Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə41/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   37   38   39   40   41   42   43   44   ...   114

 Nizami Tağısoy 
 
128
qəhrəmanlıq eposu “Koblandı batır”a müraciət etdik. Azərbaycan 
Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru filologiya 
elmləri doktoru, professor Hüseyn İsmayılovun dəstəyi ilə “Koblan-
dı batır”ın Azərbaycan türkcəsinə tərcümə olunması işinə başladıq.  
Qeyd edək ki, “Koblandı batır” dastanı ilə yaxın tanışlığımız 
hələ səksəninci illərdən başlamışdır. Məhz bu dövrdən bu sətirlərin 
müəllifi indiki Bakı Slavyan Universitetinin (o vaxtkı M.F.Axundov 
adına Azərbaycan Pedaqoji Rus dili və  Ədəbiyyatı  İnstitutu) rus-
sovet  ədəbiyyatı kafedrasında çalışarkən SSRİ xalqları  ədəbiyyatı 
fənnini aparırdı  və bu kursda əsasən Orta Asiya və Qazax ədəbiy-
yatları  tədris olunurdu. “Manas”, “Alpamış”, “Qırx qız”la yanaşı, 
həm də diqqətimizi “Koblandı batır”dakı monumentallıq, məzmun 
özünəməxsusluğu, kompozisiya spesifikliyi cəlb etmişdi. Təxminən 
həmin dövrlərdən də bu dastanın bəzi yerlərinin Azərbaycan türkcə-
sinə uyğunlaşdırılmasına başlamışdıq. Sonralar biz neçə dəfə Azər-
baycan radiosu ilə türk xalq dastanları, o cümlədən, “Koblandı ba-
tır” eposunun bu və ya digər keyfiyyətləri haqqında dinləyicilərə 
məlumat vermişdik. Qeyd etdiklərimizlə yanaşı, həm də türk etnos-
larına olan rəğbət “Koblandı batır”ın tərcüməsinin reallaşmasına 
xeyli dərəcədə kömək etdi. Məhz belə xüsusi hazırlıq dövründən 
sonra biz “Koblandı batır”ın Azərbaycan tərcüməsi üzərində diqqəti 
cəmləşdirməli olduq. Digər bir mühüm məqamı nəzərdən qaçırmaq 
olmaz. Belə ki, biz iyirmi ildən artıq bir zaman kəsiyində Qaraqal-
paq xalqının etnogenezini, folklorunu, psixologiyasını, həyata ba-
xışlarını, dünyagörüşünü, tətbiqi sənətini, mərasim adətlərini, klas-
sik və müasir ədəbiyyatını paralel olaraq öyrənir, bu xalqın sənəti, 
incəsənəti,  ədəbiyyatı üzərində müşahidələr aparmış  və bu istiqa-
mətdəki təhlillər qaraqalpaqların folkloruna vurğunluq, “Qırx qız” 
qəhrəmanlıq dastanının spesifik xüsusiyyətlərini dərindən öyrənmə 
bu xalqın nağıllarının Azərbaycan türkcəsinə  tərcüməsi ilə  nəticə-
ləndi və 2006-cı ildə “Qaraqalpaq xalq nağılları” kitabını  tələbkar 
oxucularımızın ixtiyarına verdik. “Qaraqalpaq xalq nağılları” ki-
tabını  tələbkar oxucularımızın ixtiyarına verdik. “Qaraqalpaq xalq 
nağılları” oxucu ictimaiyyəti tərəfindən yüksək qarşılandı və bu, qa-


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
129
raqalpaqlar haqqında xalqımızın təsəvvürlərini nəzərəçarpacaq dərə-
cədə genişləndirdi. “Nağıllar”ın ardınca isə biz “Qaraqalpaq ədəbiy-
yatı” kitabını oxuculara təqdim etdik. Qaraqalpaqların həyatı, folk-
loru, epik abidələri üzərində iş bizi həm də qazaxların mədəni-mə-
nəvi aləminə daha da yaxınlaşdırdı. Yeri gəlmişkən qeyd edək ki, 
həm qazaxlar, həm qaraqalpaqlar qıpçaq türkləridir, hər ikisinin 
çoxsaylı etnogenetik, etnopsixoloji, etnomədəni yaxınlıqları möv-
cuddur. Uzun zaman kəsiyində qazaxlar və qaraqalpaqlar Noğay 
Ordası və Qızıl Orda tərkibində olmuş, yadelli düşmənlərə qarşı bir-
gə müqavimət göstərmiş, adət-ənənələri bir-birindən qaynaq almış, 
inkişaf etmişdir. Bəzən eyniadlı  qəhrəmanlıq dastanları, məhəbbət 
poemaları, tarixi nəğmələr, həm qazaxların, həm də qaraqalpaqların 
milli-mədəni sərvəti kimi dəyərləndirilmiş  və  dəyərləndirilməkdə-
dir. Bütün bunlar nəzər diqqətimizin “Koblandı batır” üzərinə yö-
nəlməsini daha da aktuallaşdırdı və biz “Koblandı batır”ın sistemli 
tərcüməsinə başladıq.  
Mənbə olaraq 1975-ci ildə Moskvada Şərq  Ədəbiyyatı baş 
Redaksiyasının təklifi ilə “Nauka” nəşriyyatında SSRİ Elmlər Aka-
demiyasının A.M.Qorki adına Dünya Ədəbiyyatı  və Qazaxıstan 
SSR Elmlər Akademiyasının M.Auezov adına Ədəbiyyat və İncəsə-
nət  İnstitutunun birgə hazırladığı “Koblandı batır” qazax xalqının 
batırlıq eposu kitabında qazax və rus dillərində oxuculara təqdim 
olunmuş mənbəyə istinad edərək altı min dörd yüz doxsan sətirdən 
ibarət mətni götürüb, həm qazax, həm də rus dilində  dəfələrlə 
oxuduq, yer adları, obrazlar, idiomatik ifadələr, spesifik, sırf qazax 
leksik-semantik çevrəsində işlənən hallarda zəruri hesab etdikdə rus 
dilində elə həmin bu kitabda təqdim olunmuş sətri tərcüməylə tutuş-
durduq, hansı söz, məna və ifadənin konkret çevrədə daha dolğun 
səslənməsini və yerinə düşməsini yəqin etdikdən sonra onlardan çe-
virmədə istifadə etdik.  
Qeyd edək ki, “Koblandı batır” qəhrəmanlıq dastanı N.V.Ki-
dayş-Pokrovskaya və O.A.Nurmaqambetova tərəfindən nəşrə hazır-
lanmışdır. Dastanın həm qazax, həm də qeyri-türk xalqları üçün 
əsaslı  şəkildə qavranılması ilə bağlı  tədqiqatçılar kitaba “Koblandı 


 Nizami Tağısoy 
 
130
batır” qəhrəmanlıq poeması” adlı geniş  məqalə  də yazmışlar. Bu 
məqalədə “Koblandı batır”ın yaranma tarixi, onun qazax xalq şifahi 
yaradıcılığında və epik təfəkkür tərzində yeri, əsərdə qazaxların 
dünyagörüşünün əks olunması, baş qəhrəmanlar, əsas obrazlar haq-
qında məlumatlar, kontominasiyalar, islam düşüncə tərzinin, müsəl-
manlığın dastanının poetikasına təsiri, yadelli işğalçılara qarşı mü-
barizə batırlıq  ənənələri və s. məsələlərə diqqət yetirilmişdir. Bir 
sözlə, “Koblandı batır”ın poetikası ilə bağlı dəyərli fikirlər irəli sü-
rülmüşdür.  
“Koblandı batır” qazax xalqının epik poeziyasının möhtəşəm 
nümunəsidir. Qəhrəmanlıq poemaları sırasında irihəcmliliyi ilə seçi-
lən bu əsər bəzi variantlarda altı-doqquz min sətirdən ibarətdir. 
“Koblandı batır”ın dövrümüzə çatmasında söyləyici-improvizatorla-
rın, jırau və akınların rolu danılmazdır. Böyük etnoqraf və folklor-
şünas G.G.Valixanov hələ XIX əsrin ortalarında bu şairlərin  əsəri 
heç bir hazırlıq olmadan söyləyərkən yüksək ustalıqlarını qeyd et-
mişdir.  
“Koblandı batır”ın ilk yazıya alınması XIX əsrin sonu XX əs-
rin  əvvəllərinə  təsadüf edir. O əvvəl “Dala yalayatı” (1899) “Tur-
kestanskiye vedomosti” (1899), “Turqay qəzeti” (1901) kimi dövri 
mətbuat orqanlarında, sonra isə “Qaraqıpçak Koblandı-batır”  adı 
altında akın Birjan Tolembayev tərəfindən ifa olunmuş şəkildə ərəb 
qrafikası ilə, 1914-cü ildə Mahmudsultan Tuyakbayev tərəfindən 
Kazanda nəşr olunmuşdur. Koblandı-batır” adı ilə epik əsərlər tatar-
larda və qaraqalpaqlarda da olmuş  və onları vaxtı ilə  akad. 
V.V.Radlov 1872-ci ildə “Türk qəbilələrinin xalq ədəbiyyatı nümu-
nələri” kitabının IV cildində oxuculara təqdim etmişdir. Bununla 
qeyd etmək istəyirik ki, “Koblandı batır” heç də yalnız qazaxların 
yox, həm də qaraqalpaqların, noqayların, krım tatarlarının abidəsi 
hesab edilməkdədir. Bununla belə, məqsədimiz burada heç də müx-
təlif türk xalqlarına aid olan variantları araşdırıb nəzəri və praktik 
ümumiləşdirmələr aparmaq yox, “Koblandı batır”ın Azərbaycan 
türkcəsinə  tərcüməsi zamanı hansı prinsipləri  əsas götürüb, onun 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə