Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə25/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   21   22   23   24   25   26   27   28   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
77
Xəzər xaqanlarının  İdil çayında dəfn olunduqlarını söyləyir. Ona 
görə də «Xaqan öldükdə cəsədini dəfn etmək üçün 20 odalı böyük 
bir ev tikilir, bu otaqlardan hər birində qəbir qazılır, onlar ufacıq daş 
tozu ilə döşənilir, üzü kəc ilə örtülürmüş. Sonra İdilin hər hansı qo-
lunu bu evin üstünə istiqamətləndirirlərmiş. Belə olduqda, xəzərlə-
rin düşüncəsinə görə, xaqanın cəsədinə nə şeytan, nə insan, nə həşə-
rat, nə də qurd yaxınlaşa bilməzmiş. Dəfn mərasimi sona yetdikdən 
sonra dəfn edənləri də öldürərlərmiş ki, xaqanın hansı otaqda və qə-
birdə  dəfn edildiyi heç kimə  məlum olmasın. Bu məzara «cənnət» 
deyirlərmiş. Məzar yüksək şəkildə işlənmiş qumaşla örtülərmiş. Bü-
tün bunlar xəzərlərin özünəməxsus mərasimlərə malik olduğunu 
göstərir. İstahri xaqanların türbələrinin su altında qalan deyil, uzaq-
dan belə görünən binalar olduğunu bildirir və qeyd edir ki, bu tipli 
binaların yanından keçən hər kəs mütləq səcdə edərmiş. 
 
Xəzərlərdə xaqanlıq hakimiyyəti 
 
İbrani dilində olan yuxarıdakı mətn ilk dəfə 1543-cü ildə Qa-
nuni Süleyman zamanında  İstanbulda fəaliyyət göstərən yəhudi 
mətbəəsində nəşr olunmuş və 1932-ci ildə rus alimi P.Kokovtsev tə-
rəfindən hərtərəfli araşdırılmışdır (14). Bu məktubda Yusuf xaqan 
özündən 340 il əvvəl (bu təqribən milad tarixi ilə 620-ci ilə təsadüf 
edir – N.T.) müsəviliyi qəbul edən Bulan xaqandan tutmuş özünə 
qədər hökmranlıq edən 14 xaqanın adını  çəkir. Məktubda Bulanla 
yanaşı Obaca, Hizkiya, Menaşe, Hanuka, İshaq, Sabulon, Moses, 
Nissi, I Harun, Menahem, Benyamin və II Harun kimi xaqanların 
adları qeyd olunur. Yusuf xaqanın özü II Harun xaqanın oğludur və 
931-960-cı illər arasında xaqanlıq etmişdir. Məktubda göstərilir ki, 
Xəzər xaqanları 620-ci ildən başlayaraq müsəvi olmuşlar. Yəhudi 
adı daşıyan xaqanların eyni zamanda türk adları da varmış, 
həmçinin orada qadınların da naiblik etdikləri bildirilir. Burada 
xaqanlığa tabe olan bəyliklərin sayı 28 olaraq göstərilir.  
Xəzərlərin hakimiyyətinin özünəməxsus cəhəti ondan ibarət 
idi ki, burada dövlət başçısı olan xaqan idarəçilik işlərinə qarışmır-


 Nizami Tağısoy 
 
78
dı. O, yalnız dövləti təmsil edən simvolik rol oynayırdı. Ölkədə əsl 
iqtidar onun naibinə məxsus idi. O, xaqan tərəfindən dəyişdirilə, ya-
xud edam ediləsi  şəxs olmaqla bir vəzifəni yerinə yetirirdi. Haki-
miyyət xaqan bəyin (başqa türklərdə kağantaş, yaxud yuğruş) əlində 
cəmləşirdi. Özünü Xarəzmdə yüksək  şəkildə  təcəssüm etdirən bu 
dövlət sistemi ərəb müəllifləri tərəfindən xüsusi şəkildə təqdir edil-
mişdir. İbn Fazlanın yazdığına görə «xəzər padşahı olan xaqan yal-
nız dörd aydan bir xalq qarşısında görünərmiş. Onu böyük xaqan 
adlandırırmışlar, xəlifəsinə isə xaqan bəy, yaxud xaqan əbə deyilir-
miş. Orduya başçılıq edən, dövləti idarə edən, yadellilərə qarşı mü-
haribə elan edən, qonşu dövlətləri öz itaəti altında saxlayan məhz o 
idi. O, hər gün böyük xaqanın hüzuruna buyurar, əlində bir çıraq (o 
yanıb sona çatdıqdan sonra) ayaqyalın təzim edərək içəri daxil olar, 
xaqanın taxtının sağ tərəfində oturar, problemlər və ümumi vəziyyət 
barədə ona məlumat verərmiş. Ananiaş Zayonçkovskinin yazdığına 
görə (o milliyyətcə qaraimdir, türklərin, Azərbaycan türklərinin, o 
cümlədən xəzərlərin etnogenezi, mədəniyyəti,  ədəbiyyatı ilə bağlı 
çoxsaylı əsərlərin müəllifidir – N.T.) (28). Xaqan bəyin naibi hün-
dür xaqan, onun də naibi cavşığır, yaxud jaraşğırdır. Ümumiyyət-
lə, böyük xaqan xalq ilə bir araya gəlməz, onunla ünsiyyətdə olmaz, 
bu və ya digər məsələ ilə bağlı üç naibindən başqa heç kimi qəbul 
etməzmiş. Ölkəyə dair işlərin, o cümlədən xarici və daxili problem-
lərin hamısı xaqan bəydən asılı və onun əlində idi. Xaqanın xanım-
ları  və  hərəmxanadakılarla münasibətləri mərasimə uyğun olaraq 
tənzimlənirdi. O, öz ətrafındakılarla səfərə  çıxmağa hazırlaşarkən 
bütün ordu komandanları da atlanırdılar. Lakin onlarla xaqan bəy 
arasında ən azı bir mil məsafə qalmalı idi. Təbəələrindən hər hansı 
biri səfər zamanı xaqan bəyi görərsə, o andaca səcdə qılıb, üzüquylu 
yerə uzanmalı və o tamamilə ötüb keçənə qədər başını yuxarı qal-
dırmamalıydı. Xaqan 40 il müddətinə seçilirdi. Bu müddət ərzində 
öz əcəli ilə vəfat etməzdisə, o zaman onu görkəmini, ağılını, şüuru-
nu itirib deyə öldürürdülər. Əgər xaqan düşmənə qarşı ordu göndə-
rərkən, ordu məğlubiyyətə uğrasaydı, yaxud kimsə qaçıb, düşmənə 
qarşı vuruşdan boyun qaçırsaydı, komandanlar və onların xəlifələri 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
79
öldürülər, xanımları və övladları, mal-mülkləri, var-dövlətləri, sürü-
ləri və silahları  əllərindən alınarmış. Başqa sözlə, xaqan öz tabeli-
yində olanları müvəffəqiyyətə görə mükafatlandırmaq, məğlubiyyə-
tə görə isə cəzalandırmaq səlahiyyətlərinə tam şəkildə malik idi. İs-
tahrinin bildirdiyinə görə xaqan əmr verməz, hüzuruna gələnlər ona 
səcdə edərlərmiş. Dövlətin idarə olunmasına cavabdeh xəzər məlik-
ləri idi. Xaqanın naibi olan məlik bəy adlanır. İbn Rustaya görə xa-
qanın naibinə abşad, Xordadbehə görə isə tarxan deyilirdi. Xəzər 
xaqanın əlində iqtidar yox idi, bütün iqtidar naibin əlində cəmləşir-
di.  Əgər Xəzəristanda hər hansı bir fəlakət olardısa, xalq xaqanın 
naibinin yanına gələr, hər hansı bir kəs təqsirli bilinər, cinayət törə-
dərdisə, onun cəzalandırılmasını  və ya öldürülməsini xahiş edirdi-
lər. Məlik bəzən bunu beləcə də edər, bəzən isə rəhmlilik göstərə-
rək, cəzalandırmadan, onu öldürməyib yanından qovarmış. Biz yu-
xarıda qeyd etdik ki, Xəzər xaqanları Aşına nəslindəndir. İstahri və 
İbn Havkal xəzər xaqanlarının yalnız müəyyən bir xaqan sülaləsin-
dən gəldiyini bildirirlər. Xəzərlərdə xaqan ailəsinə  mənsub olanlar 
bazarda ticarətlə məşğul olan əsilli-nəsilli bəy Xəzər xaqanı ola bi-
lərdi, lakin onun müsəlman olması da mütləq idi. İbn Havkalın de-
diyinə görə xəzərlərin ədaləti haqqında Abbasilər xəlifəsi əl-Müsta-
zid maraqlı hekayələr danışmışdır. Xaqanların naibləri əksər hallar-
da xarəzmlərdən («hvalis» və «holis») olurdu. Qeyd etdiyimiz kimi, 
xaqanın naibi çox böyük səlahiyyətlərə malik idi. Onların oğuzlar 
kimi qüdrətli qövmlərdən gəldiyi də yəqin edilməlidir Xaqan Yusu-
fun məktubunda bəyliklərin bütün qövmlərin valilər tərəfindən idarə 
olunduğu göstərilir. Kerç boğazında Tamanın (Taman – Tarxan, ya-
xud Semkerç) tabe olduğu vali «bulışçı payşah» digər mənbələrdə 
(məsələn, «Pismo xazarskoqo yevreya») bulişqı paşa» kimi qeyd 
edilmişdir. 
Xəzərlərdə dəbdəbə və zənginliyə də çox fikir verilirdi. Məsə-
lən, Xəzər xaqanı  hər hansı bir münasibətlə atlanardısa yanında 
10.000atlı əsgər gedərdi. Mənbələrdə xəzərlərin güclü hərb və mü-
dafiə sisteminə malik olduğu da qeyd olunur. 
 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə