Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə38/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   34   35   36   37   38   39   40   41   ...   114

 Nizami Tağısoy 
 
118
G.Yoloğlunun və d. əsərlərində xeyli dəyərli məqamlarla rastlaşa 
bilirik.  
 Qaqauzların əksər adət-ənənələrini, dilini, folklorunu, musi-
qisini, xalq təbabətini, etnoqrafik alət və  əşyalarını, illüstrativ kol-
leksiyalarını böyük diqqətlə  yığan etnoqraf-türkoloq V.A.Moşko-
vun qaqauzşünaslığa verdiyi töhfə, zənn edirik ki, hələ çox uzun bir 
zaman kəsiyində əhəmiyyətini itirməyəcəkdir. 
 Qaqauzların həyat və  məişətini dərindən, hərtərəfli öyrən-
mək üçün tədqiqatçı Bessarabiyanı, Balkanları, Polşanı, Türkiyəni 
gəzmiş bu xalqın həyat tərzi və adətləri ilə bağlı maraqlı fakt və ma-
teriallar üzə çıxarmışdır (9, 40-41). Qaqauz toy-düyün mərasimləri 
ilə bağlı kitabda təqdim olunan materialda « Toy » fəsli əsərin beşdə 
bir hissəsini əhatə edir. V.Moşkov qaqauz toylarında aşağıdakı mər-
hələləri – nişanlanma, yemiş (üzüm)- bu nişandan bir, ya iki həftə 
sonrakı mərhələdir ki, buraya dəvətliləri yemişə, yaxud üzümə (kiş-
mişə) qonaq edirlər və toy yemişdən iki həftə, yaxud bir ay sonra 
baş verir) və s. qələmə alır. 
 Qazi Universitetindən olan dosent, doktor Perihan Lokman-
oğlu türk və qaqauz toylarında bənzərlik məsələsinə toxunarkən bu-
rada «Kız isteme», «Nişan töreni (Çorta)», «Dügün», «Gelin giysi-
si», «Güvey giysisi», «Giyim kuşamı» (7, 49-52);
 
digər türkiyəli 
mütəxəssis, dosent, doktor Doğan Kaya isə «Kız isteme», «Baalantı 
(Söz kesimi)», «Coda (Nişan)», «Nişanlılıq dönəmi», «Dügün», 
«Dügün sonrası»nı qeyd edirlər (4, 20-24). Protorirey Mixail Çaki-
rin də qaqauzların toy mərasimləri ilə bağlı fikirləri bu xalqın toy 
adətlərinin öyrənilməsində bizə yardımçı olmuşdur. Mixail Çakir 
qaqauz toylarını yuxarıdakılardan fərqli olaraq ayrı-ayrı mərhələlərə 
bölmür. Lakin toyla bağlı mülahizələrdə bu mərhələlərdən konkret 
olmasa da söhbət açılır. Azərbaycanda qaqauz folkloru, mədəniyyəti 
və ədəbiyyatının təbliğində xeyli işlər görmüş və bu gün də yaradı-
cılığını yorulmadan davam etdirən filologiya elmləri namizədi Gül-
lü Yoloğlu özünün 1996-cı ildə  nəşr etdirdiyi «Qaqouz folkloru » 
kitabındakı «Ön söz»də qaqauzların şifahi yaradıcılığında olan digər 
örnək və janrlarla yanaşı, bu xalqın qədim adət-ənənələrindən olan 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
119
toy mərasimləri barədə qısaca da olsa danışır. Müəllif qeyd edir ki, 
qaqauz toy mərasimində hər bir adət türkü ilə müşayiət olunur. Bu 
türkülərin sırasında «gəlin türküləri», «traş türküsü», «xamur türkü-
sü», «güvə türküsü», «Pelik türküsü» və s. sadalanır. G.Yoloğlu ya-
zır ki, qaqauzlar toya adətən cümə axşamı çörək bişirməklə başla-
yırlar (3, 6-8). Biz qaqauz türkülərinin mövzu-janr, kompozisiya-
məzmun xüsusiyyətlərindən bəhs edərkən ona daha geniş şəkildə to-
xunmağı  nəzərdə tutduğumuzdan burada bu məsələni  şərh etmək 
fikrində deyilik. 
Toy-düyünlə, gəlinlə bağlı V.S.Karanfilin namizədlik disser-
tasiyasının avtoreferatında biz yalnız üzük, bilezik, left, boncuk, kü-
pə, gərdan, duvak və s. gəlin bəzək əşyalarına rast gəldik. Disserta-
siya məişət leksikasına və dil məsələlərinə həsr edildiyindən müəllif 
mərasim adətləri, o cümlədən toy-düyünlə bağlı mülahizələrə xüsusi 
yer ayırmamışdır (5, 16-18). 
Adlarını çəkdiyimiz və çəkmədiyimiz bir sıra müəllif mənbə-
lərdə qaqauzların, o cümlədən türk xalqlarının toy-düyün adətlərinin 
özünəməxsusluğundan, bu adətlərin digər xalqlar arasında uyğun 
məqamlarından söhbət açılır. Qaqauzların toy-düyün adətlərinin sə-
ciyyəvi xüsusiyyətləri ilə bağlı  bəzi məlumatları biz həm də digər 
mənbələrdən – hazırda Komrat Dövlət Universitetində Tədris işləri 
üzrə prorektor vəzifəsində çalışan dosent, doktor S.D.Bankovadan, 
XX əsrin 90-cı illərində M.F.Axundov adına Azərbaycan Pedaqoji 
Rus dili və  Ədəbiyyatı  İnistitutunun (bugünkü Bakı Slavyan Uni-
versitetinin –N.T.) məzunu olmuş, qaqauz milli adət-ənənələrinə 
hörmətlə yanaşan və ona dərindən bələd olan, hazırda Bakıda yaşa-
yan İvan Zavriçkodan və başqalarından ala bilirik. 
Qaqauzlarda, ümumiyyətlə, türk xalqlarında, o cümlədən 
Azərbaycan türklərində olduğu kimi qızalma ilə bağlı  məşhur bir 
kəlam vardır: «Urdun kalpaklan, yıkılmadı, xayda gitsin»
 
(8, 101). 
Qaqauzlarda bu mərasimlərin başlanğıcı «Xoru yeri»dir. Ək-
sər hallarda qızın özünü də oğlan «Xoru yeri»ndə bəyənir. Oğlanın 
ata-anası «Xoru yeri»nə gedir. Əgər oğlanın bəyəndiyi qız onların 
da xoşuna gəlsə, onda ailəliklə məsləhətləşmə aparılır və qohumla-


 Nizami Tağısoy 
 
120
rın daha dilli-tavazalılarından birini (qaqauzlar ona «dünürçü başı» 
deyirlər) qız evinə göndərirlər. 
Qeyd edək ki, toy mərasiminin bütün mərhələlərində (biz bu-
nun yazıda dəfələrlə şahidi olacağıq) – dünürçü başının ilk dəfə qız 
evinə elçiliyə  gəldiyi zaman, nişanda, nişandan sonrakı dövrlərdə, 
toya hazırlıq və toy zamanı şərabın daim hadisələrin tərkibində ol-
duğunu görəcəyik. Lakin qeyd edək ki, ilk dəfə elçi gedəndə və qı-
zın «hə»si alınanda Azərbaycan türklərində şərab və digər spirtli iç-
kilərdən istifadə etmək adət deyil. Bu da, hər şeydən öncə, toy mə-
rasimlərimizin bu mərhələsində müsəlman adət-ənənələrinə ciddi 
riayət etməyimizdən irəli gəlir və ondan ilk elçilik zamanı istifadəni 
işin gələcək uğurluluğuna xələl gətirə biləcək bir ritual kimi qiymət-
ləndiririk. Qaqauzlar isə xristian olduqlarından toy mərasimlərinin 
bütün mərhələlərində məhz şərabdan istifadə ənənəyə uyğunluqdan 
irəli gəlir. Dünürçü başı qız evinə gəldikdə (qış zamanı-N.M.) soba-
ya yaxınlaşıb maşa ilə közü qarışdırır. Ev sahibi sanki buna məhəl 
qoymur, görmür, lakin bu hərəkətin nə demək olduğunu yaxşı bilir. 
Elçiliyə gələn «avşam ayrusun» (axşamınız xeyir), «müsafir kabul-
musunuz» deyir. Ona cavab verirlər ki, «müsafirdən kim kaçar». 
Oturub, yeyib-içib, ordan-burdan danışdıqdan sonra gələn: «Biz 
otureres xem şerap içeyerız, ama siz beni sormayorunuz, neçin gel-
dim ben sizə». Ev yiyəsi: «Buyur söyle nə varsa yüreyinde». «Ye 
söyleyeciim  şindan sonra. Diilmi bileersiniz ne için geldim? Biz 
isteeris sizinnen suvatu olma!» Qızın atası: «Bizim qızımız taa kü-
çük, bu yıl onu vermeyceem, kiminse kısmet gelen yıla» qızın anası 
əlavə edir: «Ciizi taa tamam diil, bu yıl vermeyceem, kimse olursa 
gelen yıla» Beləcə söhbət uzanır, yeyirlər, şərabdan içirlər. Nəhayət, 
elçiliyə gələn bir də deyir: «Verin bana cuvap, olacak mı, olmacak 
mı?». Qızın anası: «Siz pek çavuk isteersiniz?», atası: «Bakalım, 
düşünelim, laf edelim, da ondan sora söölərsiz sana işin aslına». 
Elçi oğlan evinə qayıdıb nəticə barədə  məlumat verir. Oğlan 
qapı arxasında dayanıb məsələnin necə  həll edildiyinə qulaq asır. 
Bir-iki gündən sonra elçi yenidən qızın atasının icazəsi ilə: «Yarın 
avşama buyurun, gelin her bir hazırlınızlan». Ad eləməni qaqauzlar 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə