Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə35/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   31   32   33   34   35   36   37   38   ...   114

 Nizami Tağısoy 
 
108
Bucaq qarışıq türk əhalisindən ibarət idi. Lakin buna baxma-
yaraq, bu əhali regionun siyasi, iqtisadi, hərbi həyatına güclü təsir 
göstərirdi. Tədricən ruslara və rus məkrliyinə qarşı mübarizədə tab-
lamayan türklər Vizantiya üzərinə yürüş etdi və XII əsrin sonlarında 
Dunayda tork qəbilələrinin kumanlarla ittifaqı yarandı. XIV əsrin 
sonları – XV əsrin  əvvəllərindən başlayaraq, Bucağa moldavların 
axını başladı. XV əsrdən Bucaq torpaqları tam şəkildə Osmanlıların 
təsiri altına keçdi. Moldav knyazlığı kiçik dövr ərzində buraya sahib 
çıxsa da, sonra Kilikiya və Akkerman üzərində nəzarətdən məhrum 
oldu. Yəni Moldav knyazlığının və 1859-cu ildən yaranmış Rumın 
dövlətinin 1918-ci ilə qədər Bucaq ərazisi üzərində xüsusi bir nəza-
rəti olmamışdır. XVI əsrdən Bucaq burada məskunlaşmış noqaylar-
la birlikdə Osmanlı imperiyasına Silistra paşalığının bir hissəsi kimi 
daxil oldu. 1812-ci ildən Bessarabiya əvvəl müstəqil vilayət, az son-
ra isə Rusiya quberniyası oldu. Yəni demək istəyirik ki, Bucaq heç 
də uzun müddət  ərzində Moldav dövlətinin  ərazisi olmamışdır. 
1812-ci ildən noqaylıların davamçısı olan qaqauzlar Bucaq ərazisi 
ilə birlikdə Rusiya dövlətinin tərkibində yaşamağa məcbur oldular. 
1818-ci ilə qədər Bessarabiya adı indiki Bucağa aid edilirdi. Yalnız 
1818-ci ildən sonra Bessarabiya adı ikiçayarasını – Dnestr və Prutu 
da  əhatə etməyə başladı (Haşiyə  çıxaraq qeyd edək ki, böyük rus 
yazıçısı M.Qorki ilk romantik hekayələrinin mövzusunu da özü 
qeyd etdiyi kimi Akkerman-Bessarabiya ərazilərində eşitmiş və bəl-
kə də elə qaquzların dilindən qələmə almışdı. İzergil, Loyko, Zobar, 
Radda, Danilo və d. adlar da bunu müəyyən dərəcədə təsdiqləyir).  
Yuxarıda qeyd etdiklərimizdən çıxış edərək belə nəticəyə gəl-
mək olar ki, Bucağa nə rumınların, nə də moldavların iddiası əsaslı 
sayıla bilməz. Çünki 1812-ci il Rusiya ilə Türkiyə arasında imzalan-
mış Buxarest sülh müqaviləsinə görə Bucaq məhz türk dövlətinin 
yirisdiksiyasından çıxıb Rusiya tərkibinə daxil olmuşdu.  
1917-ci ilin dekabrında Moldav Milli Hərəkatının nümayən-
dələri Bessarabiyanı rumın qəsbkarlarına versə  də, rumınların bu 
ərazilərə nəzarəti bir neçə gün davam edə bilmişdir. Kral Rumıniya-
sının 1918-ci ildə Bessarabiyanı yenidən işğal etməsi Bucaqda yaşa-
yan qaqauzların diskriminasiyasına səbəb olmuşdu. Daha doğrusu, 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
109
1940-cı ildən qaqauz xalqının etnik ərazilərinin Moldav dövlətinin 
tərkibinə qatılması qaqauzların mədəni, siyasi, iqtisadi vəziyyətini 
daha da ağırlaşdırdı. Sonrakı dövrlərdə  də qaqauzların inkişafı  və 
müstəqilliyi üçün elə bir əsaslı zəmin yaranmadı və diskriminasiya 
SSRİ dağıdılana qədər davam etdirildi. Məhz bu dövrdən qaqauzlar 
xalqın öz müqəddəratını həll etmə uğrunda mübarizəsinə daha fəal 
qoşuldular. Moldav siyasi dairələrindən olan təzyiqlərə baxmaya-
raq, xalq öz hüquqlarının müdafiəçisinə çevrilə bildi. Bu gün qaqa-
uzlar demokratik proseslərə qoşulub xalqın suverenliyini təmin edib 
Qaqauz Respublikasını qursalar da, Moldova dövlətinin qanunlarına 
hörmətlə yanaşır və onun sərhədlərinin bütövlüyünü müdafiə edir-
lər. Lakin müstəqilliyini elan etmiş xalqın bu günün özündə də xeyli 
çətinlikləri vardır – bu mədəniyyətin, elmin, ana dilinin, iqtisadiy-
yatın və digər sahələrin inkişaf etdirilməsində özünü daha çox büru-
zə verir. Bunun üçün tanınmış qaqauz publisisti N.Baboğlunun və 
digərlərinin əsərlərini oxumaq kifayətdir.  
Qaqauz xalqının özünəməxsus və keşməkeşli tarixini öyrən-
dikcə onun spesifik və oxşar mədəniyyət nümunələri daşıyıcısı ol-
duğunun  şahidi oluruq. Buna görə bu özünəməxsusluq haqqında 
oxuculara ardıcıl məlumatlar vermək fikrindəyik.  
 
 
ƏDƏBİYYAT 
 
1. Аджи М. Европа. Тюрки. Великая степь. М., Мысль, 1998. 
2. Аджи М. Тюрки и мир: сокровенная история. М., АСТ, 2004.  
3. Áàáîüëó Í. Ãàãàóçëàðûí êàäåðè. Úùèøèí¸ó, Ïîíòîñ, 2003; Éåíÿ äÿ 
îíóí: Ïóáëèñèñòèêà éàçûëàðûíäàí. Êèøèíёâ, 2000.  
4. Ãîðêè Ì. Èëê ðîìàíòèê ùåêàéÿëÿðè. «Ìàêàð ×óäðà», «Èçåðýèë qa-
rı», «×åëêàø» âÿ ñ. ùàìûñû: Горький М. Избр.соч. М., Худож.лит., 1986.  
5. Маруневич М.В. Правда о гагаузском народе, как о самобыт-
ном этносе и его этнической территории. Комрат, Айдыннык, 1993. 
 


 Nizami Tağısoy 
 
110
QAQAUZLARIN TARİXİNDƏN SƏHİFƏLƏR 
 
Türk xalqları qrupuna aid olan qaqauzlar dini baxışlarına görə 
xristian olmaqla əsasən müasir Moldovadakı Qaqauz Yeri ərazisin-
də yaşayırlar. Qaqauz Yeri, həm də Qaqauz Respublikası adlanır ki, 
onun paytaxtı Komrat şəhəridir. Qaqauzlar uzun müddət ərzində heç 
bir siyasi və hüquqi dövlət qurumuna malik olmasalar da, əvvəl 12 
noyabr 1989-cu ildə, sonra isə 19 avqust 1990-cı ildə Moldova Res-
publikası tərkibində muxtar respublika yaratmağa nail ola bilmişlər. 
Bu gün Qaqauz Respublikasında 150 min nəfərdən artıq qaqauz ya-
şayır. Müxtəlif mənbələrdə qaqauzların ümumi sayı müxtəlif cür 
göstərilir. Bəzi kitab və mənbələrdə bu rəqəm 190 mindən 500 minə 
qədərdir. Qaqauzlar Moldovanın digər ərazilərində, o cümlədən, Ki-
şinyovda, Ukraynanın Odessa, Zaporojye, Bender vilayətlərində
Bolqarıstanda, Yunanıstanda, Rumıniyada kompakt şəkildə yaşayır-
lar. Bundan başqa qaqauzlar Qazaxstanda, Özbəkistanda,  Şimali 
Qafqazda, Türkiyədə və dünyanın digər ərazilərində yaşamaqdadır-
lar. 90-cı illərin  əvvəllərindən qaqauzlar Azərbaycanda da yaşayır, 
təhsil alır və  işləyirlər. SSRİ dağıdıldıqdan sonra gənclərin Azər-
baycanda təhsil almaları ilə əlaqədar Qaqauziyadan güclü axın baş-
ladı. Göstərilən dövrdən respublikamızın digər ali məktəbləri ilə ya-
naşı, M.F.Axundov ad. Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı 
İnstitutunda (indiki Bakı Slavyan Universitetində) qaqauz gənc-
lərinin müxtəlif sahələr üzrə mütəxəssis hazırlığına böyük diqqət 
yetirildi. Bu mütəxəssislərdən bəziləri bu günün özündə  də Azər-
baycanda fəaliyyət göstərməkdədirlər.  
Müasir qaqauz dili türk dilləri ailəsinə, xüsusən onun Anadolu 
ləhcəsinə daha yaxındır. Bunu son illərdə geniş  şəkildə  nəşr olun-
muş dövri mətbuatın və kitabların dilində daha açıq görmək müm-
kündür
1
. Qaqauz dili iki – mərkəzi (Çadır-Komrat) və cənub (Vul-
                                                 
1
 Áèç ñîí èëëÿðäÿ Ãàãàóç Ðåñïóáëèêàñûíäà (1999-2005-úè èëëÿð) íÿøð îëóíìóø êè-
òàáëàð, ìàòåðèàëëàð âÿ äþâðè ìÿòáóàòëà òàíûøûã, îíëàðû àëûð, ìöíòÿçÿì ìöòàëèÿ åäèð, 
þéðÿíèð âÿ àðàøäûðûðûã. Îíëàðäàí áèð íå÷ÿñèíèí àäûíû ñèçÿ òÿãäèì åäèðèê – «Ãàãà-
óç ùàëêû», «Àíà ñþçö», «Ñàáàà éûëäûçû», «Ýöíåø÷èê», «Единая Гагаузия», «Сто-
лица» âÿ á.  


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə