Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə24/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   20   21   22   23   24   25   26   27   ...   114

 Nizami Tağısoy 
 
74
Haldunun yazdığına görə Haşdayın xəritəsi üzərində olan bir dəlilə 
görə Yusuf Xaqan ilə əlaqələrinin olduğundan danışır və məktubun 
saxta yox, orijinal olduğunu bildirir. Xəritənin üzərində bir dağ var-
dır ki, onun əzəmətli olduğu bildirilir. Haşday bunun Rum hüdudla-
rından Hazarana qədər uzandığını bildirir.  
Xəzərlərin dilinə ad verilərkən onlar artıq miladdan sonra 
650-965-ci illər arasında böyük imperatorluq qurmuşdular. Orta əsr-
lərin  ən böyük dövlətləri arasında özünə yer tutan bu imperatorlu-
ğun sərhədləri qərbdə, qeyd etdiyimiz kimi, Kiyevdən başlayaraq, 
şimalda Bulqar (Qazan) şəhərinə, cənubda Krım və Dağıstana, şərq-
də isə Xarəzmə qədər uzanırdı. Xəzər türklərinin tarixi barədə əski 
qaynaqlardakı məlumatlar heç də sistemli və yetkin deyildir. Böyük 
bir dövlət qurmuş xəzərlərin mənşəyi və dili ilə bağlı məsələlər də 
tam araşdırılmayıb. Hal-hazırda xəzər türkcəsinə aid Göytürk yazı-
sına bənzər yazı ilə yazılan üç hərfdən ibarət bir yazı mövcuddur. 
Bu yazının əsas dili ibranicə olub Kembric Universitetinin kitabxa-
nasında saxlanılan və Kiyevdə yaşayan müsəvi xəzərlər tərəfindən 
yazılan bir məktubun sonunda tapılmışdır. Yazının çözümü xəzər 
türkcəsinin xüsusiyyətləri barədə heç də tam məlumat almağa im-
kan vermir. Beləliklə, xəzər türkcəsinin türk dilinin hansı qoluna aid 
edilməsi də müəyyən olunmamış qalır. Bu baxımdan yalnız  əski 
qaynaqlarda öz əksini tapmış kişi və yer adları müəyyən mənada çö-
züm üçün şərait yaradır.  İndiyə  qədər orta əsrlərdən qalma ərəb, 
fars, ibrani, erməni, gürcü, macar, rus, latın və bizans qaynaqlarında 
əllidən çox xəzərcə ifadə təsbit edilmişdir. Bu sözlərin isə qövm, ki-
şi və yer adları ilə bağlı olduğunu yuxarıda qeyd etmişdik.  
 
Xəzərlərin dini  
 
Arran episkopu Kardost və onun dostları  tərəfindən Qafqaz 
dağlarının şimalında 537-ci ildə hunların xristianlığı qəbul etdikləri 
bildirilir. Suriyalı rahib Zaxarias Retor bu hadisəyə həsr etdiyi əsə-
rində qeyd edir ki, hunlar burada qaldıqları 7 il müddətində hun di-
lində müqəddəs kitab nəşr etdirmişlər. Tədqiqatçılar (20, 86) bu 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
75
hunları sabir hunları kimi göstərirlər. Dərbəndin şimalında yaşayan 
və köçəri həyat tərzi keçirən hun uruqları barədə eyni mülahizəni 
söyləyən Zaxarias Retor – aeauğur (Onoğur), auğur (uğur, yaxud 
uğur), sabir, burqar (bulqar), kutarqar (tokuroğur), avar, ha-
zar, dirmar, siruğur (saruğur), bağrasik (baraçolu, buraçoğlu), 
kulaç (kalaç)
1
 və abdal qövmlərini sadaladıqdan sonra beş şəhərdə 
məskunlaşan və yaşayan alanlarla bərabər, digər  burqar (bulqar) 
tayfalarından da bəhs etmişdir.  
Yuxarıda qeyd olunduğu kimi, Xəzəristan demokratik ölkə, 
xəzərlər isə demokratik xalq idilər. Məhz bunun nəticəsidir ki, xa-
qan ona tabe olan bəyliklərin din məsələlərinə  də qarışmazmış  və 
buna görə də şəhərlərdə müxtəlif islam məzəbləri eyni bərabərlikdə 
təmsil olunurdu. Saksında hər məzhəbə məxsus xüsusi cami fəaliy-
yət göstərirdi. Əhalinin əksəriyyəti hənəfi, bir qismi isə şafi məzhə-
binə qulluq edirdi. Zəkəriyyə əl-Qəzvini yazır ki, cümə və bayram-
larda hər qövmin xətibləri öz din və məzhəblərinə görə hütbə oxu-
yardı  və  hər tayfanın öz imamı vardı. Xəzərlərdə isə xristianların 
tərkibi daha genişdir. Belə ki, artıq VIII əsrdə Xəzəristanda xristian-
ların yeddi yepiskopluğunun olduğu bildirilir. Onlar Hozır (Kırım, 
sonrakı Qarasuvazar), Astil (Etil), Hualis (Xarəzm), Onugey (Ku-
ban), Retiq (S.Tolstova görə bəlkə Terek, Dağıstan), Hun (Səmən-
dər), Tamatarx (Tamatarxan, Taman) adlanırdı. Buradan da Xarəz-
min VIII əsrdə Xəzər xaqanlığının tərkibində olan bir ölkə olduğu-
nu yəqin etmək mümkündür (23, 229).   
Orta Asiya, o cümlədən türk xalqlarının etnoqrafiyası və etno-
genizi ilə sistemli və ardıcıl məşğul olan prof.S.Tolstov göstərir ki, 
Yusuf Xaqanın qeyd etdiyi Obaca xaqan 760-770-ci illər də hökm-
ranlıq etmişdir. Yusuf xaqanın qeyd etdiyinə görə Obaca xaqan 
hökmranlığı dövründə musəviliyə dərindən bələd olan nüfuzlu alim-
ləri Xorasan, Bağdad və Bizansdan dəvət etməklə bu dinin xəzərlər 
arasında geniş yayılması üçün kömək göstərmələrini onlardan xahiş 
                                                 
1
 Êóëà÷-êàëà÷ ãþâìëÿðèíèí ñîíðàëàð õàëà÷ ôîðìàñûíû ãÿáóë åäèá áó ýöí Àçÿðáàé-
úàí Ðåñïóáëèêàñûíûí Óúàð, Ñàëéàí âÿ äèýÿð ðàéîíëàðûíûí ÿðàçèñèíäÿ êÿíä àäëàðûíäà 
ñàõëàíûëìàñû áóíà éàõøû íöìóíÿäèð — Í.Ò.  


 Nizami Tağısoy 
 
76
etmişdir. Yohannes Kennamus isə qeyd edir ki, xəzər qəbiləsindən 
olan qəbərlərin müsəlman olması barədə Yusufun məktubunda heç 
nə yoxdur. Bu qəbilə Xəzəristanda müsəviliyin baş qaldırıb inkişaf 
etdiyi dövrdən Macarıstana getmişdir. Onların nümayəndəsi macar 
kralı Samuel Abu (1041-1044) özünün böyük hun imperatoru Atil-
lanın Hobi adlı  oğlunun Edümer (bəlkə  də Aydəmir — N.T.) adlı 
oğulları nəslindən gəldiyini və analarının xarəzmli olduğunu xatır-
latmışdır. Xəzərlərin camilərə getməsi və namaz qılmaları da ma-
raqlıdır. Məsələn, mənbələr göstərir ki, Saksın şəhərinin  əhalisinin 
əksəriyyəti müsəlman olsa da, onlar yalnız şaban və ramazan ayla-
rında namaz qılarmışlar.  
 
Xəzərlərdə toy mərasimi 
 
Xəzər mədəniyyətinin bu və ya digər xüsusiyyətləri barədə fi-
kir yürütmək üçün xaqanların saray həyatı, səfərlərinin təsviri və 
müsəlman  əmirlərinə verdikləri qızlarının cehizinə görə müəyyən 
təsəvvürlər yaratmaq mümkündür. Məsələn, Xəzər xaqanının müha-
ribədə ələ keçən bir arabalı çadırı (ona dərmə ev də deyirlərmiş — 
N.T.) haqqında belə deyilirmiş – arabanın hər tərəfi xalılarla döşə-
nilirmiş və üzərində qumaşla örtülü kümbəz yüksəlirmiş. Gəlin ilə 
gələn 10 cehiz arabasının qapıları qızıl və gümüş lövhələrlə bəzədi-
lirmiş. İçərisinə isə samur dərisi döşənirmiş. Bundan əlavə daha 20 
arabaya müxtəlif növ qızıl və gümüş qablar yığarlarmış. İbn Fazla-
nın qeyd etdiyinə görə, xaqanın 25 arvadının hər birinə kəniz qızlar 
tabe idi. Onların hər birinin sarayda (qəsrdə) ayrı oturduqları və hər 
qəsrin yanında daha bir çadırın olduğu da göstərilir.  
 
Xəzərlərdə dəfn mərasimi 
 
Xəzərlər Amu-Dərya  ətrafında yaşadıqları dövrdə  qədim 
oğuzlarda olduğu kimi ölüləri suda dəfn etmək adətindən istifadə 
edirlərmiş. Sonradan isə Zəki Vəlidi Toğan onların yaxma üsulunu 
tətbiq etdiklərinin rəvayət olunduğunu bildirir. Lakin İbn Fazlan 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə