Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə43/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   39   40   41   42   43   44   45   46   ...   114

 Nizami Tağısoy 
 
134
nı görürük. Digər göstəricilər bir yana, prozaiklik oxunuşu çətinləş-
dirir, oxucunun mətnə münasibətini ciddi şəkildə soyudur.  
Epik mətnlərin tərcüməsi türk xalqlarının bu tipli bədii nümu-
nələrinin adekvat səsləndirilməsi tərcümə edilən materialın bütün 
aspektlərini, yəni dil və qeyri-dil aspektlərini, daha doğrusu, onun 
oxucuya emosional bədii təsirini nəzərdə tutmalıdır. Çünki tərcü-
mədə  əsərin emosional – ekspressiv, yaxud estetik funksiyasının 
saxlanılması oxucunun orijinal mətnin dilini bilmədiyindən hiss et-
məsi ilə bağlı olmamalıdır,  əksinə  tərcümə  mətni xalq dastanının 
milli-emosional xüsusiyyətini oxucuya dürüst çatdırmağa borcludur.  
Tərcümə zamanı  nəzərə aldıq ki, milli abidələrin, xüsusən 
nəzm  şəklində olanların  əksər xüsusiyyətlərini Azərbaycan oxucu-
suna çatdırmaq üçün sətri tərcümə yolu ilə getmək “Koblandı batır” 
kimi sırf milli qazax ənənəsindən qaynaqlanmış bir əsərin özünə-
məxsusluğunun saxlanılması ilə bağlı klassiklərin – V.Belinskinin, 
A.Puşkinin, N.Qoqolun, M.Qorkinin, tərcümə  nəzəriyyəçiləri 
A.Fyodorovun, K.Çukovskinin, V.Rosselsin, N.Lyubimovun, 
P.Skosirevin mülahizələrini qulağımızda sırğa etmişdik. Yəni tərcü-
mədə milliliyi ştamp kimi yox, əsərin danılmaz keyfiyyət göstəricisi 
kimi əks etdirməyə çalışdıq. Yüksək milli özünəməxsusluğu ilə se-
çilən əsərlər müəllifi N.Qoqol yazırdı: “Əsil millilik heç də sarafan 
təsviri deyil, xalqın ruhudur. Şair o zamanda milli ola bilər ki, nə 
zaman o, hətta kənar aləmi öz əsərində təsvir edir, lakin təsvir olu-
nanlara öz milli stixiyasının, xalqının gözü ilə baxır, elə danışır, elə 
hisslər keçirir ki, onun həmvətənlərinə elə gəlir ki, sanki oradakı on-
ların hissləri, onların danışığıdır (3, 51).  
Düzdür, opponentlər deyə bilərlər ki, həm qazaxlar, həm də 
azərbaycanlılar türkdürlər. Onlardan biri qıpçaqlara, digəri oğuzlara 
aid olsalar da, aralarında xeyli ümumi cəhətlər vardır. Biz də bunu 
inkar etmirik. Lakin bu da faktdır ki, bu xalqların etnogenezi, tarixi, 
mədəni-mənəvi  ənənələri nə  qədər ümumi olsa da, onları bir-
birindən fərqləndirən xüsusiyyətlər də mövcuddur. Bax elə bu fərqli 
xüsusiyyətləri biz elə şəkildə bir-birinə uyğunlaşdırmalıyıq ki, onlar 
tərcümə mətnində yamaq kimi görünməsin:  


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
135
Teri tatın iekmen,  
Tuqi şığın bilekmen,  
Janı bir tulan jürekten, 
Neşe bir kürdas aytsa da
Karamannın bül sözi  
Önin bir ketti süyekten 
Söz süyekten ötken son,  
Tobılğı atka er saldı, 
Ak almastı kolğa aldı. 
Kamşı basıp sauırğa, 
Eknini usan dayılğa. (s.85-86) 
 
Tərcümə:  
 
Çənəsindən tər axdı,  
Tükləri biz-biz çıxdı, 
Bu hiss ürəyin sıxdı, 
Həmyaşıdım olsa da, 
Qaramanın sözləri 
Mənə yamanca dəydi. 
Sanki bu sözlər mənim, 
Lap beynimə işlədi. 
Kəhər atını mindi,  
Oxun əlinə aldı, 
Qırmancla onu vurdu.  
 
Orijinalda işlənmiş Azərbaycan türkcəsində xeyli söz və ifa-
dələr var. Məsələn: “təri”, “tüqi”, “tamıp”, “şığıb”, “janı”, “jürek”, 
“kürdas”, “sözi”, “saldı”, “aldı”, “kamşı” və s. Bəlkə də bu sözlərin, 
leksik vahidlərin düzümü və köməyi ilə bu bəndi tərcümə  də edə 
bilərdik. Lakin biz bununla işimizi bitmiş hesab etmədik. Dilimizin 
zəngin lüğət fondundan yaradıcılıqla yararlanmağa üstünlük verdik. 
Və  nəticədə orijinalın milli ruhunu verməyə müvəffəq olduq. 
Bəziləri epik mətnlərin tərcüməsində sətriliyə üstünlük verirlər. On-


 Nizami Tağısoy 
 
136
lar yaddan çıxarırlar ki, A.S.Puşkin demişkən sətri tərcümə heç vaxt 
dürüst ola bilməz. Çünki hər bir dil özünəməxsus  şərti çevrələrə 
malik olduğundan” sətrilikdə bədiiliyi, xüsusən də poetikliyi saxla-
maq mümkün deyildir. Digər tərəfdən, sətrilik ilk növbədə  əsərin 
milli özünəməxsusluğunu heçə endirir. Azərbaycan  ədəbiyyatının 
yaxın dostu prof. P.Skosırev yazırdı: “...milli kolorit...müəllifin mil-
li xarakterindən başlayır... Milli formada isə millətin, xalqın bütün 
keçmişi – onun məişəti, tarixi, onun rəğbəti, ona xas olan asso-
siasiyalar sistemi
1
 aynada əks olunan kimi öz əksini tapmışdır” (6, 
36-41). 
“Koblandı batır” qəhrəmanlıq dastanı, məlum olduğu kimi, 
məhz hər  şeydən öncə qazax məişətini, tarixini, həyat tərzini, dü-
şüncəsini bariz şəkildə özündə əks etdirən əsərdir. Yəni “Koblandı 
batır” heç də yalnız oxucuda dastan təsiri bağışlamır. Burada xalq 
ənənələri, yaşam tərzi, mərasimləri, dosta rəğbət, düşmənə nifrət 
hiss və duyğuları və s. o qədər qabarıq verilmişdir ki, onların tarixi 
kökünə varmadan tərcümə dilində doğru-dürüst vermək də mümkün 
deyildir. Aşağıda nümunə gətirəcəyimiz sətirlərdə Koblandının Bu-
rıl ata minib döyüşə çıxdığını, doxsan yaşlı Toktarbəy, altmış yaşlı 
Analıq, bacısı Qarlıqaş, sevgilisi Qurtqanın onun ardınca kıyatlar 
elinə üz tutduğunun orijinalda və tərcümədə təsvirinə diqqət yetirək:  
 
Tayburıl atıka minedi,  
Ak sayıtın kiedi. 
Beline semser ilegi, 
Noğay börkin kuedi.  
Düysenbi kuni seskede 
Karaspan mayın bökterlep, 
Keşeqi ketken kıyattın 
Koblandıday başırık.  
Sonınan jelin jöneldi, 
Toksandağı Toktarbay, 
Alpıstağı Analık, 
                                                 
1
 Tərəfimizdən fərqləndirilmişdir. – N.T. 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
137
Karındası Karlığaş. 
Jan kosağı Kız Kurtka 
Törteyi kalmay sonınan, 
Keskilep ket den kolınnan, 
Koblandığın izinen. 
Bular da erip keledi 
Karındası Karlığaş: (s.91-92) 
 
Bu sətirləri biz Azərbaycan türkcəsinə belə çevirməyə üstün-
lük verdik:  
 
Koblan Burıla mindi,  
Ağ zirehin geyindi. 
Qılıncı beldən asdı, 
Noğay papağı geydi. 
Birinci gün günorta 
Qaraspan dağın keçib, 
Kıyat tərəfə çapdı. 
Getdi belə Koblandı. 
Doxsan yaşlı Toktarbəy, 
Altmış yaşlı Analıq, 
Qarındaşı Qarlıqaş, 
Sevgili Qurtqa qaraqaş. 
Onlar dördü də birgə,  
Koblan batır dalınca 
Bir səmtə üz qoydular, 
Yaman cana doydular. 
Gün ortaya gələndə  
Bacı Qarlıqaş dedi: 
 
Qeyd edək ki, epik əsərlərin tərcüməsinin xarakteri bədii əsər-
də elmiliyin və bədiiliyin vəhdətini saxlamağı zəruri edir. Elmi, bə-
dii tərcümə, hər  şeydən öncə, orijinal və  tərcümə dilində yaranan 
ümumi problemlərin həll olunması baxımından ortaya çıxır.  


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə