. Bu ərazilərdə həmçinin 
Sakarkənd, Üzkənd və Bəckənd kimi şəhərlər də mövcud idi.  
 
Xəzərlərdə elm 
 
Xəzəristanın  şəhərləri, məsələn, Saksın  şəhərinin elmi həyatı 
barədə  də  məlumatlar mövcuddur. Mənbələrdə qeyd olunur ki, 
1180-cı ildə  Səmərqənddən Bağdada gələn bir alimin ustadı  Əbu 
Hafiz Ömər  İbn Məhəmməd  əl-Saksini adını daşıyırdı (10, 404). 
Süleyman ibn Davud əl-Saksini adlı bir alimin 1155-ci ildə yazmış 
olduğu «Zahrat əl-riyaz» adlı  əsərinin nüsxələri kitabxanalarda (o 
cümlədən, Berlin kitabxanasında) saxlanılmaqdadır (10, 404). Əbu 
Həmid  əl-Əndəlüsi bu şəhərdə  təbəristanlı bir alimi gördüyünü də 
qeyd edirdi. 
 
Xəzərlərdə ticarət və vergi işi 
 
VIII-IX əsrlərdə xəzərlər Şərqi Avropanın ən qüdrətli dövləti-
nə çevrilərək bu regionun Çin və Bizansla rəqabətə girə biləcək bir 
ölkə kimi şöhrət qazanmasında böyük rol oynamışlar. Bu dövrdə 
Xəzərlər ölkəsi dünyanın fəal ticarət mərkəzlərindən birinə çevril-
mişdi. Xəzərlərin ticarət və vergi işi də zamanına görə heç də pis 
təşkil edilməmişdi.  


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə