Etnos
v
ə epos: keçmişdən bugünə
121
adətən imkan dairəsində şənbəyə, yaxud hər hansı bayram gününə
salmağı məqsədəuyğun hesab edirlər. Oğlan evi qız evinə şərtləşdi-
rilmiş gün və saatı bildirir və dəstəylə yığılıb qız evinə gedirlər.
Əgər oğlan evinin bu istəklərinə qız evi uyğundursa, onda qı-
za elçi göndərilə bilər. Qaqauzlar elçini elə vaxt göndərmək istəyir-
lər ki, gedəndə qızı iş başında görə bilsin, onun əl qabiliyyətinin ne-
cə olduğuna inansın. Qaqauzlarda belə bir fikir var ki, evdə sobanın
qurumunu alan qızın üstünə onun bir dənəsi yapışmamalı, düşmə-
məlidir və onların fikrincə bunun özü də qızın bacarığını əks etdirən
əlamətdir. Oğlan tərəfi uzun müddət ərzində qız evini dərindən öy-
rənir. Bununla belə qız evi də öz növbəsində oğlan tərəfi dərindən,
hərtərəfli öyrənməklə məşğul olur. Oğlanın ağıllı-kamallı olması,
içkiyə meyli olub-olmaması, evləndikdən sonra ailə saxlaya biləcə-
yi, valideynləri ilə necə münasibətdə ola biləcəyi, fiziki və psixi cə-
hətdən sağlamlığı, xarici görkəmi, ədəb-ərkanı və s. məsələlər də-
rindən araşdırılır.
Beləliklə, hər iki tərəf bir-birini yaxşı tanıdıqdan (hər iki tərə-
fin maddi, mədəni, mənəvi, təsərrüfat və digər imkanları) xeyli gö-
tür-qoydan sonra razılıq əldə olursa, məhz «bağlantı» məqamına gə-
lib yetişirlər. Buna digər türk xalqlarından (Anadolu, Azərbaycan
türklərində) və slavyanlarda, o cümlədən ruslarda, ukraynalılarda,
belarus və digər toplumların toy adətlərində biz rast gələ bilirik.
«Bağlantı» Anadolu türklərində də «bağlantı» Azərbaycan
türklərində razılıq, ruslarda «baxış» («smotrin»dən sonra), «əl-ələ
tutmaq» («rukobitye») adəti vardır ki, bu məhz qız evində baş tutur
və bu, toyla bağlı mühüm məqamlardan biri hesab olunur (2. 88; 6,
55).
Qaqauzların adət-ənənələrini damla-damla, kəndbəkənd, oba-
baoba yığan V.Moşkov daha sonra göstərir ki, qaquzlar elçiliyi adə-
tən gecə vaxtı edirlər ki, onların qız almağa getdiklərini görən olma-
sın, Türkiyədən olan folklorçu Perihan Lokmanoğlu isə bildirir ki,
«qaqauzlarda ikinci defa bir bayram günü veya tatil günü yaxın ak-
rabadan iki kadın dünür olaraq gönderilir. Vakit ya sabah erkən sa-
atlerde ya da akşam alaca karanlıktadır» (7, 49).
Nizami Tağısoy
122
Bağlantı baş tutduqdan sonra qaqauzlar oturub yeyib içirlər.
Qız atasına da şərab süzürlər, oğlanın qohumlarından biri stəkanı
ona verir. O isə yerindən qalxıb ikona qarşısında üç dəfə xaç çəkir
və deyir: «Hadi şevkenize xayirli kademli saatta çekedelim, Allah
onnara böyük kesmet versin xem güzel anıl.» Qalanlarda təkrar
edir: «Allah versin».
Nəhayət «nişan», «nişan töreni», «çorta», «çoda» ya hazırlıq
başlanır.
Qaqauz nişanında dever deyilən sağdıcın rolu böyükdür. De-
ver nişan bayrağını hazırlayır. Azərbaycan türkləri nişan bayrağıı
hazırlamırlar. Bu bizlərdə əsasən qırmızı yaylıqdır ki, o həm oğlan
evi, həm də qız evi tərəfindən qız evinin darvazvsında yuxarıda da-
ha görüntülü yerdən asılır.
Oğlan evində çeşidli bir çəmbər hazırlanır. Çəmbərin dörd
küncünə kiçik altın, ortasına böyük bir altın qoyurlar. Qaqauzlarda
nişan şənbə günündən bazar gecəsinə təsadüf etməlidir. Nişan törə-
nində nəinki oğlan evi qız evinə, həm də qız evi oğlan evindən gə-
lən qohum-əqrabaya-kişilərə dəsmal, qadınlara isə yaylıq paylanılır.
Qızın başına «nişan çəmbəri» qoyduqdan sonra o, yavkulu hesab
olunur. Nişanlı qız məclisdə olanların ətrafında dövrə vuraraq onla-
rın əllərindən öpür. Nişan mərasimi başa çatdıqdan sonra dəvətlilər
musiqi sədaları altında, rəqs edə-edə evlərinə dağılışırlar.
Qaqauzlarda mərasimin ən yüksək zirvəsi toy-düyün günüdür.
Keçmişdə toya bütün kənd-köy dəvət edilər və o üç-dörd gün çalı-
nardı. Bu hələ lap XX əsrin 50-60-cı illərinə qədər Azərbaycan türk-
lərində də belə idi.
Toyun özünün də keçirilməsi qaqauzlarda bir sıra ritualla çər-
şənbə günü «maya tutması», «xəmir yoğrulması» ilə müşayiət olu-
nur (3, 7). «Maya tutması», «xəmir yoğrulması» elə bir ritualdır ki,
ona riayət olunması evə xeyir-bərəkət gətirilməsi kimi qəbul olunur.
Oğlanlar və qızlar rəqs edə-edə musiqi sədaları altında xəmirə qat-
maq üçün bulağa və ya çaya su gətirməyə gedirlər (3, 7).
Əski qaqauz türklərinin baxışlarına görə bu törənin din-əfsun,
simvolik-rəmzi və poetik elementləri mövcuddur. Zaman keçdikcə
Etnos
v
ə epos: keçmişdən bugünə
123
əfsunlar toy-düyün adətlərində öz yerini daha çox poetik element-
lərə verməyə başladı. Folklorşünaslar qaqauz türklərində nişan-toy
törənlərində daim türkülərə üstünlük verildiyini qeyd edirlər. İreçek,
V.Moşkov, Güllü Yoloğlu, P.Lokmanoğlu, D.Kaya və başqaları
toyda bir sıra türkülərin oxunmasını- «xamur», «pelik», «traş», «gə-
lin», «yol» türkülərinin qaqauz düyünlərində mühüm yer aldığını
qeyd etmişdir.
Qaqauzlarda toyun bayrağı hazırlandıqdan sonra hamı evinə
dağılışır, geyinib-keçinib axşama «çələng» «fenets» hörməyə yığı-
şırlar. «Fenets» ağ kağızdan düzəldilir, kişili-qadınlı toya dəvət olu-
nanlar –çələngi kişilər papaq kimi, qadınlar isə yaylıq kimi geyirlər.
Bundan başqa gəlinin başına yığışan qızlar müqəddəs bitki sayılan
«fəslin»dən bəy, gəlin, sağdıc (bəyin xaç atası) və krestnitsa (oğla-
nın xaç anası) üçün çələng hazırlayırlar.
Azərbaycan türklərinin də toy-düyün adətlərində həm oğlan,
həm də qız üçün sağdış və soldış vardır. Lakin bizim toylarda onlar
qaqauz toylarında olduğu kimi əlahiddə səlahiyyətlərə malik deyil-
dirlər. Belə ki, biz də oğlan evindən toya «toy bəyi», «sərpayı», «to-
yun xanı» kimi üstün səlahiyyətlilər nəzarət edirlər.
Toyxanada qonaqların qəbuluna, əyləşdirilməsinə, onların
müxtəlif arzu, tələb və təkliflərinin yerinə yetirilməsinə, rəqs etmə-
lərinə, çalğıçıların oxuyub-çalmasına- bütün hər nə varsa hamısı on-
ların arzusu, istəyi, nəzarəti altında həyata keçirilir (1, 131). Azər-
baycanın Şirvan və digər bölgələrində toyun xanı toy gününə bəzən
10 gün, bir həftə qalmış müəyyənləşdirilir. Hələ oğlan evində toya
hazırlıq gedən zamandan başlayaraq, demək olar ki, buraya köməyə
gələn qohum-əqrəba, qonşular xana verilmiş statusla razılaşır və to-
yun xanının dediklərinə əməl etməyə çalışırlar. Toyun xanının ya-
nından Şirvanın Ucar bölgəsinin yuxarı Şilyan kəndində sağdış və
soldış (onlara həm də toyun «qazaxları» deyirlər) olurlar. Toyun xa-
nının əlində şallaq, qırmanc və yaxud qayış, sağdış, soldışın əlində
isə heyva, yaxud nar çubuğu olur. Bəyin tay-tuşları, dostları özləri
bilərəkdən xanın toyda verdiyi göstərişi (əmri) yerinə yetirmədikdə
xan qazaxların köməyilə onları cəzalandırır, onlar xana, bəyə təzim
Dostları ilə paylaş: |