Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə34/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   30   31   32   33   34   35   36   37   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
105
kimi tanınmaları onlar üçün kifayət qədər böyük nailiyyət kimi də-
yərləndirilmişdir.  Əsas kimi moldavlar və rumınlar qaqauzları Bu-
cağın (Bessarabiya) kiçik bir hissəsində yaşamaları ilə bağlı diqqət 
mərkəzinə çəkirdilər. Məsələnin bu formatda təqdimatında moldav 
tarixçiləri və etnoqrafları xüsusi canfəşanlıq göstərmişlər. Qaqauzla-
rın etnik status, milli hüquq və müqəddəratını həll etməyə kölgə sal-
maq istəyənlərin ön sıralarında tarix elmləri doktoru, professor 
V.S.Zelençuk, S.Dundarov və b. araşdırmaları xüsusi ilə öz «təqdi-
rəlayiqliyi» ilə seçilir. Reallıq isə ondan ibarətdir ki, paytaxtı Kom-
rat  şəhəri olan Bucaq bölgəsində kompakt yaşayan qaqauzlar bu 
ərazilərdə müstəqil etnos olmaqla, digər xalqlar kimi öz gələcək ta-
lelərinin sahibi olmağa bu gün də çalışmaqdadırlar.  
Qaqauzlar çeşidli türkdilli etnoslardan biridir. Onlar tarixi 
köklərinə görə geniş və qədim türk dünyası xalqlarına aid olmaqla, 
mənşəcə torklara, uzlara, oğuzlara, qaraqalpaqlara gedib çıxırlar və 
bu cəhət müasir qaqauzların etnonimində bu günün özündə belə 
saxlanılmaqdadır.  
Əlbəttə, bu dediklərimiz tarixi, etnoqrafik, folklor və dilçilik 
üzrə yazılmış elmi ədəbiyyat səhifələrində, ensiklopedik nəşrlərdə, 
statistik məlumatlarda və soraq kitablarında geniş şəkildə öz əksini 
tapmışdır. K.İreçek /XIX əsrdə yaşamış çex alimi/, V.V.Radlov 
/XIX əsrin II yarısı – XX əsrin əvvəllərində yaşamış rus akademiki/, 
N.S.Derjavin /XIX əsrin II yarısı – XX əsrin I yarısı rus tarixçisi, 
akademik/, V.A.Moşkov /XIX əsrin II yarısı – XX əsrin əvvəllərin-
də yaşamış rus etnoqrafı/, milliyyətcə qaqauz, protoirey M.Çakir 
/XIX əsrin II yarısı – XX əsrin I yarısı, qaqauz mədəniyyətinin inki-
şafında əvəzsiz rolu olmuş şəxsiyyət, onun «Bessarabiya qaqauzla-
rının tarixi» fundamental məqaləsi (bu barədə ayrıca danışmaq la-
zımdır)/ və d. əsərlərində qaqauzların bir xalq kimi mövcudluğu 
haqqında konkret və inandırıcı məlumatlar vardır. Onu da deyək ki, 
yalnız XIX əsrin sonlarından başlayaraq qaqauzların müstəqil etnos 
kimi nəzərdən keçirilmə  təşəbbüsü güclənməyə başlamışdır. 
V.A.Moşkovun «Qaqauzların tarixindən səhifələr. Türkiyə qəbilələ-
ri Balkan yarmadasında» («Страницы  истории  гагаузов.  Турец-
кие племена на Балканском полуострове» – 1903), yenə də onun 


 Nizami Tağısoy 
 
106
«Bender qəzası qaqauzları. Etnoqrafik oçerklər və materiallar» 
(«Гагаузы Бендерского уезда. Этнографические очерки и мате-
риалы» – 1900), N.S.Derjavin «Qaqauzların adı və etnik mənsubiy-
yəti haqqında» («О наименовании и этнической принадлежности 
гагаузов. – Журн. «Советская этнография, 1937), «Dünya xalqla-
rı» («Народы  мира» – M., 1954-1966), «Yer üzünün əhalisi haq-
qında soraq kitabı»nda («Справочник населения земного шара» – 
M., 1965), Ümumittifaq əhalini siyahıyaalma materialları (Матери-
алы всесоюзной переписи, 1979), Sovet ensiklopedik lüğəti (Со-
ветский  энциклопедический  словарь – M., 1989) və 1989-cu il 
Ümumittifaq əhalini siyahıyaalma materiallarında və s. mənbələrdə 
geniş məlumatlar vardır.  
Adlarını çəkdiyimiz mənbələrdən hər biri qaqauzların müstə-
qil etnos olduğunu qəbul etsə də, bunlardan ən sanballısı, fikrimiz-
cə, akad. V.V.Radlovun, V.A.Moşkovun  əsərlərini hesab etmək 
olar. Tanınmış etnoqraf V.A.Moşkovun iki fundamental əsərində 
qaqauzların etnik tarixi, məskunlaşdığı coğrafi ərazilər, bu bölgələr-
də yaşayan qaqauzların mədəni-mənəvi həyatı, adət-ənənələri, fəlsə-
fi baxışları, folklor yaradıcılığı, onların sayı və digər maraqlı məsə-
lələrə toxunulur. Yeri gəlmişkən deyək ki, adlarını  çəkdiyimiz və 
çəkmədiyimiz digər mənbələrin Azərbaycan dilinə  tərcümə edilib 
oxuculara çatdırılması olduqca zəruridir. Bundan başqa qaqauzların 
etnik tərkibi, onların səpələndiyi ərazilər, qaqauzların bir xalq kimi 
formalaşmasında hansı tayfa, qəbilə və uruqların rolu və yeri, onla-
rın sayı  və s. haqqında tanınmış qaqauz yazıçısı, dramaturqu və 
publisisti Nikolay Baboğlunun «Qaqauzların kaderi» əsərində  də 
maraqlı məlumatlarla rastlaşdıq.  
Qaqauzların etnik tarixi, məskunlaşdığı tarixi və coğrafi ərazi-
lərlə bağlı yuxarıda adlarını  çəkdiyimiz alimlərin  əsərlərinin bəzi 
məqamları, təəssüf ki, çatışmazlıqlardan xali deyildir. Məsələn, 
V.Moşkovun 1903-cü ilin yayında Balkan yarımadasında qaqauzla-
rın həyatı ilə bağlı yazdığı hesabatında («Türkiyə qəbilələri Balkan 
yarımadasında») onların türk yox, Türkiyə  qəbilələrindən olduğu 
göstərilir ki, belə  təqdimat qaqauzların müstəqil etnos kimi qəbul 
olunması üçün mübahisəli məqamlar yaradır.  


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
107
Təbii ki, hər hansı bir xalqın tarixini öyrənmək üçün onun ta-
rixinin bəzi fraqmentlərini yox, əski dövrlərdən başlayaraq tarixinin 
bütün anlarını dərindən araşdırmaq tələb olunur.  
Qaqauzların indi kompakt yaşadığı Bucaq (Bessarabiya) lap 
qədim zamanlardan köçəri türk tayfalarının məskunlaşdığı ərazilər-
dəndir. Heç şübhəsiz ki, bu ərazilərdə (və daha geniş areallarda) 
türk tayfaları öz izlərini qoymuş, möhürlərini vurmuşlar.  
Eramızın II əsrində burada sonralar getlərlə qarışmış sarmat 
qəbilələrindən olan roksolanlar, III əsrdə german tayfaları, IV əsrdə 
bu ərazilərdə hunlar yaşamaqla, regionun mədəni, siyasi, hərbi hə-
yatında mühüm rol oynamışlar.  
V əsrdə Qərbi Polşadan buraya gələn slavyanlar avarlarla qar-
şılıqlı əlaqələrə girərək Dunay çayı boyu qalaları 583-cü ildə ələ ke-
çirmişlər.  
Türk-bulqarların hakimiyyəti VII əsrin dördüncü rübündə tə-
nəzzülə uğradıqdan sonra (Asparux xanın ordalarından biri Cənubi 
Bessarabiyaya köçür) onlar Qara Dənizətrafı, Xəzəryanı  və Azov 
ərazilərindən Bucağa köç etmiş  və bu tayfalar burada türk-bulqar 
dövləti yaratmışlar. IX əsrin ortalarına yaxın Bolqar çarı Simeon tə-
rəfindən təqibə məruz qalmış köçəri macarlar bu torpaqlarda sığına-
caq tapmışlar.  
X əsrin I yarısında artıq köçəri peçeneqlər bu ərazilərdə idilər. 
X  əsrdən Bucaq torpaqları Kiyev Rus dövlətinin tərkibinə qatıldı. 
Rus torpaqları adlanan bu ərazidən knyaz Svyatoslav türk tayfaları 
(torklar, peçeneqlər və s.) ilə ittifaqa girərək Vizantiyanı tutmağa 
müvəffəq oldular. Bundan sonra Bucaq rusların ərazisi altında qaldı. 
XI əsrin ortalarına qədər peçeneqlər, torklar gah macarlarla, gah da 
ruslarla döyüşə-döyüşə bu ərazilərdə yaşadılar.  
XI əsrin II yarısından (bəzi mənbələr təsdiq edir ki, lap əvvəl-
lərdən) bu ərazilər Böyük Avraasyia səhrası – Dəşdi-Qıpçağın tərki-
bində idi. Tədricən köçərilikdən oturaq həyat tərzinə keçən türk tay-
faları burada özlərinin konsolidasiyasına – həmrəyliyinə müvəffəq 
oldular. Çoxsaylı tarixi və etnoqrafik mənbələr berendeylərin, uzla-
rın (torkların), peçeneqlərin qaqauzların o dövrdə bu ərazilərdə bö-
yük nüfuza malik olduğunu təsdiqləyir.  


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə