Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə42/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   38   39   40   41   42   43   44   45   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
131
milli xüsusiyyətlərimizə uyğun olaraq dilimizdə  səsləndirilməsinə 
diqqəti yönəltməkdən ibarətdir.  
“Koblandı-batır”ın Azərbaycan türkcəsinə  tərcüməsi zamanı 
biz hər şeydən əvvəl tərcümənin orijinalın xarakterik xüsusiyyətlə-
rini saxlamağa, orijinal mətnin “üslubi açarı”ının təbiiliyini qoruma-
ğa çalışmışıq. Təbii ki, “Koblandı-batır”ın xarakterik xüsusiyyətlə-
rini yalnız tərcümə praktikasını bilməklə həyata keçirmək olmazdı. 
Burada ilk növbədə köməyimizə gələn yaradıcı təsəvvürlərlə tədqi-
qatçılıq bacarığını üzvi şəkildə birləşdirmək oldu. Daha doğrusu
tərcümənin tarixi, nəzəriyyəsi və praktikasının  əsaslarını yetərincə 
mənimsəmə, milli özünəməxsusluq və onun tərcümə zamanı sax-
lanılması  nəyin köməyi ilə yaranır probleminə dürüst cavab axtar-
mağımız bu tərcümənin orijinal səslənməsinə şərait yaratdı.  
Rus tərcüməşünası L.L.Nelyubin tərcümənin otuzdan yuxarı 
müxtəlif anlayışı əks etdirdiyini müəyyənləşdirmişdir.  
Bu müddəalardan hər biri müxtəlif müstəvilərdə məqbul sayıl-
sa da, bir müddəa, zənnimizcə, tərcümədə daha əsaslıdır: bu, əslin 
elə tam şəkildə verilməsidir ki, orada hər hansı  kənarlaşmaya yol 
vermədən dolğun  əvəzlənmə aparılmalıdır (5, 140). Eyni zamanda 
bu da yaddan çıxarılmamalıdır ki, tərcümə-orijinalın izahıdır. Çünki 
elə etmək lazımdır ki, tərcümədə hər şey oxucuya aydın olsun. Buna 
görə də bədii sözün digər dildə verilməsindən söhbət getdikdə türk 
xalqlarının epik yaradıcılığında çoxmənalılıq, metaforiklik və digər 
bədii təsvir vasitələrindən yerli-yerində istifadəni də nəzərdən qaçır-
maq məsələyə münasibətdə diletantlıq kimi görünərdi. Bununla belə 
əslin dürüst çatdırılması heç də yalnız dil vasitələrinin axtarılıb ta-
pılması orijinalın obrazlı sözlərini çevirməklə  məhdudlaşmır. Belə 
monumental əsərlərin tərcüməsində mütərcimin, həm də folklorşü-
naslıq və ədəbiyyatşünaslıq çərçivələrindən kənara çıxmasını ortaya 
gətirir ki, burada ondan tərcümə etdiyi xalqın mədəniyyətini, baxış-
larını, tarixini, etnoqrafiyasını, epik düşüncəsini bilməsi və s. tələb 
olunur. Tərcüməşünaslardan birinin dediyi kimi, tərcüməsi bu gün 
konkret mədəniyyətin nümayəndəsidir. Burada, o, əsil ölkəşünas, 
tarixçi  və  sənətkar olmalıdır” (4, 256). Elə buna görə  də N.V.Ki-


 Nizami Tağısoy 
 
132
dayş-Pоkrovskaya bildirir ki, məhz bunlar ənənəvi xarakterli poetik 
ifadələrin, arxaizmlərin, realilərin, anlayış  və adların, atalar sözü-
nün, spesifik obrazlılığın tam şəkildə başa düşülməsinə və tərcümə 
dilində verilməsinə şərait yaradır (1, 130). Doğrudan da, bunları bil-
mədən tərcümə  mətninin milli-xarakterik mahiyyətini nə duymaq, 
nə də onu tərcümə edərkən itkilərdən kənarlaşmaq mümkün olar.  
“Koblandı-batır”ın Azərbaycan türkcəsinə  tərcüməsinə belə 
bir mövqedən yanaşma, elə  zənn edirik ki, iş prosesində karımıza 
gəldi. Poemanın tərcüməsi zamanı biz doğru-dürüst tərcüməyə (hər-
fi tərcüməyə yox) üstünlük verdik. Çalışdıq ki, qazax dilinin və qa-
zax xalq şeirinin yüksək məna dəqiqliyini saxlamaqla bu qədim abi-
dənin ümumi ideya-bədii məzmununu öz müasirlərimizə mümkün 
qədər itkisiz çatdıraq. Bu isə, təbii ki, o deməkdir ki, tərcümədə biz 
heç də sözləri saxlamağa üstünlük vermək yox, mənanı və orijinalın 
bədii-ifadə strukturunu çatdırmağa meylli olduq. Bilərək ki, hərfi 
(həm də  sətri) tərcümə orijinala münasibətdə heç də  səmərəli üsul 
hesab edilə bilməz və sərbəst tərcümə zamanı orijinal tərcümə olun-
madıqda ona ciddi ziyan dəyər, buna görə də bu yoldan da kənarlaş-
mağa üstünlük verdik. Elə etdik ki, tərcümədə təbiiliyi əldə etməklə 
tərcümənin orijinalla bərabər paralel mövcudluğuna nail olaq. Das-
tan belə başlayır:  
 
Keşeqi ötken zamanda,  
Kapakıpşak Koblandı.  
Atası munın Toktarbay 
Xalık man ackan boldı bay.  
Baylığında esep jok.  
Aydalın bağın jauıldı.  
Tört tulik maldın, bəri say,  
Jaz jaulauı Közgi köl, 
Közgi göldi jaylağan,  
Kalın kıpşak jağalay.
1
 (2, 65) 
                                                 
1
 Bundan sonra gətirdiyimiz nümunələr bu mənbədən olmaqla, səhifəsi mətndə 
göstəriləcəkdir. – N.T. 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
133
Xalq dastanlarının başlanğıcının dürüst tərcüməsi vacib oldu-
ğundan biz bu sətirləri mümkün qədər orijinalla uyğun olmaqla, di-
limizin leksik-semantik imkanlarından geniş istifadə etməklə tərcü-
mə etdik:  
 
Keçmiş, ötmüş zamanda,  
Yaşamışdı Koblandı.  
Atası onun Toktarbəy, 
Elin tanıdığı bəy, 
Malı çox, varı vardı.  
Otlaqlarda otlardı, 
Sürüləri saysızdı,  
Yaylağı Gözdi göldə.  
Gözdi gölə gedərdi,  
Qalın qıpçaq elləri
1
.  
 
İndi sətri tərcüməyə müraciət edək:  
 
Lap keçmiş zamanlarda,  
Qaraqıpçaq Koblandı vardı.  
Atasının adı Toktarbəy, 
Xalqdan asılı olmayan bəy. 
Varının sayı-hesabı yox idi,  
Sürüsü otlaqlarda otlayırdı.  
Yaz yaylağı Gözdi göl,  
Gözdi göldü yaylağı.  
Qalın Qıpçaq yaylamağa ora gedirdi
2
. (2, 65) 
 
Sətri tərcüməni orijinalla və poetik tərcümə ilə tutuşdurduqda 
onunla orijinal və tərcümə arasında xeyli fərqlərin meydana çıxdığı-
                                                 
1
 Tərcümə hələ nəşr olunmadığından nümunələri əlyazmasından gətirməyə məc-
buruq – N.T. Bundan sonra mətndə bu əlyazmasından istifadə olunacaqdır. – N.T.  
2
 Sətri tərcümə bizimdir – N.T. 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə