Etnos
v
ə epos: keçmişdən bugünə
131
milli xüsusiyyətlərimizə uyğun olaraq dilimizdə səsləndirilməsinə
diqqəti yönəltməkdən ibarətdir.
“Koblandı-batır”ın Azərbaycan türkcəsinə tərcüməsi zamanı
biz hər şeydən əvvəl tərcümənin orijinalın xarakterik xüsusiyyətlə-
rini saxlamağa, orijinal mətnin “üslubi açarı”ının təbiiliyini qoruma-
ğa çalışmışıq. Təbii ki, “Koblandı-batır”ın xarakterik xüsusiyyətlə-
rini yalnız tərcümə praktikasını bilməklə həyata keçirmək olmazdı.
Burada ilk növbədə köməyimizə gələn yaradıcı təsəvvürlərlə tədqi-
qatçılıq bacarığını üzvi şəkildə birləşdirmək oldu.
Daha doğrusu,
tərcümənin tarixi, nəzəriyyəsi və praktikasının əsaslarını yetərincə
mənimsəmə, milli özünəməxsusluq və onun tərcümə zamanı sax-
lanılması nəyin köməyi ilə yaranır probleminə dürüst cavab axtar-
mağımız bu tərcümənin orijinal səslənməsinə şərait yaratdı.
Rus tərcüməşünası L.L.Nelyubin tərcümənin otuzdan yuxarı
müxtəlif anlayışı əks etdirdiyini müəyyənləşdirmişdir.
Bu müddəalardan hər biri müxtəlif müstəvilərdə məqbul sayıl-
sa da, bir müddəa, zənnimizcə, tərcümədə daha əsaslıdır: bu, əslin
elə tam şəkildə verilməsidir ki, orada hər hansı kənarlaşmaya yol
vermədən dolğun əvəzlənmə aparılmalıdır (5, 140). Eyni zamanda
bu da yaddan çıxarılmamalıdır ki, tərcümə-orijinalın izahıdır. Çünki
elə etmək lazımdır ki, tərcümədə hər şey oxucuya aydın olsun. Buna
görə də bədii sözün digər dildə verilməsindən söhbət getdikdə türk
xalqlarının epik yaradıcılığında çoxmənalılıq, metaforiklik və digər
bədii təsvir vasitələrindən yerli-yerində istifadəni də nəzərdən qaçır-
maq məsələyə münasibətdə diletantlıq kimi görünərdi.
Bununla belə
əslin dürüst çatdırılması heç də yalnız dil vasitələrinin axtarılıb ta-
pılması orijinalın obrazlı sözlərini çevirməklə məhdudlaşmır. Belə
monumental əsərlərin tərcüməsində mütərcimin, həm də folklorşü-
naslıq və ədəbiyyatşünaslıq çərçivələrindən kənara çıxmasını ortaya
gətirir ki, burada ondan tərcümə etdiyi xalqın mədəniyyətini, baxış-
larını, tarixini, etnoqrafiyasını, epik düşüncəsini bilməsi və s. tələb
olunur. Tərcüməşünaslardan birinin dediyi kimi, tərcüməsi bu gün
konkret mədəniyyətin nümayəndəsidir. Burada, o, əsil ölkəşünas,
tarixçi və sənətkar olmalıdır” (4, 256). Elə buna görə də N.V.Ki-
Nizami Tağısoy
132
dayş-Pоkrovskaya
bildirir ki, məhz bunlar ənənəvi xarakterli poetik
ifadələrin, arxaizmlərin, realilərin, anlayış və adların, atalar sözü-
nün, spesifik obrazlılığın tam şəkildə başa düşülməsinə və tərcümə
dilində verilməsinə şərait yaradır (1, 130). Doğrudan da, bunları bil-
mədən tərcümə mətninin milli-xarakterik mahiyyətini nə duymaq,
nə də onu tərcümə edərkən itkilərdən kənarlaşmaq mümkün olar.
“Koblandı-batır”ın Azərbaycan
türkcəsinə tərcüməsinə belə
bir mövqedən yanaşma, elə zənn edirik ki, iş prosesində karımıza
gəldi. Poemanın tərcüməsi zamanı biz doğru-dürüst tərcüməyə (hər-
fi tərcüməyə yox) üstünlük verdik. Çalışdıq ki, qazax dilinin və qa-
zax xalq şeirinin yüksək məna dəqiqliyini saxlamaqla bu qədim abi-
dənin ümumi ideya-bədii məzmununu öz müasirlərimizə mümkün
qədər itkisiz çatdıraq. Bu isə, təbii ki,
o deməkdir ki, tərcümədə biz
heç də sözləri saxlamağa üstünlük vermək yox, mənanı və orijinalın
bədii-ifadə strukturunu çatdırmağa meylli olduq. Bilərək ki, hərfi
(həm də sətri) tərcümə orijinala münasibətdə heç də səmərəli üsul
hesab edilə bilməz və sərbəst tərcümə zamanı orijinal tərcümə olun-
madıqda ona ciddi ziyan dəyər, buna görə də bu yoldan da kənarlaş-
mağa üstünlük verdik.
Elə etdik ki, tərcümədə təbiiliyi əldə etməklə
tərcümənin orijinalla bərabər paralel mövcudluğuna nail olaq. Das-
tan belə başlayır:
Keşeqi ötken zamanda,
Kapakıpşak Koblandı.
Atası munın Toktarbay
Xalık man ackan boldı bay.
Baylığında esep jok.
Aydalın bağın jauıldı.
Tört tulik maldın, bəri say,
Jaz jaulauı Közgi köl,
Közgi göldi jaylağan,
Kalın kıpşak jağalay.
1
(2, 65)
1
Bundan sonra gətirdiyimiz nümunələr bu mənbədən olmaqla, səhifəsi
mətndə
göstəriləcəkdir. – N.T.
Etnos
v
ə epos: keçmişdən bugünə
133
Xalq dastanlarının başlanğıcının dürüst tərcüməsi vacib oldu-
ğundan biz bu sətirləri mümkün qədər orijinalla uyğun olmaqla, di-
limizin leksik-semantik imkanlarından geniş istifadə etməklə tərcü-
mə etdik:
Keçmiş, ötmüş zamanda,
Yaşamışdı Koblandı.
Atası onun Toktarbəy,
Elin tanıdığı bəy,
Malı çox, varı vardı.
Otlaqlarda otlardı,
Sürüləri saysızdı,
Yaylağı Gözdi göldə.
Gözdi
gölə gedərdi,
Qalın qıpçaq elləri
1
.
İndi sətri tərcüməyə müraciət edək:
Lap keçmiş zamanlarda,
Qaraqıpçaq Koblandı vardı.
Atasının adı Toktarbəy,
Xalqdan asılı olmayan bəy.
Varının sayı-hesabı yox idi,
Sürüsü otlaqlarda otlayırdı.
Yaz yaylağı Gözdi göl,
Gözdi göldü yaylağı.
Qalın Qıpçaq yaylamağa ora gedirdi
2
. (2, 65)
Sətri tərcüməni orijinalla və poetik tərcümə ilə tutuşdurduqda
onunla orijinal və tərcümə arasında xeyli fərqlərin meydana çıxdığı-
1
Tərcümə hələ nəşr olunmadığından nümunələri əlyazmasından gətirməyə məc-
buruq – N.T. Bundan sonra mətndə bu əlyazmasından istifadə olunacaqdır. – N.T.
2
Sətri tərcümə bizimdir – N.T.