Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə28/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   24   25   26   27   28   29   30   31   ...   114

 Nizami Tağısoy 
 
86
 
MALKAR-QARAÇAY «NART»  
QƏHRƏMANLIQ EPOSU  
 
//DİGƏR QAFQAZ XALQLARININ  
«NART»LARI İLƏ OXŞAR VƏ FƏRQLİ CƏHƏTLƏRİ// 
 
Bu günə  qədər Azərbaycan türkoloji ədəbiyyatşünaslığında 
öyrənilməmiş sahələr sırasında  Şimali Qafqazda yaşayan azsaylı 
türk xalqlarının, o cümlədən, malkar, qaraçay, noğay, qumuxların 
mifologiyası, epik nümunələri, folkloru, klassik və müasir ədəbiy-
yatının müxtəlif problemləridir. Bununla belə adları çəkilən bu türk 
xalqları zəngin epik təfəkkür daşıyıcıları olmaqla, möhtəşəm şifahi 
yaradıcılıq  ənənələrinə malikdirlər. Malkar-qaraçay xalqları  mədə-
ni-mənəvi örnəklərinin orijinallığı  və özünəməxsusluğu ilə seçilir. 
Onların sırasında «Nartlar» eposu diqqəti daha çox cəlb edir. «Nart-
lar»ın yaranması və bu xalqlar arasında mövcudluğu olduqca uzaq 
keçmişə malikdir. «Koroğlu» eposu türklər və qeyri-türklər, «Nibe-
lunqlar nəğməsi» german xalqları arasında, nə qədər geniş yayılmış-
dırsa (8, 153), «Nartlar»ıda bu gün abazinlər, abxazlar, adıqlar, os-
tinlər, inquşlar, çeçenlər, kabardinlər və digərləri özlərinin doğma 
abidəsi hesab edirlər. Yeri gəlmişkən qeyd edək ki, XX əsrin 60-70-
ci illərindən «Nartlar»la bağlı tədqiqat işlərinin genişlənməsi və də-
rinləşməsi həm də bu eposun Zaqafqaziya versiyalarının olduğunu 
müəyyənləşdirmişdi (1, 77). Lakin, fikrimizcə, bununla da eposun 
yayılma və mövcudluğu arealı bitmiş hesab edilə bilməz. Çünki 
eposun «Güyerdi» fəslindəki Kubu və Qubu qardaşlarının dağlar 
qoynu Qubuda yaşadıqlarını və təsərrüfat həyatı ilə məşğul olduqla-
rını nəzərə alaraq, elə bu dastanın bəzi yerlərinin Azərbaycan ərazi-
sindəki Quba ilə əlaqələndirməni də xeyli cəhətləri ilə aktuallaşdırır. 
Nartşünaslıqda «Nartlar», «Nart» və «Nartiada» kimi adlandı-
rılır.  
Uzun əsrlər ərzində Qafqaz xalqları arasında olan sıx iqtisadi, 
siyasi və  mədəni  əlaqələr nəticəsində formalaşmış «Nartiada»nın 
müxtəlif versiyaları arasında oxşarlıq, ümumiliklər və  fərqlər tap-


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
87
maq mümkündür. Çoxsaylı oxşarlıq və ümumiliklərə baxmayaraq
adı çəkilən Qafqaz xalqlarının hər birinin nart dastanlarının məzmu-
nu və  məişət realiyalarına, formasına, poetikasına, üslubuna, ifa 
olunma manerasına görə (qeyd edək ki, adı çəkilən xalqlarda «Nart 
nəğmələri» də geniş yayılmışdır) milli folklor ənənələrinə, milli dü-
şüncə  tərzinə  və milli koloritə söykəndiyi açıq-aydın hiss olunur. 
Nartların malkar-qaraçay versiyaları Qafqaz lokal özünəməxsus 
epik  ənənəsi ilə yanaşı, həm də türk xalqlarının epik ənənələri ilə 
üzvü surətdə bağlıdır. 
Əgər Qafqaz ənənəsi Qafqaz substartı  (əsası) və tipoloji bir-
liklə (vahidliklə) izah olunursa, türk paralelləri tipoloji uzlaşma ilə 
yanaşı, həm də genetik birlik, etnik və dil qohumluğu, ümumi epik 
arxaika ilə  əlaqədardır.  Əgər nartları Orta Asiya türklərinin epik 
abidələrinin dil-üslub cəhətləri, şeirin ritmikası, intonasiyası və di-
gər xüsusiyyətlər yaxınlaşdırırsa, yaqutların, Altay-Sayan xalqları-
nın eposu ilə burada üst-üstə düşən məqamlar əsasən bir sıra motiv-
lər, situasiyalar, mifoloji və dini oğraz və təsəvvürlərlə bağlıdır. 
Malkar-qaraçay eposu dövrümüzə  nəğmə  şəklində çatmışdır. 
Bu ilk növbədə malkar-qaraçay epik ənənələrinin parlaq və aydın 
xüsusiyyətləri ilə izah olunmalıdır. Eposun şeir-nəğmə formasında 
mövcudluğu və yayılması çoxsaylı arxaik elementlərin konservasi-
yasının getdiyini göstərir. Məsələn, malkar-qaraçay xalqlarının mə-
nəvi-mədəni yaddaşında öncül mövqedə dayanmış  və bu xalqların 
epik ənənələrinin toplayıcısı S. – Ə.Urusbiyev lap qədim zamanlar-
da Pyatiqorsk dairəsinin Tersk vilayətində yaşayan dağlı-tatarlarda 
məşhur olan bu eposu qələmə alarkən aşağıdakıları qeyd etmişdi: 
«…bir nəsildən digərinə şifahi şəkildə keçməklə nart nəğmələri bəzi 
dəyişikliklərə uğramasına baxmayaraq, bununla belə bu qəbilələrin 
heç birində uzaq keçmişi əhatə etmiş rəvayətlər bu qədər dürüst sax-
lanılmamışdır» (10, 600).  
Malkar-qaraçaylarda olduğu kimi Nartiadaya məxsus digər 
xalqlarda dastanı təşkil edən iri və xırda sikllər mövcuddur. Hər sikl 
öz növbəsində nart qəbilələrinin yer üzündə yaranması ilə bağlı, 
qəhrəmanların epik həyat hadisələri və onların həyatının müxtəlif 


 Nizami Tağısoy 
 
88
mərhələləri (qəhrəmanın doğulması, batırın uşaqlıq dövrü, ilk qəh-
rəmanlığı, evlənməsi, mifik möcüzələrlə mübarizəsi və s.) həcm eti-
barı ilə kiçik dastan və nəğmədən ibarətdir. Kiçik sikldən ibarət nart 
qəhrəmanlıq dastanları və nəğmələri, onların «epik» tərcümeyi-halı 
ilə bağlı süjetlər heç də bütün detalları ilə  işlənməmişdir. Bununla 
belə hər sikl müstəqil və tamamlanmış dastanlar qrupu yaratmaqla, 
digər sikllərlə qarşılıqlı  əlaqədədir. Folklorşünaslar belə  qənaətdə-
dirlər ki, «Nartiada»nın malkar-qaraçay versiyası kompozisiya baxı-
mından tamamlanmış yetkin əsərdir. 
Malkar-qaraçay dastanlarına görə dünyanın əmələ gəlməsi və 
nartların doğulması  məhz Allahların – Yer Teyrisi, Gün Teyrisi, 
Kek Teyrisi, Suu Teyrisinin fəaliyyəti ilə bağlıdır. Adı çəkilən Tan-
rıların hamısı nart qəhrəmanlarının taleyində mühüm rol oynamış-
dır. Malkar-qaraçay «nartlar»ında, «Нартлан  жаратыльганлар» 
(«Nartları yaradanlar») hissəsindən «Тейриле  бла  нартла»  («Tan-
rılar və nartlar») bölümündən dastanın başlanğıcına müraciət edək: 
«Кюн Тейриси кюню жаратханды. Жер Тейриси жерни жарат-
ханды. Ючюнчюге тенгизле жаратылгьандыла. 
Кёк  бла  жер  жаратылгьандан  сора  экисини  ортасыныда 
адам улу жаратылгьанды. Кёк, Кюн, Жер, Суу тейрилери оноу-
лашык,  Суу  Тейриси  Адам  улусуна  и  черге  сууала  Берирге 
бойнуна алгъанды; Жер Тейриси да юсюкде берекетле битирип 
ашатыргъа  адам  улуну  кечиндирирге  кесине  жюкге  алгъанды; 
Кюн  Тейриси  мейрилени  башыды,  оноучисуду:  Ол  сууланы, 
кёклени,  жерлени,  кьудуретли  бегимиди.  Кюн  Тейриси  учсуз, 
бужаксыз узакъдады. Ол кьайнайды, жайда жерге къаты жылыу 
береди,  бизден  жылыуун  Ёксюзле  дуниясына  иеди,  аланы 
жылытады» (7, 68). 
 
Tərcüməsi: 
Gün Tanrısı günəşi yaratdı. Yer Tanrısı yeri yaratdı. Üçüncü 
dənizlər yarandı. 
Tanrı tərəfindən Göy və Yer yaradıldıqdan sonra, onların ara-
sında insanlar yaradıldı. Göy Tanrısı, Gün Tanrısı, Yer Tanrısı  və 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə