Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə48/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   44   45   46   47   48   49   50   51   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
151
tərəfin tayfasının şəcərəsini bilirdilər. Şəcərəni tayfanın hər bir üzvü 
bilməli idi, bu bilgi nəsildən nəslə keçməklə, zəncirvarı şəkildə daha 
da artır, zənginləşirdi. Heç olmazsa, 7-9-11 nəsildən olan xələfləri 
bilmək tələb olunurdu. Bu, bir tərəfdən, nəslin ulularına hörmətdən 
irəli gəlirdisə, digər tərəfdən, həm də ona görə vacib hesab edilirdi 
ki, ki, ata xətti ilə olan qohumlardan olanlarla evlənməyə yol veril-
məsin. Lakin bunu yerinə yetirmək heç də daim mümkün olmurdu. 
Buna baxmayaraq türk xalqlarının qəbilə-tayfa strukturunda şəcərə 
bu gün də yaşadılmaqdadır. Bu Anadolu türklərində  səjirə, Azər-
baycan türklərində – şəcərə, başqırdlarda – şejere, qaraqalpaqlarda 
və qazaxlarda – şejire, türkmənlərdə – səjrə, qırğızlarda – sanjıra və 
s.  şəklində  işlədilib qalmaqla yazıçıların yaradıcılığında, alimlərin 
epistolyar irsində saxlanılmaqdadır.  
Qaraqalpaqların tarixi, etnoqrafiyası, etnogenezi, məskunlaş-
dığı ərazi, folkloru ilə bağlı əfsanələrdə və yazılı əsərlərdə göstərilir 
ki, ən qədim qaraqalpaq qəbilələrindən olan qaraqalpaq-müytenlərin 
ulu babaları Xorəzm və farsların ulu babaları sak-sarmat-massaget 
tayfalarına gedib çıxır. Yerdə qalan qaraqalpaq qəbilələri ilə yanaşı, 
qazaxlar, noqaylar, «yomudlar» (daha doğrusu, bugünkü türkmən-
lər) və Orta Asiyada Şimala doğru yaşamış və yaşamaqda olan xalq-
lar tamamilə başqa soy-kökə, əsil-nəslə, ulu babaya gedib çıxır.  
Xalq genealogiyası uzun müddət ərzində yaddaşlarda yaşayan 
tarixi hadisələri 200, 300, 500, bəzən isə hətta minilliklər ərzində əf-
sanələri, lətifələri, nəğmələri – folklor ənənələrini yaşada bilirdi. 
Məsələn, elə götürək qaraqalpaqların qəhrəmanlıq salnaməsini  əks 
etdirən «Qırx qız» dastanını. Burada xalqın olduqca özünəməxsus 
zəngin və əski keçmişi öz əksini tapır.  
«Qırx qız» dastanının qədim elementlərini tədqiqatçılar məhz 
sak-sarmat-massaget mədəni  ənənələri ilə bağlayırlar. «Qırx qız» 
dastanında qaraqalpaqların  əcdadlarının qədim  ənənələri və arxaik 
sosial institutları  əks olunmuşdur. Dastanın tarixi kökləri ilə bağlı 
xeyli material və mənbələr, fikir və mülahizələr mövcuddur. Məsə-
lən, əgər biz «Qırx qız»ın əsas süjet xəttinə diqqət yetirilmiş olsaq, 
onun qədim matriarxat variantını sezmək mümkündür. Cəsur və gö-


 Nizami Tağısoy 
 
152
zəllər gözəli Gülayım otuz doqquz igid-rəfiqələri ilə uzaq bir adada 
– Sərkop qəsrində yaşamaqla, xalqını düşmən tapdağından müdafiə-
yə qalxır. Bəzi tədqiqatçılar (11, 67-71; 12, 6-19) «Qırx qız» eposu-
nun digər türk xalqlarının dastanları arasında analogiyasının olma-
dığını qeyd etsələr də, bizə elə gəlir ki, o qırğızların «Canıl Mırza» 
və qazaxların «Qız Jibek» poemalarındakı bir sıra məqamlarına gö-
rə analoji motivlərə malikdir.  
Müxtəlif xalqlara məxsus abidələrin orijinal və yaxud oxşar 
motivlərini araşdırmağa cəhd edən hər bir tədqiqatçı fikir və müla-
hizələrini söyləyərkən məsələyə bir qədər ehtiyatla yanaşmağı ba-
carmalıdır. Çünki analoji məqamlara diqqət yetirdikdə, xeyli maraq-
lı məsələlər ortaya çıxır. Bu, «Qırx qız»ın «Canıl Mırza» ilə müqa-
yisəsində daha mühüm şeylərə nəzər yetirməyə imkan verir
1
. Folk-
lor nümunələrindəki analoji fakt və hadisələrə, süjet və motivlərə 
diqqət yetirdikdə biz həm də müxtəlif xalqların tarixindəki yaxınlıq-
ları görə bilirik. Bu, bəzən nəinki qohum, eyni soy-kökə malik, həm 
də geneoloji baxımdan ilk baxışda yaxınlığı olmayan xalqlarda da 
özünü büruzə verə bilir (9, 89-92).  
Qaraqalpaqların etnogenezi ilə bağlı bütün məqamlara toxuna 
bilməsək də, hesab edirik ki, onların mənşəyinin bəzi məsələlərini 
açıqlaya bildik. Xalqın  şifahi yaradıcılığına güclü təsir edən etnik 
tərkib, mənşə barədə təsəvvür yaratmaq, onun folklorunun bu və ya 
digər xüsusiyyətləri haqqında təsəvvür yaratmağa da xeyli kömək 
edə bilər. Bu baxımdan «Qırx qız» dastanına müraciət edək. Və 
onun məzmununa qısaca nəzər salaq.  
Lap qədim zamanlarda Sərkop şəhərində Allahyar adlı bir bəy 
yaşayırmış. Onun 6 oğlu və Gülayım adlı bir qızı varmış. Gülayım 
on beş yaşına çatanda Meyvəli adasında onun üçün ayrıca malikanə 
tikilməsini və  ətrafının qəsrlə  əhatələnməsini atasından xahiş edir. 
Bu qız özü kimi qoçaq və cəngavər 39 qızı başına toplayıb, onlara 
nizə oynatmaq, ox atmaq, at çapmaq və hərb sənətinin sirlərinə yi-
yələnməyi öyrətməyə başlayır. Gülayım lap uşaqlıqdan döyüş sirlə-
                                                 
