Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə49/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   45   46   47   48   49   50   51   52   ...   114

 Nizami Tağısoy 
 
154
də, onlar əvvəl vətən qarşısında içdikləri anda sadiq qalmağı ön pla-
na çəkirlər. Arıslan Gülayımın dəstəsinə qoşulur.  
Qisas qiyamətə qalmır. Surtayşanın ordusunu yerlə yeksan et-
dikdən sonra Gülayımla Arıslan doğma xalqı düşmən zülmündən 
azad edirlər. Onlar evlənirlər. Bu arada Arıslanla Gülayım Altınayın 
taleyindən xəbər tutur və ona köməyə çatmağa tələsirlər. Altınayı 
əsirlikdən qurtarıb, yeni hücum hazırlayırlar. Xorəzmi Nadir şah 
zülmündən xilas edib, xalqın  əbədi istədiyi  əmin-amanlığı ölkəyə 
gətirirlər.  
Düşmən darmadağın edilir. Gülayımla Arıslan ölkənin idarə-
çiliyini xalqın seçdiyi Xorəzm səhrasında yaşayan qaraqalpaq, öz-
bək, türkmən və qazaxlardan ibarət olan nümayəndələrə verirlər. 
Qırx qızla Arıslan qələbə ilə şad və xürrəm Sərkopa qayıdır və ora-
da Gülayımla xoşbəxt həyat sürməyə başlayırlar.  
Əsərin əsas məzmununu biz qısa şəkildə şərh etməyə çalışdıq. 
Bununla belə onun episentrində digər mühüm məsələlər də dayanır. 
Burada məqsəd baş qəhrəmanın qaraqalpaq qızı Gülayımın olması, 
həm də xalqın qədim və  zəngin  ənənəsində qadının aparıcı rolunu 
vurğulamağı ön plana çəkməkdir. Poemada belə bir məqam da var-
dır ki, Allahyar bəy kalmık xanı Surtayşa ilə əlbəyaxa döyüşdə udu-
zarkən (Surtayşa Allahyar bəyin başını xalqın gözü qarşısında kəs-
mişdir) bəyin bunu görən oğulları atalarına qahmar durmaq əvəzinə, 
meydandan qaçmağa çalışsalar da, Surtayşa onları da tutub öldürür. 
Gülayım isə qardaşlarından fərqli olaraq, atasının qanını yerdə qoy-
mur. Bundan başqa poemada müxtəlif türk xalqlarının dostluğu, on-
ların ölkəni birgə idarə etməsi, türk xalqları arasında lap qədim za-
manlardan düşmənə qarşı birlikdə mübarizə aparmaq kimi mühüm 
məsələlər də yer tutur. Təəssüf ki, müasir dövrdə biz türk xalqları-
nın bir-birinin təəssübünü çəkmədiyinin şahidi oluruq. Bu gün bu və 
eləcə də digər türk dastanlarında olan zəngin türk ənənələrini davam 
etdirməyə böyük ehtiyac vardır.  
«Qırx qız» poemasının orijinallığı, təkrarsızlığı, monumental-
lığı  və özünəməxsusluğu heç bir şübhə doğurmur və heç də yaxın 
keçmişi  əhatə etmir və, yuxarıda qeyd etdiyimiz kimi, matriarxat 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
155
dövrünə gedib çıxır. Bunu dastanın bir neçə variantda olması da təs-
diqləyir. Məsələn, hələ 1875-ci ildə bir qaraqalpaq qarısının söylə-
diyi nağıl əsasında rus səyyahı, coğrafiyaşünası, etnoqrafı N.Karazi-
nin təqdim etdiyi variantda məhz matriarxat dövrünün təfəkkür, psi-
xologiya və düşüncəsi öz əksini tapmışdır. «Qırx qız»ın bu variantı 
ilə tanış olan prof. S.P.Tolstov onu təhlil edərkən poemanın motiv-
lərini qədim Assuriya ənənələrinə bağlayır və  bəzən bir qədər də 
«irəliyə» gedərək, erməni mənbələrinə yaxınlığını da qeyd etməyə 
səy göstərir. Başqa sözlə desək, «Amerika kəşf etmək istəyir». La-
kin bütün hallarda bu nə sübuta yetirilmir, nə də heç bir konkret fakt 
və rəqəmlərlə təsdiq olunmur.  
«Qırx qız» dastanı bütün cəhətləri ilə sırf türk xalqlarının zən-
gin və çoxəsrlik qəhrəmanlıq ənənələrini yaşadan folklor nümunəsi 
kimi öz əski türk köklərindən qidalandığını göstərir.  Əsər kifayət 
qədər maraqlı olduğundan, onunla bağlı  məsələlərə bir neçə  dəfə 
qayıtmağı nəzərdə tuturuq.  
 
 
ƏDƏBİYYAT 
 
1. Äð. Êûðçûîüëó Ì.Ôàùðåòòèí. Êàðàïàïàêëàð. ßðçóðóì, Àòàòöðê Óíè-
âåðñèòÿñè Áàñûìåâè, 1972. 
2.  Документы  архива  Хивинских  ханов  по  истории  и  этногра-
фии каракалпаков. /Под ред. А.С.Твертинова. М.: «Наука», 1967. 
3. Этнография каракалпаков XIX – начала XX вв.: Материалы и 
исследования. Ташкент, 1980. 
4. Хозяйство Каракалпакии в XIX – начале XX вв. /Материалы 
к  историко-этнографическому  атласу  Средней  Азии  и  Казахстана.  
Ташкент, ФАН, 1972. 
5.  История  Каракалпакской  АССР.  В 2-х  т.,  Т. 1. Ташкент, 
ФАН, 1974. 
6.  История  Каракалпакской  AССР  (с  древнейших  времен  до 
наших дней). Ташкент, ФАН, 1986.  
7. Есбергенов Х., Атамуратов Т. Традиции и их преобразование 
в городском быту каракалпаков. Нукус, 1975. 


 Nizami Tağısoy 
 
156
8. Есбергенов Х. Обряды и верования каракалпаков, относящи-
еся к юрте. – В кн.: Кочевое жилище народов Средней Азии и Казах-
стана. М.: Наука, 2000. 
9. Məmmədov N. Ùèíä âÿ òöðê õàëãëàðûíûí åïîñóíäà öìóìè âÿ îõ-
øàð úÿùÿòëÿð – /«Ìàùàáùàðàòà» ùèíä âÿ «Ãûðõ ãûç» ãàðàãàëïàã äàñòàíëàðû-
íûí ìàòåðèàëû ÿñàñûíäà. – Áàêû Ñëàâéàí Óíèâåðñèòåòè. Ìöãàéèñÿëè ÿäÿáèé-
éàò. Û Áåéíÿëõàëã åëìè êîíôðàíñûí ìàòåðèàëëàðû. Áàêû, 2004. 
10. Òîüàí. Ýèðèø, Û 1970. ÛÛ Áàñêû.  
11.  Толстова  Л.С.  Древневосточные  антропонимические  ассо-
циации в каракалпакском историческом фольклоре. – В кн. Ономас-
тика Востока. М.: Наука, 1980. 
12. Толстова Л.С. Использование фольклора при изучении этн-
огенеза  и  этнокультурных  связей  народов. – В  кн.:  Фольклор  и 
историческая этнография. М., 1983.  


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
157
 
«MOLLA NƏSRƏDDİN»IN KIBRIS  
VƏ RUM (YUNAN) VARİANTLARI  
 
/ «Hoca Nasreddin» və «Aslani Hoca» / 
 
Məqalələrimizdən birində «Molla Nəsrəddin» lətifələrinin 
Anadoluda «Hoca Nasreddin» və Qaqauziyada «Nastradin Hoca» 
fıkraları ilə oxşar və  fərqli cəhətlərini nəzərdən keçirmiş, adlarını 
çəkdiyimiz regionlarda xalq arasında məşhur olan “Molla Nəsrəd-
din” fıkralarının bəzi tərəfləri ilə bağlı mülahizələrimizi oxuculara 
çatdırmışıq. “Molla Nəsrəddin” lətifələrinin yayılma arealına nəzər 
yetirib öyrəndikcə bu areal daha geniş ərazi və xalqları əhatə etdiyi-
ni görürük. Araşdırmalar nəticəsində müəyyənləşdirmişik ki, bu lə-
tifələr Kıbrısda da geniş yayılmışdır. 
 Kuzey Kıbrıs Türk folklorunun, etnoqrafiyasının, klassik ədə-
bi nümunələrinin yorulmaz tədqiqatçısı Harid Fəadinin poçt vasitəsi 
ilə bizə ünvanladığı «Kıbrıs Türk Kültürü. Makaleler – 1» Samtay 
Vakfı  tərəfindən 2004-cü ildə ödülə layiq görülmüş fundamental 
araşdırmalarında «Kıbrıstakı Hoca Nasreddin ya da Aslani Hoca» 
adlı məqaləsi də təqdim olunmuşdur.  
Məqalədə göstərilir ki, Hoca Nasreddin və ya Nasreddin Hoca 
adı altında yaşayan bu fıkralar Anadoludan tutmuş  Kıbrıs türkləri 
arasında geniş yayılmışdır. Hocanın bu fıkralarının başlıca qayəsi, 
bizdə olduğu kimi, insanlarda ali mədəni-mənəvi hissləri tərbiyə et-
mək məqsədini güdür. Harid Fədai yazır ki, fıkraların Nəsrəddin 
Hocaya aid olub-olmaması heç də başlıca  şərt deyildir, mühüm 
cəhət odur ki, onlar məhz onun adıyla bağlanmışdır. 1991-ci ildə 
İstanbulda nəşr olunmuş «Nasreddin Hoca» fıkralarını təqdim edən 
Alpay Kabacalının fikrincə bunlar «Nasreddin Hocanın fıkraları 
yox, Nasreddin Hoca» fıkralarıdır. 
Kıbrısda XX əsrin 90-cı illərinə qədər Nəsrəddin Hoca fıkra-
ları yazılı  şəkildə yayılmasa da, xalqın yaddaşında və dilində-ağz-
ında son dərəcə çox gəzib dolaşmışdı. Harid Fədai yazır: «Kahve-
kulüp konuşmalarının, özəl söhbətlərlə ailə toplantılarının çağrısız 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə