Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə44/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   40   41   42   43   44   45   46   47   ...   114

 Nizami Tağısoy 
 
138
“Koblandı batır”ın tərcüməsində doğruluğu, ekvivalentliyi əl-
də etmək üçün biz ilk növbədə onun poetik strukturunun bütün xü-
susiyyətlərini əsərin janr spesifikliyi baxımından qoruyub saxlama-
ğa çalışdıq. Buna görə də diqqətlə müşahidə aparıldıqda görünəcək 
ki, hər bir konkret məqamda mütərcim təhkiyənin xarakterini qoru-
yub saxlamağa müvəffəq olur. Bu isə söz və ifadələrin, onların sin-
taktik baxımdan təşkilinin xüsusi şəkildə seçilməsi ilə bağlı olur, 
müvafiq leksik-semantik uyğunluqlar axtarılıb tapılır, təhkiyənin 
emosional tonu qorunur və, beləliklə, mətnin məzmunu ilə bağlı tər-
cümə olunan nə varsa, onun bütün komponentləri ilə üzvi surətdə 
uzlaşır.  
Digər epik poemalarda olduğu kimi, “Koblandı batır” dastanı 
üçün qədim epik hekayət poetikasının xüsusiyyətləri, daha çox 
uzunçuluq və  təkrarlar vardır. Təkrarlar  əsasən “ümumi yerlər” 
üçün daha səciyyəvidir. Burada eyni tipli hərəkət, davranış və süjet 
hadisələri daha tez-tez təkrarlar üçün şərait yaradır: qəhrəmanın 
döyüşə hazırlığı, doğmaları ilə vidalaşması, doğmaların onu bu 
döyüşdən çəkindirməsi, müxtəlif tipli yarışlarda, döyüşlərdə batırın 
rəşadəti və s. bu qəbildəndir. Təkrarlar bədii obrazlı formulların 
qəhrəmanının daxili hiss və  həyəcanlarını, ürək çırpıntılarını ver-
məyə xidmət edir, döyüşün başlanğıcı sözatma ilə başlayaraq, zid-
diyyətli dialoqlara keçir ki, burada biz stereotip müraciətlərlə, hə-
dələrlə, hərbə-zorbalarla qəhrəmanın öyünməsi və s. məqamlarla 
rastlaşırıq. Bu xüsusiyyət “Koblandı batır”da özünü daha çox bü-
ruzə verir. Dastanda ən azı on dəfəyə yaxın belə təkrarların şahidi 
oluruq.  
“Koblandı batır”ın digər bir cəhətini də qeyd etməyə ehtiyac 
vardır. Bu, bir sıra hallarda söyləyicinin dastanın ümumi mətninə 
uyğun gəlməyən məqamları mətnə daxil etməsi ilə əlaqədardır. Belə 
məqamlar bəzən mətnin nə əvvəli, nə də sonrakı hissələri ilə uzlaş-
mır, onlar əsər daxilində yamaq kimi görünür və  nəticə etibarilə 
dastanın bədii-poetik keyfiyyətini də yüksəltmir. Lakin buna bax-
mayaraq onlar epik mətndə özünə yer tutmaqdadır. Tərcümə prose-
sində biz belə halları təxminən otuza yaxın sayda izlədik. 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
139
Maraqlıdır ki, söyləyicilər bu tipli kontominasiyaları gah bir, 
gah iki, gah üç, gah dörd, gah da beş sətirdən ibarət olmaqla mətnə 
əlavə edir və bu, əksər hallarda qafiyənin daha da mükəmməl tutul-
ması və bəzən bəndin tamlığını əldə etmək naminə yaradılır. “Kob-
landı batır”da 480-490, 870-880, 920-940, 990-1000, 1240-1250, 
1730-1740, 1940-1950, 2240-2250, 2260-2270, 2400-2410, 2590-
2600, 2630-2640, 2730-2740, 3280-3290, 3360-3370, 3510-3520, 
3550-3560, 4060-4070, 4100-4110, 4160-4170, 4250-4260, 4340-
4350, 4370-4380, 4740-4750, 4830-4840, 4870-4880, 5380-5390, 
5900-5910, 6440-6450-ci və sair sətirlər arasında belə  “əlavələr” 
özünə yer almaqdadır.  
Təhkiyədə mətnə daxil edilən və mətnlə heç bir əlaqəsi olma-
yan bu sətirlər qəhrəmanların monoloqu, yaxud digər bəndə keçid 
alınan zaman baş verir. Adətən, onlar ya söyləyici tərəfindən qafiyə 
axtaran zaman, ya da dinləyicidə (oxucuda) müəyyən psixoloji əh-
valı-ruhiyə yaratmaq, ya da təhkiyənin emosional-ekspressiv gücü-
nü, qavrayışını artırmaq naminə edilir. Biz də  tərcümə zamanı 
mümkün qədər ənənəvi epik hekayətçiliyin bu xüsusiyyətini saxla-
mağa üstünlük verdik, bəzən isə Azərbaycan oxucusu üçün anlaşıqlı 
olmayan məqamları isə həmin səhifənin aşağısında izahlarda vermə-
yə çalışdıq.  
“Koblandı batır” qəhrəmanlıq eposunda digər dastanlarda ol-
duğu kimi, çoxsaylı xüsusi əfsanəvi adlar, coğrafi terminlər, zoo-
nimlər, oykonimlər, oronimlər astronomik adlar vardır. Bu tipli lek-
sik anlayışların izahını biz əksər hallarda tərcümənin müvafiq səhi-
fəsində vermişik. Məsələn, “Aynagül”, “Azulı”, “Atasu”, “Kara-
tau”, “Karaşa”, “Közgöl”, “Kızdıgöl”, “Kırlıqala” kimi yer adları; 
əfsanəvi “Dariqa”, – batır-qız, “İlyas” – Bibliyadakı İliya peyğəm-
bərə yaxın obraz, “Qəmbər” – su kultu ilə bağlı olan qədim allahlar-
dan birinin adı, “Qeys-Kövsər” – müsəlmanların inancına görə cən-
nət bulağı; “Kuptan” – namazın sonuncusu, “Namaz digər” – üçün-
cü namaz, “Namazşam” – dördüncü namaz, “Qiblə” – Məkkəyə yön 
tutma, “Pir” – müqəddəs qoca, milli oyun növləri “kokpar”, milli 


 Nizami Tağısoy 
 
140
alət adları “tuqer” və s. söz və ifadələr tərcümə oxucusuna tərəfi-
mizdən mümkün qədər düzgün izah olunmuşdur.  
“Manas”, “Koroğlu”, “Alpamış”da olduğu kimi, “Koblandı 
batır” dastanında da baş  qəhrəman obrazının mahiyyətini ifadə et-
mək üçün epitet, hiperbola və müqayisələrdən gen-bol istifadə olu-
nur. Koblandı əsərdə əvəzsiz batır kimi təqdim olunur. Yəni o, ye-
ganədir, qoçaqdır, ata-anasının gözünün işığıdır. Ona valideynləri 
“şırağım” (yəni “çırağım”) – deyə müraciət edirlər, o, şahindir, daş-
dan bərkdir, dözümlüdür, anadan da batır kimi doğulub. Batırın 
portreti zəngindir: onun Bulqar kamanının Buxara oxu var, nizəsi-
nin gövdəsi ən bərk ağacdandır, nizəsinin qabı gümüşdən və qızıl-
dandır, qalxanı almaz kimi itidir. Özü isə olduqca nəhəngdir, düş-
məni qurd qoyunu didib-dağıdan kimi didib-dağıdır, döyüşdə  nər 
kimi qızır, düşmən onun hücumundan qulun pələngdən qaçan kimi 
qaçır və s. Yəni bütün məqamlarda batırın fərdi, heç kimə xas olma-
yan xüsusiyyətləri qeyd olunur:  
 
Kastarı töten salınğan, 
Keyline alğa tabılğan, 
İzgeqen düştap şabılğan, 
Kobağan murın, koy gözgi 
Qalma betti, nur yüzdi.   (s.174) 
 
Tərcümədə:  
 
Koblana oxşar gəldi,  
Qaşlı-qabaqlı batır, 
Düşmənə əzab verən,  
Cəsur hücuma keçən, 
İri burun, sarıgöz, 
Göyçək, nur üzlü batır.  
 
Batırla bağlı  tətbiq olunmuş troplar, epitetlər, hiperbolalar 
türk xalqlarının digər qəhrəmanlıq eposu üçün də xarakterikdir. 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə