Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə50/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   46   47   48   49   50   51   52   53   ...   114

 Nizami Tağısoy 
 
158
konuğudur Nasreddin Hocamız» (Harid Fedai. Kıbrıstakı Hoca 
Nasreddin ya da Aslani Hoca. – Kıbrıs Türk Kültürü. Makaleler – 1. 
– Lefkoşa, 2005, s.399-kitabında). 
Elə burada tədqiqatçı sual verir: «Hocamız yalnız Türklər ara-
sında dolaşan bir fıkra tipimidir? Hayır. Kökeninə bakılmaksızın 
Rumlar arasında da benimsenmiş, kendisini kabul ettirmiştir» (Yenə 
orada, s.399). Eyni zamanda Rumlar arasında bu fıkralar «Aslani 
Hoca» adı altında söylənilir. Rumların (yunanların) dilində Aslani 
Hoca fıkra tipi Hocanın qarşılığında «papaz»a çevrilərək söylənilir. 
Türk Hocası Rum «Papaz»ına sahib çıxdıqda bunun tamamilə əksi 
olur ki, onun da təməlində tuhaflığın, komikliyin, muxtəlif xalq-
lardan (türklərdə və rumlarda) birində «Nasreddin Hoca», o birində 
isə «Papaz» kimi tanınmaqdadır. 
Qeyd etmək lazımdır ki, Kıbrısda Nasreddin Hoca fıkralarının 
yaxın keçmişə qədər bir kitabda toplanıb nəşr olunması baş vermə-
mişdi. Rumlar (yunanlar) Hoca Nasreddin fıkralarını  hələ 1937 və 
1939-cu illərdə müvafiq olaraq 16 və 8 səhifədən ibarət nəşr etdir-
miş və muxtəlif ad altında  («Nasreddin Hocanın Kahkahalarda Gül-
dürən Hikayeleri. Stavrinidis Matbaası. – Lefkoşa, 1939; Nasreddin 
Hocanın Hikayeleri. Kiryagidis Matbaası. – Lefkoşa, 1939») üç 
dəfə işıq üzü görmüşdür. 
Kıbrıs türklərinə gəlincə isə onlar 1929-cu ilin baharın sonla-
rında Kıbrısda latın  əlifbasından istifadə mümkün olduqdan sonra 
ibtidai məktəb  şagirdləri üçün Nasreddin Hocanın kitabdan yalnız 
bircə fıkrasını oxumağa müvəffəq olurlar. 1931-ci ildə rum üsyanın-
dan sonra regionda kitab nəşri yasağı mövcud idi. Türkiyədən kitab 
gətirilməsəydi, tədris kitabsız aparılırdı. Bu illərdə türk liseyi müdiri 
İsmayıl Hikmət bəy ibtidai məktəbin hər sinfi üçün oxu kitabları ha-
zırlayıb şagirdlərin köməyinə yetişmişdir (prof.İsmayıl Hikmət Or-
taylan – 1899-1967-ci illərdə yaşamışdır). 5-ci sinif şagirdləri üçün 
dərslikdə «Hocanın kuzusu» adlı  fıkranın bir variantı müxtəsər, 
uşaqların anlaya biləcəkləri şəkildə təqdim olunmuşdur. 
Nəsrəddin Hocanın fıkraları Kıbrısda mənzum şəkildə Türki-
yədən gəlmiş pedaqoq-şair  İbrahim Zəki Burdurlu  (1922-1984-cü 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
159
illərdə yaşamışdır) tərəfindən yayılmışdır. Bu fıkralar (cəmi 33 
ədəd) Lefkoşada təxminən bir il ərzində (noyabr 1951 – oktyabr 
1952) «Bozkurt qazetesi»ndə ardıcıl olaraq oxuculara çatdırılsa da, 
ayrıca kitab kimi nəşr olunmamışdır. Burdurlu fıkraların toplanması 
və nəşri üzərində işi sonra da davam etdirmişdir. 
Sonra Hoca Nəsrəddinin qırx ədəd fıkrasından ibarət olan bu 
kitab «Ömürsün Nasreddin Hocam» adıyla İzmirdə 1965-ci ildə işıq 
üzü görmüşdür. Lakin buna qədər 1954-cü ildə Sinasi Tekman 
«Nasreddin Hoca Şiirleri»ni Lefkoşada nəşr etdirmişdir. Bu kitab-
dakı 21 fıkradan ikisi nağıl şəklində verilmişdir. Fıkralardan birinin 
adı «Hoca ilə Papazlar» adlanır. Bu fıkrada Hocanın üç papazla 
mərc qurduğu (sınav) və bu sınaqdan üstün çıxması anladılır. Kitab-
çada fıkralara Ahmet H.Çizer səkkiz rəsm çəkmişdir. Üz qabığını 
Bener Hakkı Hakeri hazırlamışdır. 
Bundan sonra Bener Hakkı Hakeri Hocanın fıkralarını  mən-
zum şəkildə Lefkoşada nəşr etdirmişdir. 
1971-ci ildə Lefkoşada «Nasreddin Hoca və  Kıbrıs» adlı ki-
tabça şəkilli nəşr olunmuşdur. Şəkildə Hoca əldə quyruq tutaraq eş-
şəyi tərsinə minmiş Makariosun bağrından xəncərlənən türk gənci-
nin, çadırdakı insanların, yanıb külə dönmüş camilərin, partlayan 
bombaların, tel örgülərin rəsmləri var. 
Kıbrısda yaşanılan çarpıklı – tutarsızlıkları Başpiskopos Ma-
kariosun kişiligində Hocanın fıkra qəliblərinə tökərək dilə  gətirir. 
Fıkralarda Kıbrısı Yunanıstana bağlamaq fıkri ilə yola çıxan Maka-
riosun 1974-cü il hərəkatıyla gələn ortamda mənzum halda tragi-ko-
mik anlamı vardır. Burada əzəli hoca-papaz ikiləmində bu an Nəs-
rəddin Hocanın qarşısına Başpiskopos Makariosun çıxarıldığını gö-
rürük. Tədqiqatçı Kutlu Adalı bu kitabçanın 1989-cu ildə Ankarada 
düzənlənən Birinci Milletlerarası Nasreddin Hoca Sempoziyumu 
Bildirilerinin materiallarında müvafiq nümunələrlə vermişdir. Orada 
verilmiş nümunələrdən birində aşağıdakıları oxuyuruq: «Bizim Kıb-
rıs adası da tarih boyunca doğuran bir kazandır»! Çerçi Kıbrıs için 
Akdenizin batmayan uçak gemisi denir ama, aslında o bir doğurğan 


 Nizami Tağısoy 
 
160
Nasreddin Hoca kazanıdır. Bu kazanın içine bugüne degin Doğu 
Akdenize ve Ortadoğuya kimler  olmuşsa girmişlerdir.  
Ve bu kazanın içinde tencereler doğurmuşlardır!! 
Göründüyü kimi, Molla Nasreddin lətifələri son dərəcə geniş 
bir arealda yayılmışdır. Yeri gəlmişkən qeyd edək ki, bu lətifələr 
həm də Şimali Qafqazda yaşayan türklər - qaraçaylar, malkarlar və 
noğaylar arasında «Nasr Xoca» lətifələri adı altında söylənilir. Gələ-
cəkdə biz bu regionlarda söylənilən Molla Nəsrəddin lətifələrinin 
ideya-məzmun xüsusiyyətlərinə toxunmaq fikrindəyik.  
 
 
ƏDƏBİYYAT 
 
1. Fedai H. Kıbrıs Türk kültürü. Bildiriler // İstanbul, 2003. 
2. Fedai H. Kıbrıs Türk kültürü. Məqalələr / lefkoşa, 2005. 
3. Литература народов Карачаево-Черкессии. Черкесск, 1999. 
 
 
 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
161
 
 
“MOLLA NƏSRƏDDİN”/AZƏRBAYCAN/   
VƏ  “NASREDDİN HOCA” /QAQAUZİYA/  
 
Dünya xalqlarının folklor nümunələri sırasında türklərin 
“Molla Nəsrəddin” lətifələri xüsusi yer tutur. Bu lətifələrin yayıldığı 
coğrafi ərazilər o qədər genişdir ki, bəlkə onları, bu baxımdan, lap 
birinci yerə  də qoymaq olar. Düzdür, başqa xalqların da öz lətifə 
qəhrəmanları vardır: məsələn, ruslarda boyda balaca, ağılda dərin 
İvanuşka, Ukraynada Katiqoroşek, Belorusda – Nesterka, Tacikis-
tanda – Müşfiqi, Qazaxıstanda – Aldar Kosa, Qaraqalpaqstanda – 
Ömirbəy, Kareliyada – Kumoxa, Buryatiyada – Budamşu, Moldo-
vada – Tendale və Pekale və b. Molla Nəsrəddin daha geniş ərazi-
lərdə özünə məhəbbət qazandığından onu bir sıra xalqlar öz doğma 
lətifə  qəhrəmanı kimi dəyərləndirirmişlər. Azərbaycanda, Türkiyə-
də, Özbəkistanda, Türkmənistanda,  İranda, Balkanlarda, Bolqarıs-
tanda, Gürcüstanda, Qaquziyada, Bender qəzasında, Bucakda bu lə-
tifələr müxtəlif variantlarda, cüzi dəyişikliklərlə insanlar arasında 
bu gün də söylənilməkdədir.  Əlbəttə, müxtəlif xalqlar arasında bu 
lətifələrin oxşar, müştərək və fərqli cəhətlərinin bəzi xüsusiyyətləri 
folklorşünaslığımızda müxtəlif rakurslardan öyrənilmişdir. Əgər bu 
yönümdə “Molla Nəsrəddin”in Azərbaycan, Anadolu türkləri, öz-
bəklər, türkmənlərlə bağlı  məqamlara nəzər salınmışdırsa, “Molla 
Nəsrəddin” lətifələrinin Azərbaycan və qaqauz variantlarının müqa-
yisəli  şəkildə öyrənilməsi diqqət mərkəzində durmamışdır. Bunun 
da öz səbəbləri var. Çünki qaquzlar XX əsrin 90-cı illərinə qədər nə 
əvvəllər kompakt yaşadıqları Bolqarıstan, Rumıniya, nə də Moldo-
va ərazisində muxtariyyət əldə edə bilmədiklərindən xalqın folklo-
runun da sistemli və ardıcıl şəkildə öyrənilməsi üçün münbit şərait 
olmamışdır. Düzdür, XIX əsrdən başlayaraq qaqauzların etnoqrafi-
yası, folkloru, eposu, adət-ənənələri ilə bağlı tanınmış alimlər 
N.Derjavin, V.Moşkov, A.Manov, A.Zayonçkovski, M.Çakir və d., 
XX əsrin ortalarından bu yana isə D.Tanasoğlu, N.Baboğlu, S.Bul-


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə