Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə27/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   23   24   25   26   27   28   29   30   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
83
Bulqarlar xaqanlığa hər il hər evdən bir samur dərisi vergi ve-
rər, lakin ticarət karvan və gəmilərindən gəlirin onda birini götürər-
dilər. Bununla yanaşı İbn Fazlan Xəzər dənizindən gələn qayıqlar-
dan da xəzərlərin rəsmi gömrük rusumu aldıqlarını qeyd etmişdir. 
Yəqin elə buna görədir ki, bulqar məzar daşlarında tamğacı (göm-
rük məmuru), yəni damğaçı ləqəbinə də rast gəlinir. İbn Havkal Xə-
zəristan məmləkətində Səməndər qədər izdihamlı və əhalisi sıx olan 
bir yerin olmadığını qeyd edir.  
Təbəristanlı Məhəmməd ibn Həsən ibn İskəndər 1216-cı ildə 
təbəristanlıların Xəzər dənizinin şimalındakı ticarət mərkəzinin Sak-
sın və Bulqar şəhərləri olduğunu, saksınlıların və bulqarlıların Xə-
zər dənizinin cənubundakı ticarət mərkəzlərinin isə  Təbəristandakı 
Amil  şəhəri olduğunu qeyd etmişdir. Zəkəriyyə  əl-Qəzvinin  Əbu 
Həmid əl-Əndəlüsinin müfəssəl bir nusxəsindən məlum olur ki, sak-
sınlılar ticarəti qurğuşun pullarla edirmişlər. Bunun Bağdad ölçüsü 
ilə bir meni-(612 qram) bir dinar (yəni bir misqallıq qızıl dinar) qar-
şılığı olaraq istifadə olunduğu kimi, bu pullarla hər şeyin satın alına 
bildiyi və bu pulların islam ölkələrindəki gümüş dirhəmlərə müva-
fiq və ölkədə son dərəcə böyük ucuzluq olduğu qeyd olunur: bir da-
naka (1/16 dirhəm) bir qoyun, bir quzu almaq mümkün olduğundan 
bu ölkələrlə müsəlman ölkələri arasında olduqca intensiv ticarət əla-
qələri mövcud idi. Bu və bu kimi başqa məsələlərlə bağlı Mahmud 
Kaşğarının «Divani lüğət-it-türk» əsərində də müəyyən məlumatlar 
vardır.  
İslam mənbələri xəzərlərin ixracatla məşğul olduqlarından da 
bəhs edir. Həm də ticarətin əksər hissəsini Bulqar və Rus ölkələrin-
dən gələn tranzit ticarət təşkil edirdi. Şəhərlərin ətrafı meyvə bağları 
ilə  əhatə olunurdu. Bu bağlar 20 fərsah (140 km) genişliyində bir 
ərazini əhatə edirdi. Əhməd Tusinin yazdığına görə İdil və Səmən-
dər  şəhərləri arasında o dövrdə çoxlu mamır var idi, bu ərazilərdə 
4000-dən artıq bağ salınmışdı.  
Xəzərlər sənətlə  də geniş  məşğul olmuşlar.  İbn  əl Fakihdə 
beynəlmiləl ticarətdən söhbət açılmışdır və  xəzər süngülərinin ba-
zarlarda yüksək qiymətləndirildiyi göstərilmişdir. Bununla yanaşı 


 Nizami Tağısoy 
 
84
xəzər qılıncları da ruslar arasında yüksək dəyərləndirilirdi. Anadolu 
türk folklorunda da «hazaran qılıncı» önəmli yer tutmaqdadır (25, 
260). 
Beləliklə, xəzərlərin etnik, tarixi və mədəni həyatına, dili, di-
ni, mənəvi ənənələrinə və s. qısa nəzər salarkən biz tarix səhnəsin-
dən silinib getmiş daha bir türk qövmü (xalqı) barədə müəyyən tə-
səvvürlər almış olduq və qeyd etdiklərimizdən də aydın olduğu, bu 
məlumatların bizə çatdırılmasında ərəb, fars, bizans və digər xalqla-
rın müəllifləri ilə yanaşı, rus müəlliflərinin də əvəzsiz xidmətlərini 
qeyd etməmək insafsızlıq olardı. Burada onların hamısının adını 
çəkməyi məqsədəuyğun hesab etmirik, lakin biri haqqında qısaca da 
olsa demək istəyirik. Bu, «Xəzər tarixi»nin müəllifi böyük tədqiqat-
çı M.İ.Artamonovdur. Lev Qumilyov özünün «Qədim türklər» əsə-
rində M.İ.Artamonovun xidmətlərini xüsusilə qeyd edir. Çünki Lev 
Qumilyov dediyi kimi, bu müəllifin  əsərində  xəzərlər… ilk dəfə 
olaraq Bizans imperiyasının düşmənləri, Kiyev Rusunun rəqibləri 
kimi deyil, müstəqil etnomədəni vahid kimi öyrənilmişdir. Həmin 
etnomədəni vahidin taleyi Xəzəristanın əzəmətini və məhvini müəy-
yən edən tarixi qanunauyğunluqla şərtlənmişdi» (16, 114).  
 
 
ƏDƏBİYYAT 
 
1. Àçÿðáàéúàí òàðèõè. VII ú., 2-úè ú. Áàêû, Åëì, 1998. 
2. Артамонов М.И. История хазар. Л., 1962. 
3. Бакиханов А. Гюлистан-и-Ирам. Баку, 1991. 
4. Бартольд В. Места прикаспийских областей. Баку, 1925. 
5. Бунятов З.М. Азербайджан VII-IX вв. Баку, 1965. 
6. Державин Н.С. О наименовании и этнической принадлежнос-
ти гагаузов. Кишинев, «Åëåíà – V.I.», 2005. 
7. Джафаров Ю.Р. Гунны и Азербайджан. Баку, Азернешр, 1993.  
8. Ùåéÿò Ú. Òöðêëÿðèí òàðèõ âÿ ìÿäÿíèééÿòèíÿ áèð áàõûø. Áàêû, Àçÿð-
íÿøð, 1993.  
9. Ибн-ал-Асир. Тарих ал-камил. Баку, 1940. 
10. Èñëàì Àíñèêëîïåäèñè. 35 úèëòäå, с.5/1. Èñòàíáóë, Ìèëëè Åýèòèì Áà-
ñûìåâè, 1971. 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
85
11. Каракалпаки. – «Советская этнография», 1940, №4. 
12.  Касумова  С.  Азербайджан  в III-VII вв. (Этнокультурная  и 
социально-экономическая история). Баку, Элм, 1993. 
13. Êûðçûîüëó Ì.Ôàùðåòòèí. Êàðàïàïàêëàð. Åðçóðóì, Àòàòöðê Óíèâåð-
ñèòåñè Áàñûìåâè, 1972.  
14.  Коковцев  П.  Еврейско-хазарская  перепись  в X веке.  Л., 
1932.  
15.  Гинзбург  В.В.  Антропологические  данные  по  этногенезу 
хазар. – «Советская этнография», 1946, №2. 
16. Ãóìèëéîâ Ë.Í. Ãÿäèì òöðêëÿð. Áàêû: Ýÿíúëèê, 1993. 
17. Мошков В.А. Турецкие племена на Балканском полуостро-
ве. Кишинев, «Åëåíà – V.I.», 2005.  
18.  Нурмухамедов  М.К.,  Жданко  Т.А.,  Камалов  С.К.  Каракал-
паки. Ташкент, ФАН, 1971.  
19. Þçäÿê Ðÿôèê. Òöðêöí ãûçûë êèòàáû. 3 êèòàáäà. 1-úè êèòàá. — Áàêû, 
Éàçû÷û, 1992.  
20. Пигулевская  Н.  Сибирские источники по  истории  народов 
СССР. – Л., 1941. 
21. Плетнева С.А. Хазары. М., 1976. 
22.  Сумбатзаде  А.С.  Азербайджанцы – этногенез  и  форми-
рование народа. – Баку, Элм, 1990. 
23.  Толстов  С.  По  следам  древней  хорезмийской  цивилизации.  
Л., 1948. 
24. Толстова Л.С. Древнейшие юго-западные связи в этногене-
зе каракалпаков. – «Советская этнография», 1971, №2. 
25. Òöðê éóðäó, 1942, XXVI. 
26.  Òöðê Àíñèêëîïåäèñè. XIX cilt. Ankara, Ìèëëè Åýèòèì Áàñûìåâè, 
1971. 
27. Велиханова Н.М. Изменение историчeской географии Азер-
байджана. – В  кн.:  Историческая  география  Азербайджана.  Баку, 
Элм, 1987. 
28.  Çàéîí÷êîâñêè  А.  Ñÿìÿä Âóðüóí — Àçÿðáàéúàíûí íÿüìÿêàð 
øàèðè. «Ïøèéàçí», 1956, №24.  


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə