Nizami Tağısoy
124
edir, səsləndirilmiş, deyilmiş «cərimə»ni (nəməri) «Xan, taxtın
mübarək» deyib, bəyin stolunun üstünə atırlar.
Protoirey M.Çakir qaqauz toylarında olan ən mühüm məqam-
lardan biri haqqında belə danışır: «Güveenin evindən düün dooruler
gelinin evina, nereda gena gider kutlamaklar, tanşlar hem iilenmek-
lar gün kauşuncaya kadar. Emen bütün küü toplaner seslamaa muzi-
kayı, görma tanşları hem sırayı, da insannar, durarak ayakça yakın-
da, sokakda hem yanındakı aullarda, yavş sevinmekliklan siirederlar
düün terenomiyasını, yavaş lafederak.»
(10, 3-4).
Perihan Lokmanoğlu yazır: «Gelin kıza elbiseleri giydirilir.
Bu giysi «çatal don»dan ibarəttir. «Don» keten və kumaşındandır,
yarısı beyaz, yarısı da koyu renkdir. Beldən yukarısına ipekli bir
gömlekle «enteri» bunların üzərinə de kısa kollu bir «kontoş» gey-
dirilir. Gelin kiliseye giderken «piniş» giydirilir. Piniş bütün vücudu
örtər. Gelinlik kız saçlarını örer, arkadan iki kat «zülüf» keser, ba-
şına bir «fes» koyar, ətrafına bir «çember» sarar, üstünə altından bir
«takaltu» ilə «kalkan» və «visulka» başının arka tərəfinə bir çiçek
ön tarafına altunlar, boynuna mücevherlerle birlikdə «gerdanlık»,
kollarına isə bilerzik, belinə de sırma kemer takarlar»
(7, 51).
Qaqauzların toy-düyün adətləri ilə tanış olduqda biz onlarda,
ümumiyyətlə, digər türklər üçün xarakterik olan xüsusiyyətlərin şa-
hidi oluruq. Sadaladığımız mərasimlərin, ritualların, demək olar ki,
xeyli hissəsini biz nəinki Anadolu və Azərbaycan türklərində, həm
də digər türklərdə tapa bilirik. Qaqauzlarda da türklərdə olduğu ki-
mi, ailədə kişi və qadının rolu və yeri son dərəcə dürüst müəyyən-
ləşdirilmişdir və bütün hallarda üstünlük kişiyə verilmişdir. Bu heç
də qaqauzların feodal-patriarxal yaşam tərzinə önəm verilməkdən
yox, həm də türkçülükdə kişiyə verilən yerə uyğun seçimdən irəli
gələn cəhətdir.
Qaqauzların toy-düyün mərasimlərindən danışarkən onlardakı
toy nəğmələrindən danışmamaq da mümkün deyildir. Çünki digər
türk qövmlərində – qazaxlarda, özbəklərdə, qırğızlarda, qaraqalpaq-
larda, Azərbaycan və Anadolu türklərində, Sibiriya türklərində ol-
Etnos
v
ə epos: keçmişdən bugünə
125
duğu kimi, onlarda da toyqabağı və toy günü oxunan türkülər düyü-
nün tərkib hissəsi kimi nəzərdən keçirilməlidir.
Qazax, qırğız, qaraqalpaq və digər türk qövmlərində olan «toy
basdar», «jar-jar», «sınsu», «bet aşar» kimi mərasimlər öz məişət-ri-
tual mahiyyət və təyinatlarından başqa, həm də təntənəyə yığışanları
əyləndirmək, toyu-büsatı şən keçirmək məqsədini daşımaqdadır.
Qaqauzlarla qaraqalpaqların toy adət-ənənələrində xeyli yaxın
motivlər vardır. Biz hesab edirik ki, qaqauzlar-oğuzlar, qaraqalpaq-
lar-kıpçaqlarla bir soy kökə bağlı olsa da, onların genetik birliyini
sübut edən çoxsaylı məqamlar vardır. Çünki Qaraqalpaqstanda qa-
zax, qıpçaq, qazayaqlı və digər tayfa və qəbilələr olduğu kimi, qaqa-
uzların etnogenezində və bugunkü Qazaxıstanda qazax, qıpçaq, qaz-
ayaqlı tayfalarının adlarına rast gəlirik. Əgər genetik yaxınlıq güclü
olmasaydı, həm bu, həm də digər xalqlarda bu tayfaların da adı eyni
olmazdı. Əlbəttə, bu tamamilə başqa bir söhbətin mövzusudur. Bu-
na görə də biz məsələyə yerli-yataqlı qayıtmaq və onu dərindən
araşdırmaq fikrindəyik.
ƏDƏBİYYAT
1. Abdulla B. Azərbaycan mərasim folkloru. Bakı, Qismət, 2005.
2. Аникин В.П., Круглов J.Г. Русское народное поэтическое
творчество. Л.,Просвещение, 1987.
3. Yolоğlu G. Qaqouz folkloru. Bakı, Gənclik, 1996.
4. Kaya D. Qaqauz türklerinde dügünle ilgili terimler. «Sabaa yıl-
dızı» jurnalı, 2001, №14.
5. Каранфил В.И. Бытовая лексика гагаузского языка.-Автореф.
дисс. канд.филол.наук. Баку, 2004.
6. Кравцов Н.И. Русское народное поэтическое творчество. М.,
Просвещение, 1971, с.55;
7. Lokmanoğlu. Türk və qaqauz geleneklerinde benzerlikler. «Sa-
baa yıldızı» jurnalı, 1998, №5.
8. Мошков В.А. Гагаузы Бендерского уезда. Этнографические
очерки и материалы. Кишинев, 2004.
Nizami Tağısoy
126
9. Мошков В. Турецкие племена на Балканском полуострове.
Кишинев, «Елена-В.Л.»,2005.
10. Protoirey Çakir M. Qaqauzların düün adetleri. – «Sabaa yıldızı»
jurnalı, 2004, №29.
Etnos
v
ə epos: keçmişdən bugünə
127
QAZAX XALQ QƏHRƏMANLIQ DASTANI
“KOBLANDI BATIR”:
AZƏRBAYCAN TÜRKCƏSİNƏ TƏRCÜMƏ
PROBLEMLƏRİ
Türk xalqının epik abidələri, əsasən, yazıya alındıqdan sonra
digər xalqların ixtiyarına verilmişdir. Başqa xalqların türk epik abi-
dələri ilə tanışlığı yalnız onların bu və ya digər dillərə tərcümə olun-
duqdan sonra mümkün olmuşdur.
Təbii ki, hər bir epik abidə çoxsaylı söyləyicilərdən qələmə
alındıqdan sonra ona münasibət daha da ciddiləşmişdir. Epik əsərlə-
rin əsaslı nəşri bütün nöqteyi-nəzərdən daha mükəmməl variantı se-
çib ortaya qoymaqla reallaşır.
Türk xalqlarının epik abidələrinin Azərbaycan türkcəsinə el-
mi-bədii tərcüməsi praktikası heç də zəngin deyildir. Bu günə qədər
belə tərcümə işinin nəzəri, tarixi və praktik aspektləri də işlənib ha-
zırlanmamışdır. Bu isə, məlum olduğu kimi, türklərin epik yaradıcı-
lığının bir xalqın dilindən digərinə tərcümə işini xeyli dərəcədə çə-
tinləşdirir. Bəri başdan qeyd edək ki, əgər rus epik abidələri, bılina-
ları, tarixi nəğmələri və s. şifahi ədəbiyyat nümunələri Azərbaycan
türkcəsinə və Azərbaycan dastanları, digər xalq yaradıcılığı nümu-
nələri rus dilinə bir neçə dəfə tərcümə olunmuşsa, türk xalqlarının
zəngin mədəni-mənəvi sərvəti olan abidələr türklərinin bir-birinin
dillərinə tərcümə edilib uyğunlaşdırılmamışdır. Bunun, əsasən, türk-
lərin mental keçmişlərinə müəyyən dərəcədə diqqətsizliyi ilə əlaqə-
ləndirilməsi daha məntiqə uyğundur. Eyni zamanda, zəngin və qə-
dim sakral abidələri ilə dünya xalqları arasında yer tutan türk epik
dastanları – “Manas”, “Alpamış”, “Koroğlu”, “Koblandı batır”,
“Yer Tarqın”, “Yer Ziuar”, “Qırx qız”, “Canıl Mirza”, “Ural Batır”,
“Maaday Qara”, “İdukay və Muradım”, “Olonxo”, “Nurgün bootu-
ur” və s. folklorşünasların yekdil fikrinə görə, bəşər övladının əvəz-
siz örnəklərindəndir. Belə olduğu halda, nə üçün bu nümunələri türk
xalqlarının özləri öz arasında tərcümə, uyğunlaşdırma yolu ilə bir-
birinə çatdırılmamalı idi?! Elə bu ehtiyac üzündən də biz qazax xalq
Dostları ilə paylaş: |