Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə37/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   33   34   35   36   37   38   39   40   ...   114

 Nizami Tağısoy 
 
114
lən, V.V.Radlov qaqauz sözünün mənşəyinin təhrif olunmuş «Qaq-
Oquz»dan götürüldüyünü söyləyir. V.Moşkov da bu fikrə  tərəfdar 
çıxaraq  əlavə edir ki, qaqauz «Qaq-Uz»ların, yaxud «Oğuz»ların 
qollarından birinin adıdır və bu barədə Bizans salnamələrində  də 
məlumatlar vardır. Burada peçeneqlərdən söhbət gedərkən bu tədqi-
qatçılar onların uzlarla yaxınlığını qeyd edirlər. Oğuz sözündə «q» 
hərfinin yox olmasına gəldikdə isə bu sözdə qaqauzların «q» hərfini 
tələffüz etməmələri ilə bağlıdır. Nümunə kimi V.Moşkov qeyd edir 
ki, müasir qaqauzlar «mağhazay» sözünü – «maaza», «oğhlu» - 
«oolu» kimi tələffüz edirlər. Beləliklə, «Qaq-Oğuz» müasir qaqauz-
ların dilində – «Qaq-Oouz» kimi işlənmişdir (9, 17, 18). Q.Balasçi-
yev hesab edir ki, «qaqauz» sözü səlcuq sultanı İzzəddin Keykavus-
dan gəlir. A.Zayonçkovski, X.İnalcik, K.Turan və b. bu fikri daha 
çox dəstəkləyirlər. Bir qrup müəlliflər (O.Barkan, Y.Nayır, S.Mla-
denov və b.) bu xalqın mənşəyinin «gek-uz», yaxud «gök-oğuz»dan 
götürüldüyünü qeyd edirlər. Əhməd Yercilasun isə qaqauzların qa-
qa-qıpçaqların bir qolunun +uzla birləşməsindən  əmələ  gəldiyini 
göstərir (4, 398). Bolqar tədqiqatçısı A.Manov isə «qaqauz» sözü-
nün qəbilənin tarixi adı ilə bağlı olmadığını və bunun Balkan türklə-
rinin dini xüsusiyyətləri ilə uyğunluğunu vurğulayır. Onun fikrincə, 
qaqauzlar bu adı xristianlığı  qəbul etdikdən sonra daşımağa başla-
mışlar. M.Acaroğlu «qaqauz» sözünün qədim türk qəbilələrinin adı 
ilə bağlı olmadığını  və bunun yalnız xristianlığı  qəbul etmiş qara-
qalpaqların fərqləndirici xüsusiyyəti olduğunu qeyd edir. Acaroğlu-
ya görə, Kiyev Rus dövlətinin sərhədlərini qoruyan qaqauzlar «qala-
uz», daha doğrusu, «qalanı qoruyan oğuzlar» adını almışdılar. Məhz 
bundan sonra xristianlığı qəbul edən oğuzlar və digər türk qəbilələri 
qaqauz, daha doğrusu, xristian-oğuzlar adını almışlar.  
Yuxarıda adını çəkdiyimiz tanınmış qaqauz alimi prof. D.Ta-
nasoğlu bu etnonimin əski köklərini araşdırarkən onun «haqq-
oğuz»dan «qaqouz» formasına düşdüyünü israr edir. Məcid Doğru 
isə bu etnonimin «kağa-uğuz» (qağa türkmən dilində ata, Azərbay-
can dilində isə ata, böyük qardaş mənasında işlənir – N.T.) variantı-


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
115
nı göstərir. «qaqauz» terminini qədim oğuz kimi başa düşməyi təklif 
edir.  
Türk dillərinin, o cümlədən qaqauz dilinin fonetikasını və qu-
ruluşunu dərindən öyrənmiş N.Dmitriyev belə bir fikri ortaya atır 
ki, XIX əsrin əvvəllərinə kimi qaqauzların tarixi və həyatı ilə bağlı 
xeyli məqamlar aydın olmadığından (bu qaqauzların Bessarabiya – 
Bucaq  ərazilərinə  gəldiyi dövrə  qədərki mərhələdir), onların keç-
mişlərinin əsas göstəricisi kimi dilini qeyd etmək olar (3, 202-218).  
Ümumiyyətlə, qaqauzların tarixi, etnogenezi, dili, mədəniyyə-
ti ilə bağlı çoxsaylı mənbələri öyrənib belə bir nəticəyə gəlmək olar 
ki, qaqauzlar həqiqətən də türk mənşəlidir, onları digər türklərdən 
kənar, məsələn, «türkləşmiş bolqarlar» kimi nəzərdən keçirmək heç 
də tarixi və elmi həqiqətlərə uyğun deyildir. Qaqauzların simvolla-
rında qoyundan, qoçdan qurban kəsmə, qurd kultunun saxlanılması, 
əski türk arxetiplərinin qorunması, qaqauzların  əcdadlarının böyük 
türk dünyası ilə, Böyük çöllüklə birbaşa əlaqələrdə olduğunu təsdiq-
ləməyə əsas verir.  
 
 
ƏDƏBİYYAT 
 
1. Áàáîüëó Í. Ãàãàóçëàðûí êàäåðè. Úùèøèí¸ó, Ïîíòîñ, 2003.  
2. ×àêèð Ì. Áåññàðàáèéàëû ãàãàóçëàðûí èñòîðèéàñû. «Ñàáàà éûëäûçû» 
æóðí., 2005, ¹ 30 âÿ ñ. 
3.  Дмитриев  Н.К.  Фонетический  состав  гагаузского  языка.  – 
Îíóí «Строй тюркских языков» êèòàáûíäà. Ì., 1962.  
4.  Åðúèëàñóí À.Â. Ãàãàóçëàðäàí éåíè ùàáåðëåð. Òöðê Êöëòöðö, 
ÕÕÂÛÛ. – Àüóñòîñ, 1989.  
5. Ýöíýþð Ù., Àðýóíøàù Ì. Ãàãàóçëàð. Àíêàðà, 1995.  
6. Ýöíýþð Ù., Àðýóíøàù Ì. Ãàãàóç òöðêëÿðè. Òàðèù, Äèë, Ôîëêëîð âå 
Ùàëê Åäåáèéàòû. Àíêàðà, 1991.  
7.  Каранфил  В.И.  Бытовая  лексика  гагаузского  языка. 
Íàì.äèññ.àâòîðåô. Áàêû., 2004 âÿ ñ. 
8. Губогло М.Н. Малые тюркоязычные народы Балканского по-
луострова /К вопросу о происхождении гагаузов. Íàì.äèññ. Ì., 1967.  


 Nizami Tağısoy 
 
116
9.  Мошков  В.А.  Гагаузы  Бендерского  уезда.  Этнографические 
очерки и материалы. Кишинев, 2004. 
10. Мошков В.А. Турецкие племена на Балканском полуостро-
ве. С–Петербург, 1904.  
11. Ïîêðîâñêàéà Ñ. À.Íåðåä¸í «ãàãàóç» àäû ýåëäè. – «Ñàáàà éûëäû-
çû» æóðí. Êîìðàò, 1996, ¹1.  
12. Òàíàñîüëó Ä.Í. Óçóí êåðâàí. Êèøèíåâ, 1985.  


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
117
 
QAQAUZLARIN TOY-DÜYÜN MƏRASİMLƏRİ 
 
Qədim türklərdə toya olduqca böyük əhəmiyyət verilirdi. On-
lar toy mərasimi olmayanlara yaxşı baxmırdılar. Rəsmi nikaha gir-
məyənlərə, toyu hüquqi cəhətdən möhkəmləndirilməyənlərə ictimai 
rəy də birmənalı olmurdu.  
 Toy nəinki nikaha girənlərin arasında yeni ictimai vəziyyəti 
təsdiqləyir, həm də qohumluq əlaqələrinə daxil olanların təsərrüfat, 
iqtisadi, hüquqi, mədəni-mənəvi münasibətlərini möhkəmləndirirdi 
və toy nəinki iki gəncin birgə həyatının başlanğıcını qoyan mərasim 
kimi dərk olunur, həm də onları şər qüvvələrdən qoruyan əfsun mə-
rasimi hesab edilirdi. Buna görə də nəinki türklərdə, həm də digər 
dünya xalqlarında toy zamanı çoxsaylı  əfsunlar həyata keçirilir. 
Onun tarixi kökləri lap qədimlərə gedib çıxsa da, bu günün özündə 
belə türk ulusları bu əfsunlardan geniş istifadə edirlər. 
  Əlbəttə, ilk növbədə toy mərasimlərində kənd, el-oba dünya-
görüşünün və düşüncə  tərzinin xüsusiyyətləri öz əksini tapmışdır. 
Müxtəlif türk xalqlarında toy mərasimləri özünün oxşar və sırf spe-
sifik xüsusiyyətləri, detalları ilə seçilir. Bu, qaqauz toyları üçün də 
səciyyəvi cəhətdir. Spesifikliyinə baxmayaraq, toy mərasimləri nə-
inki qaqauzlarda, türklərdə, həm də digər xalqlarda, slavyanlarda, 
ərəblərdə, farslarda, şübhəsiz ki, ümumi cəhətlərə  də malikdir. Bu 
özündə  aşağıdakı mühüm mərhələləri birləşdirir: elçilik, nişanlan-
ma, qız məclisi (qız başı), toy günü, toydan sonrakı  mərhələ  və s. 
Folklorşünas B. Abdulla burada üç mərhələ - toyaqədərki dövr, toy 
və toydansonrakı dövrü fərqləndirir
 
(1, 120). 
 Qaqauzların toy-düyün adətləri, onların özünəməxsusluğu, 
özəlliyi ilə bağlı türk mədəniyyəti, folkloru və ədəbiyyatının yaxın 
dostu və  təbliğatçısı akad. V.V.Radlovun, tələbəsi V.A.Moşkovun 
hələ XX əsrin əvvəllərində qələmə aldığı fundamental « Bender qə-
zasının qaqauzları » kitabında, Qaqauz mədəniyyətinin babası hesab 
edilən « Ay baba» protoirey Mixail Çakirin əsərlərində, Nikolay 
Baboğlunun, A.Çolakın, S.Kuroğlunun, Türkiyəli tədqiqatçılardan 
Perihan Lokmanoğlunun, Doğan Kayanın, Azərbaycan folklorçusu 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə