Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə45/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   41   42   43   44   45   46   47   48   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
141
Epik qaydalara uyğun olaraq batır öz döyüş dostu olan atından 
(Tayburıldan) və yaxınlarından – bacısı Qarlıqaş, sevgilisi Qurtqa 
və b. ayrılmazdır. Ənənəvi epitetlər və müqayisələr onun tülparının 
yüksək keyfiyyət göstəricisinə malik olduğunu sübut edir. Atın mö-
cüzəliyi onun bəzi detallarının sadalanması ilə qeyd olunur – çulu 
qızılla tikilib, yəhər qayışı  qızıldan, qızıl yüyəni, qızıl nalları, dəri 
tərliyi və s. vardır. Bundan başqa, tülparın digər keyfiyyətlərindən 
də danışılır:  
 
Altın, kumis kıyak jal,  
Lebizin senin sarı altın,  
Üstindeqi tüqinnin 
Jarı kümis, jarı altın,  
Jan sepirim, Burıl at.    (s.103) 
 
Bu sətirləri tərcümədə aşağıdakı kimi vermişik:  
 
Quyruğu sıx, yumşaq yal,  
Altundur, gümüşdür yal.  
Sanki səsi altundur, 
Tüklər gümüş, altundur. 
Can özəyim, Burıl at.  
 
“Koblandı batır” eposunun poetikasını xeyli dərəcədə  bədii 
priyomlar kompleksi xarakterizə edir ki, bu, yuxarıda qeyd etdiyi-
miz kimi, ümumtürk ənənəsi ilə müəyyənləşir. Batır, onun yaxınla-
rı, silahdaşları daimi işlənən epitet, metafora və müqayisələrlə fərq-
lənir. O, güclü heyvanlarla, quşlarla müqayisə olunur, onlara bən-
zədilir, məsələn, şirə, pələngə, canavara, qartala, şahinə, nərə, qoş-
qara; gənc batır isə quzuya, quluna, köşəyə  bənzədilir. Məsələn, 
“Koblandı batır”ı, yaxud digər batırları “Arıstanım”, “Arıstan Kob-
landı”, “jolbarsım”, “quzum”, “qulunum”, deyə çağırırlar ki, onlar 
qədim  ənənələrə görə  cəsurluq, ruh yüksəkliyi ifadəçisi kimi nəzər-
dən keçirilir.  


 Nizami Tağısoy 
 
142
“Koblandı batır” qəhrəmanlıq dastanı qədim qazax şeir nümu-
nəsinə (jıra) söykənərək yeddi-səkkiz hecalıqla yazıya alınmışdır. 
Qazax jır metrikasının özünəməxsusluğu onunla müəyyənləşir ki, 
qazax şeirinin digər növləri də məhz heca prinsipinə əsaslanır. Yed-
di hecalıq aramla səkkiz hecalığa və əksinə keçərək davam edir. Jır 
ciddi bənd təşkilindən məhrumdur. Lakin poetik nitq jırda bir neçə 
qrup şeirə bölünür ki, o, tiradanın müxtəlif həcmini təşkil edir. Tira-
da təxminən dörd-beş sətirdən tutmuş iyirmi beş və daha artıq sətir-
lər qrupudur ki, onlar məna, intonasiya qapalılığı  və qafiyə ilə bir-
birinə birləşir.  Əksər hallarda tirada jırda bir neçə sadə cümlədən 
ibarət olmaqla, intonasiya-sintaktik dövrə yaradır.  
Tiradalar jırda dörd, altı sətirdən ibarət nitq dövrələri ilə çar-
pazlaşır. Bəzən tiradada iri cümlələr ola bilir ki, onların  əsasında 
sintaktik paralelizm, təkrarlar özünə yer alır. Sonuncu fikri tamam-
layan baş cümlə bəzən bir neçə feli sifət, feli bağlama dövrəsini qa-
patmaqla emosional gərginliyin artmasını həll edir.   
Qazax jırında iki növ – əsas və köməkçi qafiyə olur. Jırda va-
hid  əsas qafiyədən istifadə mühüm əhəmiyyətə malikdir. Hər dəfə 
yenidən yarandıqda o, poetik nitqin intonasiya gərginliyini müla-
yimləşdirir, köməkçi qafiyə isə yalnız bir neçə  əsas qafiyədən kə-
narda olanları  əhatə edir. Və  hər dəfə  də  əsas qafiyə yarandıqdan 
sonra köməkçi qafiyə yeniləşir.  
Tərcümə zamanı biz qazax jırının yeddi-səkkiz hecalığını 
Azərbaycan şeirinin yeddi-səkkizlik heca vəzni ilə verməyə çalışdıq.  
“Koblandı batır”ın rus tərcüməsindən fərqli olaraq, biz bu 
dastanda hərfi (sətri) tərcümədən mümkün qədərə kənarlaşmağa ça-
lışdıq. Bu isə xeyli çətinliklərlə bağlıdır.  İlk növbədə qazax xalq 
poeziyasının  ənənəvi obrazlılığı spesifikdir və xeyli məqamlarda 
Azərbaycan türkcəsində ekvivalent tapmaq problem yaratmışdır. 
Bundan başqa, tərcümə zamanı heç də bütün hallarda orijinalın sin-
taktik xüsusiyyətləri saxlanılmır. Bəzən cümlələr, poetik nitq bir ne-
çə sadə konstruksiyalarla verilir, bəzən felin zaman, növ kimi göstə-
ricilərini də saxlamaq mümkün olmadıqda biz onları  dəyişdirərək 
tərcümənin özünə uyğun şəkildə təqdim etməyə çalışmışıq.  
 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
143
 
ƏDƏBİYYAT 
 
1.  Кидайш-Покровская  Н.В.  Перевод  тюркоязычных    эпиче-
ских памятников в академической серии. – Фольклор. Издание эпоса 
kitabında. M., Наука, 1977.  
2. Kобланды Батыр. Казак халкынын батырлык эросы. М.: Нау-
ка, 1975. 
3. Гоголь Н.В. Полн. собр.соч. В.14-ти т., Т.8. М., Гослитиздат, 
1952.  
4. Львов В. Заметки крохобора. “Дружба народов”, 1982, №6. 
5.  Нелюбин  Л.А.  Толковый  переводоведческий  словарь.  М., 
Флинта наука, 2003.  
6. Скосырев П. Наследство и поиски. М., Сов.писатель, 1961.  
  


 Nizami Tağısoy 
 
144
 
QARAQALPAQLAR:  
ETNOGENEZ VƏ EPOS 
 
Qaraqalpaqlar, onların tarixi, etnogenezi, məskunlaşdığı coğ-
rafi ərazi, folkloru, ədəbi-mədəni həyatı və s. haqqında Azərbaycan-
da məlumat olduqca azdır. Lakin nəzərə almaq lazımdır ki, bu xal-
qın zəngin tarixi keçmişi, çoxşaxəli etnogenezi, rəngarəng və çox-
janrlı  şifahi xalq yaradıcılığı mövcuddur. Məhz buna görə hesab 
edirik ki, türk xalqlarından biri olan qaraqalpaqlar haqqında daha 
müfəssəl məlumat verməyə böyük ehtiyac vardır. Bunu nəzərə ala-
raq qaraqalpaqların tarixi, etnogenezi, məskunlaşdığı ərazi, folkloru, 
ədəbiyyatı ilə bağlı oxucuların diqqətinə bəzi məlumatları çatdırmaq 
fikrindəyik. Mülahizələrimiz səmərəli olsun deyə əvvəl qaraqalpaq-
ların etnogenezinə və məskunlaşdığı əraziyə toxunmağı məqsədəuy-
ğun hesab edirik.  
Qaraqalpaqların mənşəyi ilə bağlı fikir və şərhlər uzun müd-
dət konkret həllini tapa bilməmişdir. Təxminən XX əsrin  əvvəllə-
rinə  qədər «qaraqalpaq» etnogenezi türk etnonimi olan «qarapa-
paq»la eyniləşdirilərək orta əsrlər dövründəki tayfalardan biri kimi 
göstərilmişdir. Daha doğrusu, alimlər Kiyev Rus dövləti əhalisinin 
tərkibinə daxil olan peçeneq-oğuz tayfalarını («çernıe klobuki» – 
«qarapapaqlar»la) qaraqalpaqlarla eyniləşdirirdilər. Hələ XIX əsrin 
30-cu illərindən tədqiqatçılar ərəb tarixçisi Rəşid-Əd-Dinin monqol-
ların Rusiya üzərinə yürüşündən bəhs edən əsərinə istinad etməklə 
«qarapapaqları» – «kaum-i kul-i sia» ilə müqayisə etməyə başlamış-
dılar. XIX əsrdə yaşamış  məşhur  şərqşünas Dosson «Monqolların 
tarixi» (1834-1835) əsərinin ikinci cildində Rəşid Əd-Dinin «Salna-
mələr məcmuə»sini təhlil edərkən, o, «qarapapaqlar»ın («qaraqal-
paqlar»ın) rus salnaməçilərinin dediyi qarapapaqlar olduğunu təs-
diqləyərək bu iki etnonimi ilk dəfə birləşdirmişdir. Həmin mövqeni 
professor N.İ.Berezin də «Batının hücumu» (5; 94-101; 6, 50-56) 
(1855) əsərində müdafiə etmişdir. Bundan başqa ərəb tarixçisi Ən-


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə