Nizami Tağısoy
108
Bucaq qarışıq türk əhalisindən ibarət idi. Lakin buna baxma-
yaraq, bu əhali regionun siyasi, iqtisadi, hərbi həyatına güclü təsir
göstərirdi. Tədricən ruslara və rus məkrliyinə qarşı mübarizədə tab-
lamayan türklər Vizantiya üzərinə yürüş etdi və XII əsrin sonlarında
Dunayda tork qəbilələrinin kumanlarla ittifaqı yarandı. XIV əsrin
sonları – XV əsrin əvvəllərindən başlayaraq, Bucağa moldavların
axını başladı. XV əsrdən Bucaq torpaqları tam şəkildə Osmanlıların
təsiri altına keçdi. Moldav knyazlığı kiçik dövr ərzində buraya sahib
çıxsa da, sonra Kilikiya və Akkerman üzərində nəzarətdən məhrum
oldu. Yəni Moldav knyazlığının və 1859-cu ildən yaranmış Rumın
dövlətinin 1918-ci ilə qədər Bucaq ərazisi üzərində xüsusi bir nəza-
rəti olmamışdır. XVI əsrdən Bucaq burada məskunlaşmış noqaylar-
la birlikdə Osmanlı imperiyasına Silistra paşalığının bir hissəsi kimi
daxil oldu. 1812-ci ildən Bessarabiya əvvəl müstəqil vilayət, az son-
ra isə Rusiya quberniyası oldu. Yəni demək istəyirik ki, Bucaq heç
də uzun müddət ərzində Moldav dövlətinin ərazisi olmamışdır.
1812-ci ildən noqaylıların davamçısı olan qaqauzlar Bucaq ərazisi
ilə birlikdə Rusiya dövlətinin tərkibində yaşamağa məcbur oldular.
1818-ci ilə qədər Bessarabiya adı indiki Bucağa aid edilirdi. Yalnız
1818-ci ildən sonra Bessarabiya adı ikiçayarasını – Dnestr və Prutu
da əhatə etməyə başladı (Haşiyə çıxaraq qeyd edək ki, böyük rus
yazıçısı M.Qorki ilk romantik hekayələrinin mövzusunu da özü
qeyd etdiyi kimi Akkerman-Bessarabiya ərazilərində eşitmiş və bəl-
kə də elə qaquzların dilindən qələmə almışdı. İzergil, Loyko, Zobar,
Radda, Danilo və d. adlar da bunu müəyyən dərəcədə təsdiqləyir).
Yuxarıda qeyd etdiklərimizdən çıxış edərək belə nəticəyə gəl-
mək olar ki, Bucağa nə rumınların, nə də moldavların iddiası əsaslı
sayıla bilməz. Çünki 1812-ci il Rusiya ilə Türkiyə arasında imzalan-
mış Buxarest sülh müqaviləsinə görə Bucaq məhz türk dövlətinin
yirisdiksiyasından çıxıb Rusiya tərkibinə daxil olmuşdu.
1917-ci ilin dekabrında Moldav Milli Hərəkatının nümayən-
dələri Bessarabiyanı rumın qəsbkarlarına versə də, rumınların bu
ərazilərə nəzarəti bir neçə gün davam edə bilmişdir. Kral Rumıniya-
sının 1918-ci ildə Bessarabiyanı yenidən işğal etməsi Bucaqda yaşa-
yan qaqauzların diskriminasiyasına səbəb olmuşdu. Daha doğrusu,
Etnos
v
ə epos: keçmişdən bugünə
109
1940-cı ildən qaqauz xalqının etnik ərazilərinin Moldav dövlətinin
tərkibinə qatılması qaqauzların mədəni, siyasi, iqtisadi vəziyyətini
daha da ağırlaşdırdı. Sonrakı dövrlərdə də qaqauzların inkişafı və
müstəqilliyi üçün elə bir əsaslı zəmin yaranmadı və diskriminasiya
SSRİ dağıdılana qədər davam etdirildi. Məhz bu dövrdən qaqauzlar
xalqın öz müqəddəratını həll etmə uğrunda mübarizəsinə daha fəal
qoşuldular. Moldav siyasi dairələrindən olan təzyiqlərə baxmaya-
raq, xalq öz hüquqlarının müdafiəçisinə çevrilə bildi. Bu gün qaqa-
uzlar demokratik proseslərə qoşulub xalqın suverenliyini təmin edib
Qaqauz Respublikasını qursalar da, Moldova dövlətinin qanunlarına
hörmətlə yanaşır və onun sərhədlərinin bütövlüyünü müdafiə edir-
lər. Lakin müstəqilliyini elan etmiş xalqın bu günün özündə də xeyli
çətinlikləri vardır – bu mədəniyyətin, elmin, ana dilinin, iqtisadiy-
yatın və digər sahələrin inkişaf etdirilməsində özünü daha çox büru-
zə verir. Bunun üçün tanınmış qaqauz publisisti N.Baboğlunun və
digərlərinin əsərlərini oxumaq kifayətdir.
Qaqauz xalqının özünəməxsus və keşməkeşli tarixini öyrən-
dikcə onun spesifik və oxşar mədəniyyət nümunələri daşıyıcısı ol-
duğunun şahidi oluruq. Buna görə bu özünəməxsusluq haqqında
oxuculara ardıcıl məlumatlar vermək fikrindəyik.
ƏDƏBİYYAT
1. Аджи М. Европа. Тюрки. Великая степь. М., Мысль, 1998.
2. Аджи М. Тюрки и мир: сокровенная история. М., АСТ, 2004.
3. Áàáîüëó Í. Ãàãàóçëàðûí êàäåðè. Úùèøèí¸ó, Ïîíòîñ, 2003; Éåíÿ äÿ
îíóí: Ïóáëèñèñòèêà éàçûëàðûíäàí. Êèøèíёâ, 2000.
4. Ãîðêè Ì. Èëê ðîìàíòèê ùåêàéÿëÿðè. «Ìàêàð ×óäðà», «Èçåðýèë qa-
rı», «×åëêàø» âÿ ñ. ùàìûñû: Горький М. Избр.соч. М., Худож.лит., 1986.
5. Маруневич М.В. Правда о гагаузском народе, как о самобыт-
ном этносе и его этнической территории. Комрат, Айдыннык, 1993.
Nizami Tağısoy
110
QAQAUZLARIN TARİXİNDƏN SƏHİFƏLƏR
Türk xalqları qrupuna aid olan qaqauzlar dini baxışlarına görə
xristian olmaqla əsasən müasir Moldovadakı Qaqauz Yeri ərazisin-
də yaşayırlar. Qaqauz Yeri, həm də Qaqauz Respublikası adlanır ki,
onun paytaxtı Komrat şəhəridir. Qaqauzlar uzun müddət ərzində heç
bir siyasi və hüquqi dövlət qurumuna malik olmasalar da, əvvəl 12
noyabr 1989-cu ildə, sonra isə 19 avqust 1990-cı ildə Moldova Res-
publikası tərkibində muxtar respublika yaratmağa nail ola bilmişlər.
Bu gün Qaqauz Respublikasında 150 min nəfərdən artıq qaqauz ya-
şayır. Müxtəlif mənbələrdə qaqauzların ümumi sayı müxtəlif cür
göstərilir. Bəzi kitab və mənbələrdə bu rəqəm 190 mindən 500 minə
qədərdir. Qaqauzlar Moldovanın digər ərazilərində, o cümlədən, Ki-
şinyovda, Ukraynanın Odessa, Zaporojye, Bender vilayətlərində,
Bolqarıstanda, Yunanıstanda, Rumıniyada kompakt şəkildə yaşayır-
lar. Bundan başqa qaqauzlar Qazaxstanda, Özbəkistanda, Şimali
Qafqazda, Türkiyədə və dünyanın digər ərazilərində yaşamaqdadır-
lar. 90-cı illərin əvvəllərindən qaqauzlar Azərbaycanda da yaşayır,
təhsil alır və işləyirlər. SSRİ dağıdıldıqdan sonra gənclərin Azər-
baycanda təhsil almaları ilə əlaqədar Qaqauziyadan güclü axın baş-
ladı. Göstərilən dövrdən respublikamızın digər ali məktəbləri ilə ya-
naşı, M.F.Axundov ad. Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı
İnstitutunda (indiki Bakı Slavyan Universitetində) qaqauz gənc-
lərinin müxtəlif sahələr üzrə mütəxəssis hazırlığına böyük diqqət
yetirildi. Bu mütəxəssislərdən bəziləri bu günün özündə də Azər-
baycanda fəaliyyət göstərməkdədirlər.
Müasir qaqauz dili türk dilləri ailəsinə, xüsusən onun Anadolu
ləhcəsinə daha yaxındır. Bunu son illərdə geniş şəkildə nəşr olun-
muş dövri mətbuatın və kitabların dilində daha açıq görmək müm-
kündür
1
. Qaqauz dili iki – mərkəzi (Çadır-Komrat) və cənub (Vul-
1
Áèç ñîí èëëÿðäÿ Ãàãàóç Ðåñïóáëèêàñûíäà (1999-2005-úè èëëÿð) íÿøð îëóíìóø êè-
òàáëàð, ìàòåðèàëëàð âÿ äþâðè ìÿòáóàòëà òàíûøûã, îíëàðû àëûð, ìöíòÿçÿì ìöòàëèÿ åäèð,
þéðÿíèð âÿ àðàøäûðûðûã. Îíëàðäàí áèð íå÷ÿñèíèí àäûíû ñèçÿ òÿãäèì åäèðèê – «Ãàãà-
óç ùàëêû», «Àíà ñþçö», «Ñàáàà éûëäûçû», «Ýöíåø÷èê», «Единая Гагаузия», «Сто-
лица» âÿ á.
Dostları ilə paylaş: |