1
 Ìÿñÿëÿ êèôàéÿò ãÿäÿð ìàðàãëû îëäóüóíäàí, áó ïðîáëåìè «Ãàðàãàëïàã ÿäÿáèééà-
òû» êèòàáûíäà ýåíèø èøûãëàíäûðìûøûã. – Í.Ò.  


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
153
rinə yiyələnməkdə böyük məharət göstərirmiş. O, yaxşı bilirdi ki, 
kalmık xanı Surtaysa onun vətəninə çoxdan göz dikib, onu çökdür-
məyi qarşısına məqsəd qoyub.  
Qısa müddət  ərzində Gülayım rəfiqələri ilə birlikdə bu qəsri 
laləzara çevirir. Gülayımın gözəlliyi haqqında söz-söhbət az qala 
bütün dünyanı dolaşır. Çoxları onu özünə xanım etməyə çalışır, la-
kin o, heç kimə «hə» demir. Bu igidlərin arasında yalnız bir nəfər – 
Xorəzm bahadırı Arıslan onun ürəyincə idi.  
İş o yerə çatır ki, bəyin sürüsünü otaran çoban Jurındazın da 
qıza gözü düşür və o, onu ələ keçirmək üçün hiyləyə əl atır. Hətta 
elə  vəziyyət yaranır ki, az qala Jurındaz Gülayıma yiyələnəcəkdi. 
Toy günü müəyyənləşir, lakin həmin gün Gülayımı istəyən qoçaq-
lardan biri Jurındazı qətlə yetirir.  
Poemada iki süjet xətti paralel inkişaf edir. Xorəzmin  əksər 
hissəsini ələ keçirən İran hökmdarı Nadir şah Arıslanın bacısı Altı-
nayla evlənmək eşqinə düşür. Lakin Arıslanın yaşadığı ərazilər Na-
dir  şahın tapdağından çox-çox uzaqlarda idi. Buna baxmayaraq öz 
məkrli niyyətini işə salan şah Arıslanı Xorəzm torpağından çıxmağa 
məcbur edir. Nadir şah əvvəl elçilərini göndərir, sonra isə Altınayın 
ardınca özü gedir, lakin hər dəfə rədd cavabı alır. Şah böyük qoşun-
la ölkə üzərinə hücuma keçir. Qüvvələr nisbəti düşmən xeyrinə qat-
qat üstün olduğundan, Xorəzm məğlub olur, Altınay əsir düşür. La-
kin nə illah edirsə, şah qızı ələ ala bilmir ki, bilmir.  
Belə  gərgin məqamda həm də kalmık hökmdarı Surtayşa öz 
ordusu ilə  Sərkop üzərinə hücuma keçir. Tərslikdən hücum Güla-
yım başının dəstəsi – rəfiqələri ilə uzaq bir yerə  gəzintiyə getdiyi 
vaxta təsadüf edir. Sərkopda qan su yerinə axır. Surtayşa qalib gəlir. 
Ölkəni qarət edib, salamat qalmış insanları əsir götürüb geri qayıdır.  
Gəzintidən qayıdan Gülayım vəziyyətin gərginliyini görüb 
qızlarla birlikdə atasının qəbri üstə gedir, təhqir edilib, alçaldılmış 
Vətəninin və bir də atasının qisasını alacağına and içir. Surtayşanın 
dalınca gedir. Yolda Gülayım Xorəzm bahadırı Arıslanla rastlaşır. 
Onlar bir-birlərini tanıyırlar. Gülayım özünü Arıslana yaxın versə 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə