Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə36/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   32   33   34   35   36   37   38   39   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
111
kaneşt) şivələrindən ibarətdir. Qaqauzlar əsasən Beşalmada, Çeşmə-
köydə, Ballokda, Etuliyada, Kurçuda, Konqazda, Coltayda, Tatap 
Kıpçakda, Kobeydə, Tomayda, Karlıkda, Avdarmada, Kazayakda 
(cəmi 30-dan artıq) kənd yerlərində və Komrat, Vulkanest və Çadır-
lunq kimi şəhərlərdə  məskunlaşmışlar.  Əhalinin böyük əksəriyyəti 
kəndlərdə yaşadığından onların başlıca məşğuliyyəti kənd təsərrü-
fatı, üzümçülük, heyvandarlıq və  tərəvəzçilikdir. Bucaq ərazisinə 
köçənə  qədər (hazırda qaqauzların Moldova ərazisində yaşadıqları 
yer – Bucaq vaxtı ilə buraların sahibi noqaylardan qalmışdır) qaqa-
uzlar şimal-şərqi Bolqarıstan ərazisində yaşamış və hazırda da yaşa-
maqdadırlar.  
 
«Qaqauz» etnoniminin mənşəyi necədir?! 
 
Qaqauzların etnogenezi alimlərin daim böyük marağına səbəb 
olmuşdur. Onların mənşəyi ilə bağlı xeyli mülahizələr (iyirmiyə qə-
dər fərziyyə) mövcuddur (7, 8). Bunlardan ikisini digərlərinə nisbə-
tən daha çox fərqləndirə bilərik: onlardan biri qaqauzlara türkləşmiş 
bolqarlar olması fikridir (akad. N.Derjavin, E.Brokqauz, İ.İvanov, 
Q.Zanetov, A.Zaşşuk, V.Marinov, P.Mutafçiyev, İ.Meşeryuk,  İ.Ti-
torov və b.) (5, 152). Bu nəzər-nöqtəsi qaqauzların xristian olmaları 
diqqət mərkəzinə çəkilməklə formalaşmışdır.  
Lakin alim və tədqiqatçıların böyük əksəriyyəti qaqauzları or-
ta  əsrlərdə yaşamış köçəri qəbilələrin nəsli kimi görməklə, onların 
qıpçaqlar, peçeneqlər və uzlarla eyni soydan olduğunu ehtimal edir-
lər. Bir qədər irəliyə gedərək qeyd edək ki, qaqauzların da etnik for-
malaşmasında qaraqalpaqların geneoloji komponentlərini görmək 
mümkündür (Bu ayrıca bir söhbətin mövzusu olduğundan burada 
biz qaqauzları və qaraqalpaqları birləşdirən uruğlarla bağlı hələ ki, 
fikir söyləməyəcəyik). Bu konsepsiya bu gün özünə daha çox tərəf-
dar tapmaqla, daha inandırıcı görünür və bu fərziyyə V.Radlov, 
V.Moşkov, A.Manov, N.Baskakov, N.Dmitriyev, M.Çakir, D.Tana-
soğlu, S.Pokrovskaya, Z.Toqan, N.Kurat, M.Quboqlo, S.Kafesoqlu, 
N.Baboğlu və b. tərəfindən daha çox müdafiə olunur (1; 2; 5; 9) (Bu 


 Nizami Tağısoy 
 
112
mənbələrin sırasında protoirey Mihail Çakirin mülahizələri daha sis-
temli və fundamentaldır). 
Böyük rus etnoqrafı, qaqauzların etnogenezinin tanınmış təd-
qiqatçısı, xalq yaradıcılığını  dərindən öyrənən və  təbliğ edən 
V.Moşkov öz araşdırmalarında qeyd edir ki (9; 10), qaqauzlar oğuz-
ların nəslindəndir. Onlar 1064-cü ildə Dunayı keçərək Balkan ya-
rımadasında qərar tutmuşlar. Xeyli müddətdən sonra onların bir his-
səsi indiki Rusiya ərazilərinə daxil olub digər türk qəbilələri – qara-
papaqlarla, yaxud qaraqalpaqlarla (rus mənbələrində Kiyev Rus 
dövləti ərazisində «çyornıe klobuki»), monqol basqınları dövründə 
isə yenidən Dunay çayını keçərək Bolqarstanda məskunlaşmışdır. 
Qaqauz tarixçisi M.Quboqlo məqalələrindən birində göstərir ki, av-
ropalı tədqiqatçılar qaqauzların əcdadı kimi protobolqarları görürlər. 
Onun fikrincə, qaqauzların  əcdadları Balkanlara İtil sahillərindən 
gəlmişlər, XIII əsrdə burada xristianlığı  qəbul etmişlər. Daha 
sonralar isə XVIII-XIX əsrlərdə qaqauzlar Cənubi Bessarabiya səh-
ralarında məskunlaşmışlar.  
S.Pokrovskaya yazır ki, X əsrdə Qorquz (indiki Balxaş) gölü-
nün cənub sahillərində yaşayan oğuz qəbilələrindən biri kanğa-ğuz, 
yaxud kanğa-kişi adlanırdı və burada Kanğa-ket adlı qəbilə yaşayır-
dı. Qədim Kanğa dövləti hələ türk qəbilələri bu ərazilərə gələnə qə-
dər Orta Asiyada Amu-Dərya və Sır-Dərya çaylarına yaxın yerlərdə 
mövcud idi (11, 76).  
Tanınmış prof. D.Tanasoğluya görə, qaqauz etnonimi mənşə-
cə haqq-oğuz kökünə gedib çıxır. Oğuzların iki qola – şimal (Yan-
gikənd) və  cənuba (Səlcuq) – bölünməsi, birinci qolun islam yox, 
əsil haqq-oğuz kimi tanınmasına əsas verir. Digər xalqlarda olduğu 
kimi, oğuzların da tarixi erkən tarixi dövrlərdən başlamaqla, XI əsrə 
qədər (burada ümumi türk xalqları – azərbaycanlılar, Anadolu türk-
ləri, özbəklər, türkmənlər, tatarlar, başqırdlar, və b.) və qaqauzların 
milli-etnik tarixi XI əsrdən müasir dövrəqədərki zaman kəsiyini 
əhatə edir. Oğuzların tarixi Balkanlarda iki əsas dövrə – Bizans döv-
rü – XII-XV əsrlər və Osmanlı dövrü – XV-XX əsrlərə bölünür. Bi-
zans dövründən başlayaraq qaqauzlar oturaq həyat tərzinə keçmiş, 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
113
xristianlığı qəbul etmiş, bəylik yaratmış, məktəblərdə təhsil almışlar 
(12, 415).  
A.Manov, M.Çakir (2, 52) qeyd edirlər ki, hələ XIV əsrin 
əvvəllərində Balıkbəy Balkanlarda mərkəzi Balçık olan oğuzların 
(qaqauzların) dövlətini yaratmışdır. Qara dəniz hövzəsi və Balkan-
larda mühüm siyasi rol oynayan bu dövlət XV əsrin əvvəllərindən 
Osmanlıların tabeçiliyinə keçmişdir. Məşhur səyyah və tarixçi Öv-
liya Cələbi Bolqarıstanın bu hissəsini «Uz əyaləti, uz, oğuz torpağı 
adlandırmışdır.  
Yuxarıda adını çəkdiyimiz V.Moşkov özünün qaqauzların ta-
rixi, etnoqrafiyası, etimologiyası, etnogenezi, adət-ənənələri və 
folkloru ilə bağlı fundamental «Bender qəzası qaqauzları» kitabında 
maraqlı məlumatlar verir (9, 550). Bundan başqa göstərilir ki, hətta 
əvvəllər qaqauzların bayrağı, onun üzərində ağ xoruz şəkli çəkilmiş-
dir. İndiki Qaqauz Respublikasının bayrağında mavi atlas üzərində 
qurd başı, kənarlarında isə balaca xoruz şəkilləri vardır. Qaqauz 
inancına görə, xoruz ayıqlıq və ədalət simvoludur.  
Mənbələr qaqauzları xalis, əsl (onlar həm də «dənizkənarı», 
«yunan» qaqauzları) və bulqar (bolqar) qaqauzlarına bölür. Lakin 
müasir qaqauzşünaslıqda belə bölgü mövcud deyildir.  
Qaqauzların əsas şivələri «bolqar» şivəsidir. Qaqauz ləhcəsin-
də Balkanlarda müxtəlif türk qəbilələri – qacallar, tozluklar, gerlov-
lar, qızılbaşlar, yuruklar, qaramanlar
1
, surquçlar və b. danışırlar. Qa-
qauz Yerinin Etuliya kəndindəki qaqauzlar Çeşməköy kəndində ya-
şayan qaqauzları qacallar adlandırırlar (Azərbaycan ərazisində yaşa-
yan qacarlarla onların müəyyən yaxınlığını da görmək olar). Həm 
də V.Moşkov Dəliorman rayonunda (Balkanlar) yaşayan qacalların 
müsəlman olduqlarını qeyd edir.  
Biz artıq bildirdik ki, qaqauzların mənşəyi və qaqauz etnonimi 
haqqında müxtəlif fikirlər mövcuddur. Bu fikirlərin arasında İreçe-
kin, Qolubovskinin, G.Georgiyevskinin, V.V.Radlovun, V.Moşko-
vun və d. məsələyə münasibəti daha böyük maraq doğurur. Məsə-
                                                 
1
 Éåðè ýÿëìèøêÿí äåéÿê êè, ãàðàìàíëàðûí éàéûëäûüû úîüðàôè ÿðàçè äÿ îëäóãúà ýåíèø-
äèð âÿ áó áàðÿäÿ àéðûúà äàíûøìàüà áþéöê åùòèéàú âàðäûð. – Í.Ò.  


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə