Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə22/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   18   19   20   21   22   23   24   25   ...   114

 Nizami Tağısoy 
 
68
qəbilədən  əlavə  burtas, vondır, bəznə (Peçeneq) və çeremislərlə 
birgə ayrıca cuvar qövmi də qeyd olunur. Xəzər dövlətində hakim 
qüvvə uyğur və türk zümrələri içində həm də savir və suvarlardan 
da təmsil olunmuşdular
1
. Xəzər adı (Məsudiyə görə) türkcə  sibir 
(yaxud sebir) iranlılar tərəfindən verilən bir addır. 
İstahri xəzərləri ağ  xəzər və qara xəzər olmaqla iki hissəyə 
ayırırdı. Ağ xəzər adı yalnız ərəbcə tərcümədə qeyd edildiyi halda, 
qara xəzər adı türkcə nəzərdən keçirilir. Lakin müəllif bu fikrini sü-
buta yetirə bilmir. Bununla belə «ağ qala» mənasında xəzərcə «sar-
kil» sözünü izah edən A.Kunik xəzərlərdəki ağ qarşılığının çuvaş-
cadakı şarı yaxud sarı olduğu fikrini müdafiə etmişdir. Daha sonra 
xəzərlərin mənşəyinin slavyan dilində  ağ-uğun deyilən  sarauğur-
dan gəldiyini qeyd edən J.Moravçik 468-ci ildə Qafqaza birgə hərə-
kət etməyə çalışan ağaçeri  ağ-qacar  və  sarağurların birləşməsin-
dən yaranan bir qövm olduğunu bildirir. Eyni zamanda onların dola-
yısı ilə barsillərlə əlaqəli olduqları barədə K.Zens tərəfindən də nə-
zəriyyələr irəli sürülmüşdür. Bir zamanlar xəzər xaqanlarına qız ve-
rən  barsıl  (barçil, yaxud barsöl) uruğu xəzərlərin  əhatə olunduğu 
10 uruqdan beşincisi sayılmaqla bırsal, yaxud birsal şəklində xəzər 
xaqanı Yusufun məktubunda da qeyd olunur. Ağçəhri adının hara-
dan götürülməsindən asılı olmayaraq onların xəzər olduğu yəqin 
edilməkdədir (20, 83). 
İbn Havkal İdil və  Səməndərdəki xəzərlərin bir-birinə yaxın 
olduğunu bildirir. Rostovtsev isə burada hind-skif mədəniyyətinin 
izlərini görməyə daha çox meyl edir. 
Xəzər xaqanlığının Göytürk xaqanları vasitəsi ilə Aşina süla-
ləsinə bağlandığı tam şəkildə müəyyənləşdirilmişdir. Yalnız Xəzər 
xaqanlarının Tanrı tərəfindən göndərildikləri, yəni müqəddəs olduq-
ları  və bu səbəbdən də onlara böyük hörmətlə yanaşıldığı  mənbə-
lərdə öz əksini tapmışdır. 
Xəzər adına gəlincə isə bu məsələ heç də sona qədər müəy-
yənləşdirilməmişdir. Bu adın da — ar ilə bitən bulqar, qacar, əf-
                                                 
1
 Áó ùàãäà Ì.Êàøüàðèíèí «Äèâàíè-ëöüàò-èò òöðê» ÿñÿðèíäÿ äÿ ìÿëóìàòëàð âàðäûð — 
Í.Ò. 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
69
şar, türk və avar kimi digər qövmlərin adına bənzədiyi nəzərdə tu-
tulur. Xəzərin həmçinin kazar şəklində olmasının da mümkünlüyü 
vurğulanır. Çin qaynaqlarında xəzərlərə  «ko-sa» və «kass-at» da 
deyilmişdir. Dolayısı ilə bu adın türkcə  «kaz» kökündən gəldiyi 
irəli sürülmüşdür.  
Burada hakim olan türklərdən 10 uruğun adı çəkilmişdir. Bun-
lar əvvəl də qeyd edilmiş uyur, turgiş (türk), kazar, savir  bi-
zaldan, birsaldan (barçoludan) başqa, yenə də tarixi qaynaqlarda 
əks olunan əvəz (avar), uğuz, tarna, yanur (yaxud zağur)  bul-
qar  uruqlarıdır. Yusuf xaqan 10 uruğdan başqa məmləkətinin sər-
hədlərindən kənarda yaşayan digər qövmlərdən də bəhs edir. Yusuf 
xaqanın məktubunda həm də  şəhər həyatını köçəriliklə birləşdirən 
və axirət dünyasını mühafizə edən bir xalqın həyatının mənzərəsi öz 
əksini tapmışdır.  
Xəzər türkləri uruğundan qalan xəzərlər arasında qara xəzər 
adı daha xüsusi yer tutur. Bu ad yuxarıda qeyd olunan xalqların dil-
lərindəki qaynaqlarda qalmaqdadır və qara xəzər adının məhz xəzər 
adından gəldiyi bildirilir. Xəzər adı mənşə və kök baxımından izah 
edilməsə də türkcə -ar, -ər şəkilçisiylə əmələ gələn bir ad kimi nə-
zərdə tutulur. Eyni zamanda qədim bulqarlardan qalma məzar kita-
bəsində rast gəlinən «yuvar» adının xəzərcə «kita» («kavar») adı 
ilə uyğunluq təşkil etməsi də burada nəzərdən qaçırılmamalıdır. 
Ərəb, fars, bizans və erməni qaynaqlarında xəzərlərlə bağlı 
bulqar, yaxud hun qövmünün adı olaraq «bersil» və ya «barsula» 
adı mövcuddur. Lakin indiyə qədər onun da kökünün haradan gəl-
diyi qeyri-müəyyəndir. Digər müəlliflərlə yanaşı türk alimi Fahret-
tin Kırzıoğlu da «barsula», «barsıl», «xəzər» adlarının kökünün 
eramızdan başlayaraq II əsrə aid edildiyini göstərsə  də, onun əsə-
rində adların mənşəyi sona qədər araşdırılmamışdır (13).  
Erkən orta əsrlərdə «barsil» etnonimi çox nadir hallarda işlə-
nirdi. Xorenatsi xəzərləri (xəzir), barsilləri (basil) kimi adlandıraraq 
qeyd etmişdir ki, onlar birləşib Çora (Dərbənd) darvazalarından ke-
çərək Kür çayının hər iki sahili üzrə səpələnmişdi. Bu hələ III əsrin 
əvvəllərində baş vermişdi. Yəni məhz bu dövrdən başlayaraq barsil-


 Nizami Tağısoy 
 
70
lər və xəzərlər Albaniyaya gəlmişlər. Bizans tarixşünaslığında Ber-
siliya ölkəsinin Xəzərətrafı düzənlikdə və Şimali Dağıstan ərazisin-
də olduğu göstərilir. Periyeqet, Feofan və Nikifor Bersiliyanı xəzər-
lərin vətəni adlandırırlar. Feofan yazırdı ki, «Xəzərlər Berziliyanın 
daxilində yaşamış böyük bir xalqdır» (7, 14).  
Biz yuxarıda Xəzəristan xaqanı Yusufun məktubunda 10 əfsa-
nəvi xəzər qardaşları etnonimindən bəhs etmişik. Onların hamısı 
ümumi bir kökdən Toqarmadan gəlir. Bu barədə ərəb müəllifləri ibn 
Dast və Hardizidə  məlumatlar vardır. Sübut olunmuşdur ki, xəzər 
və bulqar dillərini türk dillərinin qərbi-hun qoluna aid etmək daha 
məqsədəuyğundur. Barsillərlə  qədim bulqar dili arasındakı yaxın-
lığa gəldikdə isə bu haqda suriyalı müəllif Mixailin və ondan bəhrə-
lənən  İohann Efesin əsərlərində  təsvir edilən  əfsanə maraqlıdır. 
Əfsanə Bizans imperatoru Mavrikinin dövründə (582-602-ci illər) 
Skiflər ölkəsindən çıxan üç qardaşın özləri ilə 30 min skifi götürüb 
uzaq yola çıxması ilə başlayır. Səfər qış vaxtına təsadüf edir. Onlar 
donmuş Tanais çayını (indiki Don), Meotid gölünü (Azov) və Ponti 
dənizini (Qara dəniz) keçib romeylərin (bizanslıların) sərhəddinə 
yaxınlaşırlar. Bulqar adlı qardaş özü ilə 10 min nəfər götürüb qar-
daşlarından ayrılır və Tanais (Don) çayını keçərək Dunaya doğru is-
tiqamət alır (zənnimizcə, burada sonrakı dövrlərdə onların qarapa-
paq, qaraqalpaq, çernıye klobuki, yaxud qaqauz və qaraimlər kimi 
təşəkkül tapıb inkişaf etdiklərini görmək mümkün olacaqdır) (11, 
24, 18, 13, 19, 17, 6). Bulqar burada Mavrikidən romeylərə kömək, 
ard-arxa olması və oralarda yaşaması şərti ilə torpaq istəyir. Mavriki 
Bulqarın xahişini yerinə yetirir və ona hələ V əsrin sonu – VI əsrin 
əvvəllərində avarların viran qoyduğu Yuxarı və Aşağı Meziyanı və 
Dakiyanı verir. Bulqar öz adamları ilə birlikdə romeylərə kömək 
edərək avarlara qalib gəlir: «Həmin skifləri romeylər o vaxtdan bul-
qar adlandırmağa başlamışlar». Digər iki qardaş isə romeylər tərə-
findən salınmış Barsiliya (Xəzər) adlanan alanların (osetinlərin) şə-
hərinə  gəlir. Bulqarlar… xristianlar idilər. Lakin ölkəyə özgələri 
hökmranlıq edən dövrdə Xəzərik adını daşıyan böyük qardaşın şərə-


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə