Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə30/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   26   27   28   29   30   31   32   33   ...   114

 Nizami Tağısoy 
 
92
epizodlar dastanda heç də mütləq məntiqi ardıcıllıqla izah olunmur 
və eyni zamanda konkret batıra həsr olunmuş dastanların heç də ha-
mısı ifa edilib söylənilmir. Bütün sikllər üçün ümumi yalnız qəhrə-
manın özüdür. Bu xüsusiyyət əksər xalqların nart eposu qəhrəman-
ları üçün səciyyəvidir. 
Malkar-qaraçay «Nartiada»sının digər xalqların eyni adlı epo-
su ilə müqayisəsi zamanı bir sıra maraqlı məqamlara diqqət yetirək. 
Məsələn, osetin versiyasında biz Tlepş adlı  qəhrəmanla rastlaşırıq. 
Elə buradaca qeyd edək ki, Tlepş /Telepinu/ qədim hett dastanların-
ın qəhrəmanlarından biridir. Bu resepsiya osetinlərin sak-sarmat-
massaqet tayfaları, qədim şumerlər və hettlərlə əlaqələrinə dolayısı 
ilə olsa da sübutdur. Malkar-qaraçay dastanlarında isə nədənsə biz 
Tlepşlə rastlaşmırıq. Lakin bu heç də o demək deyil ki, malkar-qa-
raçaylarda sak-sarmat-massaget izlərini tapmaq mümkün deyildir.  
Malkar-qaraçay nartlarının Debet, Alauqan və Qaraşauay və 
«Nartiada»nın digər versiyalarının müqayisəli təhlili göstərir ki, De-
bet və Alauqan haqqında nəğmə  və dastanlar yalnız malkar-qara-
çaylarda mövcuddur. Bu siklin ənənəvi epik detalları, onların özü-
nəməxsusluğu digər türk-monqol xalqlarının dastanları ilə paralellər 
aparmağa imkan verir. Malkar-qaraçay nart eposundakı obrazlar sis-
temində Yerüzmək və Satanay başlıca mövqedə durduğu halda adıq 
eposunda Yerüzməyə son dərəcə passiv rol verilir. Onun adı dastan-
da son dərəcə az çəkilir. Odur ki, adıq eposunda «Ozırmes tamailə 
boz fiqur kimi»dır. Osetin eposunda isə Urızmaq nəhəng qəhrəman 
olmasına baxmayaraq, daim bədbəxtliklər içində  və qocalıb  əldən 
düşmüş kimi təsvir olunur. 
Malkar-qaraçay nart dastanında Satanayın mədəni-sivil rolu 
və funksiyası daha parlaq verilir. Belə ki, o, nart qadınlarını toxu-
maq, tikmək, çörək bişirmək, digər işləri görmək, toxucu dəzgahı 
düzəltmək, əl dəyirmanı yaratmaq və s. tanış edir. Satanay malkar-
qaraçay eposunda digər milli versiyalarda olduğu kimi məftunedici 
təsir bağışlayır. Çünki Satanay nəinki özü digər obrazlara çevrilə bi-
lir, həm də bəzi əfsunlar oxumaqla bunu digərləri ilə də edir. 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
93
Malkar-qaraçay eposunda Yerüzməkdən başqa nartların ha-
mısı düşmənlərlə mübarizədə məkr və hiyləgərlik işlətməklə öz əf-
sunçu bacarıqlarını nümayiş etdirir (7). Bəlkə də bu ondan irəli gəlir 
ki, bütün bu funkisyaları Satanay yerinə yetirir və lazım gəldikdə 
Yerüzmək ondan istifadə edir. Buna görə də Yerüzmək əksər hallar-
da düşmənləri üzərində qazandığı qələbəni məhz öz müdrik və təd-
birli arvadına görə  əldə edir. Satanay bu funksiyasını digər milli 
versiyalarda da yerinə yetirir. Məsələn, abxaz eposunda Satanay-
Quaşa bədbəxtliyini görmür, əvvəlcədən hiss edir. Osetin dastanla-
rında isə onun peyğəmbərlik bacarığı özünü o qədər də nümayiş et-
dirmir. Osetin, abxaz, adıq versiyalarından fərqli olaraq, malkar-qa-
raçay eposunda Satanay ölməzdir (7, 414-415). Dastanlarda Satana-
yın Yerüzməyin və nartların ardınca səmalara uçduğu qeyd olunur. 
Sosuruk haqqında malkar-qaraçay siklini nəzərdən keçirdikdə 
Sosurukun doğulması zamanı Satanayın hərəkətləri özünəməxsus 
şəkildə izah olunur. Belə ki, Sosuruku Daş arasından çıxara-çıxara 
və onun göbəyini kəsə-kəsə, Satanay ritual yerinə yetirə-yetirə Göy 
Tanrısına, Yer Tanrısına, Su Tanrısına, Od Tanrısına müraciət edə-
rək deyir: «Onu əsl nart edin, qoy ona nə qılınc, nə də ox toxunma-
sın! Qoy o daim düşmənlərinə qalib gəlsin!». 
Sonra Satanay yeddi dağın bulağından su götürüb onunla kör-
pənin ağzını yaxalayır və deyir: «Bu yeddi dağ sənin anandır, mən 
onların südü ilə sənin ağzını yaxaladım». Sadaladığımız bu motivlər 
də yalnız malkar-qaraçay dastanları üçün xarakterikdir.  
Sosuruk siklinin (malkar-qaraçay versiyası) digər xüsusiyyəti 
Sosurkun batır qüvvəsinin geniş təsviridir ki, bu onda özünü uşaq-
lıqdan göstərməklə başlayır. 
Nartların müxtəlif versiyalarında qəhrəmanların müxtəlif tipli 
emosiya və hissləri ifadə olunur. Onlar poetik dilin şifahi sabit xalq 
elementləri kimi nəzərdən keçirilir. Bu obrazlı ifadələr xüsusi məna 
çalarları daşıyır və daim epik kontekstlə orqanik əlaqədə olur.  
Türk xalqlarının epik dastanları, məlum olduğu kimi, nəzmlə 
nəsrin birləşməsini, uyğunlaşmasını özündə əks etdirir. Malkar-qa-
raçay nartları da bu baxımdan istisna deyildir. Türk eposu dastan-


 Nizami Tağısoy 
 
94
çıları epik şeir, onun ənənəvi obrazlılığı, ölçüsü, qafiyəsi və digər 
cəhətlərə daim üstünlük vermişlər. Nartların malkar-qaraçay versi-
yasında  ənənəvi üslub elementləri mətnə daxil edilir. Və  məhz bu 
cəhət də nartların malkar-qaraçay versiyasını digər versiyalardan 
fərqləndirir. 
Qeyd edək ki, hələ XX əsrin 30-cu illərindən başlayaraq Ka-
bardo-Malkar Elmi-Tədqiqat İnstitutunda «Kabardin folkloru» kita-
bının nəşrinə başlanılmışdı və bu dövrdə kabardin-malkar folklorşü-
nasları, tədqiqatçıları müxtəlif  ərazilərə ekspedisiyaya getmiş, das-
tançı-söyləyicilərlə görüşmüş, qoca söyləyicilərin konfransını təşkil 
etmişlər. Nart eposunun tərtibçiləri burada adıq eposunun da əsrin 
əvvəllərindən yazıya alınmasını da nəzərdən qaçırmamış, eposun 
oxşar və fərqli cəhətlərinə diqqət yetirmişlər (9). 
Ümumiyyətlə, malkar, qaraçay, osetin, adıq, çeçen və inquşla-
rın nart dastanları hələ XX əsrin 20-ci illərinə qədər nəinki bu xalq-
ların ana dillərində mövcud olmuş, həm də rus tərcümələrində ayrı-
ayrı hissələrdə nəşr olunmuşdur. Onların rus tərcümələri isə heç də 
bir-birinə  bərabər deyildir. Məsələn, malkar-qaraçay eposu S. – 
Ə.Urusbiyev, A.N.Dyaçkov – Tarasov, S.P.Tulçinski mətni əsasın-
da, çeçen-inquş eposu Ç.Axriyev, T.Elderxanov, B.K.Dalqat yazıya 
almaları əsasında aparılmışdır. 
Nart dastanlarında hər bir dastan müstəqil süjet xəttinə malik-
dir. Dastanlar öz aralarında səbəb-məqsəd əlaqələri ilə birləşmir: bu 
və ya digər batırın «epik tərcümeyi-halının» müxtəlif epizodları heç 
də dastanlar söylənildikdə sərt və ciddi məntiqi əlaqə ardıcıllığı ilə 
izah olunmur. Bütün sikllər üçün ümumi yalnız qəhrəmanların özü-
nün çıxış etməsidir. Yeri gəlmişkən qeyd edək ki, mətndə belə vol-
yuntarizmə yol verilməni biz qazax qəhrəmanlıq eposu «Koblandı-
babır» da da görə bilərik. 
Nart dastanlarının adları çəkilən xalqlar üçün mühüm xüsusiy-
yəti «Nartiada»nın dəyərli və ardıcıl tədqiqatçısı A.Əliyevanın fik-
rincə bütpərəstlik allahları haqqında hekayətlərdən təşkil olunma-
sıdır. Məsələn, malkar-qaraçay eposunda bu Debetdirsə, osetinlərdə 
Kurdalaqon, adıqlarda Tlepş, abxazlarda – Aynar-ijiydir.  


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